×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.07.2000
QEYDİYYAT NÖMRƏSİ
123
ADI
ASSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 1929-cu il 2 mart tarixli "ASSR ərazisində narkotik vasitələrin istehsalının və ticarətinin tənzimlənməsi tədbirləri haqqında təlimat" qərarının və Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 1 iyul tarixli, 233 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2000, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 570)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.07.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
390.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

ASSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 1929-cu il 2 mart tarixli "ASSR ərazisində narkotik vasitələrin istehsalının və ticarətinin tənzimlənməsi tədbirləri haqqında təlimat" qərarının və Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 1 iyul tarixli, 233 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 174 nömrəli Fərmanının birinci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. ASSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 1929-cu il 2 mart tarixli "ASSR ərazisində narkotik vasitələrin istehsalının və ticarətinin tənzimlənməsi tədbirləri haqqında təlimat" qərarı qüvvədən düşmüş hesab edilsin.

2. "SSRİ Nazirlər Sovetinin 1987-ci il 12 iyun tarixli, 695 nömrəli "Vətəndaşlar tərəfindən yağlı xaşxaş əkilməsinin və becərilməsinin qadağan edilməsi barədə" qərarı haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 1 iyul tarixli, 233 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 13 iyul 2000-ci il
№ 123

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status