×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
18.02.1994
QEYDİYYAT NÖMRƏSİ
789
ADI
Rəsmi statistika haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-06-1994, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 115)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Statistika haqqında

Rəsmi statistika haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu qanun Azərbaycan Respublikasında rəsmi statistika sahəsində hüquqi münasibətləri tənzimləyir, dövlət statistika orqanlarının səlahiyyət və funksiyalarını müəyyən edir. Qanun Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (onların nümayəndəlik və filiallarına), Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxslərinə və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərinə, filiallarına, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarına və fiziki şəxslərinə şamil edilir. [2]

Rəsmi statistika ölkə üzrə iqtisadi, demoqrafik, sosial və ekoloji sahələrin vəziyyəti haqqında dürüst və keyfiyyətli (reprezentativ) məlumatlarla dövlət idarəetmə orqanlarını, sosial və iqtisadi subyektləri, elmi dairələri, geniş ictimaiyyəti, beynəlxalq təşkilatları və digər istehlakçıları təmin edir. [3]

 

I F ə s i l

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Əsas anlayışlar [4]

 

Bu qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

rəsmi statistika – inzibati məlumatlar da daxil olmaqla, rəsmi statistika məlumatlarının istehsalı sahəsində fəaliyyətdir; [5]

inzibati məlumatlar – müvafiq icra hakimiyyəti orqanları və digər dövlət orqanları tərəfindən öz inzibati vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar toplanan və rəsmi statistikada istifadə olunan məlumatlardır; [6]

dövlət statistika orqanları - mərkəzi və tabeçilik prinsipinə əsasən yerli statistika orqanlarıdır;

statistik vahidlər - bu qanun əsasında rəsmi statistika üçün ilkin məlumatları təqdim edən, yaxud da statistiklər tərəfindən müşahidələrin aparılması, məlumatların toplanması və təhlili üçün müəyyənləşdirilmiş hüquqi şəxslərdir (onların nümayəndəlik və filiallarıdır) və fiziki şəxslərdir; [7]

rəsmi statistika materiallarının istehsalı - statistik məlumatların yığılması, işlənib hazırlanması, bazada yerləşdirilməsi, təhlili və yayılması üçün zəruri olan bütün fəaliyyətlərdir;

məxfi statistik məlumatlar - rəsmi statistika materiallarının istehsalı üçün toplanan və birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və ilkin məlumatların aşkar olunmasına imkan verən məlumatlardır;

statistik məlumatların yayılması - əldə edilməsində tətbiq olunan forma və vasitələrdən asılı olmayaraq, məxfi sayılmayan rəsmi statistik məlumatların istifadəçilərə verilməsidir.

rəsmi statistika məlumatları – bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq, rəsmi statistika məlumatlarının istehsalını həyata keçirən müvafiq icra hakimiyyəti orqanları, digər dövlət orqanları tərəfindən rəsmi statistika metodologiyası əsasında sosial, iqtisadi, demoqrafik, ekoloji və digər ictimai proseslərin kəmiyyət tərəfləri haqqında inzibati və ilkin statistik məlumatların işlənməsi və ümumiləşdirilməsi nəticəsində əldə olunan məlumatlardır; [8]

 

[9] Maddə 2. Azərbaycan Respublikasında rəsmi statistikanın məqsədi [10]

 

Rəsmi statistikanın məqsədi statistik məlumatların rolunun artırılmasına, hüquqi və fiziki şəxslərin hüquqlarına hörmət edilməklə və ilkin məlumatlar məxfi saxlanılmaqla onların mənafeyinə xidmət etməkdir. [11]

Rəsmi statistikanın əsas məqsədi ilkin məlumatların məxfiliyini təmin etməklə ölkədə sosial-iqtisadi vəziyyəti, elmi-texniki inkişafı, ölkə, region və sahə səviyyəsində qarşılıqlı təsərrüfat əlaqələrini, struktur dəyişikliklərini və istehsalın səmərəliyini səciyyələndirən statistik məlumatlarla idarəetmə orqanlarının, iqtisadi subyektlərin, elmi işçilərin ehtiyaclarının ödənilməsindən ibarətdir. [12]

Rəsmi statistikanın məqsədi statistik məlumatların obyektivliyinin və beynəlxalq standartlara uyğun olaraq müqayisəliliyinin təmin edilməsinə, icmal statistik materialların aşkarlığını təmin edən vahid statistik məlumatlandırma sisteminin yaradılmasına, bu qanunun tələbləri çərçivəsində məlumatların yığılması, işlənməsi, bazada yerləşdirilməsi, ötürülməsi və yayılmasında istifadə edilən prinsip və metodların daim təkmilləşdirilməsinə, səmərəliləşdirilməsinə və rəsmi statistika sahəsində dünyanın qabaqcıl statistika ənənələri və elmi nailiyyətlərinin tətbiq edilməsinə yönəldilmişdir. [13]

Rəsmi statistika vəziyyətin real əks etdirilməsini, məlumatların istifadəçilər arasında ədalətli yayılmasını, müvafiq icra hakimiyyəti orqanları üçün həlledici əhəmiyyəti olan amillərin seçilməsini, bununla yanaşı, bir tərəfdən xərclər və respondentlərə düşən yük arasındakı nisbəti, digər tərəfdən isə bu üstünlükləri nəzərə almaqla, hamı tərəfindən başa düşülən məlumatların əldə edilməsində vətəndaşların hüquqlarına hörmət edilməsini təmin etməlidir. [14]

 

Maddə 3. Rəsmi statistika sistemi [15]

 

Rəsmi statistika sistemi vahid, mərkəzləşdirilmiş ümumdövlət sistemidir. [16]

Azərbaycan Respublikasında statistika sisteminin təşkili və onun fəaliyyətinin təmin olunması ilə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları və onların yerli orqanları məşğul olurlar. Yerli orqanlar yalnız yuxarı müvafiq icra hakimiyyəti orqanına tabedir. [17]

Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının mərkəzi icra orqanları sistemində fəaliyyət göstərir və respublikada rəsmi statistikanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılan “Statistik işlər haqqında proqram”a (bundan sonra - proqram) uyğun həyata keçirir. Həmin proqram idarəetmə orqanlarını, müəssisələri, təşkilatları və idarələri, işgüzar dairələri və ictimaiyyəti məlumatlandırmaq üçün müvafiq qaydada mütləq dərc edilməlidir. Proqramda mövcud ehtiyatlar, respondentlərə düşən yük və onun dəyəri nəzərə alınmaqla, Azərbaycan Respublikasının iqtisadi, demoqrafik, sosial və ekoloji sahələrinin vəziyyətinin öyrənilməsi ilə bağlı təşkil ediləcək statistik müşahidələr nəticəsində əldə olunacaq məlumatlar, məlumatların əldə olunması üçün hər bir elementin əhatəlilik, növ, dövrilik və mövzu əlamətləri əks etdirilir. Əgər başqa qayda nəzərdə tutulmayıbsa, müayinələr və siyahıyaalmalar proqram əsasında keçirilir və sorğu edilən statistik vahidlər müvafiq nəticələrin alınması üçün zəruri olan məlumatları verməlidirlər. [18]

Sahibkarlıq fəaliyyəti ilə bağlı statistik məlumatlar emal edilərkən sahibkarlıq subyektlərinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilmiş bölgüsü nəzərə alınır. [19]

[20] Müvafiq icra hakimiyyəti orqanı və onun yerli orqanları, müstəqil xərclər smetasına, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq xəzinə hesablanma, habelə bank hesabına, Azərbaycan Respublikasının gerbi təsvir edilmiş möhürə malikdir. [21]

(Çıxarılıb) [22]

 

Maddə 4. Rəsmi statistika haqqında qanunvericilik [23]

 

Rəsmi statistika haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. [24]

 

Maddə 5. Dövlət statistika orqanlarının digər idarəetmə orqanları və beynəlxalq təşkilatlarla əlaqələri [25]

 

Dövlət statistika orqanları digər idarəetmə orqanları ilə qarşılıqlı əlaqədə işləyir, və onlar:

öz işinin nəticələri, hesabat sisteminin vəziyyəti, ölkədə və regionlarda baş verən iqtisadi və sosial proseslər haqqında müvafiq orqanlara müntəzəm məlumat verirlər; [26]

ölkədə statistik materialların istehsalını təşkil edir, respondentlərin hesabatları statistika orqanları tərəfindən müəyyənləşdirilmiş vaxtda və qaydada təqdim etməsinə, onların düzgünlüyünə nəzarəti həyata keçirirlər. [27]

(Çıxarılıb) [28]

