×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
12.06.2002
QEYDİYYAT NÖMRƏSİ
948
ADI
"Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri, narkotik vasitələr, psixotrop və digər maddələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində Əməkdaşlıq Memorandumu"nun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2002, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 355)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
350.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri, narkotik vasitələr, psixotrop və digər maddələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində Əməkdaşlıq Memorandumu"

"Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri, narkotik vasitələr, psixotrop və digər maddələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində Əməkdaşlıq Memorandumu"nun təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2002-ci il yanvarın 22-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri, narkotik vasitələr, psixotrop və digər maddələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində Əməkdaşlıq Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2002-ci il
№ 948

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri, narkotik vasitələr, psixotrop və digər maddələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində

ƏMƏKDAŞLIQ MEMORANDUMU

 

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra «Tərəflər» adlanacaq) dostluq, qardaşlıq, mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi, Tərəflərin təhlükəsizliyinin təmini məqsədi ilə, narkotik vasitələr və digər maddələrin qeyri-qanuni dövriyyəsinə, eləcə də, Azərbaycan-İran dövlət sərhədində qanun pozuntularına qarşı mübarizə sahəsində və iki ölkə qanunları çərçivəsində birgə sərhəd əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini nəzərə alaraq razılığa gəldilər:

Maddə 1

Tərəflər sərhəd qoşunları arasında müxtəlif sahələrdə əməkdaşlıqlarını beynəlxalq qanunlara və iki ölkə arasında əvvəllər əldə olunmuş razılaşmalara uyğun genişləndirəcəklər.

Maddə 2

Tərəflər sərhəd münaqişə və ixtilaflarının dostcasına həllinin, bu sahədə zəruri tədbirlərin görülməsinin və iki ölkə sərhədyanı əhalisinin hüquqlarına riayət olunmasının əhəmiyyətini qeyd edirlər.

Maddə 3

Tərəflər iki ölkə sərhəd rejiminin pozulmasının qarşısının alınması üçün əməkdaşlığı genişləndirərək müvafiq informasiya və məlumatları iki ölkənin qanunvericiliyinə əsasən mübadilə edəcəklər.

Maddə 4

Tərəflər sərhədyanı iqtisadi əməkdaşlığın genişləndirilməsini qeyd edərək bu sahədə mövcud problemlərin həlli üçün öz səylərindən istifadə edəcəklər.

Maddə 5

Tərəflər narkotik və psixotrop vasitələrə qarşı mübarizə məqsədi ilə aşağıdakı hallar üzrə əməkdaşlıq edəcəklər:

beynəlxalq səviyyədə narkotik vasitələrin istehsalı, qeyri-qanuni dövriyyəsi və tranzitinə qarşı mübarizə;

narkotik maddə və vasitələrin, onların yeni növlərinin tədqiq, tapılma metodları sahəsində informasiya və təcrübə mübadiləsi;

narkotik və psixotrop maddə qaçaqmalçılarının istifadə etdiyi marşrut və metodlar haqda təcrübə və informasiya mübadiləsi;

narkotik və psixotrop maddələrə qarşı mübarizədə yeni təlim metodları və texnologiyadan istifadə sahəsində əməkdaşlıq;

narkotik və psixotrop maddələrlə mübarizə sahəsində milli qanunvericilik və məhkəmə praktikasının mübadiləsi;

narkomaniyanın profilaktikası və ümumi məlumatlılığın artırılması məqsədi ilə elmi ədəbiyyat, xüsusi bülleten, filmlər və təlim metodlarının mübadiləsi;

narkotik və psixotrop maddə qaçaqmalçılığına aid digər sahələrdə əməkdaşlıq.

Maddə 6

Tərəflər qaçaqmalçılığın başqa növlərinə qarşı mübarizə sahəsində aşağıdakı hallarda əməkdaşlıq edirlər:

silah, sursat, partlayıcı maddələr, nüvə və zəhərli maddələr, spirtli içkilər və siqaretin hər iki ölkə ərazisinə daxil olmasının qarşısının alınması;

iki ölkə qanunvericiliyində qadağan olunmuş radioaparaturanın (qəbuledici və ötürücü) keçirilməsi;

antikvar əşyalar, tarixi, mədəni əsərlər və əlyazmaların keçirilməsi;

iki ölkə ərazisindən ixrac və idxalı qadağan olunmuş digər məhsullar.

Bununla əlaqədar, Tərəflər Memorandum imzalandıqdan maksimum 2 ay sonra qeyd olunan məhsulların siyahısını mübadilə edəcəklər.

Maddə 7

Memorandumda qeyd olunmuş əməkdaşlıq istiqamətlərində əldə edilmiş məlumat və sənədlər məlumatı verən Tərəfin istəyi olan təqdirdə məxfi saxlanılmalı, barəsində razılıq əldə olunmuş məramlara və təqdim edən Tərəfin məqsədinə uyğun istifadə olunmalıdır. Məlumatlar yalnız onu təqdim edən Tərəfin yazılı icazəsi ilə üçüncü Tərəfə verilə bilər.

Maddə 8

Memorandumun həyata keçirilməsi məqsədi ilə hər iki ölkənin beş nümayəndəsindən ibarət işçi qrup yaradılacaqdır.

İlk iclas və görüş tarixi, qrupun tərkibi diplomatik kanallarla müəyyənləşdiriləcəkdir. İşçi qrup özünün illik iclaslarını Bakı və Tehranda növbəli şəkildə keçirəcəkdir.

Maddə 9

Memorandum imzalandığı vaxtdan qüvvəyə minir və qeyri-müəyyən müddətdə etibarlıdır. Memorandum, icrasının dayandırılmasına dair Tərəflərdən birinin yazılı bildirişindən 6 ay sonra qüvvədən düşəcəkdir.

Maddə 10

Memorandum Bakı şəhərində, 22 yanvar 2002-ci il tarixdə (uyğun olaraq, 02.11.1380-ci il hicri-şəmsi tarixində) Azərbaycan, fars və ingilis dillərində 2 nüsxədə imzalanmışdır. Bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir və izahda mübahisə yaranarsa, ingiliscə mətnə üstünlük veriləcəkdir.

 

Azərbaycan Respublikasının

milli təhlükəsizlik naziri

 

(imza)

İran İslam Respublikasının

daxili işlər naziri

 

(imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status