AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI
№16/1-2
Bakı şəhəri
|
24 aprel 2020-ci il
|
“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
QƏRARA ALIR:
1. “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Ləğv edilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci il 16 noyabr tarixli 1851100015 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” və bu qaydalara 2019-cu il 18 oktyabr tarixli 1951100033 nömrəli Qərarla təsdiq edilmiş dəyişiklik ləğv edilsin.
Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Mərkəzi Bankın sədri
|
Elman Rüstəmov
|
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 16/1-2
24 aprel 2020-ci il
|
Bank kapitalının və onun adekvatlığının hesablanması
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 21.1-ci, 34.2.1-ci, 34.2.2-ci və 34.2.3-cü maddələrinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları (bundan sonra - banklar) üçün məcmu kapitalın strukturunu, komponentlərini, adekvatlıq və leverec əmsallarını, onların minimum miqdarını və hesablanması qaydalarını müəyyən edir.
2. Anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. məcmu kapital (xarici bankların yerli filialları üçün məcmu kapitala bərabər tutulmuş vəsait) - prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, bu Qaydalarda müəyyən edilmiş I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların fərqi;
2.1.2. risk dərəcəsi üzrə ölçülmüş aktivlər - tutulmalar çıxıldıqdan sonra balans aktivlərinin və balansdankənar öhdəliklərin hər birinin risk dərəcəsinə əsasən qiymətləndirilmiş dəyəri;
2.1.3. kapitalın adekvatlıq əmsalları - bu Qaydalarda müəyyən edilmiş düsturlarla hesablanan I dərəcəli kapitalın və məcmu kapitalın ayrılıqda risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti;
2.1.4. kontr-tsiklik kapital buferi – iqtisadi tsikl və kredit portfelinin dinamikasına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən müəyyən edilmiş I dərəcəli kapitaldan ibarət bufer;
2.1.5. kreditə konvertasiya əmsalı - bankın balansdankənar öhdəliklərinin balans aktivlərinin dəyərinə çevrilməsinə imkan verən göstərici;
2.1.6. aktivlər üzrə zərərin ödənilməsi üçün “adi” ehtiyatlar - bankın “standart aktivlər”i üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatlar;
2.1.7. aktivlər üzrə zərərin ödənilməsi üçün “məqsədli” ehtiyatlar - bankın “qeyri-standart aktivlər”i üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatlar;
2.1.8. kapitalın hibrid elementləri - səhmlərin və borc öhdəliklərinin xüsusiyyətlərini özündə birləşdirən müddətli və müddətsiz maliyyə alətləri, o cümlədən kumulyativ və qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər, subordinasiya borc öhdəlikləri və ya digər oxşar qiymətli kağızlar;
2.1.9. qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər - emitentə səhm mülkiyyətçilərinə dividendlərin verilməməsi barədə qərar qəbul etmək hüququ verən, habelə səhm mülkiyyətçilərinə əvvəlki ödənilməmiş dividendlər üzrə ödənişlərin alınmasını tələb etmək hüququ verməyən imtiyazlı səhmlər (emissiya şərtlərində dividendlərin məbləği bazar şəraitindən və bankın maliyyə vəziyyətindən asılı olaraq dəyişilməsi nəzərdə tutulursa, bu səhmlər qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlərə aid edilmir);
[1]
2.1.10. kumulyativ müddətsiz imtiyazlı səhmlər - emissiya şərtlərinə görə mülkiyyətçilərinə ödənilməyən dividendləri daim toplanan və qeyri-kumulyativ müddətsiz imtiyazlı və adi səhmlər üzrə dividendlər ödənilməzdən əvvəl ödənilən, habelə emitentə dividendlərin ödənilməsi vaxtının müəyyən müddətə təxirə salınması hüququ verən imtiyazlı səhmlər;
2.1.11. subordinasiya borc öhdəlikləri - emissiya şərtlərinə görə ödəmə vaxtı çatdıqda ödənilən, bankın aktivlərinin girovu ilə təmin edilməyən, mülkiyyətçisinin tələbi ilə geri alınmayan, son ödəmə müddəti başa çatana kimi bu öhdəlik üzrə ödəmə (faiz və ya əsas borc) baş tutmadığı təqdirdə bankı müflis elan etmək və ya ləğv etmək hüququ verməyən, bank ləğv edilərkən onların ödənilməsi əmanətçilərin və bankın digər kreditorlarının tələbləri tam ödənildikdən sonra icra olunan öhdəliklər;
2.1.12. səhmlərin emissiyasından yaranan əlavə vəsait (bundan sonra - kapital artıqlığı) - adi, yaxud imtiyazlı səhmlərin yerləşdirilməsi zamanı onların satış dəyəri ilə nominal dəyəri arasında yaranmış fərq həcmində əldə edilmiş vəsait;
