×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.02.2002
QEYDİYYAT NÖMRƏSİ
23
ADI
Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2002, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 102)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.02.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 572 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. “Diplomatik dərəcələr və xarici dilləri bilməsinə görə tariflərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 4 iyul tarixli, 379 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin. [1]

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 6 fevral 2002-ci il
№ 23

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 6 fevral  tarixli, 23 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi
QAYDALARI

 

1. Bu Qaydalar diplomatik xidmət əməkdaşlarına tutduqları vəzifə və ixtisasları nəzərə alınmaqla verilən diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışan diplomatik xidmət əməkdaşlarına diplomatik rütbəyə görə vəzifə maaşına əlavələr aşağıdakı məbləğdə verilir:

 

Fövqəladə və Səlahiyyətli Səfir

 

- vəzifə maaşının 60 faizi

birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi

 

- vəzifə maaşının 57 faizi

ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi

 

- vəzifə maaşının 55 faizi

birinci dərəcəli müşavir

 

- vəzifə maaşının 50 faizi

ikinci dərəcəli müşavir

 

- vəzifə maaşının 45 faizi

birinci dərəcəli birinci katib

 

- vəzifə maaşının 40 faizi

ikinci dərəcəli birinci katib

 

- vəzifə maaşının 35 faizi

birinci dərəcəli ikinci katib

 

- vəzifə maaşının 30 faizi

ikinci dərəcəli ikinci katib

 

- vəzifə maaşının 25 faizi

üçüncü katib

 

- vəzifə maaşının 22 faizi

attaşe

 

- vəzifə maaşının 20 faizi

 

3. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan diplomatik xidmət əməkdaşlarına diplomatik rütbəyə görə vəzifə maaşına əlavələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə əmək haqqı müəyyən edilərkən onun tərkibində nəzərə alınır. [2]

4. Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir və müvafiq qaydada rəsmiləşdirilir.

5. Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin saxlanılması xərclərində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Bu məqsədlə hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Xarici İşlər Nazirliyi üzrə aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr nəzərə alınmadan) 3 misli həcmində vəsait həmin nazirliyin saxlanılması xərclərinin tərkibinə daxil edilir. [3]

6. Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələr bu əməkdaşlara diplomatik rütbə verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq hər ay vəzifə maaşı ilə birlikdə ödənilir.

7. Diplomatik xidmət əməkdaşlarının rütbəsi artırıldıqda əvvəlki rütbəyə görə vəzifə maaşına əlavənin verilməsi növbəti ayın 1-dən dayandırılır.

Diplomatik xidmət əməkdaşlarının əvvəlki rütbəsi bərpa olunduqda, rütbəyə görə vəzifə maaşına əlavənin verilməsi növbəti ayın 1-dən başlayaraq həyata keçirilir.

Diplomatik xidmət əməkdaşlarının rütbəsi aşağı salındıqda və ya onlar rütbədən məhrum edildikdə, əvvəlki rütbəyə görə vəzifə maaşına əlavənin verilməsi dərhal dayandırılır.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 iyun 2003-cü il tarixli 86 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 354)

2.       01 aprel 2005-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 375)

3.       14 noyabr 2005-ci il tarixli 208 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1068)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 01 aprel 2005-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 375) "Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında" 2002-ci il 6 fevral tarixli 23 nömrəli qərarının 2-ci bəndi qüvvədən düşmüş hesab edilmişdir.

 

[2] 14 noyabr 2005-ci il tarixli 208 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1068) ilə "Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Qaydaları"nın 3-cü bəndində "nümayəndəliklərində" sözündən sonra "və konsulluqlarında" sözləri əlavə edilmişdir.

 

[3] 27 iyun 2003-cü il tarixli 86 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 354) ilə "Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Qaydaları"nın 5-ci bəndində "2" rəqəmi "3" rəqəmi ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status