AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.03.1999
QEYDİYYAT NÖMRƏSİ
41
ADI
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-1999, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 197)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.03.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara m

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə [1]

 

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydaları” təsdiq edilsin (əlavə olunur). [2]

3. “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

4. Müəyyən edilsin ki, sürücülük vəsiqəsinin yazılarında dəqiqsizlik olduğu hal istisna olmaqla, onun dəyişdirilməsi üçün 5000 manat miqdarda haqq ödənilir. [3]

5. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.  Rasİzadə

 

Bakı şəhəri, 15 mart 1999-cu il

                       № 41

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumİ müddəalar

 

1.1. Bu Əsasnamə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır.

1.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması maddi-texniki baza və texniki metodiki tədris vasitələri ilə təmin olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi nəzərə alınmaqla Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alınmış tədris müəssisələrində və kurslarda həyata keçirilir. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının artırılması dövlət təhsil standartları əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış vahid tədris plan və proqramı ilə aparılır. [4]

1.2-1. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A” və “B” kateqoriyalarına, “A1” və “B1” altkateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara (altkateqoriyalara) aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir. [5]

1.3. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən şəxslərə və taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələri tərəfindən təşkil edilir və keçirilir. [6]

Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidirlər. Hazırlığın keçirilməsi qaydası və müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Hazırlıq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təşkil edilir və keçirilir. Tədrisin nəticələrinə əsasən sürücüyə forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənəd verilir. [7]

II. Nəqlİyyat vasİtələrİ sürücülərİnİn hazırlanması və onların İxtİsasının artırılmasının təşkİlİ

2.1. "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasının təlim sistemi aşağıdakıları özündə əks etdirir:

a) “C” və “D” kateqoriyalı, “C1” və “D1” altkateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə sürücülərin hazırlanması üçün kurslarda təhsil müddəti 3,5 aya qədər, “A” və “B” kateqoriyalı nəqliyyat vasitələrini, tramvay və trolleybusu idarə etməyə 2,5 aya qədər, A1 kateqoriyalı və “B1” altkateqoriyalınəqliyyat vasitələrini idarə etməyə isə 1,5 aya qədərdir, tədris müəssisələrində isə tədris planlarına, proqramlarına və təhsil müddətinə uyğun aparılır. [8]

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı olan şəxslərdən təşkil olunmuş kurslarda həyata keçirilir;

b) "B", "C", "D", "BE", "CE", “DE” kateqoriyalı və “B1”, “C1”, “D1”, “C1E”, “D1E” altkateqoriyalıavtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması kursları üçün təhsil müddəti 1,5 aydır. [9]

“C” kateqoriyalı və “C1” altkateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması "B" kateqoriyalı avtomobil nəqliyyatı vasitələrini idarə etmək hüququ olan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir. [10]

“BE” kateqoriyası və “C1E” altkateqoriyası müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən, “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini ən azı bir il, “CE” və “DE” kateqoriyaları müvafiq olaraq “C” və ya “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il, “D” kateqoriyası, tramvaylar və trolleybuslar və “D1” altkateqoriyası “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı beş il, “D1E” altkateqoriyası “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı iki il idarəetmə təcrübəsinə malik olan şəxslərin ixtisasının artırılması axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyən, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmayan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir. [11]

c) Kurslara qəbul olunan dinləyicilərin yaş həddi nəqliyyat vasitəsi kateqoriyasından (altkateqoriyasından) asılı olaraq aşağıdakı kimi müəyyən edilir: [12]

"Al" kateqoriyası üzrə - 16 yaşdan;

A”, “B” və “C” kateqoriyaları, “B1” və “C1” altkateqoriyaları üzrə - 18 yaşdan; [13]

“BE” kateqoriyası və “C1E” altkateqoriyası üzrə - 19 yaşdan;

“CE” kateqoriyası üzrə – 21 yaşdan;

“D” kateqoriyası, tramvaylar, trolleybuslar və “D1” altkateqoriyası üzrə - 23 yaşdan;

“D1E” altkateqoriyası üzrə – 25 yaşdan; [14]

“DE” kateqoriyası üzrə - 26 yaşdan. [15]

2.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması istehsalatdan ayrılmaqla və ayrılmamaqla həyata keçirilir.

