AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
28.10.1999
QEYDİYYAT NÖMRƏSİ
725-IQ
ADI
Tibbi sığorta haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2000, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 4)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Tibbi sığorta haqqında

Tibbi sığorta haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.

 

I fəsil

Ümumi müddəalar

 

Maddə 1. Əsas anlayışlar [1]

 

1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.0.1. xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmaqla icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusu; [2]

1.0.2. xidmətlər zərfinin baza hissəsi – sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq göstərilən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti; [3]

1.0.3. xidmətlər zərfinin əlavə hissəsi – sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq göstərilən ixtisaslaşdırılmış tibbi yardım;

1.0.4. sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində bu Qanunla müəyyən olunmuş qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

1.0.5. sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini etmək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, icbari tibbi sığortaya münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); [4]

1.0.6. sığortalı – bu Qanunda nəzərdə tutulmuş hallarda öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən şəxs; [5]

1.0.7. sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslər; [6]

1.0.8. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaiti; [7]

1.0.9. sığorta limiti – icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfində nəzərdə tutulduğu hallarda sığortaolunana təqvim ili müddəti ərzində göstərilən tibbi xidmətlərin say həddi; [8]

1.0.10. sığorta hadisəsi – bu Qanuna əsasən sığorta ödənişinin ödənilməsi üçün əsas olan hadisə və ya yaranan hal (o cümlədən profilaktik tədbirlər); [9]

1.0.11. sığorta ili – icbari tibbi sığorta üzrə sığorta haqqının ödənildiyi ilin yanvar ayının 1-dən dekabr ayının 31-dək olan dövr;

1.0.12. tibb təchizatçısı – “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl tibb fəaliyyəti və ya özəl tibbi praktika ilə məşğul olan hüquqi və ya fiziki şəxslər, habelə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əczaçılıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər;

1.0.13. tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə – icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanan müqavilə; [10]

1.0.14. tibbi ərazi bölməsi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılması; [11]

1.0.15. müştərək maliyyələşmə məbləği – sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir; [12]

1.0.16. tibb müəssisəsi – dövlət və ya qeyri-dövlət səhiyyə sisteminə daxil olan və tibb fəaliyyətini həyata keçirən hüquqi şəxs.

 

Maddə 1-1. Tibbi sığorta və onun formaları  [13]

 

1-1.1. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir.

1-1.2. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.

1-1.3. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir.

1-1.4. Könüllü tibbi sığorta sığortaolunanların əlavə tibbi xidmət və dərman yardımı almasını təmin edir.

 

Maddə 2. Tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

2.1. Tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. [14]

2.2. Ələt azad iqtisadi zonasında tibbi sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [15]

 

Maddə 2-1. Tibbi sığortanın subyektləri   [16]

 

Tibbi sığortanın subyektləri sığortaolunanlar, sığortalılar, sığortaçılar və tibb müəssisələridir. [17]

 

II fəsil [18]

Könüllü tibbi sığorta

 

Maddə 3. Könüllü tibbi sığortada sığortalılar [19]

 

3.1. Könüllü tibbi sığortada sığortalılar – sığorta olunan şəxslər və onların mənafeyini ifadə edən hüquqi şəxslərdir.

3.2. Könüllü tibbi sığortanın subyektləri arasındakı mübahisələrə inzibati qaydada və ya məhkəmə qaydasında baxılır.

 

Maddə 4. Könüllü tibbi sığorta müqaviləsi   [20]

 

4.1. Könüllü tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir.   [21]

4.2. Könüllü tibbi sığorta müqaviləsi - qanunvericilikdə müəyyən olunmuş qaydada sığortalı sığortaçılar arasında bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın maliyyələşdirilməsini və təşkilini müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir.   [22]

4.3. Könüllü tibbi sığorta müqaviləsi ilk sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir.

4.4. Könüllü tibbi sığorta müqaviləsinin forması və bağlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [23]

4.5. Könüllü tibbi sığortanın ayrı-ayrı növlərinə aid qaydalar və icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin kateqoriyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.   [24]

 

Maddə 5. Könüllü tibbi sığorta şəhadətnaməsi   [25]

 

5.1. Könüllü tibbi sığorta şəhadətnaməsi - sığorta olunana yaşayış yerindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə bağlayan digər dövlətin ərazisində tibbi sığorta proqramında göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat verən sənəddir.   [26]

5.2. Könüllü tibbi sığorta müqaviləsinin subyekti olan vətəndaşlar tibbi sığorta şəhadətnaməsi almalıdırlar.   [27]

5.3. Könüllü tibbi sığorta şəhadətnaməsi sığorta olunanın özündə olur və tibb müəssisələrinə müraciət edərkən təqdim olunur.    [28]

5.4. Könüllü tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

Maddə 6. Könüllü tibbi sığorta üzrə sığortalının hüquq və vəzifələri   [29]

 

6.1. Könüllü tibbi sığorta üzrə sığortalının hüquqları aşağıdakılardır:

6.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada könüllü tibbi sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək; [30]

6.1.2. sığortaçını sərbəst seçmək;

6.1.3. könüllü tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək.

6.2. Könüllü tibbi sığorta üzrə sığortalının vəzifələri aşağıdakılardır:

6.2.1. sığorta haqlarını vaxtında ödəmək;

6.2.2. sığortaolunanların sağlamlıq vəziyyətinin göstəriciləri haqqında sığortaçıya məlumat vermək.

6.3. Könüllü tibbi sığorta müqaviləsində sığortalı üçün digər vəzifələr də nəzərdə tutula bilər.

 

Maddə 7. Könüllü tibbi sığorta üzrə sığortaolunanların hüquqları [31]

 

7.1. Könüllü tibbi sığorta üzrə sığortaolunanların hüquqları aşağıdakılardır:

7.1.1. könüllü tibbi sığorta şəhadətnaməsini aldıqları andan bu Qanunla və könüllü tibbi sığorta müqaviləsində müəyyən olunmuş hüquqları həyata keçirmək;

7.1.2. könüllü tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibb müəssisəsindən hər hansı birini və həkimi seçmək; [32]

7.1.3. könüllü tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək;

7.1.4. könüllü tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb müəssisəsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq;

7.1.5. sığortalıya, sığortaçıya, tibb müəssisəsinə qarşı, könüllü tibbi sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, məhkəmədə iddia qaldırmaq;

7.1.6. könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edildiyi halda, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri almaq.

7.2. Sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini Azərbaycan Respublikasının Mərkəzi Bankı, sığortaçılar, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir. [33]

7.3. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının könüllü tibbi sığortası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.

 

Maddə 8. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin könüllü tibbi sığortası [34]

 

8.1. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər könüllü sığorta üzrə Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər. [35]

8.2. Azərbaycan Respublikasında əcnəbilər könüllü tibbi sığorta sahəsində, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.

 

Maddə 9. İcbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi [36]

 

İcbari tibbi sığorta sistemi dövlət büdcəsindən, sığortalının (mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin) ödəmələri, icbari tibbi sığorta haqlarının ödəmə qaydasının pozulması hallarında tətbiq olunan cərimə və dəbbə pulu, qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

İcbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi, icbari tibbi sığorta haqlarının saxlanması və maliyyə vəsaitinin məqsədli istifadəsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

Maddə 10. Könüllü tibbi sığorta sistemində sığorta haqları [37]

 

İcbari tibbi sığorta sistemində sığortalılar işləyən vətəndaşlar üçün məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icbari tibbi sığorta haqları ödəyirlər. İcbari tibbi sığorta haqları icbari tibbi sığorta proqramının yerinə yetirilməsini təmin edən məbləğdə müəyyən edilir. [38]

İşləməyən pensiyaçılar, idarə və təşkilat ləğv olunduqda müvəqqəti işsizlər, əmək qabiliyyəti olmayanlar, uşaqlar, tələbələr və büdcə təşkilatlarının işçiləri üçün icbari tibbi sığorta haqları tibbi xidmətlər üçün qiymətlərin indeksasiyası nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən büdcə və sosial müdafiə fondlarının vəsaiti hesabına ödənilir.

Könüllü tibbi sığortada sığorta haqlarının məbləği könüllü tibbi sığorta proqramına uyğun olaraq tərəflərin razılığı ilə müəyyən edilir.

 

Maddə 11. İcbari tibbi sığorta proqramı

 

İcbari tibbi sığorta proqramı vətəndaşlara göstərilən tibbi xidmətin şərtlərini, növünü, həcmini(baza zərfini) müəyyən edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bu proqram vətəndaşların müəyyən olunmuş həcmdə və keyfiyyətdə tibbi yardım almasını nəzərdə tutur. [39]

 

III fəsil [40]

Könüllü tibbi sığorta üzrə sığortaçıların fəaliyyəti

 

Maddə 12. Tibbi sığorta təşkilatı

 

Könüllü tibbi sığorta təşkilatı – mülkiyyət formasından asılı olmayaraq, sığorta qanunvericiliyində müəyyən edilmiş tələblərə müvafiq qaydada xüsusi razılığa (lisenziyaya) malik olan və həmin qanunvericiliyə uyğun olaraq könüllü tibbi sığortanı həyata keçirmək səlahiyyəti olan sığortaçıdır. [41]

İcbari tibbi sığorta təşkilatı - icbari tibbi sığortanı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan qurumdur. [42]

Tibb müəssisələri tibbi sığorta təşkilatının təsisçiləri ola bilməzlər. [43]

Tibbi sığorta təşkilatından vergi tutulması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

Tibbi sığorta təşkilatının yaradılması, yenidən təşkili və ləğv olunması qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

 

Maddə 13. Könüllü tibbi sığorta üzrə sığortaçının hüquq və vəzifələri   [44]

 

13.1. Könüllü tibbi sığorta üzrə sığortaçının hüquqları aşağıdakılardır:

13.1.1. könüllü tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək;

13.1.2. tibb müəssisəsi tərəfindən müqavilənin şərtlərinin pozulduğu hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək;

13.1.3. tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək; [45]

13.1.4. zərərin sığortaolunan tərəfindən vurulduğu hallar istisna olmaqla, sığortaolunanın sağlamlığına vurulmuş zərər üçün cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən sığortaolunana tibbi yardım göstərilməsinə sərf olunmuş xərclərin ödənilməsini tələb etmək.

