330.000.000
Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun, "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"nin və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin müddəalarına uyğun olaraq qərara alıram:
[1]
1. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin.
[2]
3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2005-ci il
№ 222
|
Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında
ƏSASNAMƏ
1. ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Əsasnamə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin müddəalarına uyğun olaraq dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin (bundan sonra - namizədlər) müsabiqəsinin keçirilməsi qaydalarını müəyyən edir.
[3]
1.2.
Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
[4]
1.3.
Test imtahanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Xidmət) təklifi əsasında Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən aparılır.
[5]
1.4.
Müsabiqənin müəyyən edilmiş qaydada keçirilməsinin təmin edilməsi məqsədilə Vergilər Nazirliyi digər dövlət orqanlarını da müsabiqənin keçirilməsinə cəlb edə bilər.
[6]
Müsabiqənin keçirilməsi ilə əlaqədar bütün xərclər dövlət büdcəsindən maliyyələşdirilir.
1.5. Müsahibə bu Əsasnamənin 2-ci hissəsinə əsasən yaradılan Müsabiqə Komissiyası (bundan sonra – Komissiya) tərəfindən aparılır.
[7]
1.6.
Müsabiqədə "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin tələblərinə uyğun gələn Azərbaycan Respublikasının vətəndaşlarının (bundan sonra – şəxslər) iştirak etmək hüququ vardır.
[8]
1.7.
Aşağıda göstərilən namizədlər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər:
[9]
1.7.1. maliyyə, büdcə və iqtisadi sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;
1.7.2. prokurorluq orqanlarında və hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər;
1.7.3. əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən vergi orqanlarında xidmətinə xitam verilmiş şəxslər istisna olmaqla) şəxslər;
1.7.4. ali təhsil tələb olunmayan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər;
1.7.5. iqtisadiyyat və ya hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
1.7.6. baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər;
1.7.7. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almış şəxslər.
1.8.
Bu Əsasnamənin 1.7-ci bəndində göstərilən şəxslər üçün “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 8-ci maddəsində müəyyən olunmuş yaş həddi tətbiq edilmir.
[10]
2. MÜSABİQƏ KOMİSSİYASI
2.1. Müsabiqə ilə bağlı təşkilati məsələlərin həlli və müsahibənin keçirilməsi üçün Xidmət tərəfindən 9 nəfərdən ibarət Komissiya yaradılır. Komissiyanın tərkibi sədr (Xidmət rəisinin müavini), sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla Xidmət rəisinin əmri ilə və təsdiq edilir.
[11]
2.2.
Komissiya 3 il müddətinə təyin edilir və zərurət olduğu hallarda onun tərkibində müvafiq dəyişiklik edilə bilər.
2.2-1. Komissiya aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:
[12]
2.2-1.1. qanunçuluq – müsabiqənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, habelə namizədlərlə bağlı məcburi tələblərin yalnız normativ hüquqi aktlarla müəyyənləşdirilməsi;
2.2-1.2. obyektivlik – namizədin dövlət vergi orqanlarında xidmətə uyğunluğunun bu Əsasnaməyə əsasən yalnız müsabiqə və ya müsahibə əsasında qiymətləndirilməsi;
2.2-1.3. qərəzsizlik – Komissiya üzvlərinin özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsir etməsinin, habelə malik olduğu hüquqlardan öz maraqları üçün istifadənin yolverilməzliyi;
2.2-1.4. müstəqillik – Komissiyanın və Komissiya üzvünün müsahibələr keçirilməsi və müsahibə üzrə qərar qəbul edilməsi ilə bağlı müstəqilliyi və onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi;
2.2-1.5. bərabərlik – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün namizədlərin müsabiqənin keçirilməsi ilə əlaqədar hüquqlarının bərabərliyinə təminat verilməsi;
2.2-1.6. şəffaflıq və aşkarlıq – müsabiqənin nəticələrinin açıq elan edilməsi və müsahibə keçirilən zaman videoçəkilişdən istifadə olunması;
2.2-1.7. peşəkarlıq – namizədin potensial imkanlarından istifadə etməyin mümkünlüyünün aşkara çıxarılması və dövlət vergi orqanlarında xidmətə yararlılığını müəyyən etmək üçün hərtərəfli qiymətləndirilməsi.