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətinə aid olan məsələlər üzrə müəyyən olunmuş qaydada xarici ölkələrin statistika orqanları ilə və beynəlxalq təşkilatlarla beynəlxalq hüquq normalarına müvafiq əlaqələr yaradır, onlarla əməkdaşlıq haqqında müqavilələr bağlayır və bu sahədə Azərbaycan Respublikasını təmsil edir, beynəlxalq səviyyədə konfrans, müşavirə və seminarlar təşkil edir, habelə hökumətlərarası və qeyri-hökumət beynəlxalq təşkilatlarının təşkil etdikləri tədbirlərdə iştirak edir. Beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikasında iqtisadi, demoqrafik, sosial və ekoloji vəziyyətin başqa ölkələrdəki vəziyyətlə müqayisəsi üçün xarici ölkələrdən statistik məlumatlar alır. [29]

 

II f ə s i l

DÖVLƏT STATİSTİKA ORQANLARININ VƏZİFƏLƏRİ VƏ HÜQUQLARI

 

Maddə 6. Dövlət statistika orqanlarının vəzifələri

 

Dövlət statistika orqanları öz səlahiyyətlərinə müvafiq surətdə aşağıdakı vəzifələri həyata keçirirlər:

1) Statistika Şurası ilə məsləhətləşmələrdən sonra bu qanunun 3-cü maddəsinin üçüncü abzasına uyğun olaraq, proqramın layihəsini və proqramda nəzərdə tutulmuş statistik tədbirləri hazırlayır, təşkil edir və həyata keçirir;

2) proqramla digər orqanlara həvalə edilmiş rəsmi statistika materiallarının istehsalının və müşahidələrin qanunauyğun aparılmasına metodiki köməkliyi və beynəlxalq təcrübədə qəbul edilmiş standartlarla daha çox müqayisə oluna bilən metodologiyanın, təsnifatların və standartların işlənməsini həyata keçirirlər;

3) proqramın yerinə yetirilməsinə dair illik hesabatı müvafiq icra hakimiyyəti orqanına təqdim edir və bu hesabatı nəşr etdirirlər; [30]

4) Azərbaycan Respublikasının və onun regionlarının icra hakimiyyəti orqanlarını proqrama uyğun olaraq sosial-iqtisadi vəziyyətə dair zəruri statistik məlumatlarla təmin edirlər; [31]

5) statistik vahidlərdən yığılmış zəruri məlumatlar əsasında ölkə və regionlar üzrə ümumiləşdirilmiş və qruplaşdırılmış nəticələri tərtib edirlər, statistik məcmuələr, bülletenlər, icmallar, mətbu buraxılışlar və digər statistik materiallar nəşr edirlər, onları istifadəçilər arasında yayırlar, ictimaiyyətdə maraq doğuran icmal-statistik məlumatları mətbuatda dərc etdirirlər; [32]

6) istifadəçilər tərəfindən statistik nəticələrin səhv şərh edilməsi hallarının qarşısının alınması məqsədilə onlara izahlar verir, mediada çıxışlar edirlər; [33]

7) statistik məlumatların doğruluğunu və obyektivliyini, baş verən sosial-iqtisadi hadisələrə və proseslərə onların tam uyğunluğunu, keyfiyyətliyini və vaxtında toplanmasını, habelə statistik sirr sayılan məlumatların qorunmasını təmin edirlər; [34]

8) rəsmi statistikanın əhəmiyyətinin geniş ictimaiyyətə izah olunmasını təşkil edirlər;

9) statistika sahəsində işləyən mütəxəssislərin ixtisas və biliklərinin yüksəldilməsini təşkil edirlər;

10) Hüquqi şəxslərin və fərdi sahibkarların dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanlarından alınmış və digər məlumatlar əsasında statistik vahidlərin Dövlət registrini tərtib edir və aparırlar; [35]

11) beynəlxalq təcrübədə tətbiq olunan təsnifatlar əsasında və Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələbləri nəzərə alınmaqla, statistik işlərin təşkili üçün zəruri texniki-iqtisadi və sosial məlumatların milli təsnifatlarını hazırlayırlar;

12) hüquqi şəxslərin, dövlət orqanlarının və vətəndaşların müraciətləri əsasında məlumatlar bankında onların özlərinə aid olan məlumatları təqdim edirlər;

13) dövlət statistika hesabatlarını təqdim edən hüquqi və fiziki şəxsləri hesabat formaları və onların tərtibinə dair təlimatlarla pulsuz təmin edir, onları statistik hesabatların təqdim olunma vaxtı, dövriliyi və digər zəruri tələblər haqqında məlumatlandırırlar. [36]

Dövlət statistika orqanları əldə edilmiş məlumatlardan ayrı-ayrı hüquqi, yaxud fiziki şəxslərə qarşı qərarlar qəbul edilməsində istifadə olunması kimi statistik məqsədlərə aidiyyəti olmayan heç bir vəzifəni yerinə yetirmirlər.

Proqramda başqa hallar nəzərdə tutulmayıbsa, dövlət statistika orqanları rəsmi statistika materiallarının proqramda göstərilmiş müddətdə istehsalına görə cavabdehdirlər. [37]

 

Maddə 7. Dövlət statistika orqanlarının hüquqları və səlahiyyətləri

 

Dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquq və səlahiyyətlər verilir:

1)                       Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən (onların nümayəndəlik və filiallarından), Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxslərindən və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərindən, filiallarından, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarından və fiziki şəxslərdən haqqı ödənilmədən, qanunvericilik aktlarına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, həcmdə və müddətlərdə dolğun və etibarlı statistik məlumatları almaq; [38]

2)             məlumatların təhrif edilməsi halları aşkara çıxarıldığı zaman hesabatlarda düzəliş etmək və bu haqda statistik vahidlər tərəfindən yerinə yetirilməsi məcburi olan tapşırıqlar vermək; [39]

3)             statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək; [40]

4)                       ölkədə statistikaya dair vahid metodologiyanı tətbiq etmək, rəsmi statistika hesabatlarının formalarını işləyib hazırlamaq, hesabatların toplanması və təqdim olunmasının vaxtını və qaydalarını (ətraf mühitin mühafizəsi sahəsində və əməyin mühafizəsi üzrə dövlət statistikasının aparılması qaydaları istisna olmaqla) müəyyənləşdirmək; [41]

5)             statistik hesabatları təsdiq və ləğv etmək, hesabatların təkmilləşdirilməsi işlərini əlaqələndirmək; [42]

6)             qanunvericiliyə uyğun bağlanmış müqavilələr əsasında haqqı dövlət büdcəsinə ödənilməklə hüquqi və fiziki şəxslərə proqrama daxil olmayan statistik xidmətlər göstərmək. [43]

7)             hazırlanmış statistika materiallarının (külliyyatların), proqramda nəzərdə tutulmayan və əlavə olaraq hazırlanan məlumatların, icra, qanunvericilik və məhkəmə orqanları, media subyektləri istisna olmaqla, istifadəçilərə, müəyyən olunmuş qaydada, haqqı ödənilməklə satışını təşkil etmək; [44]

8)             bu qanunla və digər normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada rəsmi statistika materiallarının istehsalına və hesabat formalarının doldurulmasına dair normativ hüquqi aktları qəbul etmək. [45]

9)              Hüquqi şəxslərin və fərdi sahibkarların dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanlarından statistik vahidlərin Dövlət registrinin tərtib edilməsi və aparılması üçün zəruri olan məlumatları almaq. [46]

 

III fəsil

STATİSTİKA ŞURASI [47]

 

Maddə 8. Statistika Şurası [48]

 

Statistika Şurası (bundan sonra - Şura) proqramın hazırlanması, həyata keçirilməsi və statistikanın təşkili, inkişafı və fəaliyyət göstərməsi üzrə məsləhətlərin verilməsi məqsədi ilə yaradılır. Şura müvafiq icra hakimiyyəti orqanı yanında, ictimai əsaslarla fəaliyyət göstərir və əsasən aşağıdakı funksiyaları yerinə yetirir:

- proqramın hazırlanmasına dair təklif və tövsiyələrin verilməsini;

- proqramın həyata keçirilməsi məsələləri ilə bağlı məsləhətlərin verilməsini;

- Azərbaycan Respublikasında rəsmi statistikanın ardıcıl inkişafı üzrə tövsiyələrin hazırlanmasını;

- statistik məlumat istifadəçilərinin statistikaya dair irad, rəy və təkliflərinə baxaraq müvafiq icra hakimiyyəti orqanına tövsiyələr verilməsini.

Şuranın işi aşkarlıq şəraitində həyata keçirilir. Şuranın tövsiyələri geniş ictimaiyyətə çatdırıla bilər.

