AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.03.1999
QEYDİYYAT NÖMRƏSİ
51
ADI
Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-1999, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 206)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.03.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Faydalı qazıntıların çıxarılması iə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında

Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununu tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları" təsdiq edilsin (əlavə edilir).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 27 mart 1999-cu il
№ 51

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

1999-cu il 27 mart tarixli 51 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə
QAYDALARI
[1]

I. Ümumİ müddəalar

1.1. Bu Qaydalar "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanunu və "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası ərazisində faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün ayrılan torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda yerin təkində faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yeraltı qurğuların tikilməsi və istismarı üçün yer təki istifadəçilərinin xüsusi razılığa və ya icazəyə əsasən istifadəsinə verilən yer təkinin hüdudları - "Dağ-mədən ayrılması" statusu adlanır (bundan sonra "Dağ-mədən ayırması") və akt şəklində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir. [2]

Yerin təkində faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün ayrılan torpaq sahələrinin hüdudlarında yeraltı qurğuların tikilməsi və istismarına torpaqdan istifadəyə nəzarət edən müvafiq icra orqanının rəyinə əsasən, yer təkindən istifadəyə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra Dövlətdağmədəntexnəzarət) tərəfindən verilən xüsusi razılığa (lisenziya) müvafiq "Dağ-mədən ayırması" statusuna əsasən icazə verilir.

1.3. Faydalı qazıntılar çıxaran müəssisə, işlənmiş dağ qazmalarından, yaxud yer təkinin bir hissəsində yeraltı qurğuların tikilməsi və istismarı, ya da dağ qazmalarında faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan obyektlərin yerləşdirilməsi üçün faydalı qazıntıların çıxarılmasına "Dağ-mədən ayırması"nın olmasından asılı olmayaraq göstərilən işlərə başlamazdan əvvəl qanunvericiliklə və bu Qaydaların tələblərinə uyğun olaraq "Dağ-mədən ayırması almalıdır.

1.4. Fəaliyyətdə olan faydalı qazıntılar çıxaran müəssisələrin işlənmiş dağ qazmalarında, digər müəssisələrə faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsinə və istismarına, yaxud obyektlərin yerləşdirilməsinə "Dağ-mədən ayırması" faydalı qazıntı çıxaran müəssisələrin razılığı nəzərə alınmaqla verilməlidir.

1.5. Zərərli maddələrin və istehsalat tullantılarının basdırılmasına və çirkab suların axıdılmasına "Dağ-mədən ayırması" hər bir konkret halda xüsusi tələbləri və şərtləri yerinə yetirilməklə verilir. Belə şərtlərdən biri, ixtisaslaşdırılmış təşkilatlar tərəfindən zərərli maddələrin, istehsalat tullantılarının və çirkab suların zərərsizləşdirilməsinin və istifadə olunmasının texnikin mümkünsüzlüyü, həmçinin zərərli maddələrin, istehsalat tullantılarının basdırılması və çirkab suların axıdılması nəzərdə tutulan ətraf süxurları və lay suları horizontları ilə bir araya sığması haqqında rəyinin zəruriliyidir.

1.6. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan, yeraltı qurğuların yeni tikintisinə və istismarına həmçinin yenidən qurulan belə qurğular üçün qüvvədə olan "Dağ-mədən ayırması"na yer təkinin bir hissəsinin əlavə olunması zərurəti yarandıqda, layihə sənədləri təsdiq olunduqdan sonra göstərilən qurğuların tikilməsinə və yenidən qurulmasına "Dağ-mədən ayırması" alındıqdan sonra icazə verilir.

1.7. Qüvvədə olan "Dağ-mədən ayırması"na əlavələr olduqda qanunvericiliyin və bu Qaydaların tələblərinə uyğun olaraq verilən "Dağ-mədən ayırması" yeni "Dağ-mədən ayırması"nın verilməsi kimi həyata keçirilir.

1.8. Yeraltı qurğuların tikintisi faydalı qazıntıların yerləşdiyi sahədən başlayarsa "Dağ-mədən ayırması" almaq istəyən yer təki istifadəçisi "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq işlərin layihələndirilməsinə və tikintisinə əvvəlcə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən istifadəyə Nəzarət Komitəsinin müsbət rəyini razılığını almalıdır. [3]

1.9. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların "Dağ-mədən ayırması" olmadan və yaxud onun hüdudlarından kənarda tikilməsi və ya istismarı, yer təkindən özbaşına istifadə etmək deməkdir və "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunur.