2.3.
Komissiya onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab olunur. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə qabaqcadan məlumat verilir. Bu Əsasnamənin 3.14-cü bəndində qeyd edilən hal istisna olmaqla, Komissiyanın iclaslarında hər üzvün bir səsi olmaqla qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrlik edənin səsi həlledicidir. Komissiya üzvünün xüsusi rəyi olduqda rəy qərara əlavə edilir.
[13]
2.4.
Komissiyanın iclaslarında qərarlar açıq səsvermə və səs çoxluğu ilə (sədrin sonuncu səs verməsi şərtilə) qəbul edilir. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. Qəbul edilmiş qərar iclasda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır.
[14]
3. MÜSABİQƏNİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ
3.1.
Xidmət dövlət vergi orqanlarında vakant vəzifələrə işə qəbulla əlaqədar sənədlərin təqdim edilməsi üçün son müddət göstərilməklə, kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında müsabiqə elanı verir. Müsabiqə elanı müsabiqənin başlamasına azı bir ay qalmış verilir və bu barədə Mərkəzə məlumat göndərilir.
[15]
3.1-1. Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak etmək istəyən şəxslər elektron qaydada Xidmətə müraciət edir.
[16]
3.2.
Ərizənin daxil olduğu gündən 10 iş günü müddətində müraciət edənin dövlət vergi orqanlarına işə qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan müəyyən edilməsi məqsədilə Xidmət tərəfindən yoxlama aparılır və nəticəsi barədə namizədə məlumat göndərilir.
[17]
3.3.
Dövlət vergi orqanlarına işə qəbul üçün aşağıdakı sənədlər tələb olunur:
[18]
3.3.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;
3.3.2. tərcümeyi-hal;
3.3.3. kadrlar uçotunun şəxsi vərəqəsi;
3.3.4. 4x6 sm ölçüdə dörd ədəd, 9x12 sm ölçüdə bir ədəd rəngli fotoşəkil;
3.3.5. ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq olunmuş surəti (bu Əsasnamənin 1.7.4-cü yarımbəndində göstərilən şəxslər istisna olmaqla);
[19]
3.3.6. əmək kitabçasının surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
3.3.7. sağlamlıq haqqında arayış;
3.3.8. narkoloji dispanserdən müayinə aktı və arayış;
3.3.9. məhkumluğun olmaması barədə arayış;
3.3.10. hərbi biletin və ya qanunla müəyyən olunmuş qaydada hərbi xidmətdən möhlət hüququ verilməsini təsdiq edən sənədin surəti (qadınlar istisna olmaqla).
3.3-1. Tərcümeyi-halı və kadrlar uçotunun şəxsi vərəqəsini müraciət edən şəxs özü əllə yazır və imzalayır. Müraciət edən şəxs tərcümeyi-halda və kadrlar uçotunun şəxsi vərəqəsində göstərilən məlumatların doğruluğuna görə cavabdehdir.
[20]
3.4.
Namizəd aşağıdakı hallarda müsabiqəyə buraxılmır:
[21]
3.4.1. bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər təqdim edilmədikdə və ya həmin sənədlərdə təhrif olunmuş məlumatlar aşkar edildikdə;
3.4.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3.4.3. məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;
3.4.4. çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla).
3.5.
Müsabiqəyə buraxılmış namizəd müsabiqənin test imtahanı mərhələsində iştirak etmək üçün Mərkəzin internet portalında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçir, Xidmət tərəfindən namizədin elektron poçt ünvanına göndərilmiş bildirişdə göstərilmiş müvafiq linkə daxil olmaqla Mərkəzin internet portalında öz ərizəsini təsdiq edir və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən dövlət qulluğuna qəbulla bağlı test imtahanında iştirak üçün müəyyən edilmiş tariflərə uyğun məbləği Mərkəzin hesabına ödəyir.