Şuranın tərkibinə statistika, maliyyə, iqtisadiyyat, vergi, gömrük orqanlarının, bankların, həmkarlar ittifaqları birliklərinin, sahibkarların ictimai birliklərinin, təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların və statistik məlumatların istifadəçilərinin nümayəndələri daxil edilirlər. [49]

Şuranın üzvləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə 5 il müddətinə təsdiq edilir.

 

IV fəsil

RƏSMİ STATİSTİKANIN PRİNSİPLƏRİ VƏ MÜSTƏQİLLİYİ [50]

 

Maddə 9. Prinsiplər [51]

 

Rəsmi statistikanın keyfiyyətliliyini və ictimaiyyətin statistikaya inamını təmin etmək üçün bu sahədə proqramların həyata keçirilməsi üzrə işlərin təşkili və aparılması statistika məlumatlarının düzgünlük, obyektivlik, müasir şəraitə uyğunluq, məxfilik və şəffaflıq prinsipinə əsaslanır.

 

Maddə 10. Rəsmi statistikanın müstəqilliyi

 

Dövlət və qeyri-hökumət təşkilatlarının dövlət statistika orqanlarının səlahiyyətlərinin həyata keçirilməsinə müdaxiləsi yolverilməzdir və onlara öz xidməti vəzifələrinin yerinə yetirilməsində təsir göstərmirlər.

Proqramın həyata keçirilməsi, xüsusən də məlumat mənbələrinin, statistik metodların seçilməsi və məlumatların yayılması prosesi, onun məzmunu, forması, vaxtı və statistik məlumatların məxfiliyinin təmin olunması zamanı dövlət statistika orqanları müstəqildirlər və kənar təşkilatlardan bu işlərə dair göstəriş və təlimatlar qəbul etmirlər.

 

V fəsil

RƏSMİ STATİSTİKANIN İNZİBATI STATİSTİKA İLƏ ƏLAQƏLƏRİ [52]

 

Maddə 11. Statistika müşahidələri [53]

 

Rəsmi statistik məlumatlar başdan-başa və yaxud seçmə müşahidələr yolu ilə toplanır. Bu müşahidələr müntəzəm və dövri statistik hesabatlardan, birdəfəlik uçotaalmalardan, müxtəlif siyahıyaalmalardan, sorğulardan, müayinələrdən ibarətdir. [54]

Dövlət (region) statistika müşahidələri aparılan zaman, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, statistik müşahidələrin növü, metodologiyası, proqramları və obyektləri həmçinin rəsmi statistikanın aparılması üçün bütün mənbələrdən məlumatların alınması, inzibati registrlərdən və ya dövlət statistika orqanlarının məlumatları əsasında aparılan qiymətləndirmələrdən istifadə edilməsi, beynəlxalq təşkilatların və Şuranın tövsiyələri nəzərə alınmaqla, dövlət statistika orqanları tərəfindən müəyyən edilir. İstifadə olunacaq mənbənin seçilməsinə dair qərar qəbul edilərkən onun keyfiyyətinə, məlumatların vaxtında təqdim edilməsinə, xərclərə və bununla əlaqədar respondentlərə düşən yükə xüsusi diqqət yetirilir. [55]

İqtisadi siyahıyaalmalar, habelə əhalinin ümumrespublika siyahıyaalınmasının həyata keçirilməsi normativ aktlara uyğun aparılır. Onların yerinə yetirilməsi üçün dövlət statistika orqanlarında işləməyən şəxslər müvafiq icra hakimiyyəti orqanının qərarlarında müəyyən edilmiş şərtlər əsasında cəlb edilirlər. [56]

Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. [57]

Rəsmi statistika materiallarının istehsalı üçün məlumatların təqdim olunmasına cəlb edilmiş statistik vahidlərin müayinə və siyahıyaalmanın məqsədi, əhatə dairəsi, statistik məlumatların məxfiliyinin təmin edilməsi üçün təminat, həmçinin bu barədə öz səlahiyyət və vəzifələri haqqında məlumat almaq hüququ vardır.

Başdan-başa siyahıyaalmalarda məlumatların təqdim edilməsi üzrə öhdəlik (vəzifə) müvafiq məcmu çərçivəsində əhatə dairəsinin müəyyən meyarlarına cavab verən bütün statistik vahidlərə şamil edilir. Seçmə müayinələrdə bu öhdəlik yalnız seçmə planı əsasında müəyyən edilmiş vahidlərə aid edilir. Seçmə planı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və respondentlərin təmsilçiliyinin və onlara düşən yükün azaldılması məqsədinə xidmət edir. [58]

Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. [59]

 

Maddə 12. Azərbaycan Respublikasında statistik vahidlər registrinin və təsnifatların aparılması [60]

 

Azərbaycan Respublikasında statistik məlumatların beynəlxalq müqayisəliliyini təmin etmək üçün beynəlxalq təsnifatlarla uzlaşdırılmış və yerli şəraitə uyğunlaşdırılmış texniki-iqtisadi və kommersiya məlumatlarının statistik təsnifatları (TİKMST) yaradılır və aparılır. [61]

Azərbaycan Respublikası ərazisində məlumatların mübadiləsimi aparan bütün hüquqi və fiziki şəxslər mütləq statistik təsnifatlardan (məlumatların kodlaşdırılmasından) istifadə etməlidirlər. [62]

Statistik təsnifatların aparılması, yenilərin yaradılması və köhnələrin ləğv edilməsi qaydası "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. [63]

Azərbaycan Respublikası ərazisində rəsmi statistikanı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən statistik məlumatları əks etdirən statistik vahidlərin Dövlət reyestri aparılır, orada təsərrüfatçılıq-sahibkarlıq fəaliyyəti göstərən və qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olan hüquqi və fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyətini, əsas və qeyri-əsas fəaliyyətini səciyyələndirən ünvan və statistika göstəriciləri barədə məlumatlar, həmçinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilən bölgüsü əks etdirilir. [64]

 (Çıxarılıb) [65]

 (Çıxarılıb) [66]

 

Maddə 13. İnzibati məlumat mənbələrinə giriş [67]

 

Statistik vahidlərdən alınan məlumat yükünü azaltmaq, onların yığılmasında təkrarçılığa yol verməmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanları topladıqları, işlədikləri və özlərinin məlumat bazalarında yerləşdirdikləri inzibati məlumat mənbələrinə, məlumatlar registrlərinə və digər fayllara rəsmi statistika materiallarının hazırlanması üçün dövlət statistika orqanlarının girişini zəruri olan səviyyədə, həcmdə və vaxtda təmin edirlər və proqramla müəyyənləşdirilmiş vaxtda və formada məlumatları onlara təqdim edirlər.

 

Maddə 14. Rəsmi statistika orqanının inzibati məlumat istehsalçıları ilə əlaqələri [68]

 

Bu qanun inzibati məlumatların istehsalı üçün hüquqi baza yaratmır. Paralelçiliyə yol verməmək, ikiqat işdən qaçmaq, vahid təsnifat və metodlardan istifadəni və əldə edilmiş nəticələrin rəsmi statistikaya uyğunluğunu təmin etmək məqsədi ilə onların statistika hesabatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İnzibati məlumatların istehsalını öhdəsinə götürmüş müvafiq icra hakimiyyəti orqanları rəsmi statistika ilə məşğul olan orqana onun müəyyən etdiyi vaxtlarda və həcmdə hesabat təqdim edirlər. [69]

Dövlət statistika orqanları statistika məlumatlarını əldə etmək və onları bu Qanunun 22-ci maddəsinin tələblərini nəzərə alaraq yaymaq hüququna malikdir. Bununla əlaqədar olaraq, dövlət statistika orqanlarının tələbi ilə inzibati məlumatları ona təqdim etmək inzibati məlumat istehsalçılarının vəzifəsidir. [70]

 

VI fəsil

İLKİN STATİSTİK MƏLUMATLAR VƏ ONLARIN MƏXFİLİYİ [71]

 

Maddə 15. İlkin statistik məlumatlar və onlardan istifadə edilməsi [72]

 

İlkin statistik məlumatlar hüquqi və fiziki şəxslər haqqında ilkin məlumatları səciyyələndirir. [73]

İlkin statistik məlumatlar mötəbər ilkin uçota əsaslanmalıdır və onlardan yalnız icmal statistik işlər, məcmuələrin tərtib edilməsi, sosial-iqtisadi təhlil üçün istifadə olunmalıdır.

