“Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklər təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2021-ci il
№ 313-VIQ
“Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklər
Dənizçilərin şəxsiyyət sənədləri haqqında 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) I, II və III Əlavələrinə edilmiş dəyişikliklər
A. I Əlavəyə edilmiş dəyişikliklər
Hazırkı I Əlavə aşağıdakılar ilə əvəz edilsin:
Dənizçilərin şəxsiyyət sənədinin modeli
1. Bu Konvensiyanın 3-cü maddəsinin başlıca tələblərinə uyğun olaraq, aşağıdakı formada və məzmunda göstərilən dənizçilərin şəxsiyyət sənədi (DŞS), onun üçün istifadə edilən materiallara və nümayiş etdirilən və saxlanılan məlumatlara münasibətdə - Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) maşınla oxunan səyahət sənədlərinə dair 9303-cü sənədində öz əksini tapmış elektron maşınla oxunan səyahət sənədinin, həmin sənəddə bütün müvafiq tövsiyələr və məsləhətlər tam nəzərə alınmaqla, məcburi tələblərinə uyğundur.
2. “9303-cü Sənəd” dedikdə, ICAO tərəfindən dərc olunan 2015-ci il tarixli 7-ci nəşr nəzərdə tutulur və bu öz növbəsində ICAO-nun prosedurlarına müvafiq olaraq, sonradan dəyişdirilə bilər. Bu Əlavədəki 9303-cü sənədin xüsusi müddəalarına olan istinadlar 7-ci nəşrə aiddir, lakin bu, həmçinin hər hansı sonrakı nəşrin müvafiq müddəalarına istinad olunmanı da nəzərdə tutur. Beynəlxalq Əmək Bürosunun Baş direktoru vaxtaşırı, İdarəetmə orqanının müraciəti əsasında 9303-cü sənədin xüsusi müddəalarının nəzərə alınmasına dair Üzvlər üçün təlimatlar hazırlayır.
3. DŞS 9303-cü sənədin “Maşınla oxunan bütün səyahət sənədləri üzrə ümumi spesifikasiyalar”a dair 3-cü hissəsinin 2-ci bölməsində göstərilən fiziki xarakteristikalarla müəyyən olunan elektron maşınla oxuna bilən şəxsiyyət sənədidir. Həm vizual yoxlama zonasında və həm də maşınla oxunan zonada istifadə olunan çap və format 9303-cü sənədin 3-cü hissəsinin müvafiq olaraq 3-cü və 4-cü bölmələrində təsvir olunan formada olur.
4. DŞS məlumat tutumu 32 kilobaytdan az olmayan, 9303-cü sənədin 9-cu, 10-cu, 11-ci və 12-ci hissələrinə müvafiq olaraq kodlaşdırılmış və elektron imzalanmış təmassız inteqral sxemi özündə əks etdirir. Təmassız inteqral sxem 9303-cü sənədin 10-cu hissəsində qeyd olunan Məntiqi Məlumat Strukturu (MMS) üzrə tələblərə cavab verir, lakin həmin hissədə yalnız tələb olunan məcburi məlumat elementlərini özündə əks etdirir. Təmassız inteqral sxemdə saxlanılan dənizçilərə dair məlumatların məxfiliyi 9303-cü sənədin 11-ci hissəsində təsvir edilən Çip Giriş Nəzarət mexanizmi vasitəsilə qorunur. MMS-də saxlanılan məlumatlar çipin və onun təhlükəsizlik mexanizmlərinin işləməsi üçün tələb olunan metaməlumat və fayllar, həmçinin DŞS-nin vizual yoxlama və maşınla oxunan zonalarında artıq görünən, gözlə oxuna bilən aşağıdakı məlumat elementləri ilə məhdudlaşır:
