Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabineti qərara alır:
1. "Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 9 fevral 1999-cu il
№ 16
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 9 fevral tarixli 16 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
|
Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar
QAYDALARI
1. Bu Qaydalar meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsini tənzimləyir.
2. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi meşə fondunun vəziyyəti üzərində müntəzəm müşahidə aparmaq, zərərvericilərin və xəstəliklərin mənbələrini aşkara çıxarmaq, həmin yerlərdə profilaktik və fitosanitar tədbirləri aparmaq, bu halların yayılmasının qarşısını almaq və onları aradan qaldırmaq yolu ilə təmin edilir.
3. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə profilaktik və fitosanitar tədbirləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
[1]
4. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi aşağıdakı tədbirlərdən ibarətdir:
cari, ekspedisiya, aviavizual və sair meşəpatologiya müşahidələri;
zərərvericilərin və xəstəliklərin əmələ gəlməsinin ümumi, ilkin yoxlanışı və onun dəqiq müşahidəsinin aparılması;
zərərvericilər və xəstəliklər ilə aviasiya və yerüstü vasitələrlə mübarizə tədbirlərinin hazırlanması;
meşə xəstəliklərinə qarşı profilaktik tədbirlərin, zərərvericilərin və xəstəliklərin mənbələrinin ləğv edilməsi işlərinin təşkili;
bu tədbirlərin yerinə yetirilməsi üzərində nəzarət.
5. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının vəzifələri:
[2]
meşələrdə, meşə əkinlərində və tingliklərdə zərərverici həşəratların və xəstəliklərin kütləvi baş verməsinin və yayılmasının qarşısının alınması məqsədilə meşə təsərrüfatı, sanitar-sağlamlıq və digər tədbirləri həyata keçirmək;
meşə zərərvericilərinin və xəstəliklərinin yayılmasının vaxtında aşkar olunması üçün meşəpatologiya yoxlamalar aparmaq;
meşəpatologiya müşahidələrin və meşəquruluşu işləri nəticəsində aşkar olunmuş meşə zərərvericilərinin mənbələrinin ləğv edilməsini və ya məhdudlaşdırılmasını vaxtında təmin edən mübarizə tədbirlərini aparmaq, müvafiq tövsiyyələr hazırlamaq;
meşə zərərvericilərinə və xəstəliklərinə meşəpatoloji nəzarəti təşkil etmək və bilavasitə həyata keçirmək, zəruri hallarda zərərverici həşəratların müxtəlif mərhələlərdə həyat qabiliyyətini və xəstəlik mənbələrini müəyyən etmək üçün laboratoriya analizləri aparmaq;
meşə fondunun fitosanitar vəziyyəti barədə qısa məlumat tərtib etmək, həmçinin zərərverici həşəratların və xəstəliklərin yayılmasını proqnozlaşdırmaq;
meşə fondunda zərərvericilərin və xəstəliklərin qabağını almaq və geniş yayılmasına yol verməmək məqsədilə meşə əkinlərinin davamlığının artırılmasına yönəldilən fitosanitar, meşə təsərrüfatı və aqrotexniki tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
xidmət etdikləri ərazidə meşə zərərvericilərinə qarşı mübarizə tədbirlərində aviasiya və yerüstü vasitələrdən istifadə etmək məqsədilə iş planı hazırlamaq, bu işə texniki rəhbərlik etmək, həmçinin zəhərli kimyəvi maddələrin daşınmasında və zərərvericilərə, xəstəliklərə qarşı tətbiq edilməsində müvafiq qaydalara riayət etmək.
6. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar nəzarəti, onun aparılmasının məqsəd və üsulundan asılı olaraq, kəşfiyyat yolu ilə həyata keçirilən və hərtərəfli nəzarətə bölünür.
Kəşfiyyat yolu ilə həyata keçirilən nəzarət zamanı məlum ərazinin şəraiti üçün təhlükəli olan meşə zərərverici həşərat və xəstəlik mənbələri aşkar edilir, meşələr üçün yaranmış təhlükə gözəyarı qiymətləndirilir və bu mənbələrin vəziyyətinə nəzarət edilir.
Nəzarətdə olan sahə (dolayının və kvartalın nömrələri), zərərvericilərin və xəstəliklərin adları, təyin olunan nəzarətin üsulu və müddəti göstərilir, həmçinin nəzarət üçün ayrılmış meşənin təsviri verilir.
