“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 iyun tarixli 162 nömrəli, 16 iyun tarixli 173 nömrəli, 22 iyun tarixli 177 nömrəli, 16 iyul tarixli 210 nömrəli, 26 iyul tarixli 229 nömrəli, 28 iyul tarixli 230 nömrəli və 2 avqust tarixli 231 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.5-3.2-ci bənd ləğv edilsin;
1.2. 2.5-3.3-cü və 2.5-3.9-cu bəndlərdən “50 nəfərdən” sözləri çıxarılsın.
2. Bu Qərar 2021-ci il 1 sentyabr tarixindən qüvvəyə minir.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 28 avqust 2021-ci il
№ 245