(a) MMS-in 1-ci məlumat qrupunda: aşağıda bəhs edilən maşınla oxunan zonanın məlumatlarının təkrarlanması;
(b) MMS-in 2-ci məlumat qrupunda: 9303-cü sənədin 9-cu hissəsində göstərilmiş “Əsas biometrik göstəricilər: üz təsviri”nə uyğun olan bu Konvensiyanın 3-cü maddəsinin 8-ci bəndində tələb olunan biometrik göstəricilər. Dənizçinin bu üz təsviri 15-20 kilobayt diapazonunda sıxılmış ölçüdə olmaqla aşağıda (o) yarımbəndində qeyd edilən fotoşəklin surətidir; və
(c) 9303-cü sənədin 12-ci hissəsində göstərilən ICAO-nun Açıq Açar İnfrastrukturundan istifadə etməklə MMS-də saxlanılan məlumatların bütövlüyünü təsdiq etmək üçün tələb olunan Sənədin Təhlükəsizlik Obyekti
5. 9303-cü sənədin 2-ci hissəsində göstərilmiş “Maşınla oxunan səyahət sənədlərinin tərtibatı, istehsalı və verilməsinə dair təhlükəsizlik üzrə spesifikasiyamın tələblərinə əməl etməklə DŞS saxtalaşdırılma, fotoşəklin əvəz edilməsi və ya digər aldadıcı əməllərdən qorunur. Bu, 9303-cü sənədin 2-ci hissəsinin A Əlavəsində əks olunan siyahıda göstərilən ən azı üç fiziki təhlükəsizlik göstəriciləri ilə qorunur. Belə təhlükəsizlik göstəricilərinin nümunələrinə aiddir:
- şəxsiyyət sənədinin üz və ya laminasiya qabığının optik dəyişən xüsusiyyətləri
[1]
;
- şəxsiyyət sənədinin üz qabığının toxunma xüsusiyyətləri
[2]
;
- üz qabığının lazer perforasiya xüsusiyyətləri
[3]
;
- şəxsiyyət sənədinin arxa planında ikirəngli gilyoş tərtibat
[4]
;
- arxa planda olan çap olunmuş mikromətn
[5]
;
- ultrabənövşəyi fluoresyent mürəkkəb;
- optik dəyişən xüsusiyyətləri olan mürəkkəb;
- şəxsiyyət sənədinə daxil edilmiş stenoqrafik təsvir
[6]
.
6. Şəxsiyyət sənədində əks olunan məlumatlara dair elementlər və onların 9303-cü sənəddə təsvir olunan müxtəlif zonalarda yerləşdirilməsi aşağıda göstərilmişdir və DŞS-də bundan başqa məlumatlar ehtiva olunmur:
(a) sənədi verən ölkə: I zonada başlıq olmadan tam adı;
(b) sənədin tipi: I zonada başlıq olmadan “SID”;
(c) “daxili çip” I zonada başlıq olmadan 9303-cü sənədin 9-cu hissəsinin 2.3-cü bölməsində təsvir olunan simvol;
(d) 9303-cü sənəddə müəyyən olunduğu qaydada ayrıca zonada sonrasında vergül qoyulan başlıca identifikatordan ibarət olan dənizçinin tam adı, sonra ara məsafəsi və daha sonra ikinci identifikator: II zonada, başlıq ilə;
(e) tək hərfdən ibarət olan dənizçinin cinsiyyəti, “F” qadınlar üçün “M” kişilər üçün və ya “X” naməlum olduqda: II zonada, başlıq ilə;
(f) dənizçinin vətəndaşlığı, 9303-cü sənədin 3-cü hissəsinin 5-ci bölməsinə müvafiq olaraq, Standartlaşdırma üzrə Beynəlxalq Təşkilatın üç hərfdən ibarət olan ölkə kodu: II zonada, başlıq ilə;
(g) dənizçinin doğum tarixi, GUNbAYbİL formatında, burada “b” aradakı tək ara məsafəsini bildirir (məsələn, 23 03 1982): II zonada, başlıq ilə;
(h) dənizçinin doğum yeri: II zonada, başlıq ilə;
