AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
26.03.2004
QEYDİYYAT NÖMRƏSİ
42
ADI
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2004, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 143)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

"Banklar haqqında" Azərbaycan Respublikası  Qanununun tətbiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1.   qüvvədə olan qanunvericilik aktlarının "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.   Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.   "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 41.5-ci maddəsinə müvafiq olaraq bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları tərəfindən bankın idarəedilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar, həmçinin bank nəzarəti üzrə səlahiyyətlərin həyata keçirilməsi prosesində Azərbaycan Respublikası Mərkəzi Bankının mövcud və keçmiş inspektorlarına, kənar auditorlara, habelə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq kredit reyestrini aparan şəxslərin onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə mülki, inzibati və cinayət məsuliyyətinə dair qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının  Prezidentinə təqdim etsin;

1.4.   öz səlahiyyətləri daxilində "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2.     Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına tapşırılsın ki, iki ay müddətində başlıca məqsədi bank sisteminin fəaliyyətinin iqtisadiyyatın sabit inkişafının təmin edilməsi ilə uzlaşdırılması, dayanıqlı və etibarlı bank sisteminin formalaşdırılması, bank sektorunun inkişafı üçün daha əlverişli mühitin yaradılması, bank bazarında sağlam rəqabət mühitinin bərqərar olması, bank fəaliyyətində şəffaflığın təmin edilməsi və bütünlükdə bank-kredit sisteminin yeni tələblərə uyğun köklü surətdə qurulması üçün Azərbaycan Respublikasının Bank Məcəlləsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

3.     Müəyyən edilsin ki:

3.1. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinin ikinci cümləsində, 57-9.2-ci maddəsində, 57-9.7-ci maddəsinin birinci, ikinci, üçüncü cümlələrində və dördüncü cümləsində birinci halda, 57-9.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir; [2]

3.1-1. həmin Qanunun 43.1-ci maddəsinin ikinci cümləsində, 57-9.7-ci maddəsinin dördüncü cümləsində ikinci halda və beşinci cümləsində, 57-9.9-cu maddəsinin birinci cümləsində və 65.2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [3]

3.2. həmin Qanunun 41.2-ci maddəsinin dördüncü abzasında (birinci halda), 57.3-cü maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində və 65.2.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [4]

3.3. həmin Qanunun 41.2-ci maddəsinin dördüncü abzasında (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; [5]

3.4. həmin Qanunun 57-2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. [6]

3.4-1. həmin Qanunun 43.1-ci maddəsinin ikinci cümləsində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur; [7]

4. Azərbaycan Respublikasının Mərkəzi Bankına tapşırılsın ki:

4.1. bir ay müddətində:

4.1.1. həmin Qanunun 5.4-cü maddəsinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən offşor zonalarının siyahısının müəyyən edilməsinin meyarlarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin və bu siyahı müəyyən edildikdə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.1.2. həmin Qanunun 6.3-cü maddəsinə müvafiq olaraq lisenziya və icazələrdə banklara icazə verilən fəaliyyət növlərinə Mərkəzi Bank tərəfindən qoyulan məhdudiyyətlərin daha müfəssəl əsaslarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.3. həmin Qanunun 10.4-cü maddəsinə müvafiq olaraq bankın idarə heyətinin üzvlərinin, daxili audit bölməsinin rəhbərinin, bankın baş mühasibinin (mühasibat xidmətinin rəhbərinin) və onun imza hüququ olan müavinlərinin, habelə yerli və xarici bankların yerli filiallarının rəhbərlərinin və baş mühasiblərinin (mühasibat xidmətinin rəhbərinin) və onların imza hüququ olan müavinlərinin Mərkəzi Bankda attestasiyadan keçirilməsi qaydalarım hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;

4.1.4. həmin Qanunun 11.2-ci maddəsinə müvafiq olaraq yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi qaydalarmı, habelə onların fəaliyyəti ilə əlaqədar şərtləri və tələbləri hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

4.1.5. həmin Qanunun 34.4-cü maddəsinə müvafiq olaraq banklar üçün korporativ idarəetmə standartlarına dair təkliflərini hazırlayıb razılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.6. həmin Qanunun 35.1-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bankın normativ xarakterli aktları ilə bankların qarşılıqlı surətdə həyata keçirilən fəaliyyətinin məhdudlaşdırıla bilən növlərinə və məhdudlaşdırmanın əsaslarına dair müfəssəl təkliflərini hazırlayıb razılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.7. həmin Qanunun 35.4-cü maddəsinin birinci abzasına müvafiq olaraq
mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, 0 cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydalarına və şərtlərinə, bank sirrinin mühafizəsi də daxil olmaqla, qeyd edilən maddənin ikinci abzasına müvafiq olaraq bankların arasında yaradıla bilən xüsusi kredit reyestrinə dair şərtlər barədə təkliflərini hazırlayıb razılaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.8. həmin Qanunun 36.2-ci maddəsinə müvafiq olaraq müştərilərin banklarda hesablarının açılması, aparılması və bağlanması qaydalarmı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

4.1.9.     həmin Qanunun 43.1-ci maddəsinə müvafiq olaraq banklarda mühasibat uçotu qaydalarını və hesabatların formasını, məzmununu və dövriliyini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdıraraq təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.1.10. həmin Qanunun 46.2-ci maddəsinə müvafiq olaraq bank nəzarəti qaydasında bank yoxlamalarının həyata keçirilməsinin prosedur qaydalarmı hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.11. həmin Qanunun 46.4-cü maddəsinə müvafiq olaraq xarici bankın yerli nümayəndəliyinin özünün fəaliyyətinin qanunvericilikdən və əsasnaməsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmadığını göstərmək üçün özünün idarə edilməsi qaydası və cari fəaliyyəti haqqında Mərkəzi Banka təqdim etdiyi hesabatın formasını, məzmununu və təqdim edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.1.12. həmin Qanunun 50.1-ci maddəsinin ikinci cümləsinə müvafiq olaraq "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

4.1.13. Mərkəzi Bankın normativ xarakterli aktlarının "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4.2.     Öz səlahiyyətləri daxilində "Banklar haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4.3.     "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-34.6-cı və digər maddələrinə uyğun olaraq müvafiq normativləri və tələbləri müəyyən etdikdə, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4.  Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 mart 2004-cü il

                      № 42

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)

2.       17 noyabr 2014-cü il tarixli 352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1392)

3.       12 aprel 2017-ci il tarixli 1336 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 16 aprel 2017-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 550)

4.       21 dekabr 2021-ci il tarixli 1508 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 dekabr 2021-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1373)

5.       4 avqust 2022-ci il tarixli 1802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 862)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.

 

[2] 12 aprel 2017-ci il tarixli 1336 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 16 aprel 2017-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 550) ilə 3.1-ci bənddə “57.2-ci maddəsinin ikinci abzasında, 57.3-cü maddəsinin birinci cümləsində (birinci halda) və 57.7-ci maddəsində” sözləri “57-9.2-ci maddəsində, 57-9.7-ci maddəsinin birinci, ikinci, üçüncü cümlələrində və dördüncü cümləsində birinci halda, 57-9.8-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

 

21 dekabr 2021-ci il tarixli 1508 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 dekabr 2021-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1373) ilə 3.1-ci bənddən 43.1-ci maddəsinin ikinci cümləsində, sözləri çıxarılmışdır.

 

[3] 12 aprel 2017-ci il tarixli 1336 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 16 aprel 2017-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 550) ilə yeni məzmunda 3.1-1-ci bənd əlavə edilmişdir.

 

21 dekabr 2021-ci il tarixli 1508 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 dekabr 2021-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1373) ilə 3.1-1-ci bəndə Qanunun sözündən sonra 43.1-ci maddəsinin ikinci cümləsində, sözləri əlavə edilmişdir.

 

[4] 17 noyabr 2014-cü il tarixli 352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1392) ilə 3.2-ci bəndə “57.3-cü” sözlərindən əvvəl “41.2-ci maddəsinin dördüncü abzasında (birinci halda),” sözləri əlavə edilmişdir və həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir.

 

12 aprel 2017-ci il tarixli 1336 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 16 aprel 2017-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 550) ilə 3.2-ci bənddən “, 57.3-cü maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində və 65.2.2-ci maddəsində” sözləri çıxarılmışdır.

 

[5] 17 noyabr 2014-cü il tarixli 352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1392) ilə yeni məzmunda 3.3-cü bənd əlavə edilmişdir.

4 avqust 2022-ci il tarixli 1802 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 862) ilə 3.3-cü bənddə “Vergilər” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilmişdir.

 

[6] 12 aprel 2017-ci il tarixli 1336 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 16 aprel 2017-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 550) ilə 3.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.4-cü bənd əlavə edilmişdir.

 

[7] 21 dekabr 2021-ci il tarixli 1508 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 dekabr 2021-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1373) ilə yeni məzmunda 3.4-1-ci hissə əlavə  edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status