AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
20.04.2005
QEYDİYYAT NÖMRƏSİ
73
ADI
"Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri haqqında"
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2005, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 387)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.04.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri haqqında"

"Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar  göstəriciləri haqqında"

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.        Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"ın 2.10-cu bəndində və "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın "Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı"nın 1.6-cı bəndində nəzərdə tutulmuş  "Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri" təsdiq edilsin (əlavə olunur). [1]

2.       Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  

 A. RASİZADƏ

 

Bakı şəhəri, 20 aprel 2005-ci il

73

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların)

MEYAR GÖSTƏRİCİLƏRİ

 

1.     Ekologiya müdafiə, milli təhlükəsizlik, fövqəladə hallar, yanğından mühafizə və mülki müdafiə təyinatlı əsas vəsaitlər (ilkin balans dəyəri 1,0 milyard manatdan yuxarı olan). [2]

2.    Dövlət və səfərbərlik ehtiyatlan saxlanılan tikililər və qurğular (ilkin balans dəyəri 1,0 milyard manatdan yuxarı olan).

3.    Respublika əhəmiyyətli ötürücü qurğular - neft və neft məhsullarının magistral kəmərləri, magistral qaz kəmərləri, magistral su kəmərləri, 220 kilovoltdan yuxarı olan elektrik verilişi xətləri və qurğuları (ilkin balans dəyəri 2,5 milyard manatdan yuxan olan).

4.    Elektrik və istilik stansiyaları (dəyərindən asılı olmayacaq).

5.    Respublika əhəmiyyətli avtomobil və dəmir yolları, körpülər, limanlar (ilkin balans dəyəri 2,0 milyard manatdan yuxarı olan).

6.    Nəqliyyat vasitələri (ilkin balans dəyəri 5,0 milyard manatdan yuxan olan).

7.  Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının balansında olan binalar (ilkin balans dəyəri 1,5 milyard manatdan yuxarı olan).

8.     Tərkibində qiymətli metalların dəyəri 25,0 milyon manatdan yuxarı olan bütün növ əsas vəsaitlər (fondlar).

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 15 yanvar 2009-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 31)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 15 yanvar 2009-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 31) ilə 1-ci bəndində "2.10-cu bəndində" sözlərindən sonra "və "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın "Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı"nın 1.6-cı bəndində" sözləri əlavə edilmişdir.

 

[2] 15 yanvar 2009-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 31) ilə "Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri"nin 1-ci bəndində "Ekologiya" sözündən sonra "müdafiə, milli təhlükəsizlik, fövqəladə hallar" sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status