1.10. Yer təki istifadəçisinə verilmiş "Dağ-mədən ayırması"nın tam və ya qismən müvəqqəti, yaxud daimi başqasının istifadəsinə verilməsi qadağan olunur.

Yeraltı qurğuların istifadə istiqamətləri dəyişdikdə "Dağ-mədən ayırması" bu Qaydalara uyğun olaraq yenidən alınmalıdır.

1.11. Yer təki istifadəçilərinə "Dağ-mədən ayırması"nın verilməsi torpaqdan istifadəyə nəzarət edən müvafiq icra hakimiyyəti orqanından razılıq alındıqdan sonra "Dağ-mədən ayırması" aktı (1 nömrəli əlavə), həmçinin topoqrafik planın surətinin yuxarı sağ küncündəki yazı (2 nömrəli əlavə) ilə rəsmiləşdirilir.

2. "Dağ-mədən ayırması"na əsas tələblər

2.1. "Dağ-mədən ayırması" yer təkinin geoloji quruluşu, dağ-texniki və hidrogeoloji şəraiti zəruri dəqiqliklə öyrənilmiş, həm də onun faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə olunması, yaxınlıqda yatan faydalı qazıntı yataqlarının işlənməsinin mürəkkəbləşdirilməsini və dağ qazmalarına, yer səthinə, su obyektlərinə neftin, qazın, və digər maddələrin və materialların, onların yeraltı saxlanması vaxtı yer təkinə axıdılan çirkab suların, yer altında basdırılmış zərərli maddələrin və istehsalat tullantılarının daxil olması istisna olan hissəsinə verilə bilər.

2.2. "Dağ-mədən ayırması"nın sərhədləri, tikintisi layihələndirilən yeraltı qurğuların normal fəaliyyətini təmin edən qoruyucu və sədd bütövlərinin və həmçinin dağ süxurlarının sürüşməsi və tökülməsi zonalarının texniki sərhədləri nəzərə alınmaqla təyin edilir.

Zərərli maddələrin və istehsalat tullantılarının basdırılması və çirkab suların axıdılması vaxtı "Dağ-mədən ayırması"nın hüdudları müəyyən olunmuş sərhədlərdə, onların məhdudlaşdırılmasını ciddi təmin edən yer təki hissəsində təyin edilir.

Yeraltı qaz saxlama məntəqəsi üçün "Dağ-mədən ayırması"nın sərhədləri, belə məntəqələrin tikilməsi layihələrinə uyğun olaraq məsaməli laylara vurulan qazın maksimum həcminin yayılması hüdudları ilə təyin edilir.

2.3. Yer təki istifadəçilərinə binalar, qurğular, şəhərlər və digər yaşayış məntəqələrinin, kurortların meşəparkların, tarix, mədəniyyət və incəsənət abidələrinin, qiymətli torpaq və bitki örtüklərinin, sərhəd zolaqlarının, təyyarə limanlarının, xüsusi təyinatlı hərbi təlim meydançalarının, dəmir yolu zolaqlarının, qalaların və istehkamlaşdırılmış rayonların, qəbirstanlıqların və digər obyektlərin altında yerləşən ərazilərə "Dağ-mədən ayırması"nın verilməsinə, yalnız qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər.

2.4. "Dağ-mədən ayırması" layihəsi "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanunun və bu Qaydaların tələblərini nəzərə almaqla ixtisaslaşdırılmış layihə təşkilatı tərəfindən işlənilməlidir.

3. "Dağ-mədən ayırması" layİhəsİnİn məzmunu

3.1. "Dağ-mədən ayırması" layihəsi izahedici qeyddən və qrafik materiallardan ibarət olmalıdır.

