AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
30.06.2004
QEYDİYYAT NÖMRƏSİ
82
ADI
Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2004, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 439)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında

Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə" və "Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin təsviri" təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2004-cü il

                     № 82

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında

 

ƏSASNAMƏ

 

1. Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi daxili işlər orqanlarının rəmzidir. O, Azərbaycan Respublikası daxili işlər orqanlarının hər bir əməkdaşına ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması üzrə öz xidməti vəzifələrini vicdanla, layiqincə yerinə yetirmək borcunu xatırladır.

2. Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi daxili işlər orqanları əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə mənsubiyyətini bildirir.

3. Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müəyyən etdiyi qaydada daxili işlər orqanlarının blanklarında, inzibati binalarının girəcəklərində, fərqlənmə və əməkdaşların fərqləndirmə nişanlarında, geyim formasında yerləşdirilir.

4. Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin təsvirinin istifadəsinə aşağıdakı hallarda yol verilir:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin çap məhsullarında, kino, video və fotomateriallarında;

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları və digər məhsullar).

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin

 

TƏSVİRİ

 

Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin əsas hissəsi şaquli yerləşmiş, yuxarı tərəfinin küncləri çevrə ilə kəsilmiş, üfüqi vəziyyətdə olan qövslə əhatə olunmuş, aşağı hissəsi iti bucaq olan qızılı rəngli qalxandır. Qalxanın eni üzrə ən uzaq nöqtələr arasındakı məsafə hündürlüyün 3/4 hissəsini təşkil edir.

Qalxanın arxasına tiyələri aşağı baxan, bir-birinə çarpazlaşdırılmış vəziyyətdə qızılı rəngli iki qılınc bərkidilmişdir.

Qalxanın ortasında Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuşdur.

 

 

 

 

Qalxanın dövrəsi bütün perimetri boyunca qabartma üsulu ilə lentlə əhatə olunmuş və lentin üzərinə eyni üsulla səkkiz nöqtə bərkidilmişdir. Lentin yuxarısında qırmızı rəngli hərflərlə "DİN" akronimi yazılmışdır.

Lentin eni qalxanın eni üzrə ən uzaq nöqtələrinin bir-birindən məsafəsinin 1/6 hissəsini təşkil edir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status