13.2. Könüllü tibbi sığorta üzrə sığortaçının vəzifələri aşağıdakılardır:

13.2.1. sığortaolunanlara könüllü tibbi sığorta müqaviləsinə uyğun tibbi yardım göstərilməsi üçün tibb müəssisəsi ilə müqavilələr bağlamaq;

13.2.2. könüllü tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığortaolunana könüllü tibbi sığorta şəhadətnaməsini vermək;

13.2.3. tibb müəssisəsinə tibbi xidmətin haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək;

13.2.4. könüllü tibbi sığorta müqaviləsində nəzərdə tutulduğu halda, sığorta haqlarının bir hissəsini sığortaolunana qaytarmaq;

13.2.5. müqavilənin şərtlərinə uyğun olaraq tibbi yardımın həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək;

13.2.6. sığortaolunanın mənafelərini müdafiə etmək.

 

IV fəsil

Könüllü tibbi sığorta tarifləri   [46]

 

Maddə 14. Tibb müəssisələrinin özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquq və vəzifələri [47]

 

Mülkiyyət formasından asılı olmayaraq qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin tibbi sığorta sistemində tibbi xidmətlər göstərmək hüququ vardır.

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə əsasında icbari tibbi sığorta proqramlarının həyata keçirilməsində iştirak edə bilərlər. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərlə müqavilələr, onların icbari tibbi sığorta proqramlarında iştirakı hallarında, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə tibbi sığorta təşkilatları ilə bağlanır. [48]

Tibbi sığorta proqramlarını yerinə yetirən tibb müəssisələrinin tibbi sığorta sistemindən kənarda da tibbi yardım göstərmək hüququ vardır.

Qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi sığorta proqramını yerinə yetirən tibb müəssisələrinin və ya özəl tibbi praktika ilə məşğul olan könüllü şəxslərin tibbi sığorta təşkilatını seçmək hüququ vardır. [49]

Tibbi sığorta sistemində mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələri sığorta olunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edən sənəd vermək hüququna malikdirlər.

İcbari tibbi sığorta sistemində mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələri və ya özəl tibbi praktika ilə məşğul olan şəxslər tibbi sığorta proqramlarını yerinə yetirərkən:

sığorta olunana tibbi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə, həcmdə və keyfiyyətdə tibbi yardım göstərməli;

sığorta olunanın xəstəliyi ilə əlaqədar baş verə biləcək, eyni zamanda sığorta olunanın təqsirindən üzə çıxmış hər hansı fəsadlar barədə tibbi sığorta təşkilatına məlumat verməli;

sığorta olunanın sağlamlığının vəziyyətinə və ya şəxsi həyatına dair məlumatlar barədə xidməti sirri qorumalıdırlar.

İcbari tibbi sığorta sistemində tibb müəssisələri və ya qanunvericilikdə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olan şəxslər tibbi sığorta müqaviləsində nəzərdə tutulan tibbi xidmətlərə görə sığorta olunandan əlavə haqq tələb edə bilməzlər. [50]

Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramlarında iştirakından asılı olmayaraq, icbari tibbi sığorta qaydalarına əsasən təcili tibbi yardım göstərən özəl tibbi fəaliyyətinin subyektlərinə ödəniş bu şəxslərin sığortalandığı tibbi sığorta təşkilatları tərəfindən həyata keçirilir. [51]

 

Maddə 15. Könüllü tibb sığorta sistemində tibbi xidmətlər üçün tariflər    [52]

 

İcbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.   [53]

Tariflər tibb müəssisələrinin rentabelliyini və tibbi sığorta müqaviləsində nəzərdə tutulan tibbi xidmətin müasir səviyyəsini təmin etməlidir.

Könüllü tibbi sığorta üzrə tibbi xidmətlər üçün tariflər sığortaçı ilə bu xidmətləri göstərən tibb müəssisəsi (və ya özəl tibbi praktika ilə məşğul olan şəxs) arasında razılaşmaya əsasən müəyyən edilir.   [54]

 

IV-I fəsil.

İcbari tibbi sığorta   [55]

 

Maddə 15-1. İcbari tibbi sığortanın əsas prinsipləri

 

15-1.0. İcbari tibbi sığortanın əsas prinsipləri aşağıdakılardır:

15-1.0.1. əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin əlçatanlığına və keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi;

15-1.0.2. sığortalıların icbari tibbi sığorta münasibətlərində həmrəylik prinsipinə əsaslanaraq iştirakının təmin edilməsi;

15-1.0.3. sığorta hadisəsi baş verdikdə, sığortaolunana xidmətlər zərfi çərçivəsində icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi;

15-1.0.4. sığorta ödənişlərinin sığorta haqlarına mütənasibliyinin təmin edilməsi yolu ilə icbari tibbi sığortanın maliyyə sabitliyinin qorunması; [56]

15-1.0.5. sığorta haqlarının sığortalılar tərəfindən müntəzəm ödənilməsinin məcburiliyi; [57]

15-1.0.6. icbari tibbi sığortanın iştirakçılarının hüquqi bərabərliyi.

 

Maddə 15-2. İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanlar [58]

 

15-2.1. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

15-2.2. Sığortalılar aşağıdakı kateqoriyalara bölünürlər:

15-2.2.1. Azərbaycan Respublikasının Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir;

15-2.2.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər; [59]

15-2.2.3. mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir;

15-2.2.4. bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər.

15-2.3. Bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

 

Maddə 15-3. Tibb müəssisələrinin icbari tibbi sığortada iştirakı [60]

 

15-3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb müəssisələri icbari tibbi sığortada iştirak etmək hüququna malikdirlər. [61]

15-3.2. Tibb müəssisələrinin bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə uyğunluğunun qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. [62]

15-3.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verən tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır. [63]

 

IV-II fəsil.

İcbari tibbi sığortanın iştirakçılarının hüquq və vəzifələri

 

Maddə 15-4. İcbari tibbi sığorta üzrə sığortaolunanların hüquq və vəzifələri

 

15-4.1. İcbari tibbi sığorta üzrə sığortaolunanların aşağıdakı hüquqları vardır:

15-4.1.1. sığorta hadisəsi baş verdikdə bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək;

15-4.1.2. bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək; [64]

15-4.1.3. göstərilən tibbi xidmətin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri haqqında düzgün məlumatın verilməsini tibb müəssisəsidən tələb etmək; [65]

15-4.1.4. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həkim sirri təşkil edən məlumatların gizli saxlanmasını tələb etmək;

15-4.1.5. tibb müəssisəsinin təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini tibb müəssisəsidən tələb etmək;

15-4.1.6. icbari tibbi sığorta sahəsində hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya məhkəməyə müraciət etmək;

15-4.1.7. xeyrinə ödənilmiş sığorta ödənişləri barədə məlumat almaq;

15-4.1.8. sığortaçıdan icbari tibbi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

15-4.1.9. onları icbari tibbi sığorta etməyi, habelə sığorta haqqının tam həcmdə və vaxtında ödənilməsini sığortalıdan tələb etmək.

15-4.2. İcbari tibbi sığorta üzrə sığortaolunanların vəzifələri aşağıdakılardır:

15-4.2.1. tələb edildiyi təqdirdə sağlamlıq vəziyyətinin göstəriciləri haqqında ona məlum olan məlumatları tibb müəssisəsinə vermək;

15-4.2.2. tibb müəssisəsinə müraciət etdikdə, şəxsiyyətini təsdiq edən sənədi ona təqdim etmək.

 

Maddə 15-5. İcbari tibbi sığorta üzrə sığortalıların hüquq və vəzifələri

 

15-5.1. İcbari tibbi sığorta üzrə sığortalıların aşağıdakı hüquqları vardır:

15-5.1.1. sığortalıların (sığortaolunanların) qeydiyyatı və uçota alınması haqqında məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə etmək;

15-5.1.2. icbari tibbi sığorta sahəsində hüquqlarını və qanuni mənafelərini müdafiə etmək.

15-5.2. İcbari tibbi sığorta üzrə sığortalıların aşağıdakı vəzifələri vardır:

15-5.2.1. bu Qanunun 15-13.2-ci maddəsində nəzərdə tutulmuş formada icbari tibbi sığorta müqaviləsini kağız daşıyıcıda və ya elektron formada bağlamaq;

15-5.2.2. sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək;

15-5.2.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini fərdi qaydada (muzdlu işçi cəlb etmədən) “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək; [66]

15-5.2.4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növlərini fərdi qaydada (muzdlu işçi cəlb etmədən) “Fərqlənmə nişanı” almaqla həyata keçirmək.

 

Maddə 15-6. İcbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçot qaydası [67]

 

15-6.1. Bu Qanunun 15-6.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla icbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanların fərdi uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. [68]

15-6.2. Bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci və 15-2.2.3-cü maddələrində nəzərdə tutulan sığortaolunanların və sığortalıların uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. [69]

15-6.3. Sığortaolunanların fərdi uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [70]

 

Maddə 15-7. İcbari tibbi sığorta üzrə tibb müəssisəsinin hüquq və vəzifələri [71]

 

15-7.1. Tibb müəssisəsinin aşağıdakı hüquqları vardır: [72]

15-7.1.2. bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verdikdə, icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək;

15-7.1.3. bu Qanunun 15-19-cu maddəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb etmək;

15-7.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunla nəzərdə tutulmuş qaydada apardığı ekspertizanın nəticələrini mübahisələndirmək.

15-7.2. Tibb müəssisəsinin aşağıdakı vəzifələri vardır:

15-7.2.1. bu Qanunun və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərmək; [73]

15-7.2.2. icbari tibbi sığorta çərçivəsində və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat vermək;

15-7.2.3. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətin uçotunu aparmaq;

15-7.2.4. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanlar, onlara göstərilən tibbi xidmətlərin növü, müddəti, keyfiyyəti, şərtləri, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlarla bağlı həkim sirri təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) vermək;

15-7.2.5. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmət barədə hesabatları bu Qanunla nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmək;

15-7.2.6. onun təqsiri üzündən sığortaolunanların sağlamlığına dəymiş zərərin əvəzini ödəmək;

15-7.2.7. tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən öz maliyyə vəsaiti hesabına sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərmək. [74]

 

Maddə 15-8. İcbari tibbi sığorta üzrə sığortaçının hüquq və vəzifələri

 

15-8.1. İcbari tibbi sığorta sahəsində sığortaçının aşağıdakı hüquqları vardır:

15-8.1.1. icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirmək;

15-8.1.2. tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;

15-8.1.3. xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin əlçatanlığına təminat vermək;

15-8.1.4. bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsi ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlamaq; [75]

15-8.1.5. bu Qanunla və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin tibb müəssisəsi tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə, icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərin dəyərini ödəməmək, qismən ödəmək və ya tibb müəssisəsidən ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmək.

