AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
26.07.1994
QEYDİYYAT NÖMRƏSİ
179
ADI
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-08-1994, Nəşr nömrəsi: 15, Maddə nömrəsi: 200)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
230.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 26 iyul tarixli 861 nömrəli qərarına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının gənclər və idman nazirinə tapşırılsın ki, on gün müddətində nazirliyin funksiyalarını, hüquq və vəzifələrini əks etdirən Əsasnaməsini və strukturunu hazırlayıb müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Prezidentinin təsdiqinə versin.

2. Müəyyən edilsin ki, Əsasnamə nazirliyin aşağıdakı başlıca fəaliyyət istiqamətlərini əhatə etməlidir:

Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafının ümummilli strateji siyasətinə uyğun gənc nəslin tərbiyəsi;

gənclərlə iş sahəsində cəmiyyətin demokratik inkişafı tələblərinə uyğun kələn milli siyasətin həyata keçirilməsi;

gənclərin qüvvə və bacarığının, yaradıcılıq imkanlarının milli dövlət quruculuğu vəzifələrinin yerinə yetirilməsinə, ölkədə həyata keçirilən islahat proqramlarının gerçəkləşdirilməsinə səfərbər olunması;

gənclər arasında ümumbəşəri və milli dəyərlərin təbliğinin təmin edilməsi;

gənclərin yüksək sosial, mənəvi və sağlam fiziki inkişafını təmin edən bütün fəaliyyət sahələrinin istiqamətləndirilməsi;

gənclər arasında Azərbaycanın tarixi və mədəni irsini yaymaqla onların vətənpərvərlik, Vətənə sədaqət, müstəqilliyimizin, dövlətçiliyimizin, torpağımızın müdafiəsinə daimi hazırlıq ruhunda tərbiyə edilməsi;

gənclər arasında işsizliyin aradan qaldırılması üçün başqa dövlət orqanları ilə birgə fəaliyyət göstərilməsi;

aztəminatlı ailələrdəki və yetim uşaqların sosial problemlərinin həllinə dair dövlət proqramının həyata keçirilməsinə yaxından kömək göstərilməsi;

hamılıqla qəbul edilmiş beynəlxalq hüquq sənədlərində əksini tapan uşaqların hüquqlarının müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirilməsi;

bazar iqtisadiyyatı mühitində gənclərin sahibkarlığa cəlb edilməsi sahəsində başqa dövlət idarəetmə orqanlarının işinin əlaqələndirilməsi;

gənclər təşkilatlarının formalaşmasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq iştirak edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi;

gənclərin problemləri ilə bağlı beynəlxalq tədbirlərdə onların fəal iştirakına kömək göstərilməsi;

Azərbaycan Respublikasında bədən tərbiyəsi sahəsində milli proqramın həyata keçirilməsi;

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan sağlam həyat tərzinin əhali arasında yayılmasının təmin edilməsi, bədən tərbiyəsinin geniş təbliğinin təşkil edilməsi;

əhali, xüsusən böyüməkdə olan nəsil arasında idmanın və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi məqsədilə digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi;

Azərbaycanın beynəlxalq idman əlaqələrinin genişlənməsinə kömək göstərilməsi.

3.   Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə tapşırılsın. ki, üç ay ərzində gənclərlə iş sahəsində milli siyasət konsepsiyasını və əhalinin fiziki tərbiyə proqramını hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4.   Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, nazirliyin maliyyə və maddi-texniki təchizatı üçün Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 26 iyul tarixli 861 nömrəli qərarından irəli gələn məsələləri həll etsin.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 26 iyul 1994-cü il.

№ 179.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status