AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
02.05.2005
QEYDİYYAT NÖMRƏSİ
793
ADI
Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-05-2005, Nəşr nömrəsi: 99), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2005, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 408)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.05.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
408 Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Son illər ölkədə elektroenergetikanın inkişafı ilə bağlı bir sıra mübüm layihələrin həyata keçirilməsi nəticəsində 700 meqavata qədər elektrik gücü yaradılıb istismara verilmiş, yüksək gərginlikli elektrik xətləri və yarımstansiyalar tikilmişdir. Naxçıvan Muxtar Respublikasının enerji təchizatmı yaxşılaşdırmaq məqsədilə zəruri tədbirlər görülmüşdür.

Energetikanın gələcək inkişafı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" təsdiq edilmişdir.

Ölkə əhalisinin sosial vəziyyətinin ildən-ilə yaxşılaşdırılması, yeni sənaye müəssisələrinin yaradılması, tikintinin, ticarət və xidmət sahələrinin sürətli inkişafı enerji daşıyıcılarına, ilk növbədə elektrik enerjisinə olan tələbatın xeyli artmasına səbəb olmuşdur. Bu tələbatı ödəmək üçün yaxın illər ərzində 1800 meqavata qədər yeni elektrik güclərinin istismara verilməsi və yüksək gərginlikli elektrik şəbəkələrinin genişləndirilməsi nəzərdə tutulmuşdur.

Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq, elektrik enerjisi təchizatında, xüsusən payız-qış mövsümlərində müşahidə olunan enerji qıtlığını aradan qaldırmaq və yeni elektrik güclərinin yaradılması işlərini sürətləndirmək məqsədilə qərara alıram:

1. "Azərenerji" Səhmdar Cəmiyyətinə tapşırılsın:

1.1. Azərbaycan Respublikasının aşağıda göstərilən bölgələrində ümumi gücü 450-460 meqavat olan 52 ədəd modul tipli elektrik stansiyalarının "açar təslimi" prinsipi ilə tikilib istismara verilməsini təmin etsin;

2005-ci ildə Astara rayonu ərazisində - 10 ədəd;

2006-cı ildə Bakı şəhərində 2 saylı İEM-nin ərazisində - 12 ədəd, Naxçıvan şəhərində - 10 ədəd, Şəki rayonu ərazisində - 10 ədəd, Xaçmaz rayonu ərazisində - 10 ədəd;

1.2.  bu Sərəncamın 1.1-ci yarımbəndində göstərilən işləri sürətləndirmək məqsədilə elektrik stansiyalarının tikinti meydançalarının hazırlanmasını və elektrik şəbəkələrinə qoşulmasını öz vəsaiti hesabına təmin etsin, istismar-texniki heyətin hazırlanması ilə bağlı tədbirlər görsün;

1.3.  Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulmuş və aşağıda göstərilən tədbirlərin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsini təmin etsin:

Sumqayıt şəhərində müasir buxar-qaz tipli elektrik stansiyasının inşası -2005 (II rüb) - 2007 (IV rüb) illərdə;

"Şimal" DRES-də 2-ci enerji blokunun tikintisi - 2005 (IV rüb) - 2008 (III rüb) illərdə;

Şirvan şəhərində buxar-qaz tipli elektrik stansiyasının inşası - 2006 (II rüb) - 2008 (III rüb) illərdə; [1]

Azərbaycan DRES-in enerji bloklarının əsaslı yenidənqurulması - 2005 (III rüb) 2008 (III rüb) iliərdə;

Naxçıvan Muxtar Respublikasında "Babək" stansiyasının enerji turbinlərinin qaz rejimində işləməyə keçirilməsinin başa çatdırılması - 2005-ci ilin IV rübündə;

enerji sisteminin mərkəzi dispetçer idarəetmə sisteminin modernləşdirilməsi, 2-ci "Parsabad - İmişli - Astara" və "Azərbaycan DRES - İmişli" xətlərinin, "Xaçmaz", "Şəki" və "Salyan" yarımstansiyalarının tikilib istismara verilməsi - 2005 (II rüb) - 2007 (IV rüb) illərdə.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

modul tipli elektrik stansiyalarının ölkənin müvafiq bölgələrində tikintisinin maliyyələşdirilməsi barədə təkliflərini 10 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3.   Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən layihələrin həyata keçirilməsi ilə bağlı öz səlahiyyətləri daxilində lazımi tədbirlər görsünlər. [2]

4.   "Azəriqaz" Səhmdar Cəmiyyəti modul tipli elektrik stansiyalarının təbii qazla təmin edilməsini və bununla bağlı onların qaz təchizatı şəbəkələrinə qoşulması işlərini həyata keçirsin.

5.   Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 may 2005-ci il

          № 793

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 avqust 2008-ci il tarixli 808 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 715)

2.       10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

3.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

  1. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 avqust 2008-ci il tarixli 808 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 715)  ilə 1.3-cü bəndinin dördüncü abzasında “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilmişdir.

[2] 10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 3-cü hissəsində “Sənaye və Energetika Nazirliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 3-cü hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 3-cü hissədən “və Sənaye” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status