15-8.2. İcbari tibbi sığorta sahəsində sığortaçının vəzifələri aşağıdakılardır:

15-8.2.1. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması üçün tədbirlər görmək;

15-8.2.2. icbari tibbi sığortanın müntəzəmliyinə dövlət təminatı üçün tədbirlər görmək;

15-8.2.3. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərə görə tibb müəssisəsinə sığorta ödənişini ödəmək;

15-8.2.4. sığortaolunanların səhhətinə dair məlumatların, həmçinin həkim sirri təşkil edən məlumatların mühafizəsini və məxfiliyini təmin etmək;

15-8.2.5. sığortaolunanların icbari tibbi sığorta ilə bağlı hüquq və mənafelərini qorumaq;

15-8.2.6. icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarını yaratmaq və icbari tibbi sığorta vəsaitlərini idarə etmək; [76]

15-8.2.7. sığortaolunanlara və sığortalılara icbari tibbi sığorta ilə bağlı ödənişsiz məlumat vermək.

 

IV-III fəsil.

İcbari tibbi sığortanın maliyyə təminatı

 

Maddə 15-9. İcbari tibbi sığortanın maliyyə mənbələri

 

15-9.1. İcbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardan ibarətdir: [77]

15-9.1.1. sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları; [78]

15-9.1.2. dövlət büdcəsinin vəsaiti; [79]

15-9.1.3. subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər;

15-9.1.4. icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər; [80]

15-9.1.5. bu Qanunun 15-28.3-cü maddəsinə əsasən müəyyən edilən əlavə xidmət haqqı;

15-9.1.6. müştərək maliyyələşmə məbləği; [81]

15-9.1.7. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta haqqından ayırmalar;

15-9.1.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada cəlb edilmiş borc; [82]

15-9.1.9. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

15-9.1.10. bu Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar; [83]

15-9.1.11. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzərdə tutulan, habelə qanunla qadağan olunmayan digər mənbələr.

15-9.2. Bu Qanunun 15-2.2.1 – 15-2.2.3-cü maddələrində nəzərdə tutulmuş sığortalı tərəfindən bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 43 faizi və sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 23 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. [84]

 

Maddə 15-10. İcbari tibbi sığorta üzrə sığorta haqları [85]

 

15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:

15-10.1.1. bu Qanunun 15-2.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə – dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat;

15-10.1.2. muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;

15-10.1.3. bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi;

15-10.1.4. bu Qanunun 15-2.2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;

15-10.1.5. bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 48 faizi;

15-10.1.6. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;

15-10.1.7. vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı.

15-10.2. Bu Qanunun 15-10.1.1-ci maddəsində müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə istehlak qiymətləri indeksinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

 

Maddə 15-11. İcbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim olunması [86]

 

15-11.1. Bu Qanunun 15-9.1.6-cı maddəsində göstərilən maliyyə mənbələri istisna olmaqla, icbari tibbi sığortanın maliyyə mənbələri üzrə daxil olan vəsaitlər icbari tibbi sığorta fondunda cəmləşdirilir.

15-11.2. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 16-4.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq ödənilir.

15-11.3. Bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan sığorta haqqı sığortalı tərəfindən hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

15-11.4. Bu Qanunun 15-10.1.3-cü maddəsində nəzərdə tutulan sığorta haqqı (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan və Azərbaycan Respublikasının ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən ödənilən sığorta haqqı istisna olmaqla) hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər tərəfindən icbari tibbi sığorta haqqı Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz alınarkən, Azərbaycan Respublikasının ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən isə Fərqlənmə nişanı” alınarkən ödənilir. [87]

15-11.5. Bu Qanunun 15-10.1.4-cü maddəsində nəzərdə tutulan sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

15-11.6. Bu Qanunun 15-10.1.5-ci maddəsində nəzərdə tutulan sığorta haqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənilir.

15-11.7. Azərbaycan Respublikasının ərazisində benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri sığorta haqqını aylıq olaraq hesablayır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.

15-11.8. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan aksizli mallar üzrə sığorta haqqı həmin mallar vergi ödəyicisi tərəfindən istehsal edildikdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə, idxal edildikdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.3-cü maddəsi ilə müəyyən edilən vaxtda ödənilir. [88]

15-11.9. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqının ümumi məbləğinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

15-11.10. Bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, bu Qanunun 15-10.1.5-ci maddəsində müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyirlər.

15-11.11. Bu Qanunun 15-11.10-cu maddəsində nəzərdə tutulan faizlər sığorta haqqının ödənilmədiyi bütün müddətə hər ay üçün, lakin bir ildən çox olmamaq şərtilə hesablanır. Ödənilməmiş sığorta haqları və əlavə sığorta haqları üzrə yaranmış borclar cari təqvim ili və əvvəlki son bir təqvim ili üçün hesablanır.

15-11.12. Bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.

 

IV-IV fəsil.

İcbari tibbi sığortanın təşkili

 

Maddə 15-12. İcbari tibbi sığorta üzrə tibbi xidmətlərin göstərilməsi qaydası

 

15-12.1. Tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir.

15-12.2. İlkin tibbi-sanitariya yardımı, habelə təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfi çərçivəsində sığortaolunanlara tibbi xidmətlər onların öz vəsaiti hesabına göstərilir. [89]

15-12.3. Bu Qanunun 15-2.3.1-ci və 15-2.3.2-ci maddəsində nəzərdə tutulan şəxslər təyin olunduğu və ya seçildiyi orqan (qurum), o cümlədən işəgötürən tərəfindən sığorta haqqının ödənilib ödənilməməsindən asılı olmayaraq sığortaolunan hesab edilir.

 

Maddə 15-13. İcbari tibbi sığorta şəhadətnaməsi [90]

 

15-13.1. İcbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində yaradılan elektron sənəddir.

15-13.2. İcbari tibbi sığorta şəhadətnaməsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Maddə 15-14. Sığorta limiti

 

Xidmətlər zərfində nəzərdə tutulduğu təqdirdə, təqvim ili ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sığorta hadisələrinə görə verdiyi sığorta təminatının ümumi say həddi sığorta limitindən yuxarı ola bilməz. [91]

 

Maddə 15-15. İcbari tibbi sığorta üzrə sığorta ödənişi

 

15-15.1. İlkin tibbi-sanitariya yardımı üzrə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına əsasən ödənilir. [92]

15-15.2. Sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə tibbi xidmət göstərən dövlət tibb müəssisəsinə təhkim olunma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [93]

15-15.3. İlkin tibbi-sanitariya yardımı istisna olmaqla, xidmətlər zərfində nəzərdə tutulmuş digər tibbi xidmətlərin göstərilməsi üzrə sığorta ödənişləri xidmətlər zərfinin şərtlərinə və tariflərinə uyğun olaraq tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə qeyd olunmuş həcmdə ödənilir. [94]

15-15.4. Sığorta ödənişlərinin həyata keçirilməsi şərtləri bu Qanunun 15-19-cu maddəsində nəzərdə tutulan müqavilə ilə müəyyən edilir.

 

Maddə 15-16. İcbari tibbi sığorta üzrə sığorta ödənişindən imtinanın əsasları

 

15-16.0. İcbari tibbi sığorta müqaviləsi üzrə aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta ödənişinin verilməsindən imtina edir: [95]

15-16.0.1. xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlərin göstərilməsi ilə bağlı olduqda;

15-16.0.2. tələb mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;

15-16.0.3. sığortaolunanın özü tərəfindən bilavasitə ödənilməli olduğu halda sığorta haqqının bu Qanunda nəzərdə tutulan qaydada hər hansı bir hissəsi ödənilməmiş olduğu təqdirdə;

15-16.0.4. sığorta limiti tam olaraq istifadə olunduqda;

15-16.0.5. sığorta müqaviləsinin müddəti bitdikdə.

 

Maddə 15-17. Xidmətlər zərfinin tətbiqi dairəsi və strukturu

 

15-17.1. Xidmətlər zərfi ambulator-poliklinika şəraitində göstərilən tibbi xidmətləri və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir.

15-17.2. Xidmətlər zərfi aşağıdakıları ehtiva edir: [96]

15-17.2.1. xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı;

15-17.2.2. xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin tarifi;

15-17.2.3. müştərək maliyyələşmə məbləği; [97]

15-17.2.4. sığorta limiti;

15-17.2.5. tibbi xidmətlərin göstərilməsi şərtləri.

15-17.3. Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-17.4. Xidmətlər zərfi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

 

Maddə 15-18. Müştərək maliyyələşmə məbləği [98]

 

15-18.1. Müştərək maliyyələşmə məbləği tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə birbaşa ödənilir.

15-18.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisəsinə ödənilən sığorta ödənişinin məbləği müştərək maliyyələşmə məbləği həcmində azaldılır.

15-18.3. Müştərək maliyyələşmə məbləği xidmətlər zərfi ilə müəyyən olunur.

 

Maddə 15-19. Tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə

 

Tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [99]

 

Maddə 15-20. Subroqasiya hüququ

 

15-20.1. Bu Qanunun məqsədləri üçün subroqasiya hüququ sığortaolunan üçün sığorta ödənişi həyata keçirilmiş olduğu təqdirdə, sığortaolunana dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişin həyata keçirilməsini təşkil etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) istifadə etmək hüququdur.

15-20.2. Xidmətlər zərfinin baza hissəsinin şamil edilmədiyi şəxslərə xidmətlər zərfinin baza hissəsində nəzərdə tutulan tibbi xidmətlər göstərildikdə, həmin şəxslərin eyni risklərdən sığortalanmasını nəzərdə tutan digər sığorta müqaviləsinin mövcud olduğu hallarda, icbari tibbi sığorta üzrə sığorta ödənişini həyata keçirmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin müqavilənin tərəfi olan sığortaçıya qarşı sığorta ödənişi miqdarında subroqasiya hüququndan istifadə etmək hüququna malikdir.

