AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
13.07.2021
QEYDİYYAT NÖMRƏSİ
1395
ADI
Azərbaycan Respublikası Prezidentinin “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 392 nömrəli, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 867 nömrəli, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli və “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 613 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 14.07.2021, Nəşr Nömrəsi: 145), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.07.2021, Nəşr nömrəsi: 7, Maddə nömrəsi: 729)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.07.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.180
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202107131395
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.07.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 392 nömrəli, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 867 nömrəli, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli və “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 613 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 69; 2003, № 10, maddə 582; 2007, № 6, maddə 601, № 8, maddə 769; 2010, № 10, maddə 857; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 10, maddə 1216; 2016, № 8, maddə 1384; 2018, № 3, maddə 408) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci abzasa “cümlələrində” sözündən sonra “, 9-cu maddəsinin 3-cü hissəsinin onuncu abzasında və 5-ci hissəsində, 10-cu maddəsinin 1-ci hissəsində” sözləri əlavə edilsin;

1.2. altıncı abzasda “1-ci, 3-cü” sözləri “3-cü” sözləri ilə əvəz edilsin və həmin abzasdan “, 23-cü maddəsinin 1-ci bəndində” sözləri çıxarılsın;

1.3. 9-cu abzasdan “9-cu maddəsinin 4-cü bəndində,” sözləri çıxarılsın;

1.4. 10-cu abzasdan “9-cu maddəsinin 3-cü bəndində,” sözləri çıxarılsın;

1.5. on birinci abzas on dördüncü abzas hesab edilsin və aşağıdakı məzmunda on birinci – on üçüncü abzaslar əlavə edilsin:

“həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin onuncu abzasında “orqan (qurum)” dedikdə, əsasnaməsinə və nizamnaməsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ətraf mühitə təsirə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə) nəzərdə tutulur;

həmin Qanunun 9-cu maddəsinin 5-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

həmin Qanunun 10-cu maddəsinin 1-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;”.

2. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 615; 2001, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2002, № 1, maddə 52; 2003, № 10, maddələr 546, 585; 2007, № 2, maddə 87; 2008, № 8, maddə 719; 2009, № 10, maddə 785; 2014, № 5, maddə 477; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384; 2018, № 11, maddə 2279) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. doqquzuncu abzasa “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “əsasnaməsinə və nizamnaməsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Energetika Nazirliyi və” sözləri əlavə edilsin;

2.2. iyirmi ikinci abzas ləğv edilsin.

3. “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 867 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 672; 2020, № 1, maddə 10) 2.2-ci və 2.3-cü bəndlərində “3.5-ci” sözləri “3.6-cı” sözləri ilə əvəz edilsin. [1]

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490; 2020, № 7, maddə 896) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.3-cü bəndə “təqdim etdiyi” sözlərindən sonra “ərizə və” sözləri əlavə edilsin;

4.2. 2.3.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.3.9-cu yarımbənd əlavə edilsin:

“2.3.9. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1 – 18.2.4-cü maddələrində göstərilən sənədlər.”;

4.3. 3.3-cü bəndə “təqdim etdiyi” sözlərindən sonra “ərizə və” sözləri əlavə edilsin;

4.4. 3.3.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.3.7-ci yarımbənd əlavə edilsin:

“3.3.7. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1 – 18.2.4-cü maddələrində göstərilən sənədlər.”.

5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 613; 2020, № 7, maddə 898) ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”nin 3.1.6-cı, 3.1.9-cu və 3.1.10-cu yarımbəndlərində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyul 2021-ci il

    1395

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 27 dekabr 2022-ci il tarixli 1919 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 27 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 28 dekabr 2022-ci il, № 285)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 dekabr 2022-ci il tarixli 1919 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 27 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 28 dekabr 2022-ci il, № 285) ilə 3-cü bənd ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status