AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
03.11.2021
QEYDİYYAT NÖMRƏSİ
1474
ADI
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 382-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 188 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 614 nömrəli, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 336-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 18 noyabr tarixli 1115 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 04.11.2021, Nəşr nömrəsi: 239), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.11.2021, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1212)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.11.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202111031474
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.11.2021
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 382-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 188 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 614 nömrəli, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 336-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 18 noyabr tarixli 1115 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 382-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 498; 2001, № 7, maddə 459; 2002, № 8, maddə 487; 2006, № 9, maddə 743; 2007, № 5, maddə 459, № 6, maddə 611; 2008, № 3, maddə 170; 2017, № 5, maddə 767; 2018, № 8, maddə 1691; 2020, № 7, maddələr 861, 877) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci və 2.10-cu bəndlərdə “yeddinci” sözü “altıncı” sözü ilə əvəz edilsin;

1.2. 2.4-cü bəndə “Qanunun” sözündən sonra “1-ci maddəsinin on doqquzuncu abzasında,” sözləri, “ikinci halda” sözlərindən sonra “, 6-cı maddəsinin ikinci hissəsində” sözləri əlavə edilsin və həmin bənddə “yeddinci” sözü “altıncı” sözü ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 760; 2003, № 9, maddə 479; 2005, № 1, maddə 15; 2011, № 3, maddə 180; 2016, № 2 (II kitab), maddə 227; 2020, № 8, maddə 1037) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzasda “beşinci və altıncı abzaslarında” sözləri “dördüncü abzasında” sözləri ilə əvəz edilsin və həmin abzasdan “, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin beşinci hissəsində” sözləri çıxarılsın;

2.2. üçüncü abzasda “yeddinci” sözü “altıncı” sözü ilə əvəz edilsin və həmin abzasdan “, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsində” və “; “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin sonuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın” sözləri çıxarılsın.

3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 336-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 1115 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1822) 3.1-ci və 3.2-ci bəndlərində “yeddinci” sözü “beşinci” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435, № 6 (I kitab), maddələr 579, 583; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 sentyabr tarixli 1443 və 1447 nömrəli fərmanları) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.2.2-ci yarımbəndinin 11-ci, 11.6-cı və 11.7-ci abzasları ləğv edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 382-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 noyabr 2021-ci il

                    № 1474

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status