15-20.3. Xidmətlər zərfinin baza hissəsinin şamil edilmədiyi şəxslərə xidmətlər zərfinin baza hissəsində nəzərdə tutulan tibbi xidmətlər göstərildikdə, həmin şəxslərin eyni risklərdən sığortalanmasını nəzərdə tutan digər sığorta müqaviləsinin mövcud olmadığı hallarda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tibb təchizatçısı və ya tibbi ərazi bölməsi tərəfindən göstərilən tibbi xidmətin dəyərini həmin şəxsdən tələb etmək hüququna malikdir. Xidmətlər zərfinin baza hissəsinin şamil edilmədiyi şəxslərin əhatə dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Maddə 15-21. İcbari tibbi sığorta fondu

 

15-21.1. İcbari tibbi sığortanın maliyyə mənbələri icbari tibbi sığorta fondunda cəmləşdirilir və aşağıdakı məqsədlər üçün istifadə edilir:

15-21.1.1. icbari tibbi sığorta ödənişlərinə;

15-21.1.2. sığorta ehtiyatlarının yaradılmasına; [100]

15-21.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetmə və fəaliyyət xərclərinin (o cümlədən, saxlanma xərclərinin və işçilərin əməkhaqlarının) maliyyələşdirilməsinə (icbari tibbi sığorta fondunun gəlirlərinin 2 faizindən artıq olmamaqla);

15-21.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan digər məqsədlərə. [101]

15-21.1-1. Bu Qanunun 15-21.1-ci maddəsində nəzərdə tutulan icbari tibbi sığorta fondunun büdcəsi hər il üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur. [102]

15-21.2. Bu Qanunun 15-21.1-ci maddəsində nəzərdə tutulan icbari tibbi sığorta fondunun büdcəsi hər il üçün qanunla təsdiq olunur. [103]

15-21.3. İcbari tibbi sığorta fondunun sərbəst vəsaitləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yerli maliyyə bazarında investisiyaya yönəldilə bilər. İcbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

15-21.4. İlin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir. Bu vəsait xərclərin maliyyələşdirilməsinə yönəldilə bilər. [104]

15-21.5. Bu Qanunun 15-21.1.2-ci maddəsində nəzərdə tutulan sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [105]

 

Maddə 15-22. İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması

 

15-22.1. Sığorta ehtiyatları icbari tibbi sığorta üzrə sığorta ödənişlərinin həyata keçirilməsi üçün öhdəliklərin məcmusuna uyğun olaraq formalaşdırılır.

15-22.2. Sığorta ehtiyatları makroiqtisadi risk ehtiyatlarına və cari ehtiyatlara bölünür.

15-22.3. Makroiqtisadi risk ehtiyatları icbari tibbi sığortaya makroiqtisadi təsir risklərinin aradan qaldırılması və ya təsir dərəcəsinin aşağı salınması məqsədilə yaradılır. Makroiqtisadi risk ehtiyatları icbari tibbi fondunun gəlirlərinin 4 faizi həcmində təşkil edilir.

15-22.4. Cari ehtiyatlar icbari tibbi sığortada cari öhdəliklərin təmin edilməsi məqsədilə yaradılır. Cari ehtiyatlar icbari tibbi sığorta fondunun gəlirlərinin 6 faizi həcmində təşkil edilir.

15-22.5. Bu Qanunun 15-22.3-cü və 15-22.4-cü maddələrində nəzərdə tutulan ehtiyatlardan istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Maddə 15-23. İcbari tibbi sığorta üzrə tibbi xidmətlərin tarifləri

 

15-23.1. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tarifləri xidmətlər zərfi ilə müəyyən edilir. [106]

15-23.2. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Maddə 15-24. İcbari tibbi sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət

 

15-24.1. Bu Qanunun 15-2.2.1 – 15-2.2.3-cü maddələrində nəzərdə tutulmuş şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, sığorta haqqı üzrə yaranmış borcların alınması, sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş qaydada həyata keçirilir. [107]

15-24.2. Bu Qanunun 15-24.1-ci maddəsində qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Maddə 15-25. İcbari tibbi sığorta üzrə uçot və hesabat

 

15-25.1. İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-25.2. Tibb təchizatçısı və ya tibbi ərazi bölməsi tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

IV-V fəsil.

İcbari tibbi sığorta üzrə göstərilən tibbi xidmətlərə nəzarətin həyata keçirilməsi

 

Maddə 15-26. Tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət

 

15-26.1. İcbari tibbi sığorta çərçivəsində və bu Qanunun 15-19-cu maddəsində nəzərdə tutulan müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

15-26.2. İcbari tibbi sığorta çərçivəsində və bu Qanunun 15-19-cu maddəsində nəzərdə tutulan müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət tibbi-iqtisadi ekspertiza və tibbi xidmətin keyfiyyətinin ekspertizası vasitəsilə həyata keçirilir. [108]

15-26.3. Tibbi-iqtisadi ekspertiza göstərilmiş tibbi xidmətin müddətlərinin və həcminin, o cümlədən tibb müəssisəsi tərəfindən hesablanmış sığorta ödənişi məbləğinin tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə, ilkin tibbi sənədlərə və tibb müəssisəsinin hesabat sənədlərinə uyğunluğunu müəyyən edir. Tibbi-iqtisadi ekspertizanın aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, habelə ekspertizanı aparan ekspertlərə dair tələblər, ilkin tibbi sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [109]

15-26.4. Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətlərin vaxtında göstərilib göstərilməməsinin, o cümlədən profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilib-seçilməməsinin, habelə tibbi xidmətin göstərilməsi zamanı yol verilən pozuntuların aşkar edilməsi məqsədilə aparılır. Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, habelə ekspertizanı aparan ekspertlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Maddə 15-27. İcbari tibbi sığorta üzrə məlumat bazası

 

15-27.1. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icbari tibbi sığorta üzrə məlumat bazası (elektron informasiya ehtiyatı) yaradılır.

15-27.2. İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Maddə 15-28. İcbari tibbi sığorta üzrə göndəriş sisteminin tətbiqi

 

15-28.1. Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir. [110]

15-28.2. Sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir. [111]

15-28.3. İlkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. [112]

15-28.4. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. [113]

 

Maddə 15-29. Gözləmə müddəti [114]

 

Xidmətlər zərfində nəzərdə tutulduğu təqdirdə, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin göstərilməsinə gözləmə müddəti tətbiq edilir. Gözləmə müddətinin tətbiq edildiyi tibbi xidmətlər və gözləmə müddətinin hesablanması qaydası xidmətlər zərfi ilə müəyyən edilir.

 

V fəsil

Yekun müddəaları

 

Maddə 16. Tibbi sığorta sistemində tərəflərin məsuliyyəti

 

16.1. Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqlarının gizlədilməsi və ya ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır. [115]

16.2. Tibb müəssisəsi və ya özəl tibbi praktika ilə məşğul olan şəxs könüllü tibbi sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə və keyfiyyətinə görə, eləcə də sığorta olunana tibbi xidmət göstərməkdən imtina etməyə görə məsuliyyət daşıyırlar.    [116]

16.3. Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələri və ya özəl tibbi praktika ilə məşğul olan şəxslər könüllü tibbi sığorta müqaviləsinin şərtlərini pozduqda könüllü sığortaçı göstərilən tibbi xidmətin haqqını tam və ya qismən ödəməmək hüququna malikdir. [117]

16.4. Könüllü tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə sığortaçı sığorta olunan və ya sığortalı qarşısında məsuliyyət daşıyır. [118]

16.5. Tibbi sığorta sistemində mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir. [119]

 

Maddə 16-1. Sənədlərin saxlanması qaydası və müddəti [120]

 

16-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), tibb müəssisələri sığorta statistikasını, sənədlərin uçotunu aparmalı və sənədlərin saxlanmasını təmin etməlidirlər. [121]

16-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), tibb müəssisələri tərəfindən həyata keçirilən sığorta əməliyyatlarına dair sənədləri, habelə belə əməliyyatlar üzrə elektron daşıyıcılarda olan məlumatları müvafiq hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı beş il müddətində saxlamalıdırlar.

 

Maddə 16-2. İcbari tibbi sığortanın və dövlət proqramlarının qarşılıqlı əlaqəsi

 

Dövlət proqramları vasitəsilə maliyyələşən tibbi xidmət növlərinə icbari tibbi sığorta şamil edilmir.

 

Maddə 16-3. Cərimələrin və faizlərin istifadəsi qaydası

 

Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən və faizlərdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

 

Maddə 16-4. Keçid müddəaları [122]

 

16-4.1. İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunur. [123]

16-4.2. Bu Qanunun 16-4.1-ci maddəsinə əsasən müəyyən edilmiş mərhələlərə uyğun olaraq, bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

16-4.3. Bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Bu maddənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada müəyyən edilir. [124]

16-4.4. Bu Qanunun 15-9.1.6-cı, 15-10.1.2-ci, 15-10.1.3-cü, 15-10.1.4-cü, 15-10.1.6-cı, 15-17.2.3-cü, 15-18-ci maddələri, habelə müştərək maliyyələşmə məbləğinə aid hissələrdə 15-28.3-cü və 15-28.4-cü maddələri 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. [125]

16-4.4-1. Bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-28.3-cü və 15-28.4-cü maddələri 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. [126]

16-4.5. Bu Qanunun 15-10.1.5-ci maddəsi 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. [127]

16-4.6. Bu Qanun (16-4.4-cü, 16-4.4-1-ci və 16-4.5-ci maddələrdə nəzərdə tutulan maddələr istisna olmaqla) 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. [128]

 

Maddə 17. Bu Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. [129]

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər Əlİyev

 

Bakı şəhəri, 28 oktyabr 1999-cu il

№ 725-IQ

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141)

2.       7 dekabr 2007-ci il tarixli 503-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1212)

3.       2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960)

4.       4 aprel 2014-cü il tarixli 925-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 aprel 2014-cü il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 331)

5.       24 fevral 2015-ci il tarixli 1211-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 352)

6.       4 mart 2016-cı il tarixli 153-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 419)

7.       3 aprel 2018-ci il tarixli 1064-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 651)

8.       28 dekabr 2018-ci il tarixli 1419-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 36)

9.       28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47)

10.    3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904)

11.    30 mart 2020-ci il tarixli 32-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 227)

12.    1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 521)

13.    20 noyabr 2020-ci il tarixli 201-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1426)

14.    27 may 2021-ci il tarixli 332-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 697)

15.    9 iyul 2021-ci il tarixli 360-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 711)

16.    4 mart 2022-ci il tarixli 491-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 193)

17.    29 noyabr 2022-ci il tarixli 654-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 23 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 24 yanvar 2023-cü il, № 15)

18.    9 dekabr 2022-ci il tarixli 685-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286)

19.    1 fevral 2023-cü il tarixli 801-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 1-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 1. Tibbi sığorta və onun formaları

Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikası əhalisinin tibbi və dərman yardımı almasına təminat verir.

Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.

İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.

Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.

 

[2] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 1.0.1-ci maddədən “baza və əlavə hissələrdən ibarət olmaqla” sözləri çıxarılmışdır.

 

[3] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 1.0.2-ci, 1.0.3-cü, 1.0.11-ci və 1.0.12-ci maddələr ləğv edilmişdir.

 

[4] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 1.0.5-ci maddədə “vermək” sözü “etmək” sözü ilə əvəz edilmişdir.

 

[5] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 1.0.6-cı maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.0.6. sığortalı – sığorta müqaviləsini bağlamaq vəzifəsi daşıyan, öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən və sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan şəxs və ya bu Qanunla nəzərdə tutulmuş hallarda sığorta müqaviləsinin tərəfi;

 

[6] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 1.0.7-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.0.7. sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

 

[7] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 1.0.8-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.0.8. sığorta ödənişi –sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb təchizatçısına, tibbi ərazi bölməsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaiti;

 

[8] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 1.0.9-cu maddədə “sığorta ili” sözləri “təqvim ili” sözləri ilə əvəz edilmişdir.

 

[9] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 1.0.10-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.0.10. sığorta hadisəsi – bu Qanuna əsasən sığorta ödənişinin ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal (o cümlədən profilaktik müalicə üsullarının tətbiqi);

 

[10] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 1.0.13-cü maddədə “maliyyələşdirilməsi” sözü “göstərilməsi” sözü ilə, “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi” sözləri “tibb müəssisəsi” sözləri ilə əvəz edilmişdir.

 

[11] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 1.0.14-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.0.14. tibbi ərazi bölməsi – Azərbaycan Respublikasında dövlət səhiyyə sisteminə daxil olan və icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisəsi.

 

[12] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə yeni məzmunda 1.0.15-ci və 1.0.16-cı maddələr əlavə edilmişdir.

 

[13] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə yeni məzmunda 1-1-ci maddə əlavə edilmişdir.

 

[14] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 2-ci maddədə "Qanundan," sözündən sonra "Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunundan," sözləri əlavə edilmişdir.

24 fevral 2015-ci il tarixli 1211-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 352) ilə 2-ci maddədə “Azərbaycan Respublikasının Qanunundan” sözləri “, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunlarından” sözləri ilə əvəz edilmişdir.

 

3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 2.1-ci maddədə “, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunlarından” sözləri “Azərbaycan Respublikasının Qanunundan” sözləri ilə əvəz edilmişdir.

 

[15] 28 dekabr 2018-ci il tarixli 1419-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 36) ilə 2-ci maddənin mətni 2.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 2.2-ci maddə əlavə edilmişdir.

 

[16] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə yeni məzmunda 2-1-ci maddə əlavə edilmişdir.

 

[17] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 2-1-ci maddədə “, tibb təchizatçıları və tibbi ərazi bölmələridir” sözləri “və tibb müəssisələridir” sözləri ilə əvəz edilmişdir.

 

[18] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə II fəslin adı yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

II fəsil. Tİbbİ sığortanın sİstemİ

 

[19] 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) ilə 3-cü maddənin birinci hissəsində “fərdi tibbi fəaliyyətlə” sözləri “özəl tibbi praktika ilə” sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 3-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 3. Tibbi sığortanın subyektləri

Tibbi sığortanın subyektləri sığorta olunanlar, sığortalı, tibbi sığorta təşkilatları, tibb müəssisələri və qanunvericilikdə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olan şəxslərdir.

İcbari tibbi sığorta sistemində sığortalılar:

işləməyən vətəndaşlar üçün - müvafiq icra hakimiyyəti orqanları və müvafiq sosial proqramlar çərçivəsində yerli özünüidarə orqanları;

işləyən vətəndaşlar üçün - mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və qanunvericilikdə müəyyən olunmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Könüllü tibbi sığortada sığortalılar - vətəndaşlar və vətəndaşların mənafeyini ifadə edən hüquqi şəxslərdir.

Tibbi sığorta sistemindəki tibb müəssisələrinə xüsusi razılığı olan müalicə-profilaktika, elmi-tədqiqat müəssisələri, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi yardım göstərən digər hüquqi şəxslər daxildirlər.

Tibbi sığortanın subyektləri arasındakı mübahisələr qanunvericilikdə müəyyən olunmuş qaydada həll edilir.

 

[20] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 4-cü maddənin adına, 4.1-ci, 4.3-cü və 4.4-cü maddələrdə “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə əvəz edilmişdir.

 

[21] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 4-cü maddənin birinci – beşinci hissələr 4.1-ci – 4.5-ci maddələr hesab edilmişdir.

 

[22] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 4.2-ci maddədə “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə, “tibbi sığorta təşkilatları” sözləri “sığortaçılar” sözü ilə əvəz edilmişdir.

 

[23] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 4.4-cü, 15-4.1.1-ci, 15-5.2.1-ci, 15-12.3-cü, 15-16.0.5-ci, 15-20.2-ci, 15-20.3-cü, 15-22-ci və 15-25.2-ci maddələr ləğv edilmişdir.

 

[24] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 4.5-ci maddədə “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə əvəz edilmişdir və həmin maddədən “və icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin kateqoriyaları” sözləri çıxarılmışdır.

 

[25] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 5-ci maddənin adında, 5.1-ci və 5.4-cü maddələrdə “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə əvəz edilmişdir.

 

[26] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 5-ci maddənin birinci – dördüncü hissələr müvafiq olaraq 5.1-ci – 5.4-cü maddələr hesab edilmişdir.

 

[27] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 5.2-ci maddədə “İcbari və könüllü” sözləri “Könüllü” sözü ilə əvəz edilmişdir.

 

[28] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 5.3-cü maddədə “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə, “müəssisəsinə” sözü “təchizatçılarına” sözü ilə əvəz edilmişdir.

 

3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 5.3-cü maddədə “təchizatçılarına” sözü “müəssisələrinə” sözü ilə əvəz edilmişdir.

 

[29] 4 mart 2016-cı il tarixli 153-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 419) ilə 6-cı maddənin doqquzuncu abzası ləğv edilmişdir.

 

7 dekabr 2007-ci il tarixli 503-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1212) ilə 6-cı maddənin, birinci hissəsinin ikinci abzasında “müəyyən etdiyi qaydada” sözlərindən sonra və üçüncü abzasının əvvəlinə “könüllü” sözü əlavə edilmişdir, ikinci hissəsinin ikinci, üçüncü və dördüncü abzasları müvafiq olaraq üçüncü, dördüncü və beşinci abzaslar hesab edilmişdir və yeni məzmunda ikinci abzas əlavə edilmişdir və ikinci hissəsinin beşinci abzasında “sığorta haqlarının” sözlərindən əvvəl “könüllü tibbi sığorta müqaviləsi üzrə” sözləri əlavə edilmişdir.

 

28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 6-cı maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 6. sığortalının hüquq və vəzifələri

sığortalının hüquqları aşağıdakılardır:

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada könüllü tibbi sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək;

könüllü tibbi sığorta təşkilatını sərbəst seçmək;

tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək.

sığortalının vəzifələri aşağıdakılardır:

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icbari tibbi sığorta müqaviləsi bağlamaq;

icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək;

sığorta olunanların sağlamlığının vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına məlumat vermək;

könüllü tibbi sığorta müqaviləsi üzrə sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək.

Tibbi sığorta müqaviləsində sığortalı üçün digər vəzifələr də nəzərdə tutula bilər.

 

[30] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 6.1.1-ci maddədən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada” sözləri çıxarılmışdır.

 

[31] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 7. Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları

Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları aşağıdakılardır:

tibbi sığorta şəhadətnaməsini aldıqları andan qanunvericilikdə müəyyən olunmuş hüquqlardan istifadə etmək;

tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibbi sığorta sisteminə daxil olan tibb müəssisələrindən hər hansı birini və həkimi seçmək;

profilaktik yardım da daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində icbari tibbi sığorta proqramındakından az olmayan həcmdə tibbi yardım almaq;

icbari tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək;

tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb müəssisəsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq;

sığortalı, tibbi sığorta təşkilatına, tibb müəssisəsinə, tibbi sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, qanunvericilikdə müəyyən olunmuş qaydada iddia qaldırmaq;

könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edilmişsə, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri almaq.

Vətəndaşların tibbi sığorta ilə bağlı mənafeyini müvafiq icra hakimiyyəti orqanı, tibbi sığorta təşkilatları, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir.

Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının tibbi sığortası Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.

 

 

[32] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 7.1.2-ci, 7.1.4-cü, 7.1.5-ci, 13.1.1-ci, 13.1.2-ci, 13.2.1-ci, 13.2.3-cü və 15-ci maddələrdə ismin müvafiq hallarında “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi” sözləri ismin müvafiq hallarında “tibb müəssisəsi” sözləri ilə əvəz edilmişdir.

 

[33] 20 noyabr 2020-ci il tarixli 201-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1426) ilə 7.2-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilmişdir.

 

[34] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 8-ci maddənin adına və 8.2-ci maddəyə “tibbi” sözündən əvvəl “könüllü” sözü əlavə edilmişdir.

 

[35] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 8-ci maddənin birinci və ikinci hissələr müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələr hesab edilmişdir və 8.1-ci maddədə “tibbi sığorta sistemində” sözləri “könüllü sığorta üzrə” sözləri ilə əvəz edilmişdir.

 

[36] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 9-cu, 11-ci, 12-ci və 14-cü maddələr ləğv edilmişdir.

 

[37] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 10-cu maddənin adında “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə əvəz edilmişdir.

 

[38] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 10-cu maddənin birinci – ikinci hissələri ləğv edilmişdir.

 

[39] 7 dekabr 2007-ci il tarixli 503-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1212) ilə 11-ci maddədə “növünü, həcmini” sözlərindən sonra “(baza zərfini)” sözləri əlavə edilmişdir.

