010.000.000
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının Avropa İttifaqının “Avropa Qonşuluq Siyasəti”nə daxil olması və Azərbaycan üzrə Fəaliyyət Planının işlənib hazırlanmasına dair Avropa İttifaqı Şurasının müsbət qərarının qəbul edilməsi nəticəsində Azərbaycan Respublikasının Avropaya inteqrasiyasının keyfiyyətcə yeni mərhələyə keçdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əlaqələrinin daha da gücləndirilməsi, Avropa İttifaqının Azərbaycan üzrə Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi üzrə səmərəli və əlaqələndirilmiş işin təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası aşağıdakı tərkibdə yaradılsın:
[2]
Komissiyanın sədri
[3]
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş Nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan–Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini
[4]
Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini
Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Energetika nazirinin müavini
Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini
Azərbaycan Respublikası Təhsil nazirinin müavini
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman)
Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri.
2. Dövlət Komissiyasına tapşırılsın ki:
2.1. Avropa İttifaqı ilə siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquqi, təhlükəsizlik, insan hüquqları və demokratikləşdirmə, humanitar, elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qrupların yaradılmasına dair təklifləri 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. görülmüş işlər barəsində mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Dövlət Komissiyasının fəaliyyətinin Avropa İttifaqı ilə əlaqələndirilməsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə həvalə edilsin və bu məqsədlə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müvafiq qurum yaradılsın.
4. “Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 23 noyabr tarixli 272 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 646; 2002-ci il, № 6, maddə 348, № 7, maddə 425) qüvvədən düşmüş hesab edilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2005-ci il
№ 834
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
3 iyul 2006-cı il tarixli 424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 588)
2.
27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)
3.
22 may 2007-ci il tarixli 577 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459)
4.
3 aprel 2009-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 233)
5.
10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)
6.
14 iyul 2010-cu il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 iyul 2010-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 620)
7.
13 dekabr 2012-ci il tarixli 2597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1291)
8.
7 mart 2013-cü il tarixli 2786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 292)
9.
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)
10.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 477)
11.
21 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1414)
12.
31 avqust 2015-ci il tarixli 1382 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 8, maddə 957)
13.
20 may 2016-cı il tarixli 900 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 861)
14.
07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518)
15.
29 noyabr 2017-ci il tarixli 3415 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 noyabr 2017-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2124)
16.
1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677)
17.
1 avqust 2018-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1715)
18.
15 fevral 2019-cu il tarixli 964 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 16 fevral 2019-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 294)
19.
11 fevral 2020-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №2, maddə 123)
20.
28 dekabr 2022-ci il tarixli 3688 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 29 dekabr 2022-ci il, “Xalq” qəzeti, 30 dekabr 2022-ci il, № 287)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
31 avqust 2015-ci il tarixli 1382 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 8, maddə 957) ilə adında və 1-ci hissəsində “Avropaya inteqrasiyası” sözləri “Avropa İttifaqı ilə əməkdaşlığı” sözləri ilə əvəz edilmişdir.
[2]
13 dekabr 2012-ci il tarixli 2597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1291) ilə 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 1-ci hissəsində “sənaye və energetika nazirinin müavini” sözləri “energetika nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 477) ilə 1-ci hissəsində “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir.
20 may 2016-cı il tarixli 900 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 861) ilə 1-ci hissəsindən “və sənaye” sözləri, habelə “İskəndər Çəndirli - Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru” sözləri çıxarılmışdır.
7 mart 2013-cü il tarixli 2786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 292) ilə "Novruz Məmmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini" sözlərindən sonra "Valeh Ələsgərov - Avropa İttifaqı - Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin həmsədri" sözləri əlavə edilmişdir.
1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə 1-ci hissəsində “Rəfail Mirzəyev - Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin birinci müavini” sözlərindən sonra “Əli Abdullayev - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri əlavə edilmişdir.
07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518) ilə 1-ci hissəsinin “daxili işlər nazirinin müavini” sözləri “daxili işlər nazirinin birinci müavini” sözləri ilə, “Əli Şəfiyev - Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin müavini” sözləri “Rauf Xələfov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Baş idarə rəisi” sözləri ilə, “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə, “İlqar Rəhimov” sözləri “Mətin Kərimli” sözləri ilə, “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə və “Qulu Novruzov” sözləri “Ceyhun Bayramov” sözləri ilə əvəz edilmişdir.
21 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1414) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları nazirinin müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri ilə əvəz edilmişdir.
1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə 1-ci hissəsində “İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini” və “Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini” sözləri çıxarılmışdır.
07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518) ilə 1-ci hissədən “İlqar Muradov – Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini” sözləri çıxarılmışdır.
29 noyabr 2017-ci il tarixli 3415 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 noyabr 2017-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2124) ilə 1-ci hissəyə “Müəllif Hüquqları Agentliyinin” sözlərindən sonra “İdarə Heyətinin” sözləri əlavə edilmişdir.
1 avqust 2018-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1715) ilə 1-ci hissəsində "Müəllif Hüquqları" sözləri "Əqli Mülkiyyət" sözləri ilə əvəz edilmişdir.
7 mart 2013-cü il tarixli 2786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 292) ilə "Kamran İmanov - Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri" sözlərindən sonra "Fuad İsgəndərov - Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyin başçısı" sözləri əlavə edilmişdir.
7 mart 2013-cü il tarixli 2786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 292) ilə "Aydın Səfixanlı - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri" sözlərindən sonra "Azay Quliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri" sözləri əlavə edilmişdir.
[3]
15 fevral 2019-cu il tarixli 964 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 16 fevral 2019-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 294) ilə 1-ci hissə ilə yaradılmış Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
|
||
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
11 fevral 2020-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №2, maddə 123) ilə 1-ci hissə ilə yaradılmış Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Komissiyanın sədri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri
Avropa İttifaqı‒Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası vergilər nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası Baş prokurorunun müavini
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatının rəhbəri
Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Baş idarə rəisi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri.
[4]
28 dekabr 2022-ci il tarixli 3688 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 29 dekabr 2022-ci il, “Xalq” qəzeti, 30 dekabr 2022-ci il, № 287) ilə 1-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.