Layihənin izahedici qeydində "Dağ-mədən ayırması"nın alınmasının məqsədinin əsaslandırılması göstərilməklə aşağıdakılar öz əksini tapmalıdır:

3.1.1. "Dağ-mədən ayırması" layihəsini hazırlayan müvafiq təşkilatın adı və ünvanı;

3.1.2. "Dağ-mədən ayırması"nın yerləşdiyi yerüstü ərazi haqqında ümumi məlumatlar (çoğrafi yerləşməsi, kənd təsərrüfatı, meşə sahəsinin xüsusiyyətləri, çaylar, göllər və digər su obyektləri, yaşayış məntəqələri və sənaye obyektləri, ayrı-ayrı binalar və qurğular haqqında ümumi məlumatlar); [4]

3.1.3. "Dağ-mədən ayırması" hüdudlarında yer təki sahəsinin, həmçinin onunla yanaşı olan zonaların geoloji xüsusiyyətləri o, cümlədən həmin sahənin geoloji quruluşunun dağ-texniki və hidrogeoloji şəraitinin öyrənilmə dərəcəsi haqqında qısa məlumatlar;

3.1.4. yataq olan yerlərdə faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yeraltı qurğuların yerləşdirilməsi və istismarı üçün nəzərdə tutulan istənilən "Dağ-mədən ayırması", həmçinin faydalı qazıntıların çıxarılması və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilmiş digər yer təki sahəsi və yanaşı "Dağ-mədən ayırması" verilmiş yataqlar haqqında məlumatlar.

3.1.5. "Dağ-mədən ayırması" ləğv, yaxud konservasiya olunmuş, ya da faydalı qazıntıların çıxarılmasını davam etdirən müəssisənin işlənmiş dağ qazmalarından istifadə üçün istənildiyi hallarda, əlavə olaraq, bu müəssisənin yatağının açılış və işlənmə sistemləri, istifadə olunacaq dağ qazmaları və buruq quyuları haqqında qısa məlumatlar;

3.1.6. yeraltı qurğuların istismarı vaxtı yerinə yetirilməli olan xüsusi tələblərin şərhi;

3.1.7. "Dağ-mədən ayırması"nın sərhədlərinin və ölçülərinin əsaslandırılması, sahə üzrə olduğu kimi, şaquli qiymətlərlə "Dağ-mədən ayırması"na daxil edilən yeraltı boşluğun həmçinin müəyyən edilməsilə aparılır.

3.2. Yer səthinin topoqrafik planının, geoloji xəritələrinin və profil kəsilişlərinin tərtib olunması "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanunun və "Dağ-mədən ayırması" statusunun verilməsi tələblərinə cavab verməlidir.

Neftin, qazın və digər maddələrin və materialların yeraltı saxlanması, zərərli maddələrin və istehsalat tullantılarının basdırılması, çirkab suların axıdılması üçün "Dağ-mədən ayırması" layihələrində göstərilən məqsədlər üçün istifadəsi nəzərdə tutulmuş horizontun tavanının və dabanının struktur xəritəsi əlavə olunur.

3.3. Topoqrafik planın surətində göstərilməlidir:

3.3.1. geodeziya şəbəkəsinin dayaq nöqtələri, meşə və kənd təsərrüfatı sahələrinin hüdudları, yaşayış məntəqələri, dağ qazmaları, su obyektləri , yollar, yerüstü və yeraltı kommunikasiyalar, təbiət, tarix və mədəniyyət abidələri, ayrı-ayrı binalar və qurğular, onların mərtəbəliliyi, dağ qazmalarının və buruq quyularının ağızları, faydalı qazıntı yataqları yatımlarının, yanaşı və həmçinin layihələndirilən "Dağ-mədən ayırması"nın sərhədləri;

3.3.2. topoqrafik planın boş hissəsində planın son məlumatlarla tamamlanması tarixi, "Dağ-mədən ayırması"nını üfqi müstəvidə proyeksiyası (min m2-lə), istənilən "Dağ-mədən ayırması"nın künc, yaxud xarakterik nöqtələrinin plan və kəsilişlər üzrə qrafik təyin olunan X, U, Z koordinatlarının qiymətləri;

3.3.3. topoqrafik planının surətinin miqyası sahənin ölçülərindən asılı olaraq 1:5000 kiçik olmamaq şərtilə seçilir. Böyük sahələrə, yaxud uzunluğa malik yeraltı qurğular üçün 1:5000-dən 1:25000-ə qədər topoqrafik planlardan istifadə olunmasına icazə verilir;

3.3.4. ləğv və konservasiya olunmuş, yaxud faydalı qazıntıların çıxarılmasını davam etdirən müəssisələrin işlənmiş dağ qazmalarından istifadə olunmasının "Dağ-mədən ayırması" layihəsinə, həmin müəssisənin istifadəsi nəzərdə tutulmuş dağ qazmalarının göstərildiyi topoqrafik plana əlavə edilməlidir;

3.3.5. "Dağ-mədən ayırması"nın sərhədləri həmçinin struktur xəritələrdə və şaquli kəsilişlərdə göstərilməlidir.