 

[40] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə III fəslin adı yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

III fəsil Tİbbİ sığorta təşkİlatlarının fəalİyyətİ

 

[41] 7 dekabr 2007-ci il tarixli 503-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1212) ilə 12-ci maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Tibbi sığorta təşkilatı - mülkiyyət formasından asılı olmayaraq tibbi sığortanı həyata keçirmək üçün qanunvericilikdə müəyyən olunmuş qaydada xüsusi razılıq almaqla fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən zəruri nizamnamə fonduna malik olan sığorta təşkilatıdır.

 

[42] 7 dekabr 2007-ci il tarixli 503-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1212) ilə 12-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Tibbi sığorta təşkilatları səhiyyə sisteminə daxil deyil.

 

3 aprel 2018-ci il tarixli 1064-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 651) ilə 12-ci maddənin ikinci hissəsində “dövlət orqanıdır” sözləri “qurumdur” sözü ilə əvəz edilmişdir.

 

[43] 7 dekabr 2007-ci il tarixli 503-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1212) ilə 12-ci maddənin üçüncü hissəsində “Müvafiq icra hakimiyyəti orqanı və tibb” sözləri “Tibb” sözü ilə əvəz edilmişdir.

 

[44] 4 aprel 2014-cü il tarixli 925-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 aprel 2014-cü il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 331) ilə 13-cü maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Tibbi sığorta təşkilatı sabit fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada ehtiyat fondu yarada bilər.

 

24 fevral 2015-ci il tarixli 1211-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 352) ilə 13-cü maddənin üçüncü hissəsinə yeni məzmunda ikinci bənd əlavə edilmişdir.

 

28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 13-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 13. Tibbi sığorta təşkilatının hüquq və vəzifələri

Tibbi sığorta təşkilatının hüquqları aşağıdakılardır:

tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək;

tibb müəssisələrinin akkreditasiyasında iştirak etmək;

tibbi xidmətlər üçün tariflərin müəyyənləşdirilməsində iştirak etmək;

tibb müəssisələri tərəfindən müqavilənin şərtlərinin pozulduğu hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək;

tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığorta olunana vurulmuş zərərin ödənilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək;

zərərin sığorta olunan tərəfindən vurulduğu hallar istisna olmaqla, vətəndaşın sağlamlığına vurulmuş zərər üçün cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta olunana tibbi yardım göstərilməsinə sərf olunmuş xərclərin ödənilməsini tələb etmək.

Tibbi sığorta təşkilatı sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırmalıdır.

Tibbi sığorta təşkilatının vəzifələri aşağıdakılardır:

tibbi sığorta olunanlara tibbi sığorta proqramına uyğun tibbi yardım göstərilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş qaydada fəaliyyət göstərən tibb müəssisələri ilə müqavilələr bağlamaq;

icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari tibbi sığorta müqaviləsi bağlamaq;

tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığorta olunana tibbi sığorta şəhadətnaməsini vermək;

tibb müəssisələrinə tibbi xidmətin haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək;

könüllü tibbi sığorta müqaviləsində nəzərdə tutulmuşsa, sığorta haqlarının bir hissəsini sığorta olunana qaytarmaq;

müqavilənin şərtlərinə uyğun olaraq tibbi yardımın həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək;

sığorta olunanın mənafelərini müdafiə etmək.

 

 

[45] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 13.1.3-cü maddədə “tibb təchizatçısının, tibbi ərazi bölməsinin” sözləri “tibb müəssisəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[46] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə IV fəslin adı yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

IV fəsil Tİbbİ sığorta sİstemİndə tİbb müəssİsələrİnİn fəalİyyətİ

 

[47] 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) ilə 14-cü maddənin adında, birinci və üçüncü hissələrində, beşinci hissənin birinci abzasında “fərdi tibbi fəaliyyətlə” sözləri “özəl tibbi praktika ilə” sözləri ilə əvəz edilmişdir.

 

[48] 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) ilə 14-cü maddəyə ikinci hissə əlavə  edilmiş, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı hissələr müvafiq olaraq üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci hissələr hesab edilmişdir.

 

[49] 7 dekabr 2007-ci il tarixli 503-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1212) ilə 14-cü maddənin dördüncü hissəsində “məşğul olan şəxslərin” sözlərindən sonra “könüllü” sözü əlavə edilmişdir.

 

[50] 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) ilə 14-cü maddənin altıncı hissəsində “fərdi tibbi fəaliyyət göstərən” sözləri “özəl tibbi praktika ilə məşğul olan” sözləri ilə əvəz edilmişdir.

 

[51] 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) ilə 14-cü maddəyə səkkizinci hissə əlavə  edilmişdir.

 

[52] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 15-ci maddənin adında “Tibbi” sözü “Könüllü tibbi” sözləri ilə əvəz edilmişdir.

 

[53] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 15-ci maddənin birinci və ikinci hissələri ləğv edilmişdir.

 

[54] 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) ilə 15-ci maddənin üçüncü hissəsində “fərdi tibbi fəaliyyətlə” sözləri “özəl tibbi praktika ilə” sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 15-ci maddənin üçüncü hissədə “sığorta təşkilatı” sözləri “sığortaçı” sözü ilə, “tibb müəssisəsi” sözləri “tibb təchizatçısı ya tibbi ərazi bölməsi” sözləri ilə əvəz edilmişdir.

 

[55] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə yeni məzmunda IV-I – IV-V fəsillər əlavə edilmişdir.

 

[56] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-1.0.4-cü maddədə “sığorta haqlarının sığorta ödənişlərinə” sözləri “sığorta ödənişlərinin sığorta haqlarına” sözləri ilə əvəz edilmişdir.

 

[57] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-1.0.5-ci maddədən “sığortalılar tərəfindən” sözləri çıxarılmışdır.

 

[58] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-2-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 15-2. İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanlar

15-2.1. Xidmətlər zərfinin baza hissəsinə münasibətdə Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

15-2.2. Xidmətlər zərfinin baza hissəsinə münasibətdə sığortalı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir.

15-2.3. Xidmətlər zərfinin əlavə hissəsinə münasibətdə sığortaolunanlar aşağıdakı kateqoriyalara bölünürlər:

15-2.3.1. Azərbaycan Respublikası Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər;

15-2.3.2. neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər;

15-2.3.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda:

15-2.3.3.1. Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslər;

15-2.3.3.2. peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları;

15-2.3.3.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;

15-2.3.3.4. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər;

15-2.3.3.5. “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

15-2.3.3.6. ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar;

15-2.3.3.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

15-2.3.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

15-2.3.5. mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər;

15-2.3.6. bu Qanunun 15-2.3.1-ci – 15-2.3.5-ci maddələrində nəzərə tutulan şəxslər istisna olmaqla, digər şəxslər.

15-2.4. Azərbaycan Respublikasının Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə münasibətdə isə sığortalı qismində işəgötürənlər çıxış edir.

15-2.5. Bu Qanunun 15-2.3.3-cü maddəsində nəzərdə tutulan şəxslərə münasibətdə sığortalı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir.

15-2.6. Bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər.

15-2.7. Bu Qanunun şamil edilmədiyi şəxslərin əhatə dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-2.8. Bu maddədə nəzərdə tutulan neft-qaz sahəsində fəaliyyətin və dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

 

[59] 9 iyul 2021-ci il tarixli 360-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 711) ilə 15-2.2.2-ci maddəsinə “üzvləri” sözündən sonra “, mediatorlar” sözü əlavə edilmişdir.

 

[60] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-3-cü maddənin adında “Tibbi ərazi bölmələrinin və tibb təchizatçılarının” sözləri “Tibb müəssisələrinin” sözləri ilə əvəz edilmişdir.

 

[61] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-3.1-ci maddədə “tibb təchizatçıları və ya tibbi ərazi bölmələri” sözləri “tibb müəssisələri” sözləri ilə əvəz edilmişdir.

 

[62] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-3.2-ci maddədə “Tibb təchizatçılarının və ya tibbi ərazi bölmələrinin” sözləri “Tibb müəssisələrinin” sözləri ilə əvəz edilmişdir.

 

[63] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-3.3-cü maddədə “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi arasında tibbi xidmətlərin maliyyələşdirilməsi” sözləri “tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[64] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-4.1.2-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

15-4.1.2. bu Qanunun 15-3.1-ci maddəsində nəzərdə tutulan tələblərə cavab verən tibb təchizatçısını və ya tibbi ərazi bölməsini seçmək;

 

[65] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-4.1.3-cü, 15-4.1.5-ci (hər iki halda), 15-4.2.1-ci və 15-4.2.2-ci maddələrdə ismin müvafiq hallarında “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi” sözləri ismin müvafiq hallarında “tibb müəssisəsi” sözləri ilə əvəz edilmişdir.

 

[66] 29 noyabr 2022-ci il tarixli 654-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 23 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 24 yanvar 2023-cü il, № 15) ilə 15-5.2.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 15-5.2.3-cü və 15-5.2.4-cü maddələr əlavə edilmişdir.

 

[67] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-6-cı maddənin adında “sığortalıların (sığortaolunanların)” sözləri “sığortaolunanların” sözü ilə əvəz edilmişdir.

 

[68] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-6.1-ci maddədən “sığortalı və” sözləri çıxarılmışdır

 

[69] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-6.2-ci maddədə “15-2.3.1-ci, 15-2.3.2-ci, 15-2.3.4-cü və 15-2.3.5-ci” sözləri “15-2.2.1-ci, 15-2.2.2-ci və 15-2.2.3-cü” sözləri ilə əvəz edilmişdir və həmin maddədən “ sığortalıların” sözləri çıxarılmışdır.

 

[70] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-6.3-cü maddədən “Sığortalı və sığortaolunanların” sözləri “Sığortaolunanların” sözü ilə əvəz edilmişdir.

 

[71] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-7-ci maddənin adında “tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin” sözləri “tibb müəssisəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[72] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-7.1-ci və 15-7.2-ci maddələrdə “Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin” sözləri “Tibb müəssisəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[73] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-7.2.1-ci və 15-7.2.2-ci maddələrdə “maliyyələşdirilməsi” sözü “göstərilməsi” sözü əvəz edilmişdir.

 

[74] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-7.2.7-ci maddədə “maliyyələşdirilməsi” sözü “göstərilməsi” sözü ilə, “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi” sözləri “tibb müəssisəsi” sözləri ilə, “tibb təchizatçısına və ya tibbi ərazi bölmələrinə” sözləri “tibb müəssisəsinə” sözləri ilə əvəz edilmişdir.