Statistik məqsədlər üçün yığılan ilkin məlumatlar , məhkəmə qərarları əsasında verilmiş məlumatlar istisna olmaqla, başqa məqsədlər üçün istifadə oluna bilməz. [74]

 

Maddə 16. Statistik sirr və hamı üçün açıq olan məlumatlar [75]

 

Rəsmi statistikanın aparılması üçün yığılan, işlənən və məlumatlar bazasına daxil edilən, birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və beləliklə də, ilkin məlumatların əldə edilməsinə imkan verən hüquqi və fiziki şəxslərin ilkin statistik məlumatları konfidensial sayılır və statistik sirdir. [76]

Statistik vahidin birbaşa tanınması onun adı, ünvanı və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin köməyi ilə baş verir. [77]

Dolayısı ilə statistik vahidlərin tanınması bu maddənin ikinci hissəsində qeyd olunan məlumatlardan əlavə, bu vahidlər haqqında digər məlumatlardan istifadə etməklə baş verə bilər. Statistik vahidin dolayı yolla tanınması imkanını müəyyənləşdirərkən, həmin statistik vahidin tanınmasında istifadəsi mümkün olan bütün vasitələr nəzərə alınmalıdır. [78]

Hüquqi və (və ya) fiziki şəxsin razılığı olmadan onlar haqqında məlumatların açıqlanması statistik sirr təşkil edən məlumatların aşkarlanması, yaxud yayılması hesab olunur.

Hamı üçün açıq, yəni ümumiləşdirilmiş yekun məlumatlar məxfi sayılmır. [79]

Ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır. [80]

 

Maddə 17. Məxfi statistik məlumatlardan istifadə edilməsi [81]

 

Respondentlər tərəfindən onlara aid məlumatlardan hər hansı bir məqsəd üçün istifadə olunmasına razılıq verilməyibsə, məxfi statistik məlumatlar, bu qanuna uyğun olaraq, yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyi təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.

 

Maddə 18. Elmi tədqiqatlar

 

Alınması nəzərdə tutulmuş nəticələr ayrı-ayrı vahidlərin tanınmasını mümkün etmirsə, konkret elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üçün birbaşa tanınmaya imkan verməyən məxfi məlumatların əldə edilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilə bilər.

Belə məlumatların əldə edilməsinə yalnız o şərtlə icazə verilir ki, həmin elmi-tədqiqat layihələri çərçivəsində məxfi məlumatların qorunmasına təminat verilir.

 

Maddə 19. Məxfi statistik məlumatların əldə edilməsi

 

Öz xidməti vəzifəsinə görə rəsmi statistika sahəsində çalışanların məxfi statistik məlumatlara giriş dairəsi zəruri icmal materialların hazırlanması üçün kifayət edən səviyyə ilə məhdudlaşdırılır. Onların elmi-tədqiqat məqsədləri ilə əldə edilməsi də eyni qaydada məhdudlaşdırılır.

 

Maddə 20. Məlumatların qorunması üzrə tədbirlər

 

Dövlət statistika orqanları məxfi statistik məlumatların qanunazidd əldə edilməsinin, yayılmasının və ya istifadə olunmasının qarşısını almaq üçün zəruri olan inzibati, texniki və təşkilati xarakterli bütün tədbirləri həyata keçirirlər.

 

VII fəsil

MƏLUMATLARIN YAYILMASI [82]

 

Maddə 21. Statistik məlumatların əldə edilməsi [83]

 

Müvafiq icra hakimiyyəti orqanı açıq olan statistik məlumatların yayılmasına təminat verir və bunun nəticəsində bütün istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər.

İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, mediadan və digər vasitələrdən istifadə edilir.

 

Maddə 22. Məxfi statistik məlumatların yayılması

 

Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.

 

VIII fəsil

DÖVLƏT STATİSTİKA ORQANLARI İŞÇİLƏRİ ÜÇÜN MƏHDUDİYYƏTLƏR VƏ ONLARIN SOSİAL MÜDAFİƏSİ [84]

 

Maddə 23. Dövlət statistika orqanlarının maliyyələşdirilməsi və maddi-texniki təminatı [85]

 

Dövlət statistika orqanlarının saxlanılması üçün vəsait dövlət büdcəsində nəzərdə tutulur. [86]

Dövlət statistika orqanlarının, rəsmi statistika materiallarının istehsalının, statistika orqanlarına hesabat verən statistik vahidlərin statistik hesabat blankları və digər sənədlərlə təmin edilməsinin maliyyələşdirilməsi, maddi-texniki təminatı və onlara xidmət göstərilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Yerli statistika orqanlarının Proqramda nəzərdə tutulmamış, əlavə gördükləri işlər həmin işləri gördürən təşkilatların vəsaiti hesabına ödənilir. [87]

Dövlət statistika orqanlarının maddi-texniki təminatı məsələlərini müvafiq icra hakimiyyəti orqanı həll edir. [88]

 

Maddə 24. Dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi [89]

 

Dövlət statistika orqanları işçilərinin sosial müdafiəsinə dövlət təminat verir.

Dövlət statistika orqanlarının işçiləri əməyin ödənilməsi fondu hesabına mükafatlandırılır və onlara müvafiq qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər verilir. [90]

(Çıxarılıb) [91]

 

Maddə 25. Dövlət statistika orqanları işçiləri üçün məhdudiyyətlər [92]

 

Dövlət statistika orqanları işçilərinin müəssisələrdə, idarələrdə və təşkilatlarda əvəzçilik üzrə işləməsi (elmi və müəllimlik fəaliyyəti istisna olmaqla), habelə hər hansı növ sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır.

 

IX f ə s i l

STATİSTİKA HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT [93]

 

Maddə 26. Statistika haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət [94]

 

Statistika haqqında qanunvericiliyin pozulması qanunvericiliyə uyğun intizam, inzibati və cinayət məsuliyyətinə səbəb olur.

 

Maddə 27. Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə məsuliyyət [95]

 

Rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Məsuliyyətə cəlb etmə hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir. [96]

Hüquqi və fiziki şəxslər statistika orqanlarına təhrif edilmiş məlumatların verilməsi və ya hesabatın təqdim edilməsi müddətlərinin pozulması nəticəsində yekun hesabatlara düzəlişlər edilməsi ilə əlaqədar dəymiş ziyanı müəyyən edilmiş qaydada müvafiq statistika orqanlarına ödəməlidirlər. [97]

 

Maddə 28. Dövlət statistika orqanları işçilərinin məsuliyyəti [98]

 

Dövlət statistika orqanlarının işçiləri, vəzifəli şəxsləri və rəsmi statistika müşahidələrinin aparılmasına cəlb edilən şəxslər statistik sirrin yayılmasına görə, rəsmi statistika müşahidələrinin aparılması vəzifələrini yerinə yetirməyə müəyyən olunmuş qaydada cəlb edilən şəxslər isə əsassız olaraq işi yerinə yetirməkdən imtina etməyə, yaxud onları vaxtında və keyfiyyətlə yerinə yetirməməyə görə müvafiq qaydada məsuliyyət daşıyırlar. [99]

Öz xidməti vəzifələrinə görə statistik sirr sayılan məlumatlara girişə icazəsi olan şəxslər xidməti vəzifələrinə xitam verildikdən sonra da bu məlumatların yayılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. [100]

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 18 fevral 1994-cü il

№ 789

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 may 2000-ci il tarixli 879-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 486)

2.       22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706)

3.       3 dekabr 2002-ci il tarixli 386-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 4)

4.       30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)

5.       9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202)

6.       18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507)

7.       23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)

8.       23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il)

9.       20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)

10.    17 aprel 2007-ci il tarixli 316-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 437)

11.    1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29)

12.    1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)

13.    27 oktyabr 2009-cu il tarixli 902-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289)

14.    15 noyabr 2011-ci il tarixli 246-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr 2011-ci il, № 279, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1101)

15.    31 oktyabr 2017-ci il tarixli 831-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2017-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2199)

16.    15 dekabr 2017-ci il tarixli 920-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 5)

17.    12 oktyabr 2018-ci il tarixli 1270-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2018-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2201)

18.    17 fevral 2023-cü il tarixli 817-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63) ilə adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Statistika haqqında

 

[2] 27 oktyabr 2009-cu il tarixli 902-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə Qanunun preambulasının birinci hissəsində "təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə" sözlərindən sonra "(onların nümayəndəlik və filiallarına)" sözləri əlavə edilmişdir.