2.3. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üzrə tədris müəssisələrinə və kurslara daxil olmaq istəyən şəxslər qəbul qaydalarına uyğun olaraq seçdiyi nəqliyyat vasitələrinin kateqoriyasını (altkateqoriyasını) göstərməklə müəssisənin rəhbərinin adına ərizə yazırlar. [16]

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

a) “A”, “B”, “C” kateqoriyalı və “A1”, “B1”, “C1” altkateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üçün: [17]

ərizə və ya təhsil almağa göndərilən şəxslər üçün müəssisənin (birliyin, assosiasiyanın, təşkilatın) göndərişi;

müəyyən edilmiş formada tibbi arayış;

3,54,5 sm ölçüdə üç ədəd fotoşəkil;

təhsil haqqında sənədin əsli, əgər varsa (şəxsən təqdim edilir);

şəxsiyyət vəsiqəsinin surəti; [18]

təhsil haqqının ödənilməsi barədə qəbz (ödənişli qruplar üçün);

b) “B”, “C” kateqoriyalı və “B1”, “C1” altkateqoriyalı nəqliyyat vasitələri sürücülərinin ixtisasının artırılması üçünabəndində göstərilən sənədlərdən əlavə sürücülük vəsiqəsi, “D”, “DE” kateqoriyalarına və “D1”, “D1E” altkateqoriyalarına aid olanlar üçün isə göstərilən sənədlərdən əlavə olaraq müvafiq avtomobil nəqliyyatı vasitələrində sürücülük iş stajını təsdiq edən əmək kitabçasından çıxarışı və Dövlət Yol Polisinin müvafiq arayışı təqdim olunur. [19]

Müdavimlərin təhsilə qəbulu, eləcə də onların buraxılışı və yaxud xaric edilməsi tədris müəssisəsi (təşkilatı) rəhbərinin əmri ilə sənədləşdirilir. [20]

2.4. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üçün tədris qruplarında müdavimlərin sayı 10—30 nəfər olmalıdır.

Tədris müəssisələrində məşğələlərin başlanmasından keçən 15 gün ərzində, hər bir tədris qrupu bu Əsasnaməyə 1 nömrəli əlavəyə uyğun formada təhsil alanların siyahısını və sifariş təqdim etməklə ərazi üzrə Qeydiyyat İmtahan Məntəqəsində (QİM) qeydiyyata alınmalıdır. QİM-ə daxil olan hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində DYPİ-yə göndərilməlidir.

2.5. Tədris müəssisələrində müdavimlərin tədris prosesinə nəzəri və laboratoriya-təcrübə məşğələləri, ilk tibbi yardım, avtomobil nəqliyyatı vasitələrinin idarə edilməsi üçün sürmə təlimi daxildir.

2.6. Nəzəri, laboratoriya-təcrübə məşğələləri və ilk tibbi yardım təchiz edilmiş kabinetlərdə (siniflərdə) və laboratoriyalarda keçirilir. Avtomobil nəqliyyatı vasitələrində sürmə təlimi avtomotorenajorlarda və təlim avtodromlarında (meydançada) keçirilir. Sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin istehsal tarixi beş ildən artıq olmamalıdır və onun qabağında və arxasında bərabər tərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş, qırmızı haşiyəyə alınmış və içərisində qara rəngdəTəlimsözü yazılmış üçbucaq şəklində (minik avtomobilin damında iki tərəfli nişan qoyulmasına yol verilir) nişan qoyulur. [21]

Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyə öyrənən şəxsin, onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsinin sürmə təlimi vermək hüququna dair sənədi və vəsiqəsi olmalıdır. [22]

2.7. Tədris planı və proqramları ilə müəyyən edilmiş bütün növ məşğələlər təsdiq olunmuş dərs cədvəli üzrə keçirilir, sürmə məşğələləri isə avtomobil nəqliyyatı vasitələrinin sürmə təliminin növbəlik qrafiki üzrə aparılır.