 

[75] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-8.1.4-cü və 15-8.1.5-ci maddələrdə “maliyyələşdirilməsi” sözü “göstərilməsi” sözü ilə əvəz edilmişdir.

 

3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-8.1.4-cü, 15-8.1.5-ci (hər iki halda) və 15-8.2.3-cü maddələrdə ismin müvafiq hallarında “tibb təchizatçısı və ya tibbi ərazi bölməsi” sözləri ismin müvafiq hallarında “tibb müəssisəsi” sözləri ilə əvəz edilmişdir.

 

[76] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-8.2.6-cı maddəyə (birinci halda) “icbari tibbi” sözlərindən sonra “sığorta üzrə” sözləri əlavə edilmişdir.

 

[77] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-9.0-cı maddə 15-9.1-ci maddə hesab edilmişdir.

 

[78] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-9.1.1-ci maddəyə “sığorta haqları” sözlərindən sonra “, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları” sözləri əlavə edilmişdir.

 

[79] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-9.1.2-ci, 15-9.1.5-ci, 15-9.1.7-ci maddələr ləğv edilmişdir.

 

[80] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-9.1.4-cü maddədə “investisiyaya yönəldilməsi” sözləri “idarə olunması” sözləri ilə əvəz edilmişdir.

 

[81] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-9.1.6-cı maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

15-9.1.6. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş təqvim haqqından ayırmalar;

 

[82] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-9.1.8-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

15-9.1.8. bank kreditləri;

 

[83] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-9.1.10-cu maddəyə “cərimələrdən” sözündən sonra “, maliyyə sanksiyalarından” sözü əlavə edilmişdir.

 

[84] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə yeni məzmunda 15-9.2-ci maddə əlavə edilmişdir.

 

1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 521) ilə 15-9.2-ci maddəsində “ 50 rəqəmləri “ 43 rəqəmləri ilə, “ 30 rəqəmləri “ 23 rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “hesabına” sözündən sonra “, 7 faizi isə dövlət büdcəsinə” sözləri əlavə edilmişdir.

 

[85] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-10-cu maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 15-10. İcbari tibbi sığorta üzrə sığorta haqları

 

15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:

15-10.1.1. xidmətlər zərfinin baza hissəsi üzrə –təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;

15-10.1.2. xidmətlər zərfinin əlavə hissəsi üzrə:

15-10.1.2.1. bu Qanunun 15-2.3.1-ci və 15-2.3.2-ci maddələrində nəzərdə tutulan şəxslər üzrə:

1. sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

2. sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2 faizi;

15-10.1.2.2. bu Qanunun 15-2.3.3-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər üzrə – təqvim ili üçün adambaşına 120 manat.

15-10.1.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;

15-10.1.4. energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,1 manat;

15-10.1.5. tütün məmulatlarına aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,05 manat;

15-10.1.6. alkoqollu içkilərə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,1 manat;

15-10.1.7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilən təqvim haqqının 50 faizi;

15-10.1.8. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizi.

15-10.2. Bu Qanunun 15-10.1.1-ci və 15-10.1.2.2-ci maddələrində müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

 

[86] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-11-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

Maddə 15-11. İcbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim olunması

 

15-11.1. İcbari tibbi sığortanın maliyyə mənbələri üzrə daxil olan vəsaitlər icbari tibbi sığorta fondunda cəmləşdirilir.

15-11.2. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqları, habelə bu Qanunun 15-2.3.3-cü maddəsində göstərilən şəxslər üçün sığorta haqları dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq ödənilir.

15-11.3. Bu Qanunun 15-10.1.2.1-ci maddəsində nəzərdə tutulan sığorta haqları sığortalı tərəfindən hər ay üçün hesablanır, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

15-11.4. Azərbaycan Respublikasının ərazisində benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicisi sığorta haqqını aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.

15-11.5. Bu Qanunun 15-10.1.4-cü – 15-10.1.6-cı maddələrində nəzərdə tutulan icbari tibbi sığorta haqqı vergiödəyicisi tərəfindən həmin aksiz markalarının alınmasına görə dövlət rüsumu ilə eyni vaxtda ödənilir.

15-11.6. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan icbari tibbi sığorta haqqı İcbari Sığorta Bürosu tərəfindən hər ay üzrə növbəti ayın 20-dək ödənilir.

15-11.7. Bu Qanunun 15-10.1.8-ci maddəsində nəzərdə tutulan sığorta haqqını “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan sığortaçılar aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.

15-11.8. Bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqı icbari tibbi sığorta müqaviləsi bağlandığı tarixdən 30 (otuz) gün müddətində tam məbləğdə və ya həmin müqavilənin bağlandığı tarixdən sığorta ilinin sonunadək olan ayların sayına bölünməklə bərabər hissələrlə hər ay üçün növbəti ayın 15-dən gec olmayaraq ödənilir. Həmin şəxslər tərəfindən sığorta haqqının ödənilməsi üsulu icbari tibbi sığorta müqaviləsində əks olunur.

15-11.9. Bu Qanunun 15-2.1-ci və 15-2.3.3-cü maddələrində nəzərdə tutulan şəxslərə dair statistik məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsi və həmin şəxslər üzrə sığorta haqqının ümumi məbləğinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-11.10. Bu Qanunun 15-2.3.3.2-ci – 15-2.3.3.7-ci maddələrində nəzərdə tutulan şəxslərin həmin maddələrdə nəzərdə tutulan kateqoriyalara aidiyyətinin müəyyən olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya resursları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya resurslarına inteqrasiya olunur.

15-11.11. Bu Qanunun 15-2.3.3-cü maddəsinə əsasən sığortalanmalı olan şəxslər həmin maddədə nəzərdə tutulmuş iki və ya daha çox şəxslər kateqoriyasına aid olduğu təqdirdə, həmin şəxslərin xeyrinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yalnız bir dəfə sığorta haqqı ödənilir.

15-11.12. Bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər bu Qanunun 15-2.3.3-cü maddəsində nəzərdə tutulan şəxslər kateqoriyasına aid olub-olmamasından asılı olmayaraq sığorta haqlarını öz vəsaiti hesabına ödəyirlər.

15-11.13. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 15-11.2-ci maddəsinə əsasən ödənilən sığorta haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.

15-11.14. Sığortalılar bu Qanunun 15-11.3-cü maddəsinə əsasən ödənilən sığorta haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.

15-11.15. Bu Qanunun 15-11.4-cü maddəsində nəzərdə tutulan vergiödəyiciləri ödənilən sığorta haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.

15-11.16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tütün məmulatlarına, alkoqollu içkilərə, energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə görə vergiödəyicilərinə verilmiş aksiz markaları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.

15-11.17. İcbari Sığorta Bürosu tərəfindən bu Qanunun 15-11.6-cı maddəsinə əsasən ödənilən sığorta haqları barədə hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-11.18. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığortaçı bu Qanunun 15-11.7-ci maddəsinə əsasən ödənilən sığorta haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.

15-11.19. Bu Qanunun 15-2.3.6-cı maddəsində nəzərdə tutulan şəxslər tərəfindən (bu Qanunun 15-11.21-ci maddəsi nəzərə alınmaqla) icbari tibbi sığorta müqaviləsi sığorta ili ərzində bağlandıqda, bu Qanunun 15-10.1.2.2-ci maddəsində müəyyən olunmuş sığorta haqqına icbari tibbi sığorta müqaviləsinin bağlandığı ay da daxil olmaqla gecikdirilmiş hər ay üzrə 10 faiz əlavə sığorta haqqı hesablanır.

15-11.20. Bu Qanunun 15-11.19-cu maddəsində nəzərdə tutulan faizlər sığorta haqqının ödənilmədiyi bütün müddətə, lakin bir ildən çox olmamaq şərtilə hesablanır. Ödənilməmiş sığorta haqları və əlavə sığorta haqları üzrə yaranmış borclar cari təqvim ili və əvvəlki son bir təqvim ili üçün hesablanır.

15-11.21. Bu Qanunun 15-2.3.3 – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər tərəfindən icbari tibbi sığorta müqaviləsini bağlamaq öhdəliyi sığorta ili ərzində yarandıqda, həmin şəxslər üçün icbari tibbi sığorta üzrə sığorta haqqı, bu Qanunun 15-10.1.2.2-ci maddəsində müəyyən olunmuş sığorta haqqı 12-yə bölünməklə icbari tibbi sığorta müqaviləsini bağlamaq öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.

 

[87] 29 noyabr 2022-ci il tarixli 654-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 23 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 24 yanvar 2023-cü il, № 15) ilə 15-11.4-cü maddəyə sığorta haqqı sözlərindən sonra (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan və Azərbaycan Respublikasının ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən ödənilən sığorta haqqı istisna olmaqla)” sözləri və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[88] 4 mart 2022-ci il tarixli 491-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 193) ilə 15-11.8-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

15-11.8. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan sığorta haqqı vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.

 

[89] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-12.2-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

15-12.2. Sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfinin əlavə hissəsi çərçivəsində göstərilən tibbi xidmətlər pasiyentlərin öz maliyyə vəsaiti hesabına göstərilir.

20 noyabr 2020-ci il tarixli 201-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1426) ilə 15-12.2-ci, 15-15.1 – 15-15.3-cü və 15-28.3-cü maddələrdə ismin müvafiq hallarında “səhiyyə xidməti” sözləri ismin müvafiq hallarında “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilmişdir.

 

[90] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-13-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

Maddə 15-13. İcbari tibbi sığorta müqaviləsi

15-13.1. İcbari tibbi sığorta müqaviləsi bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərlə elektron formada və ya kağız daşıyıcıda bağlanılır. Bu maddədə nəzərdə tutulan şəxslərlə növbəti sığorta ili üçün icbari tibbi sığorta müqaviləsi cari ilin dekabrın 31-dək bağlanmalıdır. Bu Qanunun 15-2.3.3-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərlə sığorta müqaviləsini bağlamaq öhdəliyi sığorta ili ərzində yarandıqda, icbari tibbi sığorta müqaviləsi həmin öhdəliyin yarandığı təqvim ayından sonrakı ayın 10-dan gec olmayaraq bağlanılır.