(i) dənizçinin şəxsiyyətinin təsdiq edilməsinə kömək edə biləcək fiziki əlamətlər: II zonada, başlıq ilə. Əgər sənədi verən qurum hər hansı səciyyəvi əlamətin qeyd olunmasını istəmirsə və ya dənizçi hər hansı xüsusi səciyyəvi əlamətə malik deyilsə, o zaman bu hissə “None” və ya “Aucun” və ya “Ninguna” sözləri ilə tamamlanmalıdır;
(j) sənədi verən orqan tərəfindən DŞS-yə verilən 9 rəqəmdən çox olmayan unikal sənəd nömrəsi: I Zonada TD3 ölçülü sənədləri üçün başlıq ilə; və ya TD1 və TD2 ölçülü sənədlər üçün III zonada, başlıq ilə;
(k) DŞS-nin verilmə tarixi, GÜNbAYbİL formatında, burada “b” aradakı tək ara məsafəsini bildirir (məsələn 31 05 2014): III zonada, başlıq ilə;
(l) DŞS-nin etibarlılıq müddəti, GÜNbAYbİL formatında, burada “b” aradakı tək ara məsafəsini bildirir (məsələn 31 05 2019): III zonada, başlıq ilə;
(m) DŞS-nin verildiyi yer: III zonada, başlıq ilə;
(n) dənizçinin imzası və ya adi işarəsi: IV zonada başlıq olmadan;
(o) 9303-cü sənədin 3-cü hissəsində göstərilmiş spesifikasiyalara uyğun olan dənizçinin fotoşekli: V zonada, başlıq olmadan;
(p) ingilis, fransız və ya ispan dilində aşağıda verilmiş qeyd: VI zonada başlıq olmadan:
“This document is a seafarers’ identity document for the purpose of the Seafarers’ Identity Documents Convention (Revised), 2003, of the International Labour Organization. This document is a stand-alone document and not a pass port.” (“Bu sənəd Beynəlxalq Əmək Təşkilatının Dənizçilərin şəxsiyyət sənədləri haqqında (dəyişdirilmiş) 2003-cü il tarixli Konvensiyasının məqsədləri üçün dənizçilərin şəxsiyyət sənədidir. Bu sənəd müstəqil sənəd hesab olunur və pasport deyildir”);
(q) bu Konvensiyanın 4-cü maddəsinin 4 bəndinə müvafiq olaraq, sənədi verən orqanın adı və əlaqələndirmə mərkəzinin əlaqə vasitələri (ölkə kodu daxil olmaqla telefon nömrəsi və ya veb-saytın URL ünvanı və ya hər ikisi): VI zonada ingilis, fransız və ya ispan dilində “Issuing authority contact details” (“Sənədi verən orqanın əlaqə vasitələri”) başlığı ilə; və
(r) 9303-cü sənədin 4-cü hissənin 4.2-ci bölməsində (TD3 ölçüsü üçün) və ya 5-ci hissədə (TD1 ölçüsü üçün) və ya 6-cı hissədə (TD2 ölçüsü üçün) göstərilən bütün zəruri məlumat elementlərini özündə birləşdirən 9303-cü sənədin 3-cü hissəsinin 4-cü bölməsinə uyğun olaraq VII Zonada çap edilən maşınla oxunan zona. Maşınla oxunan zonanın ilk iki hərfi TD1 və ya TD2 ölçüsü üçün “IS” və ya TD3 ölçüsü üçün “PK” olur.
7. Aşağıda göstərilən əlavə məlumat elementləri yalnız TD3 ölçülü sənədlərdə əks olunur:
(a) sənədin kodu: I zonada “PK” hərfləri, başlıq ilə;
(b) 9303-cü sənədin 3-cü hissəsinin 5-ci bölməsinə müvafiq olaraq Standartlaşdırma üzrə Beynəlxalq Təşkilatın üç hərfli ölkə koduna uyğun olaraq sənədi verən ölkənin adı: I zonada, başlıq ilə; və
(c) sənədi verən orqanın adı: III Zonada, başlıq ilə.