2.8. Bütün növ məşğələlərin uçotu müəyyən olunmuş forma üzrə təlimin uçotu jurnallarında, sürmə təlimi isə bundan əlavə yol vərəqələrində və fərdi sürmə təlimi kitabçalarında aparılır (2 nömrəli əlavə).

III. Nəqlİyyat vasİtələrİ sürücülərİnİn hazırlanmasına onların İxtİsasının artırılmasına rəhbərlİk

3.1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu sahədə fəaliyyət göstərən tədris müəssisələrində və kurslarda Daxili İşlər Nazirliyinin DYP İdarəsi ilə birlikdə respublikada nəqliyyat vasitələrinə sürücü kadrların hazırlanması və onların ixtisasının artırılması prosesinə metodiki rəhbərlik edir və dövlət təhsil proqramları çərçivəsində bu sistemin tənzimlənməsi və inkişaf etdirilməsi üçün lazımi tədbirlər, sərəncamlar işləyib həyata keçirir. [23]

3.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması prosesini həyata keçirən müəssisələr:

respublikada nəqliyyat vasitələri sürücülərinin hazırlanmasına və ixtisasartırmaya olan tələbatı Elm və Təhsil Nazirliyi ilə birgə öyrənərək təyin edirlər;

təhsil müəssisələrinin maddi-texniki təchizatının təmin olunması və genişləndirilməsində bilavasitə iştirak edirlər;

hazırlanma və ixtisas artırma prosesini həyata keçirərək təhsilin keyfiyyətinin yüksəldilməsində məsuliyyət daşıyırlar;

nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasının təkmilləşdirilməsi üçün elmi tədqiqat işlərində və araşdırmalarda iştirak edirlər;

mühəndis-pedaqoji kadrların seçilib yerləşdirilməsini həyata keçirirlər;

nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması ilə məşğul olan müəssisələrin qabaqcıl təcrübələrini öyrənir, ümumiləşdirib yayırlar.

3.3. Təhsil müəssisələrinin rəhbər işçilərinin, müəllimlərin və istehsalat təlim ustalarının (təlimatçı sürücülərin) əsas vəzifələri müəyyən olunmuş qayda üzrə təsdiq edilmiş rəhbər vəzifələr və mühəndis-pedaqoji işlər haqqındakı ixtisas xarakteristikaları, təlimatlar və əsasnamələrlə müəyyən edilir.

3.4. Təhsil müəssisəsinin (təşkilatın) bütün fəaliyyətinə rəhbərlik bu Əsasnaməyə uyğun olaraq tədris müəssisəsinin Nizamnaməsi əsasında həyata keçirilir.

3.5. Laborator-təcrübə məşğələlərinin aparılması üçün istehsalat təlimi ustaları ali və ya orta ixtisas təhsilli, avtomobil-traktor ixtisasına malik yüksək istehsalat ixtisaslı və iş təcrübəsi olan şəxslərdən təyin edilir.

3.6. Avtomobil nəqliyyatı vasitələrinin sürülməsi təliminin aparılması üçün istehsalat təlimi ustaları (sürücü təlimatçılar) orta təhsildən orta ixtisas təhsilindən aşağı olmayan, müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələrində üçillik iş stajı və xüsusi proqram üzrə sürmə təliminin metodikası üzrə hazırlıq keçməsi barədə şəhadətnaməsi (3 nömrəli əlavə) olan şəxslərdən təyin edilir. [24]

3.7. Avtonəqliyyat vasitələrinin quruluşu və istismarı fənninin müəllimləri adətən avtomobil-traktor ixtisasları üzrə ali təhsilli şəxslərdən təyin edilir. Yol hərəkəti qaydaları və hərəkətin təhlükəsizliyinin əsasları fənləri üzrə əlavə olaraq avtonəqliyyat vasitələrini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi tələb olunur.

3.8. Nəqliyyat vasitələri sürücülərini hazırlayan və onların ixtisasını artıran təhsil müəssisələrinin (təşkilatların) mühəndis-pedaqoji işçilərinin ixtisaslarının artırılması Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən mövcud qaydada həyata keçirilir.

