×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
07.12.2004
QEYDİYYAT NÖMRƏSİ
800-IIQ
ADI
“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (Azərbaycan hakimiyyət orqanları) və Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinin Mühacirət və Milliyyət Direktorluğu (MMD) arasında anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 04-01-2005, Nəşr nömrəsi: 1), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2004, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 983)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.01.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
983

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti  (Azərbaycan hakimiyyət orqanları) və Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinin Mühacirət və Milliyyət Direktorluğu (MMD) arasında anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

2004-cü il sentyabrın 29-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (Azərbaycan hakimiyyət orqanları) və Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinin Mühacirət və Milliyyət Direktorluğu (MMD) arasında Anlaşma Memorandumu" təsdiq edilsin.

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

        Bakı şəhəri, 7 dekabr 2004-cü il

                       № 800-IIQ

 

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

(Azərbaycan hakimiyyət orqanları) və Birləşmiş Krallığın Daxili

İşlər Nazirliyinin Mühacirət və Milliyyət Direktorluğu (MMD) arasında

 

ANLAŞMA MEMORANDUMU

 

1.        Bu Anlaşma Memorandumu ("AM") yuxarıda adlan qeyd olunan tərəflər arasında Birləşmiş Krallığa daxil olma və ya orada qalmağa ixtiyarı olmayan və Birləşmiş Krallıqdan Əfqanıstana qaytanlan Əfqanıstan vətəndaşlarının Bakı Hava Limanı vasitəsilə tranziti üçün razılaşmanın əsasım təşkil edəcəkdir.

2.      Azərbaycan hakimiyyət orqanları yuxarıda qeyd olunan Əfqanıstan vətəndaşlarmı Əfqanıstana yerinə yetirilən   sonrakı uçuşlara çatdırmaq məqsədilə qəbul etməyə və onların Bakı Hava limanında hərəkətinin 24 (iyirmi dörd) saatdan artıq olmamaq şərtilə enmələri daxil olmaqla, tranzitini sürətləndirməyə razıdır.

3.      Bu "AM"nun şərtləri daxilində geri qaytanlan Əfqanıstan vətəndaşları
ya cədvəlləşdirilmiş hava xidmətləri vasitəsilə, ya da xüsusi olaraq bu məq
səd üçün ayrılmış çarter üsulu ilə Bakıya gələcəklər.

4.      "MMD" 7 (yeddi) gündən gec olmayaraq, Azərbaycan hakimiyyət orqanlarına bu "AM"nun şərtləri daxilində Birləşmiş Krallıqdan çıxarılmalı olan Əfqanıstan vətəndaşlarına dair ətraflı məlumat verəcəkdir.

5.      Bu "AM"nun şərtləri daxilində Birləşmiş Krallıqdan çıxarılmalı olan Əfqanıstan vətəndaşlarına müvafiq səyahət sənədi veriləcək. Bu ya əfqan pasportu ya da "MMD" tərəfindən verilmiş müvafiq səyahət sənədi, daha doğrusu, Əfqanıstan vətəndaşlarının  Əfqanıstana  qaytarılmalarına  yardım məqsədilə tərtib olunmuş Avropa Birliyinin məktubu olacaqdır.

6.      Bu "AM"nun şərtləri daxilində Birləşmiş Krallıqdan çıxarılmalı olan Əfqanıstan vətəndaşları Əfqanıstan hakimiyyət orqanları tərəfindən qəbul edilməzsə və onları   Azərbaycan Respublikasının ərazisinə qaytararsa, "MMD" ən çoxu 48 (qırx səkkiz) saat ərzində qaytarılmış şəxslərin Birləşmiş Krallığa göndərilməsini öz öhdəsinə götürür.

7.      Hər bir qayıdan şəxsin bütün səyahət xərcini "MMD" ödəyəcəkdir.

8.       "MMD" Azərbaycan Respublikası tərəfindən bu "AM"nun şərtləri daxilində öhdəliklərin yerinə yetirilməsi  zamanı çəkilmiş  münasib  inzibati xərcləri ödəyəcəkdir.

9.      Bu Anlaşma Memorandumu Bakı şəhərində 2004-cü il 29 sentyabr tarixində hər biri Azərbaycan və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

 

Azərbaycan Respublikası                                                         Birləşmiş Krallığın Daxili İşlər

         Dövlət Sərhəd Xidmətinin rəisi                                                Nazirliyinin Mühacirət və Milliyyət

general-leytenant                                                                Direktorluğunun Baş Direktoru adından

                                                                                                           Fövqəladə və Səlahiyyətli Səfir                                                                                                     

                  Elçin QULİYEV                                                                                   Dr.Lori BRİSTOU

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status