2.1.13. qeyri-maddi aktivlər - kompüter proqramları, müəllif hüquqları, patent, təbii ehtiyatlardan istifadə hüquqları, lisenziyalar, ticarət və əmtəə nişanları, “nou-hau”, “qudvil” və fiziki ifadə forması olmayan, lakin dəyər yaradan və mülkiyyət hüququnun obyekti kimi tanınan digər hüquqlar;
2.1.14. leverec əmsalı - bankın I dərəcəli kapitalının (bu Qaydaların 8.1.1-ci yarımbəndində müəyyən edilmiş tutulmalardan sonra) balans aktivlərinə və bankın hesablarında girov qoyulmuş Azərbaycan Respublikasının milli valyutası ilə, xarici valyuta ilə və ya bank metalları ilə təmin olunmuş hissəsi istisna olmaqla, balansdankənar öhdəliklərinə nisbəti;
2.1.15. balansdankənar öhdəliklər - qarantiyalar, zaminlik və oxşar şərti öhdəliklər, kredit alətləri (kredit xətləri üzrə öhdəliklərin icra olunmamış hissəsi və oxşar kredit öhdəlikləri) və akkreditivlər;
2.1.16. qiymətli kağızın bazar dəyəri - maliyyə bazarlarında qiymətli kağızın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti;
2.1.17. istehlak krediti - sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kredit;
2.1.18. biznes krediti - hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sahibkarlıq məqsədilə verilən kredit;
2.1.19. bank aksepti - qısa müddətli borc öhdəliklərininin icrasına bankın razılığını və ya zəmanətini nəzərdə tutan sənəd;
2.1.20. çoxtərəfli inkişaf bankı - iki və daha artıq ölkə tərəfindən iqtisadi inkişafın dəstəklənməsi məqsədilə təsis edilmiş beynəlxalq maliyyə təşkilatı;
2.1.21. borcun gəlirlərə nisbəti (BGN əmsalı) – istehlak kreditləri üzrə borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti əmsalı (birgə borcalan qrupuna daxil olan fiziki şəxslər üzrə onların ümumi aylıq borc yükünün onların ümumi gəlirlərinə nisbəti);
[2]
2.1.22. qeyri-işlək kredit - əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə və ya ödəniş qrafikində göstərilən tarixdən 90 (doxsan) təqvim günündən artıq gecikdirilmiş kreditin qalıq məbləği;
2.1.23. mikrokreditlərin qeyri-işlək məbləği – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra –Agentlik) təminatı ilə verilmiş mikrokredit üzrə əsas borc ödənişlərinin müqavilədə göstərilən tarixdən 90 (doxsan) təqvim günündən artıq gecikdirilmiş hissəsi.
2.2. Bu Qaydada istifadə olunan restrukturizasiya olunmuş aktiv, hedcləşdirilməmiş borcalan və borcun gəlirlərə nisbəti (BGN əmsalı) anlayışları “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda müəyyən edilmiş mənaları ifadə edir.
[3]
3. Məcmu kapitalın məqsədi və ona dair tələblər
3.1. Bankın məcmu kapitalının əsas məqsədi bankın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsidir. Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına xidmət edir.
3.2. Bankın məcmu kapitalının minimum miqdarı 50 (əlli) milyon manat məbləğində olmalıdır.
3.3. Məcmu kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir.
3.4. Qanunun 21.2-ci və 21.3-cü maddələrinin tələblərinə müvafiq olaraq Mərkəzi Bankın qabaqcadan yazılı icazəsi olmadan bank səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz, habelə xarici bank nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz.
3.5. Bankların nizamnamə kapitalı (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsait) Qanunun 21.4-cü maddəsinə uyğun olaraq yalnız Azərbaycan Respublikasının milli valyutasında ödənilən pul vəsaiti ilə formalaşdırılır.
3.6. Yeni yaradılan banklar üçün nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsaitin) minimum miqdarı 50 (əlli) milyon manat məbləğində olmalıdır.
4. Kapitalın idarə edilməsi
4.1. Müşahidə Şurası və İdarə Heyəti məcmu kapitalın bankın üzləşdiyi bütün risklərin səviyyəsinə uyğun həcmdə, bu Qaydalarda müəyyən edilən minimum miqdardan az olmayaraq, saxlanmasını və onun adekvatlıq normalarına riayət olunmasını təmin etməlidir.
4.2. Kapitalın bankın biznes fəaliyyətinin və risk mühitinin xüsusiyyətlərinə uyğun qiymətləndirilməsi və onun səviyyəsinin müəyyən edilməsi mexanizmləri, o cümlədən bankın məruz qaldığı kredit, bazar, əməliyyat və digər risklərin məcmu kapitalın adekvatlığına potensial təsirinin qiymətləndirilməsi prosedurları mövcud olmalıdır.
4.3. Risklərin idarə edilməsi üzrə bankın siyasətində onun kapitala olan cari və gələcək tələbatı, gözlənilən kapital xərcləri, kapitalın arzuolunan səviyyəsi və strukturu, kapitalın daxili və xarici mənbələri, həmçinin bankın maliyyə vəziyyətinin pisləşməsi halında əlavə kapital vəsaitlərinin cəlb edilməsi imkanları və müddətləri müəyyən edilir.