 

[3] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63) ilə  preambula yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Bu Qanun Azərbaycan Respublikasında statistika işinin aparılması sahəsində hüquq münasibətlərini tənzimləyir, dövlət statistika orqanlarının səlahiyyət və funksiyalarını müəyyən edir, vahid dövlət məlumatlandırma sisteminin təşkilinə imkan yaradır. Qanun Azərbaycan Respublikasının bütün idarəetmə orqanlarının, maliyyə, bank, vergi və gömrük xidmətlərinin, mülkiyyət formasından, əməyin təşkilindən və tabeliyindən asılı olmayaraq respublikanın ərazisində, habelə onun sərhədlərindən kənarda yerləşən və Azərbaycan Respublikasının mülkiyyətində olan müəssisələrin, təşkilatların, idarələrin, assosiasiyaların, şirkətlərin və digər hüquqi şəxslərin, həmçinin sahibkarlıq və qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyətinə şamil edilir.

 

[4] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63) ilə yeni birinci maddə əlavə edilmişdir.

 

[5] 15 noyabr 2011-ci il tarixli 246-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr 2011-ci il, № 279, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1101) ilə 1-ci maddənin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

rəsmi statistika - "Statistik işlər haqqında proqram" (bundan sonra - proqram) çərçivəsində müvafiq məcmularda mövcud olan prosesləri xarakterizə etmək məqsədi ilə səlahiyyətli orqanların aldıqları məlumatlardır;

 

[6] 15 noyabr 2011-ci il tarixli 246-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr 2011-ci il, № 279, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1101) ilə 1-ci maddənin üçüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

inzibati statistika - müvafiq normativ hüquqi aktlar əsasında dövlət orqanları tərəfindən öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar istehsal olunan məlumatlardır;

 

[7] 27 oktyabr 2009-cu il tarixli 902-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 1-ci maddənin beşinci abzasında "hüquqi" sözündən sonra "şəxslərdir (onların nümayəndəlik və filiallarıdır)" sözləri əlavə edilmişdir.

 

[8] 15 noyabr 2011-ci il tarixli 246-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr 2011-ci il, № 279, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1101) ilə 1-ci maddəyə doqquzuncu abzas əlavə edilmişdir.

 

[9] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63) ilə 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci , 6-cı və 7-ci maddələr müvafiq olaraq 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 11-ci maddələr hesab edilmişdir

 

[10] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63) ilə maddənin adında “dövlət statistika siyasəti” sözləri “rəsmi statistikanın məqsədi” sözləri ilə, birinci və üçüncü hissələrində “Dövlət statistika siyasəti” sözləri “Rəsmi statistikanın məqsədi” sözləri ilə əvəz edilmişdir.

 

[11] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63) ilə 2-ci maddənin birinci hissəsində  "edir" sözü "etməkdir" sözü ilə əvəz edilmişdir.

 

[12] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63) ilə 2-ci maddənin ikinci hissəsində "Dövlət statistika siyasətinin" sözləri "Rəsmi statistikanın" sözləri ilə əvəz edilmiş, "məqsədi" sözündən sonra "ilkin məlumatların məxfiliyini təmin etməklə" sözləri, "vəziyyəti" sözündən sonra "elmi-texniki inkişafı," sözləri əlavə edilmiş, "respublika" sözü "ölkə" sözü ilə və "müxtəlif sosial-iqtisadi və elmi-texniki proqramların yerinə yetirilməsini səciyyələndirən obyektiv məlumatların, təkrar ictimai istehsalın bütün iştirakçılarının və idarəetmə orqanlarının ehtiyaclarını ödəyən statistik məlumatların əldə edilməsindən ibarətdir" sözləri "səciyyələndirən statistik məlumatlarla idarəetmə orqanlarının, iqtisadi subyektlərin, elmi işçilərin ehtiyaclarının ödənilməsindən ibarətdir" sözləri ilə əvəz edilmişdir.

 

[13] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63) ilə 2-ci maddənin üçüncü hissəsində "obyektivliyini və dürüstlüyünü, statistik məlumatın sabitliyini, beynəlxalq statistika ilə müqayisəsinin mümkünlüyünü" sözləri "obyektivliyinin və beynəlxalq standartlara uyğun olaraq müqayisəliliyinin təmin edilməsinə" sözləri ilə əvəz edilmiş və "yaradılmasına" sözündən sonra "bu qanunun tələbləri çərçivəsində məlumatların yığılması, işlənməsi, bazada yerləşdirilməsi, ötürülməsi və yayılmasında istifadə edilən prinsip və metodların daim təkmilləşdirilməsinə, səmərəliləşdirilməsinə və rəsmi statistika sahəsində dünyanın qabaqcıl statistika ənənələri və elmi nailiyyətlərinin tətbiq edilməsinə" sözləri əlavə edilmişdir.

 

[14] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63) ilə 2-ci maddəyə dördüncü hissə əlavə edilmişdir.

 

[15] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63) ilə 3-cü maddənin adında və birinci hissəsində "Dövlət" sözü "Rəsmi" sözü ilə əvəz edilmişdir.

 

[16] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63) ilə "ümumrespublika" sözü "ümumdövlət" sözü ilə əvəz edilmişdir.

 

[17] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63) ilə 3-cü maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasında dövlət statistikasının təşkili ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, rayon, şəhər (respublika tabeli) statistika idarələri və şəhərlərdə statistika şöbələri (bundan sonra yerli statistika orqanları adlanacaq) məşğul olurlar. Yerli statistika orqanları yalnız yuxarı dövlət statistika orqanlarına tabedir.

 

[18] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 3-cü maddənin üçüncü hissəsinin birinci cümləsində "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi" və "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə, "statistika işlərini" sözləri "rəsmi statistikanı" sözləri ilə, “reqlament”ə (bundan sonra - reqlament)” sözləri “proqram”a (bundan sonra - proqram)” sözləri ilə əvəz edilmiş, ikinci cümləsində "reqlament" sözü "proqram" sözü ilə əvəz edilmişdir; bu hissəyə üçüncü və dördüncü cümlələr əlavə edilmişdir.

 

[19] 12 oktyabr 2018-ci il tarixli 1270-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2018-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2201) ilə 3-cü maddənin üçüncü abzasından sonra yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.

 

[20] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 3-cü maddənin dördüncü hissəsində "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilmişdir.

 

[21] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 2-ci maddəsinin dördüncü hissəsində "hüquqi şəxsdir" sözləri çıxarılmış və "Azərbaycan Respublikasının bank idarələrində hesablaşma hesablarına və digər hesablara" sözləri "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq xəzinə hesablanma, habelə bank hesabına" sözləri ilə əvəz edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və onun yerli orqanları hüquqi şəxsdir, müstəqil xərclər smetasına, Azərbaycan Respublikasının bank idarələrində hesablaşma hesablarına və digər hesablara, Azərbaycan Respublikasının gerbi təsvir edilmiş möhürə malikdir.

 

23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 3-cü maddənin dördüncü hissəsində "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi" sözləri "Müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilmişdir.

 

[22] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 3-cü maddənin beşinci hissəsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında Əsasnaməni Azərbaycan Respublikası Nazirlər Kabineti təsdiq edir.

 

[23] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 4-cü maddənin adında və mətninin əvvəlində "Statistika" sözü "Rəsmi statistika" sözləri ilə əvəz edilmişdir.

 

[24] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə "bu qanundan və" sözləri "Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan," sözləri ilə əvəz edilmiş, "aktlarından" sözündən sonra "və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən" sözləri əlavə edilmişdir.

 

[25] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 4-cü maddə 5-ci maddə hesab edilmişdir.

 

[26] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 5-ci maddənin birinci hissəsinin ikinci abzasından "zəruri hallarda" və "uçot və" sözləri çıxarılmış,  "respublikada" sözü "ölkədə" sözü ilə əvəz edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

zəruri hallarda öz işinin nəticələri, uçot və hesabat sisteminin vəziyyəti, respublikada və regionlarda baş verən iqtisadi və sosial proseslər haqqında müvafiq orqanlara müntəzəm məlumat verirlər;

 

[27] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 5-ci maddənin birinci hissəsinin üçüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

maliyyə orqanları və digər müvafiq orqanlarla birlikdə respublikada uçot və hesabat sistemini təşkil edir, hesabatların müəyyənləşdirilmiş vaxtda və ünvanlara təqdim edilməsinə, onların düzgünlüyünün təmin olunmasına nəzarəti həyata keçirirlər;

 

[28] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 5-ci maddənin birinci hissəsinin dördüncü abzası çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

uçot və hesabatın vəziyyəti, hesabat məlumatlarının düzgünlüyünün təmin edilməsi üzərində nəzarət sahəsində öz işlərini hüquq mühafizə, maliyyə, bank, vergi xidməti və nəzarət hüququ olan orqanlarla əlaqələndirirlər.