3.4. "Dağ-mədən ayırması" layihəsi və onun əlavələri layihəni tərtib edən orqanın rəhbəri tərəfindən imzalanmalı və imzası möhürlə təsdiqlənməlidir.

4. "Dağ-mədən ayırması" statusunu almaq üçün tələb olunan əsas sənədlər

4.1. Yer təkinin, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yeraltı qurğuları tikmək hüququ verən xüsusi razılığa və ya icazəyə müvafiq müəssisənin adı (tabeçiliyi varsa - tabeçiliyi), ünvanı və "Dağ-mədən ayırması"nın yerləşdiyi yer və onun alınmasının məqsədi, həmçinin yeraltı qurğuların tikilməsi layihəsinin ekspertizadan keçməsi və təsdiq olunması haqqında məlumatları göstərməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ünvanına ərizə. [5]

Ərizəyə aşağıdakılar əlavə olunmalıdır:

4.1.1. "Dağ-mədən ayırması"nın layihəsi - 2 nüsxə;

4.1.2. torpaq mülkiyyətçisinin, yerin təkindən istifadə məqsədilə müvafiq torpaq sahəsinin ayrılmasına razılığı;

4.1.3. faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan verilən torpaq sahələrinin hüdudlarında yeraltı qurğuları tikmək hüququ verən xüsusi razılığın (lisenziyanın) və ya icazənin surəti;

4.1.4. "Dağ-mədən ayırması" layihəsi də daxil olmaqla faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan, yeraltı qurğuların tikintisi və istismarı üçün ayrılacaq yer təki sahələri üzrə geoloji informasiyanın Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət ekspertizasının nəticələri (ekspert rəyi); [6]

4.1.5. işlənmiş dağ qazmalarının konservasiya, yaxud ləğv olunması haqda Dövlətdağmədəntexnəzarət orqanının Qərarının surəti;

4.1.6. zərərli maddələrin, istehsalat tullantıların və çirkab suların zərərləşdirilməsinin və istifadə olunmasının texniki mümkünsüzlüyü, həmçinin zərərli maddələrin, istehsalat tullantılarının basdırılması və çirkab suların axıdılması üçün nəzərdə tutulan ətraf süxurları və lay suları horizontları ilə bir araya sığması haqqında ixtisaslaşdırılmış təşkilatların rəyi;

4.1.7. fəaliyyətdə olan, yaxud konservasiya olunmuş faydalı qazıntı çıxaran müəssisələrin işlənmiş dağ qazmalarının faydalı qazıntı çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün digər müəssisənin istifadəsinə verilməsinə yuxarıda göstərilən müəssisələrin (yuxarı təşkilatları varsa-yuxarı təşkilatların) razılığı;

4.1.8. dövlət sanitariya nəzarəti orqanının rəyi; [7]

4.1.9. faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında ehtiyatları təsdiq edilmiş və ya sənaye əhəmiyyəti kəsb edə biləcək faydalı qazıntıların olub olmaması haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi; [8]

4.1.10 faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması haqqında sənədin surəti. [9]

 

Qeyd. Qazın, neftin, digər maddə və materialların saxlanması, zərərli maddələrin və istehsalat tullantılarının basdırılması, çirkab suların axıdılması nəzərdə tutulmuş qurğuların tikilməsinin "Dağ-mədən ayırması" layihəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yaxud onun yerli orqanlarının rəyi əlavə olunmalıdır. [10]

 

4.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Dağ-mədən ayırması"nın layihəsinə ərizəni aldıqdan sonra baxır və 30 (otuz) gün müddətindən gec olmayaraq Qərar çıxarır. [11]

4.3. "Dağ-mədən ayırması" statusunu təsdiq edən akt 2 (iki) nüsxədə tərtib edilir və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərinin imzası möhürlə təsdiq olunur. Dağ-mədən ayırması statusunun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. [12]

4.4. "Dağ-mədən ayırması" statusunu təsdiq edən akt blank şəklində olur və boş yerlər tuşla yazılır.

