430.000.000
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə nəzarət üzrə Federal Xidməti arasında Qarşılıqlı Anlaşma Memorandumunu imzalamaq səlahiyyətinin verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə nəzarət üzrə
Federal Xidməti arasında Qarşılıqlı Anlaşma Memorandumunu imzalamaq səlahiyyəti Azərbaycan Respublikası daxili işlər naziri Ramil İdris oğlu Usubova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumu imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının daxili işlər naziri Ramil İdris oğlu Usubova verilməsi barədə Rusiya Federasiyası tərəfinə müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2004-cü il
№ 274