180.000.000
Hava və dəniz gəmilərində Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını rəhbər tutaraq qərara alıram:
1.
Müəyyən edilsin ki, “Azəraviaxətt” dövlət aviasiya şirkətinə məxsus hava gəmilərinə, habelə Azərbaycan Respublikasının digər hava gəmilərinə Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri çəkilir.
2.
Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində yerləşən müəssisələrə, təşkilatlara və idarələrə məxsus dəniz ticarət gəmiləri, o cümlədən əvvəllər SSRİ-nin ixtiyarında olmuş və Azərbaycan Respublikasının mülkiyyəti elan edilmiş gəmilər Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzürlər.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 8 fevral 1992-ci il.
№ 564.