430.000.000
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyi arasında "Nəzarət edilən tədarük üsullarının inkişaf etdirilməsinə yardım edilməsi" layihə sənədini imzalamaq səlahiyyətinin verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1.
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyi arasında "Nəzarət edilən tədarük üsullarının inkişaf etdirilməsinə yardım edilməsi" layihə sənədini Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Şamil oğlu Həsənova verilsin.
2.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən layihə sənədini Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Şamil oğlu Həsənova verilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2004-cü il
№ 248