080.000.000
340.000.000
390.000.000
400.000.000
410.000.000
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı
«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» 1997-ci il 30 sentyabr tarixli 375-IQD nömrəli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 1 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş «Məhkumlara islah-əmək təsiri tədbirləri ilə bağlı olmayan cinayət cəzalarının icrası qaydası və şərtləri haqqında» Əsasnamənin 24-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi həyata keçirirlər; həmin hissədə nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanlarının» səlahiyyətlərini isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası
Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi həyata keçirirlər;
həmin Qanunun 67-ci maddəsinin üçüncü hissəsinin «v» bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;
[1]
«Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında nəzərdə tutulmuş «Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının» səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər; həmin preambulada nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanlarının» səlahiyyətlərini isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi həyata keçirirlər;
[2]
həmin Qanunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının» səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər; həmin hissədə nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanlarının» səlahiyyətlərini isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi həyata keçirirlər;
[3]
həmin Qanunun 8-ci, 43-cü, 44-cü və 47-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi həyata keçirirlər.
[4]
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 27 oktyabr 1997-ci il
№ 639
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
9 yanvar 2004-cü il tarixli 12 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 19)
2.
19 yanvar 2005-ci il tarixli 178 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 12)
3.
19 aprel 2005-ci il tarixli 224 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 299)
4.
12 dekabr 2006-cı il tarixli 487 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1034)
5.
19 fevral 2007-ci il tarixli 531 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 97)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
19 fevral 2007-ci il tarixli 531 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 97) ilə 1-ci bəndinin üçüncü və dördüncü abzasları çıxarılmışdır.
[2]
19 yanvar 2005-ci il tarixli 178 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 12) ilə 1-ci bəndin beşinci abzasında "Daxili İşlər Nazirliyi və" sözləri "Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və" sözləri ilə əvəz edilmişdir.
19 aprel 2005-ci il tarixli 224 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 299) ilə 1-ci bəndin beşinci abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilmişdir.
12 dekabr 2006-cı il tarixli 487 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1034) ilə 1-ci bəndin beşinci abzasında “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi” sözləri “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[3]
19 yanvar 2005-ci il tarixli 178 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 12) ilə 1-ci bəndin altıncı abzasında "Daxili İşlər Nazirliyi və" sözləri "Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və" sözləri ilə əvəz edilmişdir.
19 aprel 2005-ci il tarixli 224 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 299) ilə 1-ci bəndin altıncı abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilmişdir.
12 dekabr 2006-cı il tarixli 487 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1034) ilə 1-ci bəndin altıncı abzasında “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi” sözləri “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[4]
19 yanvar 2005-ci il tarixli 178 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 12) ilə 1-ci bəndin yeddinci abzasında "Daxili İşlər Nazirliyi" sözlərindən sonra "Dövlət Gömrük Komitəsi və" sözləri ilə əlavə edilmişdir.
19 aprel 2005-ci il tarixli 224 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 299) ilə 1-ci bəndin yeddinci abzasında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilmişdir.
12 dekabr 2006-cı il tarixli 487 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1034) ilə 1-ci bəndin yeddinci abzasında “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi” sözləri “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri ilə əvəz edilmişdir.