 

[29] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 5-ci maddənin ikinci hissəsində "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi" sözləri "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə, "çağırır" sözü "təşkil edir" sözləri ilə əvəz edilmiş və həmin hissəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir:

 

[30] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 6-cı maddənin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1) beynəlxalq təcrübədə qəbul edilmiş standartlarla müqayisə oluna bilən və statistik işlərin bütün növlərinin aparılmasında hökmən istifadə edilməli olan texniki-iqtisadi məlumatların və statistik standartların işlənməsi və tətbiqi sahəsində metodoloji rəhbərliyi həyata keçirirlər;

2) respublikanın və onun regionlarının sosial-iqtisadi inkişafının təhlili üçün lazım olan statistik hesabatların optimal tərkibini və strukturunu müəyyənləşdirirlər;

3) respublikada və regionlarda baş verən iqtisadi və sosial prosesləri öyrənir, ümumiləşdirir və təhlil edirlər;

 

[31] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 6-cı maddənin birinci hissəsinin 4-cü bəndində "regionlarının hakimiyyət və idarəetmə" sözləri "onun regionlarının icra hakimiyyəti" sözləri ilə, "statistik işlər haqqında reqlamentə" sözləri isə "proqrama" sözü ilə əvəz edilmişdir.

 

[32] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 6-cı maddənin birinci hissəsinin 5-ci bəndinin əvvəlinə "statistik vahidlərdən yığılmış zəruri məlumatlar əsasında ölkə və regionlar üzrə ümumiləşdirilmiş və qruplaşdırılmış nəticələri tərtib edirlər" sözləri və "nəşr edirlər" sözlərindən sonra ", onları istifadəçilər arasında yayırlar, ictimaiyyətdə maraq doğuran icmal-statistik məlumatları mətbuatda dərc etdirirlər;" sözləri əlavə edilmişdir.

 

[33] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 6-cı maddənin birinci hissəsinin 6-cı bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6) ictimaiyyətdə geniş maraq doğuran icmal statistik məlumatlardan istifadə olunmasının mümkünlüyünü, o cümlədən mətbuatda dərc etmək yolu ilə təmin edirlər.

17 fevral 2023-cü il tarixli 817-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə 6-cı maddənin birinci hissəsinin 6-cı bəndində və 21-ci maddənin ikinci hissəsində ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media” sözü ilə əvəz edilmişdir.

 

[34] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 6-cı maddənin birinci hissəsinin 7-ci bəndində "sirrin yayılmamasını təmin etmək üçün cavabdehdirlər." sözləri "sirr sayılan məlumatların qorunmasını təmin edirlər;" sözləri ilə əvəz edilmişdir.

 

[35]   1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29) ilə 6-cı maddənin 10-cu bəndində " statistik" sözünün əvvəlinə "Hüquqi şəxslərin və fərdi sahibkarların dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanlarından alınmış və digər məlumatlar əsasında" sözləri əlavə edilmişdir.

 

[36] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 6-cı maddənin birinci hissəsinə 8-ci, 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü bəndlər əlavə edilmişdir.

 

[37] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 6-cı maddəyə ikinci və üçüncü hissələr əlavə edilmişdir.

 

[38] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 7-ci maddənin birinci hissəsinin 1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1) tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində, habelə onun sərhədlərindən kənarda yerləşən bütün hüquqi şəxslərdən (Azərbaycan Respublikasının mülkiyyəti olan) haqqı ödənilmədən, dövlət statistika orqanları tərəfindən müəyyən edilən həcmdə və müddətlərdə düzgün statistik məlumatları almaq;

 

27 oktyabr 2009-cu il tarixli 902-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 7-ci maddənin 1-ci bəndində "təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən" sözlərindən sonra "(onların nümayəndəlik və filiallarından)" sözləri əlavə edilmişdir.

 

[39] 23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 7-ci maddənin birinci hissəsinin 2-3-cü  bəndləri çıxarılmış və 4-8-ci bəndlər  müvafiq olaraq 2-6-cı bəndlər hesab edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2) fiziki şəxslərin sosial-demoqrafik vəziyyəti və sahibkarlıq fəaliyyəti haqqında onlardan statistik müşahidələr üçün zəruri məlumatlar (haqqı ödənilmədən) almaq;

3) ilkin və icmal statistik məlumatların dürüstlüyünü yoxlamaq və bu zaman hüquqi və fiziki şəxslərdən yoxlamaya aid bütün sənədləri, habelə izahat və arayışları maneəsiz olaraq almaq, yoxlamanın nəticələrini müəyyənləşdirilmiş qaydada rəsmiləşdirmək;

 

23 dekabr 2005-ci il tarixli 31-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 63)  ilə 7-ci maddənin birinci hissəsinin 2-ci bəndində "müəssisə, birlik, idarə, təşkilat və s." sözləri "statistik vahidlər" sözləri ilə əvəz edilmişdir.

 

[40] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 6-cı maddənin 5-ci bəndinə "edən" sözündən sonra ", statistik sirri yayan" sözləri əlavə edilmişdir.

 

23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 7-ci maddənin birinci hissəsinin 3-cü bəndi çıxarılmış, 5-ci bəndi 3-cü bənd hesab edilmişdir. Üçüncü bəndin əvvəlki redaksiyasında deyilirdi:

3) ilkin və icmal statistik məlumatların dürüstlüyünü yoxlamaq və bu zaman hüquqi və fiziki şəxslərdən yoxlamaya aid bütün sənədləri, habelə izahat və arayışları maneəsiz olaraq almaq, yoxlamanın nəticələrini müəyyənləşdirilmiş qaydada rəsmiləşdirmək;

 

23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 7-ci maddənin birinci hissəsinin 3-cü bəndində "dövlət statistika müşahidələrinin" sözləri "rəsmi statistikanın" sözləri ilə əvəz edilmiş, "vəzifəli və fiziki" sözləri çıxarılmış və "barəsində" sözündən sonra "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

dövlət statistika müşahidələrinin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan vəzifəli və fiziki şəxslər barəsində inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək;

 

15 dekabr 2017-ci il tarixli 920-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 fevral 2018-ci il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 5) ilə 7-ci maddənin birinci hissəsinin 3-cü bəndində “rəsmi statistikanın” sözləri “statistik müşahidələrin” sözləri ilə əvəz edilmişdir.

 

[41] 16 may 2000-ci il tarixli 879-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 486) ilə 6-cı maddənin 6-cı bəndinə “qaydaları” sözündən sonra “(ətraf mühitin mühafizəsi sahəsində dövlət statistikasının aparılması qaydaları istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507) ilə 6-cı maddənin 6-cı bəndində "ətraf mühitin mühafizəsi sahəsində" sözlərindən sonra "və əməyin mühafizəsi üzrə" sözləri əlavə edilmişdir.

23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 7-ci maddənin birinci hissəsinin 6-cı bəndi 4-cü bənd hesab edilmişdir; 7-ci maddənin birinci hissəsinin 4-cü bəndində "respublikada statistik hesabatların tərtib olunması metodologiyasının vahidliyini təmin etmək, dövlət" sözləri "ölkədə statistikaya dair vahid metodologiyanı tətbiq etmək, rəsmi" sözləri ilə əvəz edilmişdir.

 

15 noyabr 2011-ci il tarixli 246-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr 2011-ci il, № 279, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1101) ilə 7-ci maddənin birinci hissəsinin 4-cü bəndindən “(ətraf mühitin mühafizəsi sahəsində və əməyin mühafizəsi üzrə dövlət statistikasının aparılması qaydaları istisna olmaqla)” sözləri çıxarılmışdır.

 

[42] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 7-ci maddənin birinci hissəsinin 7-ci bəndi 5-ci bənd hesab edilmişdir.

 

[43] 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 6-cı maddənin 8-ci bəndində "haqqı" sözündən sonra "dövlət büdcəsinə" sözləri əlavə edilmişdir.

 

23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 7-ci maddənin birinci hissəsinin 8-ci bəndi 6-cı bənd hesab edilmişdir; 7-ci maddənin birinci hissəsinin 6-cı bəndində "reqlamentə" sözü "proqrama" sözü ilə əvəz edilmişdir.

 

[44] 17 fevral 2023-cü il tarixli 817-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə 7-ci maddənin birinci hissəsinin 7-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilmişdir.

 

[45] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 7-ci maddənin birinci hissəsinə 7-ci və 8-ci bəndlər əlavə edilmişdir.

 

[46] 1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29) ilə 7-ci maddəyə 9-cu bənd əlavə edilmişdir.

 

[47] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə "III fəsil Statistika işlərinin təşkili" sözləri çıxarılmış, 7-ci maddədən sonra yeni III fəsil əlavə edilmişdir.