4.4. Bank məruz qaldığı risklərin və bu risklərin dəyişməsinin bankın gəlirliyinə, məcmu kapitala və onun adekvatlığına təsirini qiymətləndirir. Qiymətləndirmə bank risklərinin xüsusiyyətləri nəzərə alınmaqla bankın müəyyən etdiyi dövriliklə stress-testləşdirmə və ya risklərin idarə edilməsi sahəsində tətbiq olunan digər metodlardan istifadə edilməklə həyata keçirilir. Qiymətləndirmə ən azı aşağıdakı elementləri əhatə edir:
4.4.1. bütün mühüm risklərin müəyyənləşdirilməsi, ölçülməsi və onların bankın məcmu kapitalının adekvatlığına təsirinin qiymətləndirilməsi;
4.4.2. bankın təyin edilmiş kapital adekvatlığı hədəflərinə nail olmasının qiymətləndirilməsi;
4.4.3. məcmu kapitalın qiymətləndirilməsi sistemində istifadə edilən əsas fərziyyələrin qiymətləndirilməsi;
4.4.4. risklər əsasında bankın gələcəkdə məcmu kapitala olan tələbatının qiymətləndirilməsi və lazım gəldikdə risklərin idarə edilməsi siyasətində müvafiq düzəlişlərin edilməsi zərurətinin müəyyənləşdirilməsi.
4.5. Məcmu kapitalın adekvatlığını təmin etmək məqsədilə bankda kapitalın və müvafiq risklərin idarə edilməsi prosesləri aşağıdakı istiqamətlər üzrə təhlil edilir:
4.5.1. fəaliyyətinin xüsusiyyəti, həcmi və mürəkkəbliyi nəzərə alınmaqla məcmu kapitalın qiymətləndirilməsi prosesinin səmərəliliyi;
4.5.2. məcmu kapitalın əsas risklərin səviyyəsi ilə düzgün əlaqələndirilməsi;
4.5.3. qiymətləndirmə zamanı istifadə edilən məlumatların dürüstlüyü və dolğunluğu;
4.5.4. qiymətləndirmə zamanı istifadə olunan fərziyyə, model və ssenarilərin əsaslandırılması və etibarlılığı.
4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərinə müvafiq olaraq aparılmış qiymətləndirmənin və təhlilin nəticələri bankda müəyyən edilmiş hesabatlıq qaydasına uyğun olaraq Müşahidə Şurasına təqdim edilir.
4.7. Bankın məcmu kapitalının qiymətləndirilməsi və idarə edilməsi prosesləri ildə bir dəfədən az olmayaraq daxili audit vasitəsilə yoxlanılır və nəticələr barədə Müşahidə Şurasına hesabat verilir.
5. Məcmu kapitalın strukturu
Məcmu kapitalın strukturuna birinci (I) dərəcəli və ikinci (II) dərəcəli kapital daxildir. I və II dərəcəli kapitala aid olan komponentlər bu Qaydaların 6-cı və 7-ci hissələrində müəyyən edilir.
6. I dərəcəli kapital
6.1. I dərəcəli kapital bankın əsas kapitalı hesab olunur və onun məbləği (aparılan “tutulmalardan” sonra) bankın hesablanmış məcmu kapitalında 50 (əlli) faizdən az olmamalıdır.
6.2. I dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir:
6.2.1. dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlər (bankın geri aldığı adi səhmlər çıxılmaqla);
6.2.2. dövriyyəyə buraxılıb tam ödənilmiş qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər;
6.2.3. kapital artıqlığı;
6.2.4. keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti.
6.3. Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəətinə aşağıdakılar daxil edilir:
6.3.1. cari ilin zərəri çıxılmaqla bütün əvvəlki illərin yığılıb bölüşdürülməmiş mənfəəti;
6.3.2. kapital ehtiyatları, yəni əvvəlki illərin bölüşdürülməmiş mənfəəti hesabına yaradılmış fondlar.
7. II dərəcəli kapital
7.1. II dərəcəli kapital əlavə kapitaldır. Bankın hesablanmış məcmu kapitalında II dərəcəli kapitalın məbləği I dərəcəli kapitalın məbləğindən (aparılan “tutulmalardan” sonra) çox olmamalıdır. Bundan artıq olan hissə məcmu kapitalın hesablanması zamanı nəzərə alınmır.
7.2. II dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir:
7.2.1. cari ilin mənfəəti;
7.2.2. ümumi ehtiyatlar (balans aktivlərinin və balansdankənar öhdəliklərin risk dərəcəsi üzrə ölçülmüş məbləğinin (aparılan “tutulmalar”dan sonra) 1,25 faizinədək, lakin “adi” ehtiyatların məbləğindən çox olmayan hissəsi);
7.2.3. qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər istisna olmaqla, kapitalın hibrid elementləri.
