×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
10.09.2004
QEYDİYYAT NÖMRƏSİ
735–IIQ
ADI
“Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında narkotik vasitlərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 21-10-2004, Nəşr nömrəsi: 245), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2004, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 763)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.10.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
763

Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I.    "Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında" 2004-cü il iyulun 8-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

II.  Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 sentyabr 2004-cü il

№ 735-IIQ

 

 

Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası

Hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və

onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə

sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

 

Bundan sonra ayrılıqda "Tərəf", birlikdə isə "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti,

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin genişlənməsi ilə bağlı narahatlıqlarını ifadə edərək,

Narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və onlardan sui-istifadənin Tərəflərin dövlətlərinin xalqların sağlamlığına və rifahına ciddi təhlükə olduğunu dərk edərək,

1972-ci il tarixli Protokolla dəyişikliklər edilmiş 1961-ci il tarixli Narkotik vasitələr haqqında Vahid Konvensiyanın, 1971-ci il tarixli Psixotrop maddələr haqqında BMT Konvensiyasının və 1988-ci il tarixli Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı BMT Konvensiyasının müddəalarını nəzərə alaraq,

Narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəlmiş səmərəli tədbirlərin görülməsində qarşılıqlı maraqdan xəbərdar olaraq,

Milli qanunvericiliyə və beynəlxalq hüququn normalarına uyğun olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə   1

Bu Saziş Tərəflər arasında narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə və onların qeyri-qanuni dövriyyəsinə nəzarət, eləcə də narkomanların qarşısının alınması, müalicəsi və sosial reabilitasiya sahəsində əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir.

Maddə   2

Bu Sazişdə nəzərdə tutulan əməkdaşlıq Tərəflərin səlahiyyətli orqanları, onların səlahiyyətli nümayəndələri və ya diplomatik kanalları arasında birbaşa əlaqələr vasitəsilə həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasında səlahiyyətli orqanlar:

1.  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2.  Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası.

Pakistan İslam Respublikasında səlahiyyətli orqanlar:

1.  Narkotiklərə Nəzarət Nazirliyi (əsas əlaqələndirici);

2.  Narkotiklərə qarşı Mübarizə Xidməti.

Maddə   3

Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:

a) Narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə problemlərinə dair məlumat mübadiləsi, o cümlədən:

Tərəflərin dövlətlərinin ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı törədilmiş və ya törədilməsi güman edilən hər hansı cinayət;

narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədə şübhəli şəxslər;

narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı konkret faktlar və ya hadisələr və ya bir Tərəfin ərazisindən digər Tərəfin ərazisinə, yaxud üçüncü bir ölkənin ərazisindən narkotiklərin qanunsuz dövriyyəsinə dair niyyətlər;

narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli və fəaliyyəti transmilli xarakter daşıyan cinayətkar qrupların strukturu, tərkibi, fəaliyyət sahəsi, idarəetmə təşkilatı və əlaqələri; narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı olan və Tərəflərin dövlətlərində işləyən bəzi şəxslər və ya cinayətkar qruplar arasında baş vermiş və ya baş verməsi güman edilən əlaqələr;

narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar fəaliyyətlərin forma və metodları;

narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsindən əldə olunan gəlirlərin leqallaşdırılmasına yönəlmiş fəaliyyət;

narkotik vasitələrin və onların prekursorlarının mənbələrinin, onların prekursorlarının qanunsuz dövriyyəyə girişinin aşkar edilməsinin forma və metodları, o cümlədən belə qanunsuz dövriyyənin dayandırılması tədbirləri;

narkotik vasitələr və onların prekursorlarının becərilməsi, istehsalı, daşınması və satışı zamanı istifadə olunan gizlədilmə və maskalanma metodları.