Kəşfiyyat yolu ilə nəzarət meşə zərərverici həşəratlarının mənbələrini aşkar etmək məqsədilə, xüsusi seçilmiş meşə sahələrində və ya belə meşə sahələrində xüsusi marşrut yollarının kəsişməsində müayinə etmək yolu ilə həyata keçirilir.
Hərtərəfli nəzarətdə meşə zərərverici həşəratların miqdarının dəyişməsi, bu dəyişmənin səbəbi müəyyən edilir, aydınlaşdırılır və alınan dəlillərə əsasən, onların kütləvi yayılma partlayışlarının, inkişafının qısa və uzun müddətli proqnozu işlənilir.
Hərtərəfli nəzarət zamanı meşə təsərrüfatı müəssisələri hər növ ziyanverici üçün bir neçə sahə seçir və ildə iki dəfə zərərvericilərin biologiyasına müvafiq yoxlama keçirirlər.
Verilən proqnoza görə bu və ya digər növ zərərvericinin kütləvi artması gözlənilərsə, hərtərəfli nəzarət üçün ayrılmış sahələrə, zərərvericinin artması ehtimal edilən meşə massivləri də daxil edilir və orada mükəmməl müayinələr keçirilir.
7. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən aviasiya və yerüstü vasitələrlə kimyəvi və bioloji mühafizə tədbirləri mövcud qanunvericiliyə uyğun və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilir. [3]
8. Fəaliyyətdə olan təhlükəli meşə zərərverici və xəstəlik mənbələrinin uçotunun aparılmasını, həmçinin görülən tədbirlərin və təbii amillərin təsiri nəticəsində ləğv edilmiş mənbələrin vaxtında uçotdan çıxarılması məqsədilə hər il payızda mənbələrin inventarlaşması aparılır.
İnventarlaşmanın aparılma qaydasını Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edir.
[4]
9. İnventarlaşmanın aparılmasında, keçən illərdə aşkar olunan meşə zərərverici və xəstəlik mənbələrinin miqdarı haqqında məlumatlardan, nəzarətin və meşəpatologiya müşahidələrinin nəticələrindən istifadə edilir.
10. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:
[5]
meşə fondunda zərərvericilərin və xəstəliklərin çoxalması və yayılması icmalına və proqnozuna dair məlumatlara əsasən meşə zərərverici həşəratlara və xəstəliklərə qarşı profilaktik və fitosanitar tədbirlərin perspektiv planını, həmçinin meşələrin fitosanitar vəziyyəti barədə yekun materialını hazırlayır;
bu Qaydalardan irəli gələn fitosanitar tədbirləri həyata keçirmək məqsədilə müvafiq hesabat sənədləri tərtib edir, onların istifadəsi üzrə təlimatlar hazırlayır və təsdiq edir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)
2.
29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)
3.
8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
4.
26 yanvar 2015-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 65)
5.
15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2162)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar qaydaları"nın 3-cü bəndində "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri və 5-ci bəndində "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin" sözləri ismin müvafiq hallarında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən Mühafizəsi üzrə fitosanitar Qaydaları”nın 3-cü, bəndində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən Mühafizəsi üzrə fitosanitar Qaydaları”nın 3-cü bəndindən "Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri çıxarılımışdır.
29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qaydaları"nın 3-cü bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir.
26 yanvar 2015-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 65) ilə “Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qaydaları”nın 3-cü hissədə “və öz səlahiyyətləri daxilində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər” sözləri “həyata keçirir” sözləri ilə əvəz edilmişdir.
[2]
7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən Mühafizəsi üzrə fitosanitar Qaydaları”nın 5-ci, bəndində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən Mühafizəsi üzrə fitosanitar Qaydaları”nın 5-ci bəndindən "Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin" sözləri çıxarılımışdır.
29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qaydaları"nın 5-ci bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir.
26 yanvar 2015-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 65) ilə “Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qaydaları”nın 5-ci hissənin birinci abzasında “, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli nümayəndələrinin” sözləri “yerli qurumlarının” sözləri ilə əvəz edilmişdir.
[3]
15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2162) ilə “Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qaydaları”nın 7-ci hissəsində “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilmişdir.
[4]
7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən Mühafizəsi üzrə fitosanitar Qaydaları”nın 8-ci, bəndində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
[5]
7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə “Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən Mühafizəsi üzrə fitosanitar Qaydaları”nın 10-cu, bəndində "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.