Azərbaycan Respublikasının təbii qazla təmin olunmayan şəhər və rayonlarının ərazilərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə payız-qış mövsümündə verilən ağ neft yanacağının aylıq normasının artırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın 2.22-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
Respublikanın təbii qazla təmin olunmayan şəhər və rayonlarının ərazilərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə payız - qış mövsümündə (oktyabr-fevral aylan) verilən ağ neft yanacağının aylıq norması hər bir ailəyə 40 litr miqdarında müəyyən edilsin.
2.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayonların
icra hakimiyyətlərinə tapşırılsın ki, hər bir yaşayış məntəqəsi üzrə təbii qazla təmin olunmayan, həmin ərazidə faktiki müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin adlı siyahılarını əraziləri işğal olunmuş rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin həmin rayon (şəhər) üzrə nümayəndəsi ilə birlikdə bu qərara əlavə olunmuş forma əsasında tərtib və təsdiq edərək, hər il sentyabrın 1-dək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim etsinlər.
3.
Respublikanın təbii qazla təmin olunmayan şəhər və rayonlarının ərazilərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə payız - qış mövsümündə ağ neft yanacağının verilməsi dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilsin.
4.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra
hakimiyyətlərinə tapşırılsın ki, məcburi köçkün ailələrinə payız - qış mövsümündə verilən ağ neft yanacağının haqqının ödənilməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasını təmin etsinlər və bu barədə maliyyə hesabatını hər ay həmin Komitəyə təqdim etsinlər.
5.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılsın ki, müvafiq şəhər və rayon icra hakimiyyətləri tərəfindən haqqı əvvəlcədən ödənildikdən sonra respublikanın təbii qazla təmin olunmayan şəhər və rayonlarının ərazilərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin payız - qış mövsümündə ağ neft yanacağı ilə fasiləsiz təmin olunması üçün müvafiq tədbirləri həyata keçirsin.
6.
Bu qərar 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 2 dekabr 2004-cü il
№ 186
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 2 dekabr tarixli 186 nömrəli qərarına
ƏLAVƏ
Təsdiq edirəm:
Dövlətqaçqınkomun sədri
________________________adı, atasının adı və soyadı
tarix M.Y.
|
Təsdiq edirəm:
________________Rayon (Şəhər) İcra Hakimiyyətinin başçısı
_______________________________ adı, atasının adı və soyadı
tarix M.Y.
|
_________________rayonunda (şəhərində) müvəqqəti məskunlaşmış və təbii qazla təmin olunmayan
məcburi köçkün ailələrinin 200.-ci il sentyabrın 1-dək olan vəziyyətə dair
ADLI SİYAHISI
Sıra
N2-Sİ
|
Ailə başçısının adı, atasının adı və soyadı
|
Rayon (şəhər) işğal olunandan əvvəl yaşadığı ünvan
|
Hazırda faktiki müvəqqəti məskunlaşdığı ünvan
|
Şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi
|
Qeyd
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Faktiki məskunlaşma rayonunun (şəhərinin) İcra Hakimiyyətinin məsul nümayəndəsi
______________________ adı, atasının adı və soyadı
Dövlətqaçqınkomun _________ rayon (şəhər) üzrə nümayəndəsi
______________________________soyadı, adı və atasının adı
Əraziləri işğal olunmuş rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri:
______________________ adı, atasının adı və soyadı
______________________ adı, atasının adı və soyadı
Azərbaycan Respublikası
Nazirlər Kabineti Aparatının rəhbəri A.HACIYEV