Qarşılıqlı maraq kəsb edən digər məsələlər.

b)  Narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə aid məsələlərlə bağlı bir Tərəfin sorğusu əsasında digər Tərəfin əməliyyat araşdırmaları və tədbirlər görməsi;

c)   Narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq üçün qarşılıqlı fəaliyyət və qarşılıqlı yardım, o cümlədən nəzarətli göndəriş və partiyanın qeyri-qanuni daşınması üzərində nəzarətin həyata keçirilməsi;

ç) İclaslar, konfranslar və seminarlar vasitəsilə iş təcrübəsinin mübadiləsi;

d) Narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə və buna nəzarətlə bağlı qanunvericilik və digər aidiyyəti sənədlərin, artıq məxfi və ya məhdudlaşdırılmış olmayan materiallar, statistik məlumat və tövsiyələrin mübadiləsi;

e) Mütəxəssislərin hazırlanması və onların peşə hazırlıqlarının artırılması;

ə) Texniki və məsləhət xarakterli yardımın, həmçinin analizdə yardımın

göstərilməsi;

f)  Narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə problemlərinə dair birgə elmi tədqiqatların aparılması;

g) Qanunsuz dövriyyədən alınmış nümunələrin və onların analizinin nəticələrinin Tərəflərin milli qanunvericiliklərinə əsasən mübadiləsi;

ğ) Əməkdaşlığın həyata keçirildiyi dövrdə yaranacaq problemlərlə bağlı fəaliyyətlərin əlaqələndirilməsi, o cümlədən işçi qruplarının təsis edilməsi və nümunələrinin mübadiləsi.

Maddə   4

Bu Saziş çərçivəsində yardım göstərilməsi sorğu əsasında və ya Tərəflərdən birinin təşəbbüsü ilə həyata keçiriləcəkdir.

Yardım göstərilməsi üçün sorğu yazılı şəkildə və ya mətn ötürülməsi üçün texniki vasitələrlə göndərilməlidir.

Təcili hallarda, telefon bağlantısı vasitəsilə göndərilmiş şifahi sorğu qəbul edilə bilər. Lakin o, üç gün ərzində yazılı şəkildə və ya mətn ötürülməsi üçün texniki vasitələrlə verilməlidir. 2. - 5201

Məlumatın ötürülməsi üçün texniki vasitələrdən istifadə zamanı və həmçinin alınmış sorğunun autentikliyi, yaxud məzmunu ilə bağlı şübhə olduğu təqdirdə Sorğu alan Tərəf onu yazılı şəkildə təsdiq etməyi Sorğu göndərən Tərəfdən tələb edə bilər.

Yardım üçün sorğuya aşağıdakılar daxil edilməlidir:

Sorğu göndərən Tərəfin səlahiyyətli orqanının adı;

Sorğu alan Tərəfin səlahiyyətli orqanının adı ;

Sorğunun mahiyyəti və onun əsasları barədə qısa məlumat;

Onun yerinə yetirilməsi üçün lazım olan hər hansı digər məlumat.

Maddə   5

Sorğu alan Tərəf sorğunun qısa müddətdə və mümkün qədər tam şəkildə yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri görəcəkdir. Bir qayda olaraq, sorğu alındığı gündən etibarən 30 gün ərzində yerinə yetiriləcəkdir.

Əgər öz ölkəsinin qanunvericiliyinə zidd olmazsa, Sorğu alan Tərəf Sorğu göndərən Tərəfin səlahiyyətli nümayəndələrinə sorğu yerinə yetirilən zaman öz ölkəsinin ərazisində olmağa icazə verə bilər.

Maddə   6

Sorğunu yerinə yetirmək mümkün olmadığı və ya ondan imtina edildiyi halda Sorğu alan Tərəf bu barədə Sorğu göndərən Tərəfi dərhal yazılı şəkildə xəbərdar edəcək, sorğunun yerinə yetirilməsinə mane olan səbəblər barədə məlumat verəcək, sorğunu və onun bütün əlavələrini qaytaracaqdır.

