AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.08.2021
QEYDİYYAT NÖMRƏSİ
243
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 37 nömrəli, “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 38 nömrəli və “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 26.08.2021, Nəşr Nömrəsi: 179), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.08.2021, Nəşr nömrəsi: 8, Maddə nömrəsi: 969)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.08.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202108250243
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.08.2021
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 37 nömrəli, “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 38 nömrəli və “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2635 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 290; 2018, № 2, maddə 349, № 4, maddə 815, № 12 (II kitab), maddə 2747; 2019, № 3, maddə 517; 2020, № 2, maddə 197, № 5, maddə 650) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 1.7-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dairəsi “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş vətəndaşlara münasibətdə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 291; 2018, № 2, maddə 350, № 4, maddə 816, № 12 (II kitab), maddə 2748; 2019, № 3, maddə 517; 2020, № 2, maddə 198, № 5, maddə 650; 2021, № 3, maddə 270) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 1.7-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dairəsi “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş vətəndaşlara münasibətdə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292, № 10, maddə 1905; 2018, № 2, maddə 351, № 4, maddə 817, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2749; 2019, № 3, maddə 517; 2020, № 2, maddələr 183, 199, № 5, maddə 650, № 8, maddə 1108) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.7-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dairəsi “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş vətəndaşlara münasibətdə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 25 avqust 2021-ci il

                        № 243

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status