×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
17.06.1999
QEYDİYYAT NÖMRƏSİ
139
ADI
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bəzi məsələləri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-1999, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 346)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.06.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
390.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bəzi məsələləri haqqında

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bəzi məsələləri haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanının 1-ci bəndində dəyişikliklər edilərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibi aşağıdakı heyətdə verilsin:

Komissiyanın sədri

Oqtay Şirəliyev               - Azərbaycan Respublikası Baş nazirinin müavini - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri [1]

Komissiyanın sədr müavini

Ramil Usubov                 - Azərbaycan Respublikasının daxili İşlər naziri

Komissiyanın üzvləri:

Eldar Mahmudov                       - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri [2]

 

Səfər Əbiyev                   - Azərbaycan Respublikasının müdafiə naziri

 

Əli İnsanov                     - Azərbaycan Respublikasının səhiyyə naziri

 

Misir Mərdanov              - Azərbaycan Respublikasının təhsil naziri

 

İrşad Əliyev                    - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

 

Kəmaləddin Heydərov   - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

 

Azad Rəhimov             - Azərbaycan Respublikasının gənclər və idman naziri [3]

 

Fərəməz Maqsudov        - Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti

 

Fatma Abdullazadə       - Azərbaycan Respublikası Prezidenti İcra Aparatı Humanitar siyasət şöbəsinin müdiri

 

Fuad Ələsgərov              - Azərbaycan Respublikası Prezidenti İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

 

Hadı Rəcəbov                 - Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komissiyasının sədri [4]

 

Xələf Xələfov                   - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Səttar Mehbaliyev          - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

 

Fikrət Məmmədov          - Azərbaycan Respublikasının ədliyyə naziri

 

Zakir Qaralov                 - Azərbaycan Respublikasının Baş prokuroru

 

Samir Şərifov                 - Azərbaycan Respublikasının maliyyə naziri [5]

 

Mahmud Kərimov          - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

Hacıbala Abutalıbov      - Bakı şəhəri İcra Hakimiyyətinin başçısı

 

Hüseynqulu Bağırov      - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri [6]

 

2. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına tapşırılsın ki, Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqrama nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin və görülmüş işlər barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 17 iyun 1999-cu il
№ 139

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       4 iyul 2001-ci il tarixli 522 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 459)

2.       1 may 2002-ci il tarixli 692 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 259)

3.       23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)

4.       28 iyul 2004-cü il tarixli 94 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 533)

5.       27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)

6.       28 sentyabr 2007-ci il tarixli 633 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 871)

7.       6 avqust 2009-cu il tarixli 429 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ()

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 sentyabr 2007-ci il tarixli 633 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 871) ilə 1-ci bəndində

"Əli İnsanov - Azərbaycan Respublikasının səhiyyə naziri" sözləri "Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri" sözləri ilə əvəz edilmişdir.

 

[2] 28 iyul 2004-cü il tarixli 94 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 533) ilə Namiq Abbasov Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibindən çıxarılmış, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudov daxil edilmişdir.

 

[3] 4 iyul 2001-ci il tarixli 522 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 459) ilə 1-ci bənddə "gənclər və idman" sözləri "gənclər, idman və turizm" sözləri ilə əvəz edilmişdir.

27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743) ilə 1-ci bəndində «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri» sözləri «Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri» sözləri ilə əvəz edilmişdir.

 

 

[4] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə iyirmi ikinci abzasdan "Musa Məmmədov - "Azərbmeşə" İstehsalat Birliyinin sədri" sözləri çıxarılmışdır.

 

[5] 3 iyul 2006-cı il tarixli 424 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 588) ilə 1-ci bəndində “Əvəz Ələkbərov - Azərbaycan Respublikasının maliyyə naziri” sözləri “Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri” sözləri ilə əvəz edilmişdir.

 

[6] 1 may 2002-ci il tarixli 692 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 259) ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın tərkibinə

Fikrət Məmmədov                  - Azərbaycan Respublikasının ədliyyə naziri

Zakir Qaralov                           - Azərbaycan Respublikasının Baş prokuroru

Əvəz Ələkbərov                      - Azərbaycan Respublikasının maliyyə naziri

Mahmud Kərimov                  - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Hacıbala Abutalıbov              - Bakı şəhəri İcra Hakimiyyətinin başçısı

Hüseynqulu Bağırov              - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri daxil edilmiş, eyni zamanda Südabə Həsənova, Eldar Həsənov, Fikrət Yusifov, Rafael Allahverdiyev, Musa Məmmədov Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibindən çıxarılmışdır.

 

 

6 avqust 2009-cu il tarixli 429 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı () ilə 1-ci bəndi qüvvədən düşmüş hesab edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status