 

[48] 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 8-ci maddənin ikinci hissəsində “Statistika hesabatları” sözlərindən sonra “(ətraf mühitin mühafizəsi sahəsində statistika hesabatları istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 8-ci maddə çıxarılmış və III fəslə yeni 8-ci maddə əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 8. Statistika hesabatları

Statistika hesabatları statistika müşahidələrinin bir növüdür və dövlət və idarədaxili statistik hesabatlara bölünür.

Statistika hesabatları (ətraf mühitin mühafizəsi sahəsində statistika hesabatları istisna olmaqla) dövlət statistika orqanları tərəfindən təsdiq edilir və bu zaman onun təqdim edilmə dövriliyi, vaxtı, həcmi və forması müəyyənləşdirilir.

 

[49] 17 aprel 2007-ci il tarixli 316-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 437) ilə 8-ci maddəsinin 3-cü hissəsində “Həmkarlar İttifaqları təşkilatlarının” sözləri “həmkarlar ittifaqları birliklərinin” sözləri ilə əvəz edilmişdir.

31 oktyabr 2017-ci il tarixli 831-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2017-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2199) ilə 8-ci maddənin üçüncü hissəsində “və elmi-tədqiqat idarələrinin” sözləri “müəssisələrinin, elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilmişdir.

 

[50] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə yeni IV fəsil əlavə edilmişdir.

 

[51] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə IV fəslə yeni 9-cu və 10-cu maddələr əlavə edilmişdir.

 

[52] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 10-cu maddədən sonra yeni V fəsil əlavə edilmişdir.

 

[53] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 7-ci maddə 11-ci maddə hesab edilmişdir.

 

[54] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 11-ci maddənin birinci hissəsi çıxarılmış, ikinci hissə birinci hissə hesab edilmişdir. Birinci hissənin

Əvvəlki redaksiyasında deyilirdi:

Statistika müşahidələri dövlət (region) və idarə müşahidələri, yaxud müstəqil müşahidələr ola bilər.

23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 11-ci maddənin birinci hissəsinin ikinci cümləsində "siyahıyaalmalardan" sözündən sonra "" sözü, "sorğulardan" sözündən sonra "anket, sosioloji, monoqrafik" sözləri çıxarılmış və birinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Statistik məlumatlar ucdantutma, seçmə və monoqrafik müşahidələr yolu ilə toplanır. Bu müşahidələr müntəzəm və dövri statistik hesabatlardan, birdəfəlik uçotaalmalardan, müxtəlif siyahıyaalmalardan və sorğulardan, anket, sosioloji, monoqrafik müayinələrdən ibarətdir.

 

[55] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 11-ci maddənin üçüncü hissəsi ikinci hissə hesab edilmişdir; 11-ci maddənin ikinci hissəsində "obyektləri" sözündən sonra "respublika" sözləri çıxarılmış və "həmçinin rəsmi statistikanın aparılması üçün bütün mənbələrdən məlumatların alınması, inzibati registrlərdən və ya dövlət statistika orqanlarının məlumatları əsasında aparılan qiymətləndirmələrdən istifadə edilməsi, beynəlxalq təşkilatların və Şuranın tövsiyələri nəzərə alınmaqla," sözləri əlavə edilmişdir; həmin hissəyə ikinci cümlə əlavə edilmişdir.

 

[56] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 11-ci maddənin dördüncü hissəsi üçüncü hissə hesab edilmişdir;  11-ci maddənin üçüncü hissəsinin birinci cümləsində "siyahıyaalmaları mühüm dövlət statistika müşahidələri hesab olunur" sözləri "siyahıyaalınmasının həyata keçirilməsi normativ aktlara uyğun aparılır" sözləri ilə, 2-ci cümləsində "Azərbaycan Respublikası Nazirlər Kabinetinin" sözləri "müvafiq icra hakimiyyəti orqanının" sözləri ilə əvəz edilmişdir.

 

[57] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 11-ci maddənin beşinci hissəsi dördüncü hissə hesab edilmişdir; 11-ci maddənin dördüncü hissəsində "müəssisə, idarə və təşkilatlar, habelə" sözləri "hüquqi və" sözləri ilə əvəz edilmiş və "ödənilmədən" sözündən sonra "dövlət statistika orqanlarına" sözləri əlavə edilmişdir.

 

 

27 oktyabr 2009-cu il tarixli 902-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 11-ci maddənin dördüncü hissədə "hüquqi" sözündən sonra "şəxslər (onların nümayəndəlik və filialları)" sözləri və "ödənilmədən" sözündən sonra "kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında" sözləri əlavə edilmişdir.

 

 

[58] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 11-ci maddənin altıncı və yeddinci hissələri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Bu zaman dövlət statistika orqanlarına göndərilən məlumatlar poçt rüsumundan azad edilir onun çatdırılmasına çəkilən xərclərin əvəzi müvafiq büdcə vəsaitindən rabitə orqanlarına ödənilir.

Nazirliklər və başqa dövlət idarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslər müayinə olunan müəssisə, idarə və təşkilatlarla, habelə fiziki şəxslərlə bağlanmış müqavilələr əsasında müstəqil olaraq statistik müşahidələr apara bilərlər.

 

23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 11-ci maddəyə yeni beşinci və altıncı hissələr əlavə edilmişdir.

 

[59] 27 oktyabr 2009-cu il tarixli 902-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 11-ci maddəyə yeddinci hissə əlavə edilmişdir.

 

[60] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 9-cu maddə 12-ci maddə hesab edilmişdir; 12-ci maddənin adında "uçot vahidləri təsnifatının və reyestrinin" sözləri "statistik vahidlər registrinin və təsnifatların" sözləri ilə əvəz edilmişdir.

 

[61] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 12-ci maddənin birinci hissəsində "Azərbaycan Respublikasında" sözündən sonra "statistik məlumatların beynəlxalq müqayisəliliyini təmin etmək üçün beynəlxalq təsnifatlarla uzlaşdırılmış və yerli şəraitə uyğunlaşdırılmış" sözləri əlavə edilmiş və "təsnifatı (TİKMT)" sözləri "statistik təsnifatları (TİKMST)" sözləri ilə əvəz edilmişdir.

 

[62] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 12-ci maddənin ikinci hissəsində "müəssisələr, idarələr, təşkilatlar və baş idarələr" sözləri "hüquqi və fiziki şəxslər" sözləri ilə, "təsnifatdan" sözü "statistik təsnifatlardan" sözləri ilə əvəz edilmişdir.

 

[63] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 12-ci maddənin üçüncü hissəsində "Təsnifatların" sözü "Statistik təsnifatların" sözləri ilə, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında TİKMT haqqında əsasnamə" ilə müəyyənləşdirilir" sözləri isə "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir" sözləri ilə əvəz edilmişdir.

 

[64] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 12-ci maddənin dördüncü hissəsində "Azərbaycan Respublikasının Dövlət uçot vahidlərinin" sözləri "rəsmi statistikanı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən statistik məlumatları əks etdirən statistik vahidlərin Dövlət" sözləri ilə əvəz edilmiş, "fəaliyyətini" sözündən sonra "əsas və qeyri-əsas fəaliyyətini" sözləri əlavə edilmişdir.

 

12 oktyabr 2018-ci il tarixli 1270-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2018-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2201) ilə 12-ci maddənin dördüncü abzasına “statistika göstəriciləri” sözlərindən sonra “barədə məlumatlar, həmçinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilən bölgüsü” sözləri əlavə edilmişdir.

 

[65] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 12-ci maddənin beşinci hissəsində "uçot vahidlərinə" sözləri "statistik vahidlərə" sözləri ilə əvəz edilmişdir.

 

1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29) ilə 12-ci maddənin 5-ci hissəsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət reyestrinə daxil edilmiş statistik vahidlərə hər vahidin bütün rekvizitlərini əks etdirən şəhadətnamə verilir.

 

[66] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 12-ci maddənin altıncı hissəsində "Uçot vahidləri" sözləri "Statistik vahidlər" sözləri ilə əvəz edilmişdir.

 

1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29) ilə 12-ci maddənin 6-cı hissəsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Statistik vahidlər Dövlət reyestrində qeydə alınmadan və onlara müəssisə və təşkilatların vahid təsnifatına uyğun olaraq kodlar verilmədən bank hesablarının açılmasına və hər hansı bank idarəsi ilə maliyyə əməliyyatlarının aparılmasına icazə verilmir.

 

[67] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə V fəslə yeni 13-14-cü maddələr əlavə edilmişdir.

 

15 noyabr 2011-ci il tarixli 246-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr 2011-ci il, № 279, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1101) 13-cü maddənin adında və mətnində “statistik məlumatlara” sözləri “məlumat mənbələrinə” sözləri ilə əvəz edilmişdir.

