430.000.000
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyi arasında "Narkotiklərə nəzarət sahəsində regional əməkdaşlıq haqqında qarşılıqlı anlaşma Memorandumunun iştirakçı ölkələrində (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan) narkotiklərə nəzarət üzrə hüquq mühafizə fəaliyyəti sahəsində interaktiv kompüterləşmiş təlim" layihəsini Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyi arasında "Narkotiklərə nəzarət sahəsində regional əməkdaşlıq haqqında qarşılıqlı anlaşma Memorandumunun iştirakçı ölkələrində (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan) narkotiklərə nəzarət üzrə hüquq mühafizə fəaliyyəti sahəsində interaktiv kompüterləşmiş təlim" layihəsini Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Şamil oğlu Həsənova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamını 1-ci bəndində göstərilən sənədi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Şamil oğlu Həsənova verilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2005-ci il
№ 855