430.000.000
"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, mütəşəkkil və digər növ cinayətkarlıqla mübarizədə əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, mütəşəkkil və digər növ cinayətkarlıqla mübarizədə əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının daxili işlər naziri Ramil İdris oğlu Usubova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sizişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının daxili işlər naziri Ramil İdris oğlu Usubova verilməsi barədə Qazaxıstan Respublikası Hökumətinə müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2005-ci il
№ 823