7.3. Bu Qaydaların 7.2.3-cü yarımbəndində nəzərdə tutulmuş kapitalın hibrid elementləri II dərəcəli bank kapitalına daxil edilməsi üçün onlar ən azı aşağıdakı meyarlara cavab verməlidir:
7.3.1. kreditorların tələbi ilə geri çağırılmasının qeyri-mümkünlüyü;
7.3.2. bankın bu alətlər üzrə faiz ödənişlərini təxirə salmaq hüququnun olması;
7.3.3. bank ləğv edildikdə bu alətlər üzrə öhdəliklərin ödənilməsinin bütün digər kreditorların tələbləri tam ödənildikdən sonra icra olunması;
7.3.4. bu alətlər üzrə öhdəliklərin bankın öz aktivləri ilə icrasına hər hansı formada təminat verilməməsi;
7.3.5. kapital adekvatlığı göstəricilərinin bu Qaydalarla müəyyən edilmiş minimum səviyyədən aşağı olduğu halda bankın bu alətlər üzrə öhdəliklərinin icrasını təxirə salmaq hüququnun olması;
7.3.6. bankın bu alətlər üzrə öhdəliklərinin əsas məbləğinin icra müddəti bu cür öhdəliklərin yaranma tarixindən ən azı 5 (beş) ildən sonra və ya müddətsiz şərti ilə müəyyən olunması.
7.4. Kapitalın hibrid elementləri, o cümlədən subordinasiya borc öhdəlikləri II dərəcəli kapitalda ödəniş müddətinin başa çatmasına 5 (beş) il qaldıqda qalıq müddətinin birinci ilinin əvvəlindən başlayaraq hər il 20 (iyirmi) faiz azaldılmaqla nəzərə alınır.
7.5. II dərəcəli kapitalın hesablanmasında nəzərə alınan kapitalın hibrid elementlərinin məbləği I dərəcəli kapitalın (aparılan “tutulmalar”dan sonra) 50 (əlli) faizindən çox olmamalıdır.
8. Kapitaldan tutulmalar
8.1. Kapitalın adekvatlıq əmsalları və leverec əmsalı hesablanmazdan əvvəl kapitaldan aşağıda göstərilənlər çıxılır (“tutulmalar” aparılır):
8.1.1. I dərəcəli kapitaldan - bütün “qeyri-maddi” aktivlərin xalis dəyəri (amortizasiyası nəzərə alınmaqla) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə müəyyən olunmuş təxirə salınmış vergi aktivlərinin məbləği;
8.1.2. məcmu kapitaldan - bankın törəmə cəmiyyətlərinə, habelə digər hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları (bu investisiyalar üçün yaradılmış “məqsədli” ehtiyatlar istisna olmaqla).
9. Aktivlərin risk qrupları
9.1. Bankın balans aktivləri və balansdankənar öhdəlikləri növündən, xüsusiyyətindən, habelə öhdəliyin təminatından asılı olaraq müxtəlif risk dərəcələrinə aid edilir.
9.2. Aktivlərin və balansdankənar öhdəliklərin təminatı qismində qiymətli kağızlar çıxış etdikdə risk dərəcələrinin ölçülməsi zamanı qiymətli kağızların bazar dəyəri nəzərə alınır.
9.3. Balans aktivləri risk qruplarına aşağıdakı xüsusiyyətlərindən asılı olaraq aid edilir:
9.3.1. 0 (sıfır) faizli (0,0 əmsallı) risk qrupu:
9.3.1.1. bankın kassalarında, xəzinələrində, onun nümayəndəlik, şöbə və filiallarında, bankomatlarda və digər ödəniş terminallarında, habelə olduğu yerdən təyinat yerinə daşınmada olan Azərbaycan Respublikasının milli valyutası, bank metalları, beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard & Poor`s, Fitch Ratings, Moody`s, bundan sonra - beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin valyutası, habelə bu ölkələrin hökumətlərinin və ya mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar və onlara qarşı olan birbaşa tələblər, yaxud aktivin bu ölkələrin hökumətləri və ya mərkəzi bankları tərəfindən qeyd-şərtsiz təmin olunmuş hissəsi;
[4]
9.3.1.2. bankın Mərkəzi Bankdakı hesablarında (müxbir, depozit və s.) olan vəsait, habelə Mərkəzi Bank ilə bağlanan repo əqdləri;
9.3.1.3. Azərbaycan Respublikası adından bağlanmış müqavilələr üzrə yaranan birbaşa tələblər, dövlət qiymətli kağızları, Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızlar;
9.3.1.4. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) buraxdığı təmin edilmiş qiymətli kağızlar;
9.3.1.5. kreditin bankın hesablarında girov qoyulmuş Azərbaycan Respublikasının milli valyutası, bank metalları və ya beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin valyutası ilə təmin olunmuş hissəsi;
9.3.1.6. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş “AAA” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik çoxtərəfli inkişaf banklarına qarşı birbaşa tələblər, yaxud tələblərin bu təşkilatlar tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə və ya həmin təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi;
9.3.1.7. Fondun zəmanəti ilə manatla verilmiş və qeyri-işlək hissəsi ümumi portfelin 5%-dək olan sahibkarlara verilmiş kreditlərinin Azərbaycan Respublikası və ya Mərkəzi Bank tərəfindən təmin olunmuş hissəsi;
9.3.1.8. Fondun zəmanəti ilə verilmiş ipoteka kreditləri;
9.3.1.9. aktivin Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, dövlət zəmanəti, habelə Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlarla qeyd-şərtsiz təmin olunmuş hissəsi;
9.3.1.10. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına verilmiş təhsil tələbə kreditləri (bankın maliyyə öhdəliyi daşıdığı hallar istisna olmaqla).