[22]
3.5-1. Ərizəsini təsdiq etmiş və imtahanda iştirak üçün müəyyən olunan məbləği ödəmiş namizədə test imtahanının keçirilməsinə azı 2 gün qalmış “İmtahana buraxılış vərəqəsi” onun şəxsi kabinetinə göndərilir.
[23]
3.6.
İmtahana buraxılmış namizəd ümumi siyahıya salınır və hər bir namizədə "imtahana buraxılış vərəqəsi" verilir.
[24]
3.7.
Test nümunələri Xidmət və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Test imtahanının keçirilməsi və qiymətləndirmənin aparılması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
[25]
3.8. Test imtahanının nəticələri Mərkəz tərəfindən Komissiyaya təqdim edilir.
[26]
3.9. Test imtahanının nəticələri haqqında məlumat Mərkəzin internet portalında yerləşdirilir. Namizədin müraciəti əsasında test imtahanında topladığı bal barədə 2 gün müddətində ona Xidmət tərəfindən yazılı məlumat verilir.
[27]
3.10.
Test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır.
3.11.
Test imtahanının nəticələri Xidmətə təqdim edildiyi gündən 14 iş günü müddətində müsahibənin keçirilmə vaxtı barədə Komissiya qərar qəbul edir. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə ən azı 5 gün əvvəl məlumat verilir. Müsahibə zamanı videoçəkiliş aparılır. Videoçəkiliş müsahibənin keçirilməsinə, eləcə də Komissiyanın normal fəaliyyətinə maneə törətməməlidir.
[28]
3.12.
Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işi müsahibədən əvvəl Komissiyaya təqdim edilir.
[29]
3.12-1. Komissiyanın üzvlərindən birinin müsahibədə iştirak edən namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq münasibəti olduqda, həmin üzv özü-özünə etiraz edir. Belə əsaslar olduqda, müsahibə başlanmazdan əvvəl namizəd Komissiyanın hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.
[30]
3.12-2. Bu Əsasnamənin 3.12-1-ci bəndinə uyğun olaraq əsaslandırılmış etiraz edildikdə, barəsində etiraz edilmiş və ya özü-özünə etiraz etmiş şəxslər həmin namizədlə müsahibədə Komissiyanın üzvü kimi iştirak edə bilməzlər.
3.12-3. Müsahibə zamanı videoçəkiliş aparılır. Videoçəkiliş müsahibənin keçirilməsinə, eləcə də Komissiyanın normal fəaliyyətinə maneə törətməməlidir.
3.12-4. Müsahibə namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün Komissiyanın ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi və Komissiya üzvlərinin müşahidə aparması yolu ilə həyata keçirilir.
3.13.
Hər bir namizədlə müsahibə fərdi qaydada aparılır. Namizədə verilən suallar və tapşırıqlar aydın olmadıqda, namizədin həmin sualları və tapşırıqları aydınlaşdırmaq hüququ vardır.
[31]
3.13-1. Komissiyanın üzvləri aşağıdakı tələblərə riayət etməlidirlər:
[32]
3.13-1.1. müsahibə aparılacaq yerə təyin edilmiş vaxtda gəlmək;
3.13-1.2. bu Əsasnamə ilə, vakant vəzifəyə dair vəzifə təlimatları və namizədin şəxsi işi ilə tanış olmaq;
3.13-1.3. bu Əsasnamənin 3.12-1-ci bəndində nəzərdə tutulmuş hallarda özü-özünə etiraz etmək;
3.13-1.4. müsahibənin keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət etmək;
3.13-1.5. namizədin və digər Komissiya üzvlərinin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmaq, müsahibə zamanı nəzakətli, diqqətli və səbirli olmaq;
3.13-1.6. müsahibə zamanı müsahibə otağını üzrlü səbəb olmadan tərk etməmək;
3.13-1.7. sualları və tapşırıqları verərkən, müəyyən edilmiş vaxt bölgüsünə əməl etmək;
3.13-1.8. müsahibənin gedişi zamanı namizədə vakant vəzifəyə uyğun olub-olmaması barədə fikir bildirməmək;
3.13-1.9. müsahibənin aparılmasına mane olan digər hərəkətlərə yol verməmək.
