×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
17.08.2021
QEYDİYYAT NÖMRƏSİ
1429
ADI
Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 18.08.2021, Nəşr Nömrəsi: 172), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.08.2021, Nəşr nömrəsi: 8, Maddə nömrəsi: 921)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.08.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.010.000
010.180.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202108171429
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.08.2021

Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 aprel tarixli 1320 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1351 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 55-2.6-cı bəndə “Çevik Hərəkət Qüvvələrinin komandanı,” sözlərindən sonra “Xüsusi Hava Əməliyyatları Qüvvələrinin komandanı,” sözləri əlavə edilsin;

1.2. 63-cü hissəyə “Xidmətin Sahil Mühafizəsinin rəisi,” sözlərindən sonra “Çevik Hərəkət Qüvvələrinin Komandanı, Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı,” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 1983; 2019, № 7, maddə 1218) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə”nin 2-ci hissəsinə “Çevik Hərəkət Qüvvələri,” sözlərindən sonra “Xüsusi Hava Əməliyyatları Qüvvələri,” sözləri əlavə edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri” üzrə:

2.2.1. aşağıdakı məzmunda 5.3-1-ci, 5.6-1-ci və 5.6-2-ci bəndlər əlavə edilsin:

“5.3-1. Xüsusi Hava Əməliyyatları Qüvvələrinin döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələri”;”;

“5.6-1. Qubadlı Əlahiddə sərhəd diviziyasının döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Qubadlı Əlahiddə Sərhəd Diviziyası”;

5.6-2. Qazax Əlahiddə sərhəd diviziyasının döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Qazax Əlahiddə Sərhəd Diviziyası”;”;

2.2.2. 4-1, 7-1 və 7-2 nömrəli şəkillər əlavə edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 avqust 2021-ci il

                      № 1429


 

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 17 avqust tarixli 1429 nömrəli

Fərmanına əlavə

 

 

Şəkil 4-1. Xüsusi Hava Əməliyyatları Qüvvələrinin döyüş bayrağı (arxa tərəf)

 


 

 

Şəkil 7-1. Qubadlı Əlahiddə Sərhəd Diviziyasının döyüş bayrağı (arxa tərəf)

 

 

Şəkil 7-2. Qazax Əlahiddə Sərhəd Diviziyasının döyüş bayrağı (arxa tərəf)

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status