IV. Tədrİs-maddİ baza

4.1. Avtomobil nəqliyyatı vasitələri sürücülərinin yüksək keyfiyyətli hazırlanmasını və onların ixtisasının artırılmasını təmin etmək üçün tədris müəssisələrində müasir əyani vasitələr, təlimin texniki vasitələri, avadanlıq, cihaz və alətlər, dərslik və dərs vəsaitləri ilə tam təchiz olunmuş tədris kabinetləri (sinifləri) və laboratoriyaları (4 nömrəli əlavə), təlim avtodromu (meydança) və təlim nəqliyyat maşınları olmalıdır.

Təlim avtodromu (meydança) olmadıqda və nəqliyyat maşınlarının çatışmadığı hallarda tədris müəssisələri fiziki və hüquqi şəxslərə məxsus sahələri və nəqliyyat vasitələrini icarəyə götürə bilərlər.

Tədris müəssisələrinin müasir avtomobil nəqliyyatı vasitələri, yanacaq-sürtgü materialları, avadanlıq, ehtiyat hissələri və alətləri ilə təmin edilməsi müəyyən edilmiş qaydada həyata keçirilir.

4.2. Tədris müəssisəsinin bütün avtomobil nəqliyyatı vasitələri ərazi üzrə QİM-də qeydiyyata alınır.

V. Buraxılış İmtahanları

5.1. Müdavimlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən etmək üçün, təlimin sonunda müstəqil sürücülük hazırlığını aşkar etmək məqsədi ilə əvvəlcə onlar tədris  müəssisələrində məqbul (zaçot) və imtahanları verirlər, sonra ərazi üzrə QİM-də onlardan imtahanlar qəbul edilir. İmtahanların keçirilməsinə qədər əvvəlki ayın 25-nə kimi Qeydiyyat İmtahan Məntəqəsinə imtahanların qəbulu üçün sifariş verilir. Müdavimlərdən imtahanların qəbul edilməsi üçün tədris müəssisəsi rəhbərinin əmri ilə sədr və iki üzvdən ibarət imtahan komissiyası yaradılır. İmtahan komissiyasının tərkibinə əlavə olaraq, onlar üçün sürücü kadrları hazırlayan avtomobil nəqliyyatı müəssisələrinin nümayəndələri də daxil edilə bilər.

5.2. İmtahanlara təsdiq olunmuş tədris planı və proqramları üzrə tam təmin kursunu bitirmiş və bütün fənlərdən müsbət yekun qiymətləri alan müdavimlər buraxılır.

5.3. Tədris qruplarında nəzəri imtahanlar, qüvvədə olan tədris planı və proqramları əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış və təsdiq edilmiş imtahan biletləri üzrə keçirilir.

Nəqliyyat vasitələrinin təcrübi sürmə təlimi üzrə imtahanlar iki mərhələdə keçirilir: əvvəlcə avtodromda, sonra Dövlət Yol Polisi ilə razılaşdırılmış yol hərəkəti şəraitində nəzarət marşrutunda.

5.4. Müdavimlərin bilik, bacarıq və vərdişləri dörd bal sistemi ilə qiymətləndirilir: 5 (əla), 4 (yaxşı), 3 (kafi) və 2 (qeyri-kafi). “ 3” məqbul hesab edilir.

İmtahanlardan qeyri-kafi qiymət alan müdavimlər yalnız əlavə hazırlıqdan sonra təkrar imtahanlara buraxılır.

5.5. İmtahanların nəticələri protokolla (5 nömrəli əlavə) sənədləşdirilir, komissiyanın sədri və üzvləri, sonra isə tədris müəssisəsinin rəhbəri tərəfindən imzalanır və möhürlənir.

5.6. Tədris müəssisəsində məqbul (zaçot) və imtahanları müvəffəqiyyətlə verən müdavimlərə təlim kursunu bitirmələri barədə şəhadətnamə verilir (6 nömrəli əlavə).