3.13-2. Namizəd aşağıdakı tələblərə riayət etməlidir:
3.13-2.1. müsahibənin aparılacağı yerə təyin edilmiş vaxtda gəlmək;
3.13-2.2. Komissiyanın üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;
3.13-2.3. suallara mahiyyəti üzrə cavab verməyə və tapşırıqları mümkün qədər qısa vaxtda yerinə yetirməyə çalışmaq;
3.13-2.4. üzrlü səbəb olmadan müsahibənin keçirildiyi otağı tərk etməmək;
3.13-2.5. rabitə və digər texniki vasitələri müsahibənin keçirildiyi otağa gətirməmək.
3.13-3. Namizəd müsahibənin aparılacağı yerə müəyyən edilmiş vaxtda gəlmədikdə, Komissiyanın üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir.
3.13-4. Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə yeni müsahibənin keçirilməsinə yol verilmir.
3.13-5. Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə yeni müsahibənin keçirilməsinə Komissiyanın qərarı əsasında yol verilir.
3.13-6. Müsahibə başa çatdıqdan sonra müsahibə ilə bağlı Komissiyanın üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi aparılır.
3.14.
Müsahibə zamanı namizədin verdiyi cavablar Komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballarından biri ilə qiymətləndirilir və sonra orta bal müəyyən edilir (Komissiyanın hər bir üzvünün verdiyi qiymətlər toplanır və müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünür). Müsahibənin nəticələri üzrə namizədin orta balı “3” və "3"-dən çox olduqda həmin namizəd müsahibədən müvəffəqiyyətlə çıxmış hesab edilir. Müsahibənin yekun nəticəsi protokolla rəsmiləşdirilir.
[33]
4. MÜSABİQƏNİN NƏTİCƏLƏRİ BARƏDƏ QƏRARIN QƏBUL EDİLMƏSİ
4.1.
Müsabiqənin nəticələri namizədin imtahanda və müsahibədə topladığı keçid ballarının cəmlənməsi yolu ilə müəyyən edilir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə xarici dilləri və kompüterdən istifadəni mükəmməl bilənlərə üstünlük verilir.
[34]
4.2.
Komissiya müsabiqənin nəticələri üzrə namizədin vergi orqanlarına işə qəbul olunması və ya olunmamasının tövsiyə edilməsi barədə iki qərardan birini qəbul edir.
[35]
4.3.
Müsabiqə başa çatdıqdan sonra 5 gündən gec olmayaraq müsabiqənin nəticələri Xidmətin rəsmi internet saytında yerləşdirilir.
[36]
4.4.
Komissiyanın qərarlarından razı olmayan namizədlər Xidmət rəisinə şikayət edə bilərlər. Şikayətə baxılmanın nəticəsi barədə namizədə yazılı cavab verilir və çıxarılan qərardan razı olmayan namizəd məhkəməyə müraciət edə bilər.
[37]
4.5.
Müsabiqənin nəticələrinə görə dövlət vergi orqanlarına işə qəbul olunmağa tövsiyə edilmiş namizədlər Xidmət rəisinə təqdim edilir. Xidmət rəisi təqdim olunmuş namizədləri boş olan müvafiq ştatlara təyin edir.
[38]
4.6. Müsabiqədən müvəffəqiyyətlə keçən və bərabər nəticələr əldə edən namizədlərin sayı dövlət vergi orqanlarında boş olan ştatların sayından artıq olduqda işə qəbul edilməsi barədə qərar qəbul edilməyən namizəd Xidmətin kadr ehtiyatına daxil edilir və müvafiq ştat üzrə il ərzində vakant yer yarandıqda həmin vəzifəyə təyin edilir. Namizədlərin kadr ehtiyatında saxlanılma müddəti iki ildir. Kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi qaydası Xidmət tərəfindən müəyyən olunur.