4.5. "Dağ-mədən ayırması"nın birinci nüsxəsi yer təki istifadəçisinə verilir, ikinci nüsxəsi faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilmiş yer təki hissəsinin ilkin uçotunun aparılması ilə yanaşı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində saxlanılır. [13]

5. Yer təkİ sahəsİnİn İlkİn uçotunun aparılması

5.1. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisi və istismarı məqsədləri üçün verilmiş yer təki sahəsinin ilkin uçotunun aparılması və dövlət qeydiyyatı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. [14]

5.2. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlərlə verilmiş yer təki sahəsinin ilkin uçotunun aparılması üçün "Dağ-mədən ayırması" aktı (1 nömrəli əlavə) "Dağ-mədən ayırması"nın uçot (3 nömrəli əlavə) və yer təki sahələrinin qeydiyyatı (4 nömrəli əlavə) kitabları, yer təki sahəsi haqqında məlumat kartoçkası (5 nömrəli əlavə) və yer təki sahəsinin uçot kartoçkası (6 nömrəli əlavə) yer təki sahəsinin ilkin uçot sənədləri sayılır.

5.3. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilmiş yer təki sahələrinin hər birinə 2 (iki) nüsxədə məlumat kartoçkası tərtib olunur.

6. "Dağ-mədən ayırması"nın gerİ alınması və ləğv edİlməsİ

6.1. "Dağ-mədən ayırması"nın geri alınması və ləğv edilməsi "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qaydaların tələblərinə müvafiq həyata keçirilir.

 

 

 


1 nömrəli əlavə [15]

 

 

 

 

 


                                                                                                  

 

AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ

TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ

DAĞ - MƏDƏN AYIRMASI AKTI   N

 

___________________________il tarixdə Azərbaycan Respublikası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ____________

                                                                                                       (dağ-mədən ayırmasını alan yer təki istifadəçisinin

_______________________________________________________________________________________

yuxarı təşkilatı varsa—yuxarı təşkilatının adı)
yer təki sahəsindən istifadəyə Dağ-mədən ayırması__________________________

_________________________________________________________________________________________

(verilmiş dağ-mədən ayırmasının məqsədi)

        üçün verilmişdir.

Təqdim olunan planda ____________________________________ künc nöqtələri ilə                                                            (künc nöqtələrinin nömrəsi)

göstərilmiş sərhəddə, həmçinin_____________________________________ nömrəli

                                                                                                        (xəritələrin nömrəsi)

struktur xəritələrdə __________________________nömrəli şaquli kəsilişlərdə plan

(kəsilişlərin nömrəsi)

       üzərində göstərilən Dağ-mədən ayırması sahəsinin proyeksiyası

_____________min m2, yeraltı boşluğun və ya tutumun həcmi_________________

                (yazı ilə)                                                                                                                              (yazı ilə)

        min m3 təşkil edir.

       Bu akt ________nüsxədə tərtib edilərək Azərbaycan Respublikası Dövlət

       (yazı ilə)

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin reyestr               kitabında ______19 _____il tarixdə ______N ilə qeydə alınmışdır.

 

M. Y.      Azərbaycan Respublikası

  Ekologiya və Təbii Sərvətlər

  Nazirliyinin müvafiq

   orqanının rəhbəri                                                                                                  _________

                                                                                                                                                                   (imza)

 

 

 

Topoqrafik planın                                                           2 nömrəli əlavə  [16]

surətinin üzərindəki

yazıların nümunəsi

AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN _____ ________il ____tarixli _____ N-li Dağ-mədən ayırması, yer təki sahəsindən _________________________________________________________

_______________________________________________________________________

(dağ-mədən ayırması verilməsinin məqsədi)

__________________________________________________________istifadə etmək üçün verilir.

_________________________________________________________________________

(dağ-mədən ayırması verilən yer təki istifadəçisinin adı)

________________________________________________________________________

verilən dağ-mədən ayırması ______________________________________________

                                                                                             (dağ-mədən ayırmasının yerləşdiyi

_________________________________________________________________________________________

                                                        ərazi vahidi və ünvan)

___________________________________________________ ərazi vahidində yerləşir.

Planda verilmiş dağ-mədən ayırması sərhədləri daxilində _____________________

________________________________________________________________________

____________________________________________künc nöqtələri ilə nömrələnmiş

                           (künc nöqtələrinin nömrələri)

________________________________________________________________________________________

                    (dağ-mədən ayırmasının aşağı və yuxarı sərhədlərinin dərinliyi, yeraltı

_________________________________________________________________________

                               boşluqların yer səthində proyeksiyalarının ayrı-ayrılıqda sahələri

__________________________________________________________________________________________

                                                                   göstərilməklə obyektləri sadalamalı)

istifadəyə aid edilir.

"Dağ-mədən ayırması" Azərbaycan Respublikası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin reyestr
kitabında____________ il tarixdə______ N ilə qeydiyyata alınmışdır.

 

M. Y.              Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin müvafiq

orqanının rəhbəri                                                                                                  _________

                                                                                                                          (imza)

 

 

 

 


3 nömrəli əlavə [17]

FAYDALI QAZINTILARIN ÇIXARILMASI İLƏ

ƏLAQƏDAR OLMAYAN MƏQSƏDLƏR ÜÇÜN YER TƏKİ SAHƏLƏRİNƏ VERİLMİŞ

"DAĞ-MƏDƏN AYIRMASI"NIN UÇOT (REYESTR)

K İ T A B I

 

Dağ-mədən

ayırmasının

reyestr N-si

Dağ-mədən

Ayırmasının

verildiyi tarix

Dağ-mədən

ayırmasının

yerləşdiyi yer

(ərazi vahidi,

yataq sahəsi və s.)

Dağ-mədən

ayırması alan

yer təki

istifadəçilərinin

adı və ünvanı

Dağ-mədən

ayırmasının

verilməsi

məqsədilə

Dağ-mədən

ayırmasının

sahəsi və həcmi

(min. m2

və min. m3)

Qeyd

(müəssisənin konservasiya,

yaxud ləğv olunması haqda

qeydiyyatı və dağ-mədən

ayırması aktının geri

alınması haqda

səbəbləri göstərməklə)

1

2

3

4

5

 

7

Qeyd. Kitab səhifələnməli, qaytanlanmalı möhürlənməlidir.


4 nömrəli əlavə

FAYDALI QAZINTILARIN ÇIXARILMASI İLƏ ƏLAQƏDAR OLMAYAN MƏQSƏDLƏR ÜÇÜN VERİLMİŞ YER TƏKİ SAHƏLƏRİNİN QEYDİYYATI

KİTABI

 

Qeydiyyat N-si

Qeydiyyat tarixi

Yer təki sahəsi verilən müəssisənin adı və onun verilməsinin məqsədi

Yer təkindən istifadə müddəti

Qeyd. Kitab səhifələnməli, qaytanlanmalı və möhürlənməlidir.

5 nömrəli əlavə [18]

 

FAYDALI QAZINTILARIN ÇIXARILMASI İLƏ ƏLAQƏDAR OLMAYAN MƏQSƏDLƏR ÜÇÜN VERİLMİŞ YER TƏKİ SAHƏSİ BARƏDƏ

MƏLUMAT   KARTOÇKASI

 

Sıra

N-si

Verilən məlumatların adı

İlkin məlumatlar, yaxud baş vermiş dəyişikliklər və əlavələr

1

Verilən dağ-mədən ayırmasının yerləşdiyi ərazi vahidi

 

2

Dağ-mədən ayırması alan yer təki istifadəçisi və onun ünvanı

 

3

Dağ-mədən ayırmasının yerləşdiyi yer

 

4

Dağ-mədən ayırması verilməsinin məqsədi

 

5

Dağ-mədən ayırmasının sahəsi və həcmi min. m2 və min. m3

 

6

Xidmət heyətinin yeraltı qurğuya gəlməsinin dövrülüyü

 

7

Dağ-mədən ayırmasının verilmə tarixi reyestr N-si

 

8

Yeraltı qurğunun konservasiya, yaxud ləğv olunma tarixi və səbəbi

 

9

Məlumat kartoçkasının doldurulma tarixi

 

 

M. Y.              Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin müvafiq

orqanının rəhbəri                                                                                                  _________

                                                                                                                 (imza)

 

6 nömrəli əlavə [19]

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

K

O

D

L

A

R

 

FAYDALI QAZINTILARIN ÇIXARILMASI İLƏ ƏLAQƏDAR OLMAYAN MƏQSƏDLƏR ÜÇÜN VERİLMİŞ YER TƏKİ SAHƏSİNİN UÇOT

KARTOÇKASI

 

Sıra N-si

Uçot məlumatlarının adı

İlkin məlumatlar

Baş vermiş dəyişikliklər və əlavələr

1

Verilən dağ-mədən ayırmasının yerləşdiyi ərazi vahidi

 

 