B. II Əlavəyə edilən dəyişikliklər
Hazırkı II Əlavə aşağıdakılar ilə əvəz edilsin:
II Əlavə
Bu Konvensiyanın 4-cü maddəsinin 1-ci, 2-ci, 6-cı və 7-ci bəndlərinə müvafiq olaraq hər bir Üzv tərəfindən saxlanılan elektron məlumat bazasındakı hər bir qeyd üzrə məlumatlar aşağıda göstərilənlərlə məhdudlaşır:
Bölmə 1
1. Dənizçilərin şəxsiyyət sənədinin (DŞS) vizual yoxlama zonasında yazıldığı qaydada sənədi verən ölkə.
2. DŞS-nin vizual yoxlama zonasında yazıldığı qaydada dənizçinin tam adı.
3. DŞS-yə verilən unikal doqquz rəqəmli sənəd nömrəsi.
4. DŞS-nin qüvvədə olma müddətinin bitdiyi və ya qüvvəsinin dayandırıldığı və ya geri alındığı tarix GUNbAYblL formatında yazılır, burada “b” aradakı tək ara məsafəsini bildirir (məsələn 31 05 2019).
Bölmə 2
1. DŞS-nin təmassız inteqral sxemində saxlanılan qaydada sıxılmış dənizçinin üz təsviri.
2. DŞS-nin vizual yoxlama zonasında çap olunan qaydada dənizçinin fotoşəkili.
3. DŞS ilə əlaqədar verilən bütün sorğuların təfərrüatları.
C. III Əlavəyə edilən dəyişikliklər
Hazırkı III Əlavənin ilk üç bəndi aşağıdakılar ilə əvəz edilsin:
Bu Əlavə keyfiyyətə nəzarət prosedurları daxil olmaqla dənizçinin şəxsiyyət sənədlərinin verilməsinə münasibətdə Konvensiyanın 5-ci maddəsinə müvafiq olaraq hər bir Üzv tərəfindən qəbul edilən prosedurlar ilə bağlı minimum tələbləri müəyyən edir.
A Hissəsi hər bir Üzv tərəfindən DŞS-nin verilməsi sisteminin tətbiqində minimum əldə olunmalı olan icbari nəticələri özündə əks etdirir.
B Hissəsi bu nəticələrin əldə olunmasında prosedurları və təcrübələri tövsiyə edir. B Hissəsi Üzvlər tərəfindən tam nəzərə alınmalıdır, lakin məcburi deyildir.
Yuxarıda göstərilənlərə baxmayaraq, hər bir Üzv Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303-cü sənədinin bütün müvafiq məcburi tələblərinə riayət edirlər. “9303-cü Sənəd” dedikdə ICAO tərəfindən dərc olunan 2015-ci il tarixli 7-ci nəşr nəzərdə tutulur və bu öz növbəsində ICAO-nun prosedurlarına müvafiq olaraq sonradan dəyişdirilə bilər. Üzvlər, həmçinin 9303-cü sənəddə, xüsusilə həmin sənədin 2-ci hissəsində və onun əlavələrində əks olunan müvafiq tövsiyələri və ya məsləhətləri tam nəzərə alırlar.
[1]
Optik dəyişən xüsusiyyət rəng və ya tərtibat görünüşü baxış və ya işıqlandırma bucağından asılı olaraq dəyişən təsvir və ya xüsusiyyətdir.
[2]
Toxunma xüsusiyyəti sənədə səciyyəvi “əlamət” verən səth xüsusiyyətidir.
[3]
Lazer perforasiya nömrələrin, hərflərin və ya təsvirlərin üz qabığının lazer vasitəsilə perforasiya edilərək yaradılması prosesidir.
[4]
Gilyoş tərtibat yalnız əsl tərtibatın yaradılması zamanı istifadə edilən avadanlıq, proqram təminatı və parametrləri tətbiq etməklə yenidən dəqiqliklə yaradılan özünəməxsus təsvir formalaşdıran, adətən kompüter vasitəsilə hazırlanan fasiləsiz incə xətlərdən ibarət olan modeldir.
[5]
Mikromətn 0,25 mm/0,7 pika xalından az olan çap edilən mətn və ya simvollardır.
[6]
Stenoqrafiya gözlə oxuna bilən əsas təsvir daxilində kodlaşdırılmış və ya gizlədilmiş təsvir və ya məlumatdan istifadə etmədir.