[5]
9.3.2. 20 (iyirmi) faizli (0,2 əmsallı) risk qrupu:
9.3.2.1. 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin valyutası, habelə bu ölkələrin hökumətlərinin və ya mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar və onlara qarşı olan birbaşa tələblər;
9.3.2.2. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik depozit və ya digər maliyyə-kredit təşkilatlarına qarşı tələblər və onlar tərəfindən qeyd-şərtsiz təmin olunmuş digər aktivlər;
9.3.2.3. tələblərin beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunmuş hissəsi (bu tələblərin ödənilməsi mənbəyi kommersiya layihələrindən əldə edilən gəlirlər deyil, ümumi büdcə daxilolmaları hesabına formalaşmalıdır);
9.3.2.4. 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik çoxtərəfli inkişaf banklarına qarşı birbaşa tələblər, yaxud tələblərin bu təşkilatlar tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə və ya həmin təşkilat tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi;
9.3.2.5. aktivlərin tam və ya hər hansı bir hissəsi, əgər onlar üçüncü şəxs tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuşsa və bu qiymətli kağızların ödənilməsinə öz növbəsində Azərbaycan Respublikası, Mərkəzi Bank, yaxud beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin hökumətləri və ya mərkəzi bankları tərəfindən qeyd-şərtsiz təminat verilmişsə;
9.3.2.6. 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və üçüncü şəxslərin banka olan borclarının Azərbaycan Respublikası, Mərkəzi Bank, yaxud beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin hökumətləri və ya mərkəzi bankları tərəfindən qeyd-şərtsiz təmin olunmuş hissəsi;
9.3.2.7. Fondun buraxdığı təmin edilməmiş qiymətli kağızlar;
9.3.2.8. Fondun zəmanəti ilə manatla verilmiş və qeyri-işlək hissəsi ümumi portfelin 5%-dək olan sahibkarlıq kreditlərinin təmin edilmiş hissəsi;
9.3.2.9. Agentliyin təminatı ilə verilmiş və mikrokreditlərin qeyri-işlək məbləği qalıq portfelin 12%-dək olan hissəsini təşkil edən mikrokreditlərin təmin edilmiş hissəsi;
9.3.2.10. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik uzunmüddətli korporativ qiymətli kağızlar.
[6]
9.3.2.11. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-
[7]
9.3.3. 35 (otuz beş) faizli (0,35 əmsallı) risk qrupu:
9.3.3.1. Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri;
9.3.3.2. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 3 (üç) pillə aşağı olan yerli banklara (Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara və xarici bankların yerli filiallarına) qarşı müddəti 6 (altı) aydan çox olmayan tələblər (restrukturizasiya olunmuş aktivlər istisna olmaqla).
[8]
9.3.4. 50 (əlli) faizli (0,5 əmsallı) risk qrupu:
9.3.4.1. 20 (iyirmi) faizli risk qruplarına aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik ölkələrin valyutası, habelə bu ölkələrin hökumətlərinin və ya mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar və onlara qarşı olan birbaşa tələblər;
9.3.4.2. 20 (iyirmi) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik depozit və ya digər maliyyə-kredit təşkilatlarına qarşı tələblər;
9.3.4.3. tələblərin 20 (iyirmi) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunmuş hissəsi (bu tələblərin ödənilməsi mənbəyi kommersiya layihələri üzrə alınan gəlirlər olur);
9.3.4.4. Bankın vəsaiti və digər mənbələr hesabına verilmiş ipoteka kreditləri;
9.3.4.5. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik uzunmüddətli korporativ qiymətli kağızlar;
9.3.4.6. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-
9.3.4.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli 534 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nda nəzərdə tutulan və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 1 (bir) pillə aşağı olan hüquqi şəxslərin buraxdığı qiymətli kağızlar;
9.3.4.8. 20 (iyirmi) faizli risk qruplarına aid edilməyən və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş kiçik və orta sahibkarlıq subyektlərinə verilən və təyinatı üzrə istifadə olunması müvafiq sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri;
9.3.4.9. 20 (iyirmi) faizli risk qruplarına aid edilməyən və ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş və təyinatı üzrə istifadə olunması müvafiq sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri;
9.3.4.10. 35 (otuz beş) faizli risk qrupuna aid edilməyən və müddəti 6 (altı) aydan çox olmayan yerli banklara (Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara və xarici bankların yerli filiallarına) qarşı tələblər (restrukturizasiya olunmuş aktivlər istisna olmaqla).
[9]
9.3.5. 75 (yetmiş beş) faizli (0,75 əmsallı) risk qrupu:
9.3.5.1. ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş xarici valyutada biznes kreditləri.