[39]
4.7. Namizədlərin müsahibə sənədləri (o cümlədən müsahibə qeydləri və videoçəkilişlər) 5 il müddətində mühafizə olunur.
[40]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419)
2.
09 mart 2011-ci il tarixli 401 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 mart 2011-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 182)
3.
16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802)
4.
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314)
5.
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə Preambulada “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin və” sözləri çıxarılmışdır və “müddəalarına” sözündən əvvəl “və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin” sözləri əlavə edilmişdir.
[2]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə 2-ci hissədə “Vergilər Nazirliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilmişdir.
[3]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.1-ci bəndində “2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin” sözləri “2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin” sözləri ilə əvəz edilmişdir.
[4]
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1-ci hissənin 1.2-ci bəndin birinci cümləsinə “vergi orqanlarında” sözlərindən əvvəl “dövlət” sözü əlavə edilmişdir.
[5]
16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802) ilə 1.3-cü bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. Test imtahanı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - TQDK) tərəfindən aparılır.
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.3-cü bəndinə “Test imtahanı” sözlərindən sonra “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Xidmət) təklifi əsasında” sözləri əlavə edilmişdir.
[6]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.4-cü bəndi ləğv edilmişdir.
[7]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.5-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1.5. Dövlət vergi orqanlarında boş ştat vahidləri olduqda, işə qəbulla əlaqədar Vergilər Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrində müsabiqə elan edilir.
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1-ci hissənin 1.5-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1.5. Dövlət vergi orqanlarında vakant vəzifələr olduqda, Xidmət, işə qəbulla əlaqədar sənədlərin təqdim edilməsi üçün müəyyən olunmuş son müddət göstərilməklə, kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında müsabiqə elanı verir. Müvafiq elan müsabiqənin başlamasına ən azı bir ay qalmış verilir.
[8]
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1-ci hissənin 1.6-cı bəndində “Müsabiqəyə” sözü “Müsabiqədə” sözü ilə, “vətəndaşları buraxılırlar” sözləri “vətəndaşlarının (bundan sonra – şəxslər) iştirak etmək hüququ vardır” sözləri ilə əvəz edilmişdir.
[9]
09 mart 2011-ci il tarixli 401 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 mart 2011-ci il, № 54) ilə 1.7-ci bəndin birinci cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1.7. Müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər test imtahanlarından azad oluna bilərlər.
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1-ci hissənin 1.7-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1.7. Müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslər test imtahanlarından azad oluna bilərlər. Bu halda onlarla müsahibə aparılır.
[10]
09 mart 2011-ci il tarixli 401 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 mart 2011-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 182) ilə yeni redaksiyada 1.8-ci bənd əlavə edilmişdir.
[11]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 2.1-ci bəndin birinci cümləsində “Vergilər Nazirliyi” sözləri “Xidmət” sözü ilə əvəz edilmişdir və ikinci cümlədə “vergilər nazirinin” sözləri “Xidmət rəisinin” sözləri ilə, “Vergilər Nazirliyinin Kollegiyasında baxılır və” sözləri “Xidmət rəisinin əmri ilə” sözləri ilə əvəz edilmişdir.
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 2-ci hissənin 2.1-ci bəndin birinci cümləsində “Müsabiqə Komissiyası (bundan sonra – Komissiya)” sözləri “Komissiya” sözü ilə əvəz edilmişdir.
[12]
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 2-ci hissəsinə yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.
[13]
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 2-ci hissəsinin 2.3-cü bəndin birinci cümləsində “Komissiyanın qərarları” sözləri “Komissiya” sözü ilə əvəz edilmişdir, ikinci cümləsində “komissiya” sözü “Komissiya” sözü ilə əvəz edilmişdir və yeni məzmunda üçüncü – beşinci cümlələr əlavə edilmişdir.