15-13.2. İcbari tibbi sığorta müqaviləsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-13.3. İcbari tibbi sığorta müqaviləsi üzrə sığorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

15-13.4. İşçinin əmək müqaviləsinə xitam verildiyi hallarda, əmək müqaviləsinə xitam verildiyi tarixdən 1 (bir) ay müddət ərzində həmin şəxsin sığortaolunan statusu saxlanılır.

 

[91] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-14-cü maddədə “icbari tibbi sığorta müqaviləsinin qüvvədə olduğu müddət” sözləri “təqvim ili” sözləri ilə əvəz edilmişdir.

 

[92] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-15.1-ci maddədə “Xidmətlər zərfinin baza hissəsində nəzərdə tutulmuş ilkin” sözləri “İlkin” sözü ilə, “tibbi ərazi bölməsinə” sözləri “dövlət tibb müəssisəsinə” sözləri ilə əvəz edilmişdir.

 

[93] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-15.2-ci maddədə “tibbi ərazi bölməsinə” sözləri “dövlət tibb müəssisəsinə” sözləri ilə əvəz edilmişdir.

 

[94] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-15.3-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

15-15.3. Xidmətlər zərfinin əlavə hissəsi üzrə sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi üzrə ödənişlər xidmətlər zərfinə və tariflərinə uyğun olaraq tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilədə qeyd olunmuş həcmdə ödənilir.

 

[95] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-16.0-cı maddədən “müqaviləsi” sözü çıxarılmışdır.

 

[96] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-17.2-ci maddə (15-17.2.1-15-17.2.5-ci maddələr istisna olmaqla) yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

15-17.2. Xidmətlər zərfinin strukturu aşağıdakı qaydada müəyyənləşdirilir:

 

[97] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-17.2.3-cü maddədə “azadolma” sözü “müştərək maliyyələşmə” sözləri ilə əvəz edilmişdir.

 

[98] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-18-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

 

Maddə 15-18. Azadolma məbləği və gözləmə müddəti

15-18.1. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilməli hissəsidir.

15-18.2. Azadolma məbləğinin tətbiq edildiyi tibbi xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xidmətlər zərfi ilə müəyyən edilir.

15-18.3. Gözləmə müddəti sığorta hadisəsi nəticəsində yaranan itkilərin və dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilməsini nəzərdə tutan müddətdir.

15-18.4. Gözləmə müddətinin tətbiqi qaydası və həmin müddətin şamil olunacağı şəxslərin kateqoriyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

 

[99] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-19-cu maddənin adında və mətnində “maliyyələşdirilməsi” sözü “göstərilməsi” sözü ilə əvəz edilmişdir.

 

[100] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-21.1.2-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

15-21.1.2. bu Qanunda nəzərdə tutulmuş qaydada ehtiyatların yaradılmasına;

 

[101] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-21.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 15-21.1.4-cü maddə əlavə edilmişdir.

 

[102] 9 dekabr 2022-ci il tarixli 685-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə yeni məzmunda 15-21.1-1-ci maddə əlavə edilmişdir.

 

[103] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-21.2-ci maddə ləğv edilmişdir.

 

[104] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-21.4-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

15-21.4. İlin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

 

[105] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə yeni məzmunda 15-21.5-ci maddə əlavə edilmişdir.

 

[106] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-23.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri “xidmətlər zərfi ilə” sözləri ilə əvəz edilmişdir.

 

[107] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-24.1-ci və 15-24.2-ci maddələr yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

15-24.1. İcbari tibbi sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

15-24.2. İcbari tibbi sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqqı üzrə yaranmış borcların alınması, icbari tibbi sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

 

[108] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-26.2-ci maddədə “iqtisadi” sözü “tibbi-iqtisadi” sözləri ilə əvəz edilmişdir.

 

[109] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-26.3-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

15-26.3. İqtisadi ekspertiza göstərilmiş tibbi xidmətin müddətlərinin və həcminin, o cümlədən tibb təchizatçısı və ya tibbi ərazi bölməsi tərəfindən hesablanmış sığorta ödənişi məbləğinin tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilənin şərtlərinə, ilkin tibbi sənədlərə və tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin hesabat sənədlərinə uyğunluğunu müəyyən edir. İqtisadi ekspertizanın aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, habelə ekspertizanı aparan ekspertlərə dair tələblər, ilkin tibbi sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

[110] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-28.1-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

15-28.1. Sığortaolunanların xidmətlər zərfinin əlavə hissəsi çərçivəsində ambulator-poliklinika müəssisələrində göstərilən tibbi xidmətlərdən, habelə laborator, instrumental müayinələrdən istifadəsinə ilkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin göndərişinə əsasən yol verilir.

20 noyabr 2020-ci il tarixli 201-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1426) ilə 15-28.1-ci maddədə “səhiyyə xidmətlərini” sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilmişdir.

 

[111] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-28.2-ci maddədə “zərfinin əlavə hissəsi” sözləri “zərfi” sözü ilə, “tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin” sözləri “tibb müəssisəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[112] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-28.3-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

15-28.3. İlkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinika müəssisəsinə və ya laborator, instrumental, habelə stasionar tibbi xidmətlərdən istifadə edildikdə sığortaolunan tibb təchizatçısına və ya tibbi ərazi bölməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə xidmət haqqı ödəməlidir.

 

[113] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə yeni məzmunda 15-28.4-cü maddə əlavə edilmişdir.

 

[114] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 15-29-cu maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 15-29. Növbəlilik rejimi

15-29.1. Xidmətlər zərfində nəzərdə tutulduğu təqdirdə, xidmətlər zərfinin əlavə hissəsinə daxil olan tibbi xidmətlərdən istifadə edilməsi növbəlilik rejimi əsasında həyata keçirilir.

15-29.2. Bu Qanunun 15-29.1-ci maddəsində nəzərdə tutulan növbəlilik rejiminin tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

[115] 7 dekabr 2007-ci il tarixli 503-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1212) ilə 16-cı maddənin birinci hissəsi üzrə, “sığorta haqqının ödəyiciləri kimi qeydiyyatdan keçməkdən” sözləri “icbari tibbi sığorta müqaviləsinin bağlanmasından” sözləri ilə əvəz edilsin, “müəyyən olunmuş qaydada” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri əlavə edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir

 

3 aprel 2018-ci il tarixli 1064-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 651) ilə 16-cı maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların icbari tibbi sığorta müqaviləsinin bağlanmasından imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyaları tətbiq edilir. Cərimənin ödənilməsi hüquq pozuntusunun aradan qaldırılması vəzifəsindən azad etmir.

 

28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə16-cı maddənin birinci – beşinci hissələr müvafiq olaraq 16.1-ci – 16.5-ci maddələr hesab edilmişdir.

 

3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 16.1-ci maddədə “müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması,” sözləri “üzrə sığorta haqlarının gizlədilməsi və ya” sözləri ilə əvəz edilmişdir.

 

[116] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 16.2-ci maddədə “müəssisəsi” sözü “təchizatçısı” sözü ilə əvəz edilmişdir., “tibbi sığorta” sözlərindən əvvəl “könüllü” sözü əlavə edilmişdir.

 

3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 16.2-ci maddədə “təchizatçısı” sözü “müəssisəsi” sözü ilə əvəz edilmişdir.

 

[117] 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) ilə 16-cı maddənin ikinci və üçüncü hissələrində “fərdi tibbi fəaliyyətlə” sözləri “özəl tibbi praktika ilə” sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 16.3-cü maddədə “müəssisələri” sözü “təchizatçıları” sözü ilə əvəz edilsin və hər iki halda “tibbi sığorta” sözlərindən əvvəl “könüllü” sözü əlavə edilmişdir, “tibbi sığorta təşkilatı” sözləri “sığortaçı” sözü ilə əvəz edilmişdir.

 

3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 16.3-cü maddədə “təchizatçıları” sözü “müəssisələri” sözü ilə əvəz edilmişdir.

 

[118] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 3-cü maddənin birinci hissəsində, ikinci hissəsinin birinci abzasında və üçüncü hissəsində, 4-cü maddənin ikinci hissəsində, 6-cı maddənin adında, birinci və ikinci hissələrinin birinci abzaslarında və üçüncü hissəsində, 7-ci maddənin birinci hissəsinin yeddinci abzasında, 9-cu maddənin birinci hissəsində, 10-cu maddənin birinci hissəsində və 16-cı maddənin dördüncü hissəsində ismin müvafiq hallarında "sığorta edən""sığorta edənlər" sözləri ismin müvafiq hallarında "sığortalı" sözü ilə əvəz edilmişdir.

 

28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə 16.4-cü maddədə “Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə tibbi sığorta təşkilatı” sözləri “Könüllü tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə sığortaçı” sözləri ilə əvəz edilmişdir.

 

[119] 4 aprel 2014-cü il tarixli 925-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 aprel 2014-cü il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 331) ilə 16-cı maddənin beşinci hissəsində “qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəmə tərəfindən” sözləri “qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında” sözləri ilə əvəz edilmişdir.

 

[120] 28 dekabr 2018-ci il tarixli 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 47) ilə yeni məzmunda 16-1 – 16-3-cü maddələr əlavə edilmişdir.

 

[121] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə 16-1.1-ci və 16-1.2-ci maddələrdə “tibb təchizatçıları və tibbi ərazi bölmələri” sözləri “tibb müəssisələri” sözləri ilə əvəz edilmişdir.

 

[122] 3 dekabr 2019-cu il tarixli 1718-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1904) ilə yeni məzmunda 16-4-cü maddə əlavə edilmişdir.

 

[123] 30 mart 2020-ci il tarixli 32-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 227) ilə 16-4.1-ci maddədə “ 2020 rəqəmi “ 2021 rəqəmi ilə əvəz edilmişdir.

 

[124] 30 mart 2020-ci il tarixli 32-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 227) ilə 16-4.3-cü maddənin birinci cümləsində “ 2021 rəqəmi “ 2022 rəqəmi ilə əvəz edilmişdir.

 

[125] 30 mart 2020-ci il tarixli 32-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 227) ilə 16-4.4-cü maddədə “2020-ci il aprelin 1-dən” sözləri “2021-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilmişdir.

27 may 2021-ci il tarixli 332-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 697) ilə 16-4.4-cü maddədən “, habelə müştərək maliyyələşmə məbləğinə aid hissələrdə 15-28.3-cü və 15-28.4-cü maddələri” sözləri çıxarılmışdır.

 

[126] 27 may 2021-ci il tarixli 332-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 697)