9.3.6. 100 (yüz) faizli (1,0 əmsallı) risk qrupu:
9.3.6.1. Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının yerli hakimiyyət və ya bələdiyyə orqanları tərəfindən buraxılmış qiymətli kağızlarla təmin edilmiş tələblər;
9.3.6.2. 50 (əlli) faizli risk qrupuna aid edilməyən beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “BB-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik və ya reytinqi olmayan uzunmüddətli qiymətli kağızlar;
9.3.6.3. bütün əsas vəsaitlər, o cümlədən bank işində istifadə olunmayan əsas vəsaitlər;
9.3.6.4. yığılma prosesində olan ödəniş alətləri (bank tərəfindən icra edilmiş, lakin pul əvəzi banka daxil olmamış ödəniş alətləri);
9.3.6.5. Fondun zəmanəti ilə manatla verilmiş və qeyri-işlək hissəsi ümumi portfelin 5%-dən yüksək olan sahibkarlara verilmiş kreditlərinin təmin edilmiş hissəsi;
9.3.6.6. Agentliyin təminatı ilə verilmiş və mikrokreditlərin qeyri-işlək məbləği qalıq portfelin 12%-i və daha çox hissəsini təşkil edən mikrokreditlərin təmin edilmiş hissəsi;
9.3.6.7. bu Qaydaların 9.3.1-ci, 9.3.2-ci, 9.3.3-cü, 9.3.4-cü, 9.3.5-ci, 9.3.7-ci, 9.3.8-ci, 9.3.9-cu və 9.3.10-cu və 9.3.11-ci yarımbəndlərində göstərilən risk qruplarına aid olmayan digər aktivlər;
[10]
9.3.6.8. 35 (otuz beş) və 50 (əlli) faizli risk qruplarına aid edilməyən yerli banklara (Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara və xarici bankların yerli filiallarına) qarşı tələblər.
[11]
9.3.7. 120 (yüz iyirmi) faizli (1,2 əmsallı) risk qrupu:
9.3.7.1. xarici valyutada gəliri olan borcalanlara verilmiş biznes kreditləri istisna olmaqla, xarici valyutada olan biznes kreditləri.
9.3.8. 150 (yüz əlli) faizli (1,5 əmsallı) risk qrupu:
9.3.8.1. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş “BB-” kredit reytinqindən aşağı kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik uzunmüddətli korporativ qiymətli kağızlar.
9.3.8.2. BGN əmsalı 45 (qırx beş) faizdən yuxarı olan, lakin 60 (altmış) faiz həddini keçməyən istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla);
9.3.8.3. verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun üçdə birinin cəmindən böyük olan istehlak kreditləri. İstehlak kreditləri üzrə orta faiz dərəcəsi Mərkəzi Bank tərəfindən bu Qaydalara 1 saylı Əlavədə göstərilən qaydada hesablanır və hər rübdən sonrakı ayın 25-nə kimi Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanır. Orta faiz dərəcəsinin açıqlandığı tarixdən sonrakı 1 (bir) iş günü ərzində banklara bu barədə elektron və ya poçt bildirişi ilə məlumat verilir. Orta faiz dərəcəsi açıqlanana qədər banklar əvvəlki rübün məlumatından istifadə edir.
9.3.9. 180 (yüz səksən) faizli (1,8 əmsallı) risk qrupu:
9.3.9.1. BGN əmsalı 60 (altmış) faizdən yuxarı olan, lakin 70 (yetmiş) faiz həddini keçməyən istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla);
9.3.9.2. verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun yarısının cəmindən böyük olan istehlak kreditləri.
[12]
9.3.10. 200 (iki yüz) faizli (2,0 əmsallı) risk qrupu:
9.3.10.1. BGN əmsalı 45 (qırx beş) faizdən yuxarı olan, lakin 60 (altmış) faiz həddini keçməyən və ya BGN əmsalı 70 (yetmiş) faizdən yuxarı olan istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla);
[13]
9.3.10.2. verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun dörddə birinin cəmindən böyük olan istehlak kreditləri. İstehlak kreditləri üzrə orta faiz dərəcəsi Mərkəzi Bank tərəfindən bu Qaydalara 1 nömrəli Əlavədə göstərilən qaydada hesablanır və hər rübdən sonrakı ayın 25-nə kimi Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanır. Orta faiz dərəcəsinin açıqlandığı tarixdən sonrakı 1 (bir) iş günü ərzində banklara bu barədə elektron və ya poçt bildirişi ilə məlumat verilir. Orta faiz dərəcəsi açıqlanana qədər banklar əvvəlki rübün məlumatlarından istifadə edir;
9.3.10.3. xarici valyutada gəliri olan və ya valyuta riski digər formada hedcləşdirilmiş borcalanlara verilmiş biznes kreditləri istisna olmaqla, valyuta riski hedcləşdirilməmiş borcalanlara xarici valyutada verilmiş biznes kreditləri.
[14]
9.3.11. 230 (iki yüz otuz) faizli (2,3 əmsallı) risk qrupu:
9.3.11.1. BGN əmsalı 60 (altmış) faizdən yuxarı olan, lakin 70 (yetmiş) faiz həddini keçməyən istehlak kreditləri;
9.3.11.2. verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun üçdə birinin cəmindən böyük olan istehlak kreditləri.
