430.000.000
"Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə GUÖAM-in Virtual Mərkəzinin və GUÖAM-in Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin (DİTS) yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2003-cü il iyulun 4-də Yalta şəhərində imzalanmış "Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə GUÖAM-in Virtual Mərkəzinin və GUÖAM-in Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin (DİTS) yaradılması haqqında" Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 may 2004-cü il
№ 665-IIQ
Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması
və digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə
GUÖAM-ın Virtual Mərkəzinin və GUÖAM-ın Dövlətlərarası
İnformasiya-Təhlil Sisteminin (DİTS) yaradılması haqqında
SAZİŞ
GUÖAM dövlətləri,
GUÖAM-ın 2002-ci il 20 iyul tarixli Yalta Zirvə toplantısında qəbul edilmiş sənədlərin, o cümlədən Dövlət başçılarının regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üzrə Birgə səylər haqqında Bəyannaməsinin müddəalarını rəhbər tutaraq,
GUÖAM iştirakçısı olan dövlətlərin Hökumətləri arasında terrorizm, mütəşəkkil cinayətkarlıq və digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişin 5-ci maddəsinə (b.3) uyğun olaraq,
ticarətə və nəql etməyə yardım, sərhəd və gömrük nəzarətinin təmin edilməsi, terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizə üzrə GUÖAM-ABŞ Çərçivə Proqramından irəli gələrək,
beynəlxalq terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə səmərəli mübarizə aparmaq məqsədilə,
aşağıdakılar barəsində razılığa gəldilər:
1.
Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə GUÖAM-ın Virtual Mərkəzinin və GUÖAM-ın Dövlətlərarası İnformasiya-Təhlil Sistemini (DİTS) yaratmaq.
2.
Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə GUÖAM-ın Virtual Mərkəzi haqqında Əsasnaməni və GUÖAM-ın Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin (DİTS) Əsas Prinsiplərini (əlavə olunur) təsdiq etmək.
3.
Bu Saziş, GUÖAM iştirakçısı olan dövlətlərin Hökumətləri arasında terrorizm, mütəşəkkil cinayətkarlıq və digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq haqqında 2002-ci il 20 iyul tarixli Sazişin 12-ci maddəsinə uyğun olaraq qüvvəyə minir.
2003-cü il iyulun 4-də Yalta şəhərində əsli bir nüsxədə ingilis və rus dillərində tərtib edilmişdir, hər iki mətn autentikdir.
Azərbaycan Respublikası Özbəkistan Respublikası
adından adından
(imza) (imzalanmayıb)
Gürcüstan Ukrayna adından
adından (imza)
(imza)
Moldova Respublikası
adından
(imza)
Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması
və digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə
GUÖAM-ın Virtual Mərkəzi haqqında
ƏSASNAMƏ
1. ÜMUMİ MƏLUMAT
GUÖAM regionunda ticarətə və nəql etməyə yardım, habelə terrorçu fəaliyyətin, beynəlxalq mütəşəkkil cinayətkarlığın artan çağırışları, narkotiklərin yayılması və transsərhəd cinayətləri ilə mübarizəyə yönəldilmiş səyləri gücləndirmək məqsədilə GUÖAM iştirakçısı olan dövlətlər sıx əməkdaşlıq qurmaq qərarına gəldilər və bununla əlaqədar hüquq mühafizə sahəsində qarşılıqlı fəaliyyət üçün mexanizmlər müəyyən etdilər. Bu sahədə atılmış addımlar 2002-ci il dekabrın 6-da Porto şəhərində ATƏT-in nazirlər görüşü zamanı GUÖAM XİNŞ-də təsdiq edilmiş, Ticarətə və nəql etməyə yardım, sərhəd və gömrük nəzarətinin təmin edilməsi, terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizə üzrə GUÖAM-ABŞ Çərçivə Proqramının yaradılmasına səbəb oldu. Həmin çərçivə sənədində Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə GUÖAM-ın Virtual Mərkəzinin (bundan sonra - Virtual Mərkəz adlanacaq) yaradılması nəzərdə tutulmuşdur. GUÖAM-ın Virtual Mərkəzi hüquq mühafizə sahəsində, habelə birgə əməliyyatlara yardım və çox böyük cinayətlər üzrə istintaqı əlaqələndirmək üçün real zaman rejimində əlaqənin, təhlilin və əməli məlumat mübadiləsinin təmin edilməsinə xidmət göstərəcək.
2. MƏQSƏDLƏR
Layihənin əsas məqsədləri aşağıdakılardır:
a)
GUÖAM regionunda iqtisadi inkişafa və sabitliyə nail olmaq məqsədilə ticarət və daşınmalara yardım etmək üçün GUÖAM iştirakçısı olan dövlətlərin terrorizm, transmilli və transsərhəd cinayətlərlə mübarizə sahəsində, habelə hüquq mühafizə sahəsində əməkdaşlığa kömək etmək;
b)
2002-ci il iyulun 20-də Yalta şəhərində GUÖAM xarici işlər nazirlərinin imzaladığı, GUÖAM iştirakçısı olan dövlətlərin hökumətləri arasında terrorizm, mütəşəkkil cinayətkarlıq və digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişdə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək;
c)
GUÖAM nəqliyyat dəhlizlərinin terrorçu, ekstremist və cinayət məqsədləri ilə istifadə edilməsinin qarşısını almaq üçün şərait yaratmaq.
3. VƏZİFƏLƏR
Layihənin əsas vəzifələri aşağıdakılardır:
a) kriminal fəaliyyətin qarşısının alınmasında, aşkar edilməsində, təqibində və aradan qaldırılmasında qarşılıqlı yardım etmək məqsədilə milli, transmilli və beynəlxalq səviyyələrdə hüquq mühafizə sahəsində dərin əməli əməkdaşlıq üçün mexanizmlər təmin etmək;
b)
birgə tədbirlərin keçirilməsində hüquq mühafizə orqanlarının fəaliyyətini əlaqələndirmək üçün əməli məlumat mübadiləsini təmin etmək;
c)
daxili qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq hüquq mühafizə sahəsində normativ hüquqi aktları uyğunlaşdırmaq;
d)
hüquq mühafizə orqanları arasında dövlətdaxili əməkdaşlığın yaxşılaşdırılmasına səy göstərmək;
e)
GUÖAM iştirakçısı olan dövlətlərin müvafiq idarələrinin terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində texniki təchizatım və informasiya texnologiyalarını təkmilləşdirmə layihələrini əlaqələndirmək və razılaşdırmaq;
f)
hüquq mühafizə orqanlarının nümayəndələrinin və Virtual Mərkəzin vəzifələrinin həllində iştirak edən mütəxəssislərin xüsusi təlimatlandırılması və hazırlanması üçün imkanlar yaratmaq;
g)
cinayətkarlığın növlər üzrə vəziyyəti və onunla mübarizənin səmərəliyi haqqında statistik və analitik məlumat təqdim etmək;
h) aşağıda qeyd edilən cinayət növləri ilə mübarizə üzrə ixtisaslaşdırılmış hərəkətləri dəstəkləmək:
terrorizm;
narkotiklərin qeyri-qanuni dövriyyəsi;
qeyri-qanuni miqrasiya;
gömrük qaydalarının pozulması;
sərhəd məntəqələrində fəaliyyət göstərən xidmətlərdə korrupsiya;
insan alveri;
kommersiya hüquqpozmaları;
oğurlanmış nəqliyyat vasitələri və mədəni və tarixi dəyəri olan əşyaların alveri;
maliyyə və kredit-bank sahəsində törədilən cinayətlər;
yüksək texnologiyalar sahəsində törədilən cinayətlər;
dövlət quruluşu əleyhinə yönəlmiş cinayətlər;
silah, sursat, partlayıcı maddələr və KQŞ komponentlərinin qeyri-qanuni alveri.
4. FUNKSİYALAR VƏ FƏALİYYƏT
Virtual Mərkəz:
a)
məlumat məkanının idarə edilməsi və hüquq mühafizə sahəsində vahid məlumat bankının yaradılması üçün milli mərkəzlərin mühafizə olunan kommunikasiya vasitələri əsasında mövcud olan qurumdur;
b)
böyük cinayətlər üzrə istintaqın əlaqələndirilməsində səmərəli əməli əməkdaşlıq üzrə GUÖAM iştirakçısı olan dövlətlərin hüquq mühafizə fəaliyyətinin təmin edilməsi üçün əlaqələndirici vasitədir;
c)
beynəlxalq və regional hüquq mühafizə əməliyyatlarının keçirilməsini əlaqələndirir;
d)
birgə əməliyyatların həyata keçirilməsi üçün GUÖAM iştirakçısı olan dövlətlərin müxtəlif hüquq mühafizə orqanları ekspertlərinin məsləhətləşmələrini təşkil edir; məlumat mübadiləsinə və onların transsərhəd əməkdaşlığının səmərəliyini artırmaq üçün yardım göstərir;
e)
Sazişin predmeti çərçivəsində beynəlxalq təşkilatlar və strukturlarla qarşılıqlı fəaliyyət göstərir;
f)
ayrı-ayrı növ cinayətlərlə mübarizədə yardım göstərmək üzrə məlumat və mütəxəssislər mübadiləsinə kömək edir;
g) hüquq mühafizə fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə məxfi məlumatın təhlili və istifadəsi mümkünlüyü ilə GUÖAM məlumat bazasının inkişafı üçün şərait yaradır.
5. FƏALİYYƏTİN TƏŞKİLİ
a)
Virtual Mərkəzin fəaliyyəti iştirakçı dövlətlər tərəfindən təyin edilən səlahiyyətli əlaqələndiricilərin rəhbərliyi altında olan müvafiq idarə nümayəndələrinin iştirakı ilə GUÖAM iştirakçısı olan dövlətlərdən hər birində milli idarələrarası məqsədyönlü təyinat qruplarına əsaslanır. Milli idarələrarası məqsədyönlü təyinat qruplarının nümayəndələri səlahiyyətli əlaqələndiricilər arasındakı razılaşmaya əsasən GUÖAM iştirakçısı olan dövlətlərin paytaxtlarında rotasiya qaydasında hər kvartal görüşürlər. İştirakçı olan dövlətlər Virtual Mərkəzin təyin edilmiş səlahiyyətli əlaqələndiriciləri haqqında məlumat təqdim edirlər;
b)
əməkdaşlığın konkret layihələrini yerinə yetirmək və GUÖAM iştirakçısı olan dövlətlərin hüquq mühafizə orqanlarının birgə əməliyyatlarım həyata keçirmək məqsədilə Virtual Mərkəz çərçivəsində öz görüşlərini konkret fəaliyyət sahəsindən və vəzifələrdən asılı olaraq keçirən dövlətlərarası ekspert komissiyaları fəaliyyət göstərəcəklər. Ekspert komissiyaları öz görüşlərini şəraitdən asılı olaraq qarşılıqlı razılığa əsasən rotasiya qaydasında GUÖAM iştirakçısı olan dövlətlərin paytaxtlarında keçirirlər;
c)
Virtual Mərkəzin səlahiyyətli əlaqələndiriciləri və idarələrarası məqsədyönlü təyinat qrupları arasındakı daimi məlumat mübadiləsi, yaradılan Dövlətlərarası İnformasiya-Təhlil Sistemi (DİTS) çərçivəsində elektron sənədlərin mühafizəli mübadiləsi vasitəsilə həyata keçiriləcək.
6. ƏLAQƏLƏNDİRMƏ
Virtual Mərkəzin işinin əlaqələndirilməsi terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizə üzrə GUÖAM İşçi Qrupunun əlaqələndirici dövləti tərəfindən həyata keçirilir.
GUÖAM Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin
ƏSAS PRİNSİPLƏRİ
1. GİRİŞ
Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması ilə mübarizə üzrə GUÖAM-ın Dövlətlərarası İnformasiya-Təhlil Sistemi (bundan sonra DİTS adlanacaq) GUÖAM iştirakçısı olan dövlətlərin müvafiq idarələri arasında real zaman rejimində aparılan mübadilə daxil olmaqla, əməli məlumat mübadiləsini təmin etmək üçün vasitə olaraq, terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması ilə mübarizə üzrə GUÖAM İşçi Qrupunun Virtual Mərkəzinin fəaliyyətini təmin edir.
2. İŞİN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN ƏSAS
2002-ci il dekabrın 6-da Porto şəhərində ATƏT-in nazirlər görüşü zamanı GUÖAM XİNŞ-də təsdiq edilmiş, Ticarətə və nəql etməyə yardım, sərhəd və gömrük nəzarətinin təmin edilməsi, terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizə üzrə GUÖAM-ABŞ Çərçivə Proqramı, Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması ilə mübarizə üzrə İşçi qrupun 2003-cü il 26-27 fevral tarixlərində Bakı şəhərində keçirdiyi iclasın Protokolu işlərin həyata keçirilməsi üçün əsas hesab edilir.
3. SİSTEMİN TƏYİNATI
DİTS aşağıdakıları təmin etmək üçün nəzərdə tutulub:
•
Terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizə üzrə Virtual Mərkəzin fəaliyyət göstərməsini;
•
Paket rejimində (off-line) və real zamanda (on-line) məlumat mübadiləsini;
•
Paylaşdırılmış məlumat bazasına (MB) bərabərhüquqlu çıxışı;
•
Video və audio konfranslar.
4. SİSTEMİN STRUKTURU VƏ FƏALİYYƏT PRİNSİPLƏRİ
Şəkil 1. DITS-in strukturu
DİTS, beş eynitipli milli seqmentlərdən (bundan sonra Milli İnformasiya-Təhlil Mərkəzləri (MİTM) adlanacaq) və onları birləşdirən Kommunikasiya Sistemindən ibarətdir.
4.1. Milli İnformasiya-Təhlil Mərkəzi
|
Şəkil 2. Milli İnformasiya-Təhlil Mərkəzi
4.1.1. Paylaşdırılmış məlumat bazasının yardımçı sistemi
Qeyd edilmiş tematika üzrə məlumatın milli hissəsini əks etdirən vahidləşdirilmiş informasiya obyektlərinin məlumat bazasıdır.
MB-də olan bütün informasiya yalnız ingilis dilində təqdim edilir. MB aşağıdakılardan ibarətdir:
•
MB-nin özü;
•
bütün milli MB-ləri üzrə paylaşdırılmış məlumatın axtarış sistemləri;
•
manual və paket daxiletmə və məlumatın təzələnməsi sistemləri, məlumatın ingilis dilinə çevrilməsi sistemi;
•
hesabatların hazırlanması sistemləri;
•
idarəetmə sistemləri;
•
audit sistemləri;
•
məlumatın təhlili, statistik emalı, onun nəticələrinin istifadəçiyə lazım olan şəkildə təqdim edilməsi sistemləri;
•
dəqiq olmayan sorğular üzrə məlumat axtarışı sistemləri.
4.1.2. Milli resurslarla əlaqə üzrə yardımçı sistem
Dövlətin, hüquq mühafizə və səlahiyyətli orqanların milli resursları ilə məlumat mübadiləsini təşkil etmək üçün nəzərdə tutulub. Müxtəlif formatlı məlumatları MB-nin vahid informasiya obyektləri toplusuna çevirmək üçün lazım olan konverterlərdən (çeviricilərdən) ibarətdir.
4.1.3. Videokonfrans üçün nəzərdə tutulan yardımçı sistem
Çoxtərəfli və ikitərəfli virtual audio və video konfransların keçirilməsi üçün nəzərdə tutulubdur. Video konfransların keçirilməsi zamanı telekommunikasiyalar sistemi ötürmə qabiliyyətinin böyük bir hissəsini videokanala ayırır.
4.1.4. Şifrləmə və eyniləşdirmə üçün nəzərdə tutulan yardımçı sistem
İstifadəçilərin eyniləşdirilməsini (tanınmasını) təmin edir. İstifadəçilərin səlahiyyətli olduğunun yoxlanmasını həyata keçirir. Məlumatın məxfilik səviyyəsindən asılı olaraq istər dövlətlərarası, istərsə də dövlətdaxili bütün rabitə kanallarının şifrlənməsini/şifrin açılmasını həyata keçirir.
4.1.5. Elektron poçt üçün nəzərdə tutulan yardımçı sistem
Göndərənin seçdiyi məxfilik səviyyəsinə uyğun olaraq məlumatın ikitərəfli mübadiləsi və dövriyyəsi üçün nəzərdə tutulub.
4.2. Telekommunikasiyalar sistemi
Əsas kanal kimi kanalın dəyişkən eni ən azı 128Kbit/san olan VSAT bağlantısı təklif edilir. Ehtiyat kanalı kimi VPN-texnologiyaları vasitəsilə qapalı internet bağlantılarının istifadəsi nəzərdə tutulur.
Video konfranslarının keçirilməsi zamanı əlaqə kanalının eni lazımi qədər artırılır.
5. İNFORMASİYA SİSTEMİNİN TƏHLÜKƏSİZLİYİ
Milli seqmentlərdəki məlumatın təhlükəsizliyinə iştirakçı dövlətlər cavabdehdir.
İstər rabitə kanalları ilə ötürülən, istərsə də DİTS serverlərində saxlanılan bütün məlumat mütləq şəkildə şifrlənməlidir. Sistemə çıxış nəzarət altındadır; sistemə daxil olmaq üçün edilən bütün cəhdlər məcburi qaydada qeydiyyata alınır.
6. İCRANIN MƏRHƏLƏLƏRİ VƏ MÜDDƏTİ
1.
Vahidləşdirilmiş informasiya obyektlərinin və onların strukturlarının razılaşdırılması;
2.
lüğətlərin vahidləşdirilməsi;
3.
t3-nin işlənib hazırlanması;
4.
maliyyənin açılması;
5.
layihənin hazırlanması;
6.
layihənin razılaşdırılması;
7.
hər ölkədə Milli İnformasiya-Təhlil Mərkəzlərinin fiziki yerinin seçilməsi;
8.
proqram təminatının hazırlanması və texnikanın seçilməsi;
9.
MİTM binalarının hazırlığının yoxlanılması;
10.
MİTM və telekommunikasiya sisteminin quraşdırılması;
11.
test sınaqları;
12.
sistemin təhvil verilməsi.
7. SİSTEMİN MALİYYƏLƏŞDİRİLMƏSİ
Sistemin maliyyələşdirilməsi məqsədli donor təminatı ilə həyata keçirilir.
8. SİSTEMİN SONRAKI İNKİŞAFI
Gələcəkdə GUÖAM iştirakçısı olan dövlətlərin hər birində işlərin vəziyyətindən asılı olaraq, həmin yardımçı sistemə milli infrastruktur və milli resurslar qoşulacaq.