[14]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 2.4-cü bəndi ləğv edilmişdir.
[15]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.1-ci bəndə “üçün” sözündən sonra “keçirilən” sözü əlavə edilmişdir və həmin bənddə “ərizə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri “forması Xidmət tərəfindən müəyyən edilən ərizə ilə Xidmətə” sözləri ilə əvəz edilmişdir.
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinin 3.1-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.1. Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak etmək istəyən vətəndaşlar forması Xidmət tərəfindən müəyyən edilən ərizə ilə Xidmətə müraciət edir.
[16]
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinə yeni məzmunda 3.1-1-ci bənd əlavə edilmişdir.
[17]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.2-ci bəndində “bir ay” sözləri “10 iş günü” sözləri ilə, “Vergilər Nazirliyi tərəfindən yoxlama aparılır” sözləri “Xidmət tərəfindən yoxlama aparılır və nəticəsi barədə namizədə məlumat göndərilir” sözləri ilə əvəz edilmişdir.
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinin 3.2-ci bəndinə “vergi orqanlarına” sözlərindən əvvəl “dövlət” sözü əlavə edilmişdir.
[18]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.3-cü bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.1.
Müraciət edən ərizə ilə birlikdə aşağıdakı sənədləri Vergilər Nazirliyinə təqdim edir:
-
şəxsiyyətini təsdiq edən sənədin surəti;
-
tərcümeyi-hal;
-
kadrlar uçotunun şəxsi vərəqəsi;
-
4x6 sm ölçüdə dörd ədəd rəngli fotoşəkil;
-
ali təhsil alması barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti;
-
əmək kitabçasının təsdiq olunmuş surəti;
-
sağlamlıq haqqında arayış.
Tərcümeyi-hal müraciət edən tərəfindən şəxsən əllə yazılır və imzalanır. Müraciət edən tərcümeyi-halda göstərilən məlumatların doğruluğuna cavabdehdir.
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinin 3.3-cü bəndində “Vergi” sözü “Dövlət vergi” sözləri ilə əvəz edilmişdir.
[19]
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinin 3.3.5-ci yarımbəndinə “surəti” sözündən sonra “(bu Əsasnamənin 1.7.4-cü yarımbəndində göstərilən şəxslər istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[20]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nə yeni məzmunda 3.3-1-ci bənd əlavə edilmişdir.
[21]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.4-cü və 3.5-ci bəndləri yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.4. Təqdim olunmuş sənədlər müəyyən edilmiş tələblərə uyğun olmadıqda qəbul edilmir. Sənədlərdə yanlış məlumatlar aşkar edildikdə həmin namizəd müsabiqəyə buraxılmır və bu barədə ona yazılı surətdə məlumat verilir.
3.5. Təqdim olunan sənədlər müəyyən edilmiş tələblərə uyğun olduqda ərizələrin qəbulu jurnalında qeydiyyat aparılır və namizədlərin müsabiqəyə buraxılmasının mümkünlüyü barədə rəy hazırlanır.
[22]
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinin 3.5-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.5. Ərizələri qəbul edilmiş namizədlər Mərkəzin internet portalında qeydiyyatdan keçir.
[23]
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinə yeni məzmunda 3.5-1-ci bənd əlavə edilmişdir.
[24]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.6-cı bəndi ləğv edilmişdir.
[25]
16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802) ilə 3.7-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.7. Test nümunələri Vergilər Nazirliyi və TQDK tərəfindən hazırlanır, test imtahanının keçirilməsi qaydaları, istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi, cavab kartlarının oxunması və qiymətləndirilmənin aparılması TQDK tərəfindən qəbul edilmiş sənədlərlə tənzimlənir.
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.7-ci bəndində “Vergilər Nazirliyi” sözləri “Xidmət” sözü ilə əvəz edilmişdir.
[26]
16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.8-ci və 3.9-cu bəndlərində “TQDK” abreviaturası “Mərkəz” sözü ilə əvəz edilmişdir.
