AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
17.04.2020
QEYDİYYAT NÖMRƏSİ
49-VIQD
ADI
“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-05-2020, Nəşr nömrəsi: 86), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2020, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 506)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.05.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.270.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202004170049
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.05.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1.Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12, (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12, (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909) 2-ci maddəsində “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı.” hissəsindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalı.”.

Maddə 2. “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 aprel 2020-ci il

                № 49-VIQD

 


 

 

Azərbaycan Respublikasının 2020-ci il

17 aprel tarixli 49-VIQD nömrəli Qanunu ilə

təsdiq edilmişdir

 

“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında

 

ƏSASNAMƏ

 

Maddə 1. Təltif edilən şəxslər

 

“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

 

Maddə 2. Təltif edən orqan

 

“Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

 

Maddə 3. Taxılma qaydası

 

“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 


 

 

Azərbaycan Respublikasının 2020-ci il

17 aprel tarixli 49-VIQD nömrəli Qanunu ilə

təsdiq edilmişdir

 

“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

 

Maddə 1. Medalın ümumi təsviri

 

“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 42 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

2.1. Medalın ön tərəfində, qoşa xətlərlə konturlanmış səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələr ilə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Xarici və daxili konturların arasında yuxarı qövs boyunca “QƏLƏBƏ” sözü yazılmışdır, aşağı hissədə qövs boyunca sol tərəfdə palıd, sağ tərəfdə dəfnə çələngi təsvir olunmuşdur.

2.3. Yazı ilə çələnglərin arasında, sol tərəfdə “1945”, sağ tərəfdə “2020” rəqəmləri yazılmışdır.

2.4. “QƏLƏBƏ” sözü ilə rəqəmlərin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.5. Daxili çevrənin içərisində, mərkəzdə, bütün dairə boyu dəfnə çələngi ilə əhatə olunmuş “75 il” sözləri həkk olunmuşdur.

2.6. Bütün yazılar və elementlər relyefli olaraq qabarıqdırlar.

 

Maddə 3. Medalın arxa tərəfi

 

3.1. Medalın arxa tərəfi hamar səthlidir, üzərində “BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ QƏLƏBƏNİN 75 İLLİYİ (1945-2020)” sözləri yazılmışdır.

3.2. Arxa tərəfin aşağı hissəsində, mərkəzdən sol və sağ tərəflərə doğru sünbül çələngləri təsvir olunmuşdur.

3.3. Medalın arxa tərəfində medalın seriyası və nömrəsi həkk edilir.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medal paltara bərkidilmək üçün 26 mm x 50 mm ölçülü beşbucaqlı elementi vardır. Elementin üzərinə yuxarıdan aşağı sol və sağ tərəflərə doğru Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərini əks etdirən 25 mm enində xara lent çəkilmişdir.

4.2. Medal elementə 2 halqa və ilgək vasitəsilə birləşdirilir.

4.3 Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 25 mm x 9 mm ölçülü qəlib əlavə edilir.

 


 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status