 

[68] 15 noyabr 2011-ci il tarixli 246-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr 2011-ci il, № 279, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1101) ilə 14-cü maddənin adında “Rəsmi statistikanın inzibati statistika” sözləri “Rəsmi statistika orqanının inzibati məlumat istehsalçıları” sözləri ilə əvəz edilmişdir.

 

[69] 15 noyabr 2011-ci il tarixli 246-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr 2011-ci il, № 279, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1101) ilə 14-cü maddədə birinci hissənin birinci cümləsində “statistika materiallarının” sözləri “məlumatların” sözü ilə, üçüncü cümləsində “İnzibati statistikanı aparmağı” sözləri “İnzibati məlumatların istehsalını” sözləri ilə əvəz edilmişdir.

 

[70] 15 noyabr 2011-ci il tarixli 246-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr 2011-ci il, № 279, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1101) ilə 14-cü maddədə ikinci hissənin birinci cümləsində “(ətraf mühitin, əməyin mühafizəsi, kommersiya və dövlət sirləri ilə bağlı statistika məlumatları istisna olmaqla)” sözləri “bu Qanunun 22-ci maddəsinin tələblərini nəzərə alaraq” sözləri ilə, ikinci cümləsində “inzibati statistika məlumatlarını” sözləri “inzibati məlumatları” sözləri ilə, “statistikanın” sözü “məlumat” sözü ilə əvəz edilmişdir.

 

[71] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 14-cü maddədən sonra yeni VI fəsil əlavə edilmişdir.

 

[72] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 10-cu maddə 15-ci maddə hesab edilmişdir.

 

[73] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 15-ci maddənin 1-ci hissəsində "konkret müəssisə, idarə və ya təşkilatın, habelə fiziki şəxslərin fəaliyyətini" sözləri "hüquqi və fiziki şəxslər haqqında ilkin məlumatları" sözləri ilə əvəz edilmişdir.

 

[74] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 15-ci maddəyə üçüncü hissə əlavə edilmişdir.

 

15 noyabr 2011-ci il tarixli 246-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr 2011-ci il, № 279, “Azərbaycan” qəzeti 25 dekabr 2011-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1101) ilə 15-ci maddənin üçüncü abzasından “, məhkəmə qərarları əsasında verilmiş məlumatlar istisna olmaqla,” sözləri çıxarılmışdır.

 

[75] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 11-ci maddə 16-cı maddə hesab edilmişdir; 16-cı maddənin adında "sirr" sözündən sonra "və hamı üçün açıq olan məlumatlar" sözləri əlavə edilmişdir.

 

[76] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 16-cı maddənin 1-ci hissəsinin əvvəlinə "Rəsmi statistikanın aparılması üçün yığılan, işlənən və məlumatlar bazasına daxil edilən, birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və beləliklə də, ilkin məlumatların əldə edilməsinə imkan verən" sözləri əlavə edilmişdir.

 

20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 16-cı maddəsinin birinci hissədə "(fərdi məlumatları) məxfi" sözləri "konfidensial" sözü ilə əvəz edilmişdir.

 

[77] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 11-ci maddənin ikinci hissəsindən "qəsdən və ya ehtiyatsızlıq üzündən" sözləri çıxarılmışdır. 11-ci maddənin ikinci hissəsinin

əvvəlki redaksiyasında deyilirdi:

Hüquqi, yaxud fiziki şəxsin razılığı olmadan, onlar haqqında məlumatların qəsdən və ya ehtiyatsızlıq üzündən bu məlumatlardan istifadə etməyə hüququ olmayan dövlət idarəetmə orqanlarına, müəssis ələrə, təşkilatlara, yaxud vətəndaşlara verilməsi və ya bu məlumatların mətbuatda dərc olunması statistik sirr təşkil edən məlumatların yayılması hesab olunur.

 

23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 16-cı maddənin ikinci hissəsi çıxarılmış və yeni redaksiyada ikinci hissə əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Hüquqi, yaxud fiziki şəxsin razılığı olmadan, onlar haqqında məlumatların bu məlumatlardan istifadə etməyə hüququ olmayan dövlət idarəetmə orqanlarına, müəssisələrə, təşkilatlara, yaxud vətəndaşlara verilməsi və ya bu məlumatların mətbuatda dərc olunması statistik sirr təşkil edən məlumatların yayılması hesab olunur.

 

1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29) ilə 16-cı maddənin ikinci hissəsində "eyniləşdirmə kodunun" sözləri "müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin" sözləri ilə əvəz edilmişdir.

 

[78] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 16-cı maddənin üçüncü hissəsi çıxarılmış və yeni redaksiyada üçüncü hissə əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Hüquq mühafizə orqanları statistik məlumatları, o cümlədən statistik sirri təşkil edən məlumatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edirlər.

 

[79] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 16-cı maddəyə dördüncü və beşinci hissələr əlavə edilmişdir.

 

[80] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 16-cı maddəsinə altıncı hissə əlavə edilmişdir.

 

[81] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə VI fəslə 17-20-ci maddələr əlavə edilmişdir.

 

[82] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 20-ci maddədən sonra VII fəsil əlavə edilmişdir.

 

[83] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə VII fəsilə 21-ci və 22-ci maddələr əlavə edilmişdir.

 

[84] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə IV fəsil müvafiq olaraq 22-ci maddədən sonra VIII fəsil hesab edilmişdir.

 

[85] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 12-ci maddə 23-cü maddə hesab edilmişdir.

 

[86] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 23-cü maddənin birinci hissəsindən "ayrıca sətirlə" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət statistika orqanlarının saxlanılması üçün vəsait dövlət büdcəsində ayrıca sətirlə nəzərdə tutulur.

 

[87] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 23-cü maddənin ikinci hissəsinin birinci cümləsində "dövlət (region) statistik müşahidələrinin" sözləri "rəsmi statistika materiallarının istehsalının" sözləri ilə əvəz edilmiş, "verən" sözündən sonra "statistik" sözü əlavə edilmiş və ikinci cümləsində “statistik işlər üzrə respublika planında” sözləri "Proqramda" sözü ilə əvəz edilmişdir.

 

[88] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 23-cü maddənin üçüncü hissəsində "Azərbaycan Respublikası Nazirlər Kabineti" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilmişdir.

 

[89] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 14-cü maddə 24-cü maddə hesab edilmişdir.

 

[90] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 24-cü maddənin ikinci hissəsində "maddi yardım göstərilir" sözləri "müvafiq qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər verilir" sözləri ilə əvəz edilmişdir.

 

[91] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 24-cü maddənin üçüncü hissəsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət statistika orqanlarının işçilərinə iş stajına görə ildə bir dəfə ilin yekununa əsasən dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik mükafat verilir.

 

[92] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 13-cü maddə 25-ci maddə hesab edilmişdir.

 

[93] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə V fəsil müvafiq olaraq 25-ci maddədən sonra IX fəsil hesab edilmişdir.

 

[94] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 15-ci maddə 26-cı maddə hesab edilmişdir.

 

[95] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 16-cı maddənin adından "maddi" sözü çıxarılmışdır.

Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 16. Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə maddi məsuliyyət

23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 16-cı maddə 27-ci maddə hesab edilmişdir.

 

[96] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 16-cı maddənin birinci hissədə "hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə sanksiyaları tətbiq edilir" sözləri "hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir" sözləri ilə əvəz edilmişdir.

 

23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 27-ci maddənin birinci hissəsinin birinci cümləsində "Statistika müşahidələrinin keçirilməsi, habelə uçot vahidlərinin" sözləri "Rəsmi statistika materiallarının istehsalı və statistik vahidlərin" sözləri ilə, "edilməsinə" sözündən sonra "görə hüquqi və fiziki şəxslər" sözləri ", habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər" sözləri ilə əvəz edilmişdir.

 

1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29) ilə 27-ci maddənin birinci hissəsindən "və statistik vahidlərin dövlət reyestrinin aparılması" sözləri çıxarılmışdır.

 

[97] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 27-ci maddənin ikinci hissəsində “Müəssisə və təşkilatlar, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar” sözləri "Hüquqi və fiziki şəxslər" sözləri ilə, "toplu hesabat yekunlarına" sözləri isə "yekun hesabatlara" sözləri ilə əvəz edilmişdir.

 

[98] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 17-ci maddə 28-ci maddə hesab edilmişdir.

 

[99] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 28-ci maddənin birinci hissəsində "dövlət statistika müşahidələrinin" sözləri "rəsmi statistika müşahidələrinin" sözləri ilə əvəz edilmişdir.

 

[100] 23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2006-cı il) ilə 28-ci maddəyə ikinci hissə əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status