Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1997-ci il 26 dekabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar həmin Məcəllənin tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikasının Su Məcəlləsinə uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
Azərbaycan Respublikasının su qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
həmin Məcəllənin 26-cı maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş dövlət su kadastrının aparılması qaydası barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Məcəlləyə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
Azərbaycan Respublikasının Su Məcəlləsindən irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
2. Müəyyən edilsin ki:
[1]
2.1. Azərbaycan Respublikası Su Məcəlləsinin 18-ci maddəsinin ikinci hissəsinin ikinci, üçüncü və dördüncü abzaslarında, 21-ci maddəsinin üçüncü hissəsində birinci halda, 34-cü maddəsinin birinci hissəsində, 91-ci maddəsinin birinci hissəsində və 94-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti həyata keçirir;
[2]
2.2. həmin Məcəllənin 11-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirirlər;
2.3. həmin Məcəllənin 21-ci maddəsinin üçüncü hissəsində ikinci halda, dördüncü hissəsində hər iki halda, 36-cı maddəsinin yeddinci hissəsində, 37-ci maddəsinin ikinci və beşinci hissələrində, 38-ci maddəsinin ikinci hissəsində, 49-cu maddəsinin birinci və üçüncü hissələrində, 54-cü maddəsinin birinci hissəsinin beşinci abzasında, 55-ci maddəsinin ikinci hissəsində, 61-ci maddəsində, 65-ci maddəsində, 67-ci maddəsinin ikinci hissəsində, 69-cu maddəsində, 76-cı maddəsində, 77-ci maddəsinin ikinci hissəsində, 80-ci maddəsinin ikinci hissəsində, 81-ci maddəsinin ikinci hissəsində, 87-ci maddəsinin ikinci hissəsində, 89-cu maddəsinin ikinci hissəsində, 92-ci maddəsinin birinci və ikinci hissələrində, 97-ci maddəsinin üçüncü hissəsində və 99-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
[3]
2.4. həmin Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər; həmin maddədə nəzərdə tutulmuş “Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir; [4]
2.5. həmin Məcəllənin 26-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, baş idarələri və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.6. həmin Məcəllənin 23-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təkliflərini nəzərə almaqla həyata keçirir; [5]
2.7. həmin Məcəllənin 12-ci maddəsinin üçüncü hissəsində, 74-cü maddəsinin üçüncü hissəsində, 83-cü maddəsinin ikinci hissəsində , 83-cü maddəsinin ikinci hissəsində və 104-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər;
[6]
2.7-1. həmin Məcəllənin 21-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;
2.7-2. həmin Məcəllənin 21-ci maddəsinin üçüncü hissəsində “qurumlar” dedikdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur; [7]
2.8. həmin Məcəllənin 21-ci maddəsinin üçüncü hissəsində, 22-ci maddəsinin üçüncü hissəsində, 26-cı maddəsinin ikinci və dördüncü hissələrində, 41-ci maddəsinin ikinci hissəsində, 42-ci maddəsinin ikinci hissəsində, 47-ci maddəsinin dördüncü hissəsində, 60-cı maddəsində, 83-cü maddəsinin birinci hissəsində , 83-cü maddəsinin birinci hissəsində və 90-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər;
[8]
2.9. həmin Məcəllənin 22-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər;
[9]
2.10. həmin Məcəllənin 24-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər;
[10]
2.11. həmin Məcəllənin 27-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi həyata keçirirlər;
2.12. həmin Məcəllənin 36-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.13. həmin Məcəllənin 48-ci maddəsinin ikinci hissəsində və 88-ci maddəsinin birinci və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;
[11]
2.14. həmin Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nazirlər Kabineti yanında Baytarlıq Komitəsi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər; [12]
2.15. həmin Məcəllənin 77-ci maddəsinin birinci hissəsində və 79-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər;
2.16. həmin Məcəllənin 66-cı maddəsinin üçüncü hissəsində, 68-ci maddəsinin ikinci hissəsində, 86-cı maddəsinin ikinci hissəsində, 86-cı maddəsinin ikinci hissəsində, 87-ci maddəsinin birinci hissəsində və 93-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirir;
[13]
2.17. həmin Məcəllənin 71-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;
[14]
2.18. həmin Məcəllənin 75-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
2.19. həmin Məcəllənin 93-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
[15]
2.20. həmin Məcəllənin 36-cı maddəsinin dördüncü hissəsində, 58-ci maddəsinin üçüncü və dördüncü hissələrində və 92-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
[16]
2.21. həmin Məcəllənin 92-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
2.22. həmin Məcəllənin 92-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər; [17]
2.23. həmin Məcəllənin 48-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;
[18]
2.24. həmin Məcəllənin 98-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;
[19]
2.25. həmin Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;
[20]
2.26. həmin Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;
2.27. həmin Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin dördüncü abzasında “orqan (qurum)” dedikdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;
2.28. həmin Məcəllənin 94-cü maddəsinin beşinci hissəsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.
[21]
2.24. həmin Məcəllənin 83-cü maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, təhlükəsizlik tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;
2.25. həmin Məcəllənin 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.
[22]
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının prezidentinə aşağıdakıların icrası barədə məlumat verməklə:
Azərbaycan Respublikası Su Məcəlləsinin 22-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi qaydalarını iki ay müddətində təsdiq etsin;
həmin Məcəllənin 25-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş suların dövlət uçotunun qaydasını bir ay müddətində təsdiq etsin;
həmin Məcəllənin 28-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını bir ay müddətində təsdiq etsin;
həmin Məcəllənin 29-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma qaydalarını iki ay müddətində təsdiq etsin;
həmin Məcəllənin 39-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi qaydalarını iki ay müddətində təsdiq etsin;
həmin Məcəllənin 50-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş su obyektlərində istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnaməni iki ay müddətində təsdiq etsin;
həmin Məcəllənin 52-ci maddəsinin ikinci hissəsində və 53-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş sudan təsərrüfatdaxili istifadə planlarının və sudan istifadəyə dair ümumsistem planlarının təsdiq edilməsi qaydasını iki ay müddətində müəyyən etsin;
həmin Məcəllənin 63-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş su obyektlərindən hidroenergetika ehtiyatları üçün istifadə qaydalarını bir ay müddətində təsdiq etsin;
həmin Məcəllənin 73-cü maddəsində nəzərdə tutulmuş balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə qaydalarını iki ay müddətində təsdiq etsin;
həmin Məcəllənin 74-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsini bir ay müddətində təsdiq etsin;
həmin Məcəllənin 82-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarını bir ay müddətində təsdiq etsin;
həmin Məcəllənin 94-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikinti yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə qaydalarını bir ay müddətində təsdiq etsin;
4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, Azərbaycan Respublikasının Su Məcəlləsi və bu Fərman ilə onların səlahiyyətinə aid edilən məsələləri qısa müddətdə həll etsinlər.
[23]
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 13 mart 1998-ci il
№ 685
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)
2.
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87)
3.
6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)
4.
29 oktyabr 2012-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 952)
5.
25 noyabr 2013-cü il tarixli 29 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1333)
6.
31 oktyabr 2014-cü il tarixli 329 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1214)
7.
15 dekabr 2014-cü il tarixli 396 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1550)
8.
5 sentyabr 2017-ci il tarixli 1587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1634)
9.
31 may 2018-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 iyun 2018-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 968)
10.
13 sentyabr 2019-cu il tarixli 833 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 sentyabr 2019-cu il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1492)
11.
6 fevral 2020-ci il tarixli 929 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 fevral 2020-ci il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 87)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
15 dekabr 2014-cü il tarixli 396 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1550) ilə 2-ci hissənin ikinci-iyirmi altıncı abzasları müvafiq olaraq 2.1-2.25-ci bəndlər hesab edilmişdir.
[2]
5 sentyabr 2017-ci il tarixli 1587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1634) ilə 2.1-ci bəndə “Məcəlləsinin” sözündən sonra “21-ci maddəsinin üçüncü hissəsində birinci halda,” sözləri əlavə edilmişdir.
13 sentyabr 2019-cu il tarixli 833 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 sentyabr 2019-cu il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1492) ilə 2.1-ci bəndinə “Məcəlləsinin” sözündən sonra “18-ci maddəsinin ikinci hissəsinin ikinci, üçüncü və dördüncü abzaslarında,” sözləri əlavə edilmişdir.
6 fevral 2020-ci il tarixli 929 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 fevral 2020-ci il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 87) ilə 2.1-ci bənddə “və 91-ci maddəsinin birinci hissəsində” sözləri “, 91-ci maddəsinin birinci hissəsində və 94-cü maddəsinin beşinci hissəsində” sözləri ilə əvəz edilmişdir.
[3]
6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin dördüncü abzasdan “92-ci maddəsinin birinci və ikinci hissələrində” sözləri çıxarılmışdır.
5 sentyabr 2017-ci il tarixli 1587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1634) ilə 2.3-cü bəndə “Məcəllənin” sözündən sonra “21-ci maddəsinin üçüncü hissəsində ikinci halda, dördüncü hissəsində hər iki halda,” sözləri əlavə edilmişdir.
[4]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 2-ci bəndin beşinci abzasında "Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
29 oktyabr 2012-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 952) ilə 2-ci hissənin Beşinci, yeddinci, səkkizinci, doqquzuncu, onuncu, on beşinci, on səkkizinci və on doqquzuncu abzaslarda “Nazirliyi” sözündən sonra “, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilmişdir.
[5]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 2-ci bəndin yeddinci abzasında "Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilmişdir.
25 noyabr 2013-cü il tarixli 29 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1333) ilə yeddinci abzasa “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilmişdir.
31 may 2018-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 iyun 2018-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 968) ilə 2.6-cı və 2.9-cu bəndlərdə “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[6]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 2-ci bəndin səkkizinci, doqquzuncu və on beşinci abzaslarında "Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
[7]
5 sentyabr 2017-ci il tarixli 1587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1634) ilə yeni məzmunda 2.7-1-ci və 2.7-2-ci bəndlər əlavə edilmişdir.
[8]
25 noyabr 2013-cü il tarixli 29 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1333) ilə doqquzuncu abzasdan “22-ci maddəsinin üçüncü hissəsində,” sözləri çıxarılmışdır.
31 oktyabr 2014-cü il tarixli 329 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1214) ilə səkkizinci abzasdan “, 83-cü maddəsinin ikinci hissəsində” və doqquzuncu abzasdan “, 83-cü maddəsinin birinci hissəsində” sözləri çıxarılmışdır.
15 dekabr 2014-cü il tarixli 396 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1550) ilə 2.7-ci bəndə “74-cü maddəsinin üçüncü hissəsində” sözlərindən sonra “, 83-cü maddəsinin ikinci hissəsində” sözləri, 2.8-ci bəndə “60-cı maddəsində” sözlərindən sonra “, 83-cü maddəsinin birinci hissəsində” sözləri əlavə edilmişdir.
5 sentyabr 2017-ci il tarixli 1587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1634) ilə 2.8-ci bənddən “21-ci maddəsinin üçüncü hissəsində,” sözləri çıxarılmışdır.
[9]
25 noyabr 2013-cü il tarixli 29 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1333) ilə 2-ci hissədə onuncu – iyirmi üçüncü abzaslar müvafiq olaraq on birinci – iyirmi dördüncü abzaslar hesab edilmişdir və hissəyə onuncu abzas əlavə edilmişdir.
[10]
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndinin onuncu abzasından "Dövlət Hidrometeorologiya Komitəsi" sözləri çıxarılmışdır.
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 2-ci bəndin onuncu abzasında "Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
31 oktyabr 2014-cü il tarixli 329 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1214) ilə on birinci abzasda “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, suvarılan və meliorasiya olunmuş torpaqlara münasibətdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər” sözləri ilə əvəz edilmişdir.
15 dekabr 2014-cü il tarixli 396 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1550) ilə 2.10-cu bənddə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, suvarılan və meliorasiya olunmuş torpaqlara münasibətdə” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və” sözləri ilə əvəz edilmişdir.
[11]
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin doqquzuncu, onuncu və on üçüncü abzaslarında "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
29 oktyabr 2012-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 952) ilə 2-ci hissənin On üçüncü abzasdan “48-ci maddəsinin ikinci hissəsində və” sözləri çıxarılmışdır.
[12]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 2-ci bəndin on dördüncü abzasında "Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları" sözləri "yerli icra hakimiyyəti orqanları və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
[13]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 2-ci bəndin on altıncı abzasında "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
29 oktyabr 2012-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 952) ilə 2-ci hissənin On altıncı abzasa “səlahiyyətlərini” sözündən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və” sözləri əlavə edilmişdir.
31 oktyabr 2014-cü il tarixli 329 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1214) ilə on yeddinci abzasdan “86-cı maddəsinin ikinci hissəsində,” sözləri çıxarılmışdır.
15 dekabr 2014-cü il tarixli 396 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1550) ilə 2.16-cı bəndə “68-ci maddəsinin ikinci hissəsində,” sözlərindən sonra “86-cı maddəsinin ikinci hissəsində,” sözləri əlavə edilmişdir.
[14]
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin on yeddinci abzasında "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
[15]
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndinin beşinci, yeddinci, səkkizinci, on birinci, on ikinci, on dördüncü, on beşinci, on səkkizinci, on doqquzuncu abzaslarında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndinin beşinci, yeddinci, səkkizinci, on doqquzuncu abzaslarından "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi” sözləri çıxarılmışdır.
[16]
6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin iyirminci abzasdan “və 92-ci maddəsinin üçüncü və dördüncü hissələrində” sözləri çıxarılmışdır.
[17]
6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinə iyirmi birinci və iyirmi ikinci abzaslar əlavə edilmişdir.
[18]
29 oktyabr 2012-ci il tarixli 713 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 952) ilə 2-ci hissənin yeni məzmunda iyirmi üçüncü abzas əlavə edilmişdir.
[19]
5 sentyabr 2017-ci il tarixli 1587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 sentyabr 2017-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1634) ilə yeni məzmunda 2.24-cü bənd əlavə edilmişdir.
[20]
13 sentyabr 2019-cu il tarixli 833 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 sentyabr 2019-cu il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1492) ilə 2.24-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.25–2.27-ci bəndlər əlavə edilmişdir.
[21]
6 fevral 2020-ci il tarixli 929 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 fevral 2020-ci il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 87) ilə 2.20-ci, 2.22-ci və 2.27-ci bəndlərin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 2.28-ci bənd əlavə edilmişdir.
[22]
31 oktyabr 2014-cü il tarixli 329 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1214) ilə iyirmi dördüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və iyirmi beşinci və iyirmi altıncı abzaslar əlavə edilmişdir.
15 dekabr 2014-cü il tarixli 396 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1550) ilə 2.24-cü və 2.25-ci bəndlər ləğv edilmişdir.
[23]
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 4-cü bəndində "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 4-cü bəndindən "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi” sözləri çıxarılmışdır.
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 4-cü bənddə "Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə" sözləri ilə əvəz edilmişdir.