Şəhadətnamə ciddi hesabat sayılır, mətbəə sıra nömrəsi olur və mərkəzləşmiş qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanır.

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması proqramı üzrə təlim kursunu bitirməsi barədə müdavimlərə verilən şəhadətnamə həmin nəqliyyat vasitələrini idarəetmə hüququ verən sənəd sayılmır, müvafiq kateqoriyalı (altkateqoriyalı) avtomobil nəqliyyatı vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsinin alınması üzrə imtahanlara buraxılması üçün Dövlət Yol Polisi idarəsinə təqdim edilir. [25]

5.7. Tədris qrupunun tədris sənədləri və imtahan komissiyalarının protokolları 75 il ərzində müəssisələrdə saxlanılır.

Tədris müəssisələrinin bitirilməsi barədə şəhadətnamə itirildiyi halda məzunun ərizəsi və imtahan komissiyasının protokolu əsasında ona dublikat şəhadətnamə verilir.

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə

təsdiq edilmiş Əsasnaməyə

4 nömrəƏlavə

 

Avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanmasını və onların ixtisaslarının artırılmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin (siniflərinin) və qurğularının

 

Siyahısı

 

1. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti (sinfi).

2. Avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabineti (sinfi).

3. Yol hərəkəti qaydaları kabineti (sinfi).

4. Hərəkətin təhlükəsizliyi və ilk tibbi yardım kabineti (sinfi).

5. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu üzrə laboratoriya.

6. Avtomobil nəqliyyatı vasitələrinə texniki qulluq üzrə laboratoriya.

7. Avtomobil trenajorları kabineti (sinfi).

8. Təlim avtodromu.

Kabinetlərin (siniflərin) və laboratoriyaların miqdarı tədris müəssisəsi üçün müəyyən olunmuş avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanması və yenidən hazırlanması planına müvafiq olaraq orta illik kontingentə əsasən təyin edilir.

Kifayət qədər auditoriya fondu olduqda avtomobil nəqliyyatı vasitələrinin kateqoriyaları (altkateqoriyaları) üzrə, eləcə də proqramın ayrı-ayrı bölmələri (mövzuları) üzrə ixtisaslaşdırılmış quruluş, avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabinetləri təşkil edilə bilər. [26]

Kifayət qədər auditoriya fondu olmadıqda isə avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti, istismarın əsasları və əməyin mühafizəsi kabinetləri ilə, yol hərəkəti qaydaları kabineti isə hərəkət təhlükəsizliyinin əsasları kabineti ilə birləşdirilə bilər.

 

Fərdi avtomobil nəqliyyatı , "Al" və "A" kateqoriyalı və “A1” altkateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin və qurğularının [27]

Siyahısı

 

1. Quruluş və texniki qulluq kabineti (sinif).

2. Yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları kabineti (sinif).

3. Avtotrenajorlar kabineti (sinif).

4. Sürmə təlimi üçün meydança.

Kifayət qədər auditoriya fondu olmadıqda quruluş və texniki qulluq, yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları kabinetləri birləşdirilə bilər.

 

Avadanlığın təxmini

Sİyahısı

I. Avtomobİl nəqlİyyatı vasİtələrİnİn quruluşu kabİnetİ (sİnfİ)

Öyrənilən markalar üzrə avtomobillərin (avtobusların) əsas yığma vahidlərinin kəsilmiş halda dəstləri, ayrı-ayrı mexanizmləri, sistemləri və hissələri:

 

1.

İlişmə muftası ilə birlikdə birinci kompleksli mühərrik (yığılmış halda)

— 2 ədəd

2.

Ötürmələr qutusu (yığılmış halda)

— 2 ədəd

3.

Bölüşdürücü qutu (yığılmış halda)

— 2 ədəd

4.

Qabaq aparan körpülər və arxa körpülər

— 2 ədəd

5.

Hidravlik gücləndirici sükan mexanizmi (yığılmış halda)

— 1 ədəd

6.

Bucurğad (yığılmış halda)

— 1 ədəd

7.

Çarxqolu-sürgüqolu mexanizminin hissələri

— 2 kom.

