“Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmiri etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycan Respublikasında bütün növ lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buraxılışı, təşkili və keçirilməsi fəaliyyətindən əldə olunan gəlirlərin səmərəli istifadəsinin təmin edilməsi məqsədilə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. öz səlahiyyətləri daxilində “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
[1]
2.1. “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.5-ci, 2.0.15-ci, 3.3-cü və 8-2.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
[2]
2.2. həmin Qanunun 2.0.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
[3]
2.3. həmin Qanunun 8-2.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
[4]
2.4. həmin Qanunun 2.0.15-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
2.5. həmin Qanunun 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Prezidenti yanında İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri daxilində “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar zəruri olan tədbirlər görsün.
[5]
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2004-cü il
№ 64
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163)
2.
11 iyul 2016-cı il tarixli 982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyul 2016-cı il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1253)
3.
10 dekabr 2018-ci il tarixli 394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2551)
4.
30 dekabr 2021-ci il tarixli 1557 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1422)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
11 iyul 2016-cı il tarixli 982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyul 2016-cı il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1253) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2. Müəyyən edilsin ki, "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.5-ci, 3.2-ci, 3.3-cü, 4.6-cı, 4.8-ci, 5.4-cü, 5.7-ci, 5.8-ci, 7.2-ci, 7.4-cü, 7.9-cu, 8.1-ci, 8.2-ci, 8.4-cü, 8.5-ci, 8.6-cı, 8.7-ci, 8.8-ci, 8.9-cu, 9.1-ci, 9.2-ci, 9.3-cü, 9.4-cü, 9.8-ci, 10.1.7-ci, 11.0.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.
[2]
10 dekabr 2018-ci il tarixli 394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2551) ilə 2.1-ci maddədə “maddəsində” sözü “və 8-2.1-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.
30 dekabr 2021-ci il tarixli 1557 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1422) ilə 2.1-ci bənddə “2.0.15-ci ” sözləri “2.0.5-ci, 2.0.15-ci, 3.3-cü” sözləri ilə əvəz edilmişdir.
[3]
30 dekabr 2021-ci il tarixli 1557 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1422) ilə 2.2-ci bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.2. həmin Qanunun 2.0.15-ci maddəsində “qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;
[4]
10 dekabr 2018-ci il tarixli 394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2551) ilə 2.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.3-cü bənd əlavə edilmişdir.
30 dekabr 2021-ci il tarixli 1557 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1422) ilə 2.3-cü bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir, həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.4-cü və 2.5-ci bəndlər əlavə edilmişdir.
[5]
5 mart 2009-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 6 mart 2009-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №03, maddə 163) ilə 2-ci və 3-cü bəndlərindən “Prezidenti yanında” sözləri çıxarılmışdır.
11 iyul 2016-cı il tarixli 982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyul 2016-cı il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1253) ilə 3-cü hissədə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilmişdir.
30 dekabr 2021-ci il tarixli 1557 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1422) ilə 3-cü hissədə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.