Əgər Sorğu alan Tərəf onun yerinə yetirilməsinin öz ölkəsinin suverenliyinə, təhlükəsizliyinə, yaxud digər mühüm marağına zərər vura biləcəyini və ya öz ölkəsinin qanunvericiliyinə zidd olduğunu hesab edərsə, o, sorğunun yerinə yetirilməsindən tam və ya qismən imtina edə bilər.

Əgər Sorğu alan Tərəf sorğunun dərhal yerinə yetirilməsinin öz ölkəsində həyata keçirilən cinayət ittihamına, yaxud digər hüquqi prosedurların icrasına mane ola biləcəyini hesab edərsə, o, Sorğu göndərən Tərəflə məsləhətləşmələrdən sonra sorğunun yerinə yetirilməsini təxirə sala və ya onun yerinə yetirilməsini lazımi hesab olunan şərtlərə riayət edilməsi ilə əlaqələndirə bilər. Əgər Sorğu göndərən Tərəf yardımın təklif olunan şərtlər əsasında göstərilməsi ilə razılaşarsa, o, bu şərtləri yerinə yetirməlidir.

Maddə   7

Tərəflər narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı məsələlərə aid, Tərəflər arasında mübadilə edilən məlumatın, həmçinin sənədlərin və materialların məzmununun konfidensiallığını təmin edəcəklər.

Bu Saziş çərçivəsində alınan məlumat onu təqdim etmiş Tərəfin yazılı razılığı olmadan heç bir kəsə ötürülə bilməz.

Maddə   8

Tərəflər bu Sazişin öz ərazilərində yerinə yetirilməsi ilə bağlı xərclər üçün məsuliyyət daşıyacaqlar.

Tərəflər öz nümayəndələrinin rəsmi səfərləri və qəbul edən ölkənin ərazisində qalmaları ilə bağlı xərclər üçün məsuliyyət daşıyacaqlar.

Sorğu göndərən Tərəfin nümayəndələrinin rəsmi səfərləri Sorğu alan Tərəfin ilkin razılığı əsasında həyata keçiriləcəkdir.

Maddə   9

Tərəflər bu Sazişin tətbiqi üçün birgə işçi iclaslar və məsləhətləşmələr keçirəcəklər.

Maddə   10

3-cü maddənin 1-ci bəndinin ə, f, g, ğ yarımbəndlərində nəzərdə tutulan əməkdaşlığın  konkret formaları və xüsusilə onun maliyyələşdirilməsi qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

Maddə   11

Bu Sazişin müddəaları hər iki Tərəfin digər beynəlxalq müqavilələrindən irəli gələn hüquq və öhdəliklərinə təsir etməyəcəkdir.

Maddə   12

Bu Sazişin təfsirində və tətbiqində Tərəflər arasında ortaya çıxan hər hansı fikir ayrılıqları diplomatik kanallar vasitəsilə həll ediləcəkdir.

Maddə   13

Bu Saziş onun qüvvəyə minməsi üçün Tərəflərin müvafiq dövlətdaxili prosedurlarının tamamlandığım təsdiq edən axırıncı yazılı bildirişin alındığı tarixdən qüvvəyə minəcəkdir.

Tərəflərdən biri bu Sazişin qüvvəsini ləğv etmək niyyətini altı ay əvvəlcədən bildirmədiyi təqdirdə, bu Saziş qeyri-müəyyən müddətə qüvvədə olacaqdır. Bu, yazılı şəkildə diplomatik kanallar vasitəsilə bildirilməlidir.

Bakı şəhərində 2004-cü il iyulun 8-də iki nüsxədə hər biri Azərbaycan və ingilis dillərində imzalanmışdır, bütün mətlər eyni qüvvəyə malikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı olduğu halda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

Azərbaycan Respublikası                            Pakistan İslam Respublikası

    Hökuməti adından                                           Hökuməti adından

       (imza)                                                                  (imza)

 

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status