8.

Qazpaylama mexanizmin hissələri

— 2 kom.

9.

Soyutma sisteminin cihazları

— 2 kom.

10.

Yağlama sisteminin cihazları

— 2 kom.

11.

Qida sisteminin cihazları

— 2 kom.

12.

Alışdırma sisteminin cihazları

— 2 kom.

13.

Akkumulyatorlar batareyaları

— 2 ədəd

14.

Generator və rele-nizamlayıcılar

— 2 kom.

15.

Starterlər

— 2 ədəd

16.

İşıq və səs siqnalizasiyasının cihazları

— 1 kom.

17.

Tormoz sistemlərinin qovşaqları və cihazları

— 2 kom.

18.

İşəsalıcı qızdırıcıların qovşaqları və cihazları

— 1 kom.

19.

Şinlərdə təzyiqi nizamlayan sistemin cihazları

— 1 kom.

Nümayİş stendlərİ

1. Mühərrikin iş sikli

2. Çarxqolu-sürgüqolu və qazpaylama mexanizmləri

3. Qida, soyutma, yağlama sistemləri

4. Qazbalonlu qurğulu mühərrikin qida sistemi

5. Elektrik avadanlığı

6. Sükanlı idarəetmə

7. Tormoz sistemləri

Öyrənilən avtomobillərin (avtobusların) quruluşuna aid plakatlar dəsti.

Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:

proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;

kinoproyektor, diaproyektor, ekran;

avtomobil nəqliyyatı vasitələrinin quruluşuna aid kinofilmlər və daifilmlər.

II. Avtomobİl nəqlİyyatı vasİtələrİnİn İstİsmarının əsasları kabİnetİ (sİnfİ)

1. Azərbaycan Respublikasında avtomobil daşımalarını xarakterizə edən diaqramlar.

2. Avtomobil nəqliyyatı müəssisələrinin struktur sxemi.

3. Avtomobillərin parklarda və açıq dayanacaqlarda yerləşdirilməsi sxemi.

4. Avtomobillərə texniki qulluğun texnoloji prosesinin sxemi.

5. Avtomobil daşımalarının mərkəzləşdirilmiş idarə edilməsinin sxemi.

6. Avtomobil təhvil-təslim aktı, yol vərəqəsi, mal-nəqliyyat qaimələri, avtomobilin cari təmirinə sifariş, ehtiyat hissələrin və materialın alınması üçün tələbnamə, avtomobilin boş dayanma aktları, yükün çəkilməsi, yükün əskik gəlməsi (xarab olması) barədə sənədlərin tərtib olunması üzrə plakatlar dəsti.

7. Avtomobillərə texniki qulluq, avtomobil nəqliyyatında əməyin mühafizəsi və təhlükəsizliyinə aid plakatlar dəsti.

8. “Sürücülərin əmək haqlarının vahid tarif stavkası”, “Yanacaq-sürtkü materiallarının məsrəf normaları”, “Avtomobil nəqliyyatı vasitələrinin işinin texniki-istismar göstəricilərinə aid müxtəlif cədvəllər” (plakatlar).

9. Avtomobillərə (avtobuslara, qoşqulara) texniki qulluq üzrə nəzəri sualları izah edərkən əyani nümayiş etdirmək üçün tərtibatların və alətlərin nümunələri.

10. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:

proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;

kinoproyektor, diaproyektor, ekran;

avtomobil nəqliyyatı vasitələrinin istismarı və texniki qulluğu üzrə kinofilmlər və daifilmlər.

III. Yol hərəkətİ qaydaları kabİnetİ (sİnfİ)

1. Yol nişanları və əlavə məlumat vasitələrinin elektrikləşdirilmiş stendi.

2. Müxtəlif yolayrıcıları və dairəsi hərəkətli meydançaların metal əsasında təsvirlərini göstərən planşetlər dəsti (müəllim üçün).

3. Yolayrıcılarında və meydançalarda avtomobillərin keçirilməsi üzrə məsələlərin həll edilməsi üçün avtomobil nəqliyyatı vasitələrinin yol nişanlarının maqnitli maketləri.

