210.000.000
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 3 fevral tarixli, 270 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 27 noyabr tarixli, 398 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
2. "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 11 sentyabr tarixli, 500 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. "M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası binasının normal istismar şəraitinin təmin edilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 16 iyun tarixli, 306 nömrəli qərarının 4-cü bəndində "Tarix və Mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında" Azərbaycan SSR-nin 1978-ci il 21 iyul tarixli, 925-IX nömrəli Qanununun 32-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin" sözləri "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin" sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarı ilə təsdiq edilmiş "Milli mədəniyyət sərvətlərinin mühafizə Qaydaları"nın 4-cü, 9-cu, 14-cü və 18-ci bəndlərindən "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət və Turizm Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi" sözləri çıxarılsın və 19-cu bənddə "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət və Turizm Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi" sözləri "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi" sözləri ilə əvəz edilsin.
[1]
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarı ilə təsdiq edilmiş "Milli mədəniyyət sərvətlərindən istifadə Qaydaları"nın 7-ci və 8-ci bəndlərindən "və ya Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin" və "və yaxud Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi" sözləri çıxarılsın.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 10 may 2000-ci il
№ 84
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)
- 16 avqust 2013-cü il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2013-cü il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1012)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 may tarixli 84 nömrəli qərarının 4-cü bəndində “Mədəniyyət” sözü “Mədəniyyət və Turizm” sözləri ilə əvəz edilmişdir.
16 avqust 2013-cü il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2013-cü il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1012) ilə ləğv edilmişdir.