2

Dağ-mədən ayırması alan yer təki istifadəçisi və onun ünvanı

 

 

3

Dağ-mədən ayırmasının yerləşdiyi yer

 

 

4

Dağ-mədən ayırmasının sahəsi və həcmi min m2 və min m3

 

 

5

Yer təki sahəsinə verilmiş dağ-mədən ayırmasının məqsədi

 

 

 

Xidmət heyətinin, yeraltı qurğuya gəlməsinin dövrülüyü

 

 

7

Dağ-mədən ayırmasının verilmə tarixi və reyestr N-si

 

 

8

Yeraltı qurğunun konservasiyası və ləğvi barədə qeyd

 

 

9

Uçot kartoçkasının doldurulma (əlavələrin edilmə) tarixi

 

 

 

M. Y.              Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin müvafiq

orqanının rəhbəri                                                                                                  _________

                                                                                                                                                             (imza)

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2001-ci il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116)

2.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

3.       13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)

4.       30 oktyabr 2021-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1199)

5.       15 aprel 2022-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 408)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları»nın 1.2-ci, 4.1-ci və 4.1.3-cü bəndlərində ismin müvafiq hallarında «xüsusi razılıq (lisenziya)» və «xüsusi razılıq» sözlərindən sonra ismin müvafiq hallarında «və ya icazə» sözləri əlavə edilmişdir.

 

[2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən. istifadə Qaydaları"nın 1.2-ci bəndində "Dövlətdağmədəntexnəzarət orqanı" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən. istifadə Qaydaları"nın 1.8-ci bəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[4] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2001-ci il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları"nın 3.1.2-ci yarımbəndindən "və inzibati" sözləri çıxarılmışdır. 

 

[5] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən. istifadə Qaydaları"nın 4.1-ci bəndində "Dövlətdağmədəntexnəzarət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[6] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən. istifadə Qaydaları"nın 4.1.4-cü yarımbəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[7] 30 oktyabr 2021-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1199) ilə “Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları”nın 4.1.8-ci yarımbəndinə “sanitariya” sözündən əvvəl “dövlət” sözü əlavə edilmişdir.

 

[8] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən. istifadə Qaydaları"nın 4.1.9-cu yarımbəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[9] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən. istifadə Qaydaları"nın 4.1.10-cu yarımbəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[10] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən. istifadə Qaydaları"nın 4.1.10-cu yarımbəndində "Dövlət Ekologiya və Təbiətdən istifadəyə Nəzarət Komitəsinin" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[11] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən. istifadə Qaydaları"nın 4.2-ci bəndində "Dövlətdağmədəntexnəzarət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[12] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən. istifadə Qaydaları"nın 4.3-cü bəndində "Dövlətdağmədəntexnəzarət orqanı" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

15 aprel 2022-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 408) ilə “Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları”nın 4.3-cü bəndinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[13] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən. istifadə Qaydaları"nın 4.5-ci bəndində "Dövlətdağmədəntexnəzarət orqanı" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[14] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən. istifadə Qaydaları"nın 5.1-ci bəndində "Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət orqanı, dövlət qeydiyyatı isə Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "və dövlət qeydiyyatı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[15] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən. istifadə Qaydaları"nın 1, 2, 5 və 6 nömrəli əlavələrində "Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (Dövlətdağmədəntexnəzarət)" və "Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət orqanı" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə, "Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə, "Azərbaycan Respublikası Dövlətdağmədəntexnəzarət Komitəsinin sədri" sözləri "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri" sözləri ilə əvəz edilmişdir.

[16] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2001-ci il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları"na  2 nömrəli əlavədə "inzibati ərazi" sözləri "ərazi vahidi" sözləri ilə "inzibati ərazisində" sözləri isə "ərazi vahidində" sözləri ilə əvəz edilmişdir.

 

[17] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2001-ci il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları"na  3 nömrəli əlavədə "inzibati ərazi" sözləri "ərazi vahidi" sözləri ilə əvəz edilmişdir.

 

[18] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2001-ci il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları"na  5  nömrəli əlavədə "inzibati-ərazisi" sözləri "yerləşdiyi ərazi vahidi" sözləri ilə əvəz edilmişdir.

 

[19] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2001-ci il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116) ilə "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları"na  6  nömrəli əlavədə "inzibati-ərazisi" sözləri "yerləşdiyi ərazi vahidi" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status