4. Yolayrıcıları və meydançaların sxemlərinin dəsti (tədris partalarının sayına uyğun, şagirdlər üçün).

5. Yolların nişanlanması və onun yollarda, körpülərdə, kəsişən yolların üstündən salınan körpülərdə və başqa yerlərdə tətbiqinə aid tədris-əyani vəsaitlər.

6. Svetoforların (bütün tiplər üzrə) elektrikləşdirilmiş modelləri.

7. Nizamlayıcının siqnallarına aid tədris-əyani vəsaitlər.

8. Tədris müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin sxemi, yaxud nizamlayıcı vasitələrin (nizamlayıcıların, svetoforların, yol nişanlarının, yolların nişanlanmasını) qoyulmasını işarə etməklə təlim marşrutları.

9. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi, manevretməsi, ötmə, dəmiryol keçidlərinin keçirilməsinə aid tədris-əyani vəsaitlər.

10. Yüklərin və sərnişinlərin daşınmasına və dəstədə hərəkətə aid tədris vəsaitləri.

11. Avtomobil nəqliyyatı vasitələrinin texniki vəziyyəti və avadanlaşdırılması, nömrə, tanınma və xəbərdarlıq nişanları, yazılar və işarələrə aid tədris-əyani vəsaitlər.

12. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:

proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;

kinoproyektor, diaproyektor, ekran;

yol hərəkəti qaydaları üzrə kinofilmlər və daifilmlər.

IV. Hərəkət təhlükəsİzlİyİnİn əsasları İlk tİbbİ yardım kabİnetİ (sİnfİ)

1. Avtomobilin hərəkət nəzəriyyəsi və avtomobilin sürülməsinin psixofizioloji əsaslarına aid tədris-əyani vəsaitlər.

2. Avtomobilin müxtəlif yol və hidrometeoroloji şəraitlərdə sürülməsinin texniki üsullarına (fənlərə) aid tədris-əyani vəsaitlər.

3. Hərəkətin təhlükəsizliyinə təsir edən mexanizmləri və cihazları göstərməklə avtomobilin (avtobusun) sxemi.

4. Avtomobil nəqliyyatı vasitəsi sürücüsünün əməyinin gigiyenası, yol-nəqliyyat hadisələri zamanı ilk tibbi yardımın göstərilməsi, sürücünün tibb aptekçəsinin məzmununa aid tədris-əyani vəsaitlər.

5. Respublikanın şəhər və rayonlarında baş verən yol-nəqliyyat hadisələri və onların səbəbləri barədə fotomaterialları əks etdirən stend.

6. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:

sürücünün psixofizioloji xassələrinin (diqqət, nəzər nöqtəsi, baxışın dəyişilmə vaxtı, uyğunlaşma vaxtı və s.) yoxlanılması və məşq etdirilməsi üçün cihazlar;

proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;

kinoproyektor, diaproyektor, ekran;

hərəkət təhlükəsizliyinin əsaslarına və ilk tibbi yardıma aid kinofilmlər və daifilmlər.

V. Avtomobİl nəqlİyyatı vasİtələrİnİn quruluşu üzrə laboratorİya

Laboratoriyada hər mövzu üzrə manqanın (briqadanın) nəzərdə tutulmuş işinin yerinə yetirilməsini təmin etmək üçün öyrənilən avtomobillərin (avtobusların, qoşquların) mexanizmləri, aqreqat hissələri və cihazları yerləşdirilir. O cümlədən:

 

1.

İlişmə muftası ilə birlikdə birinci kompleksli mühərriklər, yığılmış halda

— 8 ədəd

2.

Ötürmələr qutusu

— 2 ədəd

3.

Bölüşdürücü qutu

— 2 ədəd

4.

Qabaq aparan körpülər

— 2 ədəd

5.

Arxa (orta) körpülər

— 2 ədəd

6.

Qida sisteminin cihazları

— 8 kom.

7.

Alışdırma sisteminin cihazları

— 4 kom.

8.

İşıqlandırma və siqnalizasiya cihazlar