[27]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.9-cu bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.9. Test imtahanını müvəffəqiyyətlə verən namizədlərə topladıqları ballar haqqında Mərkəz tərəfindən təsdiq edilmiş formada müvafiq arayış verilir. Namizədlərin tələbləri əsasında da test imtahanında topladığı bal barəsində 2 gün müddətində arayış verilir.
[28]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.11-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.11. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə 2 gün əvvəlcədən məlumat verilir.
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinin 3.11-ci bəndin üçüncü və dördüncü cümlələri çıxarılmışdır.
[29]
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinin 3.12-ci bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.12. Müsahibə başlanarkən komissiyanın rəhbəri namizədlərin siyahısını elan edir və müsahibə aparan şəxslərdən etirazlarının olub-olmamasını soruşur. Namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olan müsahibə aparan şəxs həmin namizədlə müsahibədə iştirak etmir. Əsaslar olduqda namizəd müsahibə başlanmazdan əvvəl müsahibə aparanlardan hər hansı birinə etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini Komissiyanın sədri müəyyən edir.
[30]
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinə yeni məzmunda 3.12-1 – 3.12-4-cü bəndlər əlavə edilmişdir.
[31]
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.13-cü bəndinin birinci cümləsində “söhbət” sözü “müsahibə” sözü ilə əvəz edilmişdir.
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.13-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.13. Hər bir namizədlə müsahibə fərdi qaydada 20 dəqiqə ərzində aparılır. Müsahibə zamanı namizədə onun Azərbaycan Respublikasının Konstitusiyasını, vergi qanunvericiliyini, iqtisadi siyasətlə bağlı digər normativ hüquqi aktları tətbiq etmək sahəsində biliyinin və bacarığının müəyyən edilməsi üçün müvafiq suallar verilir.
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinin 3.13-cü bəndin ikinci cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Müsahibə başa çatdıqdan sonra Komissiyanın üzvləri arasında namizədin iştirakı olmadan onun barəsində fikir mübadiləsi aparılır.
[32]
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinə yeni məzmunda 3.13-1 – 3.13-6-cı bəndlər əlavə edilmişdir.
[33]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.14-cü bəndin birinci cümləsindən “0, 1,” rəqəmləri çıxarılmışdır və həmin bəndə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinə 3.14-cü bənddə “orta balı” sözlərindən sonra “3” və” sözləri əlavə edilmişdir.
[34]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.1-ci bəndin ikinci cümləsinə “əldə etmiş şəxslərdən” sözlərindən sonra “ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə” sözləri əlavə edilmişdir.
[35]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.2-ci bəndi ləğv edilmişdir.
[36]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.3-cü bəndində “elan olunur və mətbuatda dərc etdirilir” sözləri “Xidmətin rəsmi internet saytında yerləşdirilir” sözləri ilə əvəz edilmişdir.
[37]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.4-cü bəndin birinci cümləsində “vergilər nazirinə” sözləri “Xidmət rəisinə” sözləri ilə əvəz edilmişdir.
[38]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.5-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikasının vergilər nazirinə” sözləri “Xidmət rəisinə” sözləri ilə əvəz edilsin, ikinci cümləsində “Vergilər naziri” sözləri “Xidmət rəisi” sözləri ilə əvəz edilmişdir.
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4-cü hissəsinin 4.5-ci bəndinə “vergi orqanlarına” sözlərindən əvvəl “dövlət” sözü əlavə edilmişdir.
[39]
9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.6-cı bəndində “Vergilər Nazirliyinin cari ildəki” sözləri “Xidmətin” sözü ilə əvəz edilsin, həmin bənddən “və bərabər nəticələr əldə edən” və “il ərzində” sözləri çıxarılmışdır və həmin bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4-cü hissəsinin 4.6-cı bəndin birinci cümləsinə “vergi orqanlarında” sözlərindən əvvəl “dövlət” sözü əlavə edilmişdir və həmin bəndə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.
[40]
18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354) ilə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4-cü hissəsinə yeni məzmunda 4.7-ci bənd əlavə edilmişdir.