Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin əlavə olunan təsviri, eskizi və nümunəsi təsdiq edilsin.
[2]
II. Şəxsiyyət vəsiqəsinin spesifikasiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
[3]
III. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, N 18, maddə 244) 3-cü maddəsinin birinci hissəsi aşağıdakı redaksiyada ifadə edilsin:
"16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı və verilmə tarixi göstərilir; 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxanda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir".
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 13 fevral 1998-ci il
N 432-IQ
Azərbaycan Respublikasının
1998-ci il 13 fevral tarixli 432-1 saylı Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
Şəxsiyyət vəsiqəsinin təsviri
Şəxsiyyət vəsiqəsi
ölçülüdür. Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303-cü sənədlərinə uyğundur.
Şəxsiyyət vəsiqəsinin üz tərəfinin yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsviri verilmiş, onun yanında soldan sağa “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” sözləri yazılmışdır.
Şəxsiyyət vəsiqəsinə onun nömrəsi və seriyası yazılmışdır.
[4]
a) 16 yaşına çatmamış vətəndaşlar üçün:
şəxsiyyət vəsiqəsinin üz tәrәfindә "Soyadı", "Adı", "Atası" "Anası", "Doğulduğu yer və tarix", "Cinsi" sözləri yazılmışdır;
arxa tәrәfindә "Qan qrupu", "Yaşayış yeri", "Vəsiqəni verən orqanın adı", "Vəsiqənin verilmə tarixi”, “Etibarlıdır” sözləri yazılmış və möhür üçün yer qoyulmuşdur.
[5]
b) 16 yaşına çatmış vətəndaşlar üçün:
şəxsiyyət vəsiqəsinin üz tәrәfindә gerbin alt hissəsində
ölçülərində fotoşəkil üçün yer qoyulmuşdur;
ortada "Soyadı", "Adı", "Atasının adı", "Doğulduğu yer və tarix" sözləri yazılmışdır;
arxa tәrәfindә "Ailə vəziyyəti", "Hərbi vəzifəsi", "Boyu", "Qan qrupu", "Gözlərinin rəngi", "Cinsi", "Yaşayış yeri", "Vəsiqəni verən orqanın adı", "Vəsiqənin verilmə tarixi", "Vəsiqə sahibinin imzası", “Etibarlıdır” sözləri yazılmış və möhür üçün yer qoyulmuşdur.
[6]
Azərbaycan Respublikasının 1998-ci il 13 fevral
tarixli 432-IQ saylı Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının
1998-ci il 13 fevral tarixli 432-1 saylı Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
Şəxsiyyət vəsiqəsinin eskizi
16 yaşına çatmış vətəndaşlar üçün
|
|
||||||
|
|
|
|
|
|
||
|
|
|
|
||||
|
|
||||||
|
|
|
|||||
|
|
|
|
||||
|
|
|
|||||
16 yaşına çatmamış vətəndaşlar üçün
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
4 dekabr 1998-ci il tarixli 568-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 1)
2.
11 may 2010-cu il tarixli 1008-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2010-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 386)
3.
30 dekabr 2011-ci il tarixli 283-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 fevral 2012-ci il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 63)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
30 dekabr 2011-ci il tarixli 283-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 fevral 2012-ci il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 2, maddə 63) ilə ləğv edilmişdir.
[2]
4 dekabr 1998-ci il tarixli 568-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 1) ilə I bənddən “spesifikasiyası” sözü çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
I. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin əlavə olunan spesifikasiyası, təsviri, eskizi və nümunəsi təsdiq edilsin.
[3]
4 dekabr 1998-ci il tarixli 568-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 1) ilə Qanuna II bənd əlavə edilmişdir. Qanunun II bəndi müvafiq olaraq III bənd hesab edilməlidir.
[4]
4 dekabr 1998-ci il tarixli 568-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 1) ilə Qanunla təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”ndə birinci abzasdan sonra ikinci və üçüncü abzaslar əlavə edilmişdir.
[5]
11 may 2010-cu il tarixli 1008-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2010-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 386) ilə “a” bəndinin üçüncü abzasında “Vəsiqənin verilmə tarixi” sözlərindən sonra “Etibarlıdır” sözü əlavə edilmişdir.
[6]
11 may 2010-cu il tarixli 1008-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2010-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 386) ilə “b” bəndinin dördüncü abzasında “Vəsiqə sahibinin imzası” sözlərindən sonra “Etibarlıdır” sözü əlavə edilmişdir.
[7]
4 dekabr 1998-ci il tarixli 568-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 1) ilə Qanunla təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin spesifikasiyası” çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Şəxsiyyət vəsiqəsinin spesifikasiyası
Şəxsiyyət vəsiqəsi şəffaf plastik örtük arasında yerləşdirilmiş kağızdan ibarətdir.
Şəxsiyyət vəsiqəsi ofset üsulu ilə çap olunur.
İstifadə olunan material:
Xüsusi qorunma qabiliyyətli su nişanları olan 100 faizli sellüloz kağız.
Qatılığı 95,0 q/kv.m.
Görünüşü:
Üz tәrәfin sol küncündə Azərbaycan Respublikasının gerbi həkk edilmiş və gerbdən soldan sağa istiqamətində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi" sözləri yazılmışdır.
Şəxsiyyət vəsiqəsində nömrə və seriyası həkk edilmişdir.
Şəxsiyyət vəsiqəsinin plomblu olmasını təmin etmək üçün şəxsiyyət vəsiqələrinin kənarları ilə plastik örtük arasında
Şəxsiyyət vəsiqəsinin qalınlığı maksimum 0,60 mm-dir. Künclər
çıxıntısı vəsiqənin səthinin 0,08 mm-dən çox olmaması vacibdir.
Optik nəzarət oxunuşu maşınında və ya maqnit xətt oxuyucusu olan maşın-da oxunula bilmək üçün şəxsiyyət vəsiqəsinin səthi hamardır.
Şəxsiyyət vəsiqəsinin ön hissəsinin altı boyunca maşınla oxunula bilən iki zolaqlı Optik Nəzarət Oxusu hissəsi vardır.
Vəsiqənin ortasında ultramavi işıq altında görünən Azərbaycan Respublikasının gerbi həkk edilmişdir.
Beş mühafizə dərəcəsi olan bu sənəd lazer rəngli printerlərdə kserosurət, yaxud üzçıxarma üsulu ilə hazırlana bilməz.