[15]
9.4. İstehlak krediti bir neçə fərqli risk qrupunun şərtlərinə uyğun gəldiyi təqdirdə, kredit uyğun gəldiyi ən yüksək əmsallı risk qrupuna aid edilir. İstehlak kreditlərininin müddətindən və valyutasından asılı olaraq isə risk dərəcələri aşağıdakı qaydada artırılır:
9.4.1. müddəti 3 il və ya daha çox və 5 il və ya daha az təşkil edən kreditlərin risk dərəcəsi 20 faiz bəndi artırılır;
9.4.2. müddəti 5 ildən çox və 7 il və ya daha az təşkil edən kreditlərin risk dərəcəsi 40 faiz bəndi artırılır;
[16]
9.4.3. xarici valyutada verilmiş istehlak kreditlərinin risk dərəcəsi 60 faiz bəndi artırılır.
9.5. Balansdankənar öhdəliklərin (aktivlərin) risk qruplarının müəyyən edilməsi üçün balansdankənar öhdəliklərin icra məbləği bu Qaydaların 9.6-cı və 9.7-ci bəndlərində müəyyən edilmiş kreditə konvertasiya əmsalına vurulur, alınan hasil balansdankənar öhdəliyin balans aktivinin ekvivalenti hesab edilir və həmin məbləğ bu Qaydaların 9.3-cü bəndi ilə balans aktivləri üçün müəyyən olunmuş müvafiq risk qrupuna aid edilir.
9.6. Bu hissədə göstərilən balansdankənar öhdəliklər aşağıda müəyyən olunmuş əmsallar üzrə kreditə konvertasiya edilir:
9.6.1. müddəti bir ilədək olan balansdankənar öhdəliklər – 20 (iyirmi) faizlə (kreditə konvertasiya əmsalı – 0,2);
9.6.2. müddəti bir ildən çox olan balansdankənar öhdəliklər – 50 (əlli) faizlə (kreditə konvertasiya əmsalı – 0,5);
9.6.3. bank aksepti və qiymətli kağızların alınması və satılması üzrə öhdəliklər – 100 (yüz) faizlə (kreditə konvertasiya əmsalı – 1,0);
9.6.4. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verən öhdəliklər – 0 (sıfır) faizlə (kreditə konvertasiya əmsalı – 0).
9.7. Valyuta müqavilələri (forvard müqavilələri) aşağıdakı cədvəldə verilmiş əmsallar üzrə kreditə konvertasiya olunur:
Müqavilə müddətinə görə bağlanmış forvard müqavilələri (müqavilə ilə valyutanın alınması üçün müəyyən olunmuş ilkin müddət)
|
Kreditə
konvertasiya faizi
və ya əmsalı
|
a) bir il və ondan az olan müddətə
|
2 % və ya 0,02
|
b) bir ildən iki ilə qədər olan müddətə
|
5 % və ya 0,05
|
c) iki ildən artıq olan müddətə. Üçüncü ildən başlayaraq hər növbəti il üçün - 3% (n-illərin sayı)
|
5 %+3 % x n və ya 0,05+0,03 x n
|
Forvard müqaviləsinin məbləğinin balans aktivinə konvertasiya edilməsi üçün, cədvəldə verilmiş kreditə konvertasiya əmsalı müqavilə məbləğinə vurulur, alınan hasil balansdankənar öhdəliyin balans ekvivalenti hesab edilir və həmin məbləğ bu Qaydaların 9.3-cü bəndi ilə balans aktivləri üçün müəyyən olunmuş müvafiq risk qrupuna aid edilir.
10. Aktivlərdən tutulmalar
Risk dərəcəsi üzrə ölçülmüş aktivlər hesablanmazdan əvvəl aktivlərdən həmin aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış “məqsədli” ehtiyatlar, habelə I dərəcəli kapital və məcmu kapitaldan aparılan tutulmalar çıxılır (“tutulmalar” aparılır).
11. Bazar riskləri üzrə minimum kapital tələbi
11.1. Bu Qaydaların məqsədləri üçün bazar risklərinə yalnız bankın məruz qaldığı valyuta riski daxildir.
11.2. Bazar riski dərəcəsi üzrə ölçülmüş aktivlər “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları” əsasında müəyyən edilmiş və orta aylıq əsasda hesablanmış məcmu açıq valyuta mövqeyinin mütləq ifadəsinə bərabərdir.
[17]
11.3. Məcmu açıq valyuta mövqeyi bankın məcmu kapitalının 2 faizini və ya daha artıq hissəsini təşkil etdiyi təqdirdə bazar riskinin hesablanmasında tam həcmdə nəzərə alınır, bankın məcmu kapitalının 2 faizindən az hissəsini təşkil etdikdə isə 0 (sıfır) kimi müəyyən edilir.
12. Əməliyyat riskləri üzrə minimum kapital tələbi
12.1. Əməliyyat riski dərəcəsi üzrə ölçülmüş aktivlər əməliyyat riskləri üzrə kapital tələbinin bu Qaydaların 13.1-ci və 13.2-ci bəndlərində müəyyən edilmiş məcmu kapitalın adekvatlıq əmsalına bölünməsi yolu ilə aşağıdakı düsturla hesablanır:
RÖA (ƏR) =
Burada: ƏR - əməliyyat riskləri üzrə kapital tələbi, AƏ - məcmu kapitalın adekvatlıq əmsalıdır.
12.2. Əməliyyat riskləri üzrə kapital tələbinin hesablanması baza indikator yanaşması ilə aşağıdakı düsturla müəyyən edilir və ötən 3 il ərzində bankın 15 (on beş) faizə vurulmuş müsbət illik əməliyyat mənfəətinin cəminin orta məxrəcinə bərabərdir:
ƏR =
Burada: ƏR - əməliyyat riskləri üzrə kapital tələbi, M – ötən 3 il ərzində bankın müsbət illik əməliyyat mənfəəti, n - 3 illik dövr üzrə müsbət əməliyyat mənfəəti əldə edilmiş illərin sayıdır.
12.3. Əməliyyat mənfəətinin mənfi və ya sıfıra bərabər olduğu il əməliyyat riskləri üzrə kapital tələbinin hesablanması zamanı surətdə həmin il üzrə əməliyyat mənfəəti, məxrəcdə isə həmin il nəzərə alınmır.
12.4. Ötən 3 il ərzində hər il əməliyyat mənfəəti mənfi və ya 0 (sıfır) olduğu təqdirdə bankın əməliyyat riskləri üzrə kapital tələbi 0 (sıfır) kimi müəyyən olunur.
12.5. Əməliyyat mənfəəti bankın xalis faiz və xalis qeyri-faiz gəlirlərinin və bankın faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlarının cəminə bərabərdir.
12.6. Əməliyyat mənfəətinin hesablanmasına gündəlik əsasda bankın məcmu gəlir haqqında hesabatında (mənfəət və zərərlər haqqında hesabat) nəzərə alınan qiymətli kağızlar istisna olmaqla digər qiymətli kağızların ticarətindən əldə edilmiş gəlir və zərər, habelə gözlənilməz fəaliyyət növlərindən, o cümlədən sığorta fəaliyyətindən əldə edilmiş gəlir daxil edilmir.
13. Kapitalın adekvatlıq əmsallarına dair tələblər və onların hesablanması
13.1. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar məcmu kapitalın adekvatlıq əmsalını 10 (on) faizdən az olmayan səviyyədə saxlamalıdır.
13.2. Sistem əhəmiyyətli bankların məcmu kapitalın adekvatlıq əmsalı 12 (on iki) faizdən az ola bilməz.
13.3. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar I dərəcəli kapitalın adekvatlıq əmsalını 5 (beş) faizdən az olmayan səviyyədə saxlamalıdır.
13.4. Sistem əhəmiyyətli bankların I dərəcəli kapitalın adekvatlıq əmsalı 6 (altı) faizdən az ola bilməz.
13.5. İqtisadi tsikl və kredit portfelinin artım tempindən asılı olaraq I dərəcəli kapital və məcmu kapital adekvatlığı əmsalının üzərinə 0 – 2.5% arasında kontr-tsiklik kapital buferi tətbiq edilir. Kontr-tsiklik kapital buferinin hesablanması bu Qaydalara 2 nömrəli Əlavə ilə müəyyən edilir.
[18]
13.6. Məcmu kapitalın, risk dərəcəsi üzrə ölçülmüş aktivlərin və kapitalın adekvatlıq əmsallarının hesablanması aşağıdakı düsturlarla aparılır:
13.6.1. Məcmu kapital
Burada: T1 - I dərəcəli kapital, TT1 - I dərəcəli kapitaldan “tutulmalar”, T2 -II dərəcəli kapital, MT - məcmu kapitaldan “tutulmalar”.
13.6.2. Risk dərəcəsi üzrə ölçülmüş aktivlərin hesablanması aşağıdakı düsturla aparılır:
Burada: RÖA – risk dərəcəsi üzrə ölçülmüş aktivlər, BA – risk dərəcəsi üzrə ölçülmüş balans aktivləri, BKÖ – risk dərəcəsi üzrə ölçülmüş balansdankənar öhdəliklər, RDi – aktivlər üzrə i-ci risk dərəcəsi, BAi – i-ci risk dərəcəsinə uyğun balans aktivləri, Ei – i-ci risk dərəcəsinə uyğun balans aktivlərindən tutulmalar, KKj – j-ci kreditə konvertasiya əmsalı, BKÖj – j-ci kreditə konvertasiya əmsalına uyğun balansdankənar öhdəliklərin icra məbləği, Ej – j-ci kreditə konvertasiya əmsalına uyğun balansdankənar öhdəliklərdən tutulmalar, RDij – j-ci kreditə konvertasiya əmsalına vurulduqdan sonrakı i-ci balans maddəsinin risk dərəcəsidir.
13.6.3. I dərəcəli kapitalın adekvatlıq əmsalı
Burada: T1 - I dərəcəli kapital, TT1 - I dərəcəli kapitaldan “tutulmalar”, RÖA(Kr) – kredit riski dərəcəsi üzrə ölçülmüş aktivlər, RÖA(Br) – bazar riski dərəcəsi üzrə ölçülmüş aktivlər, RÖA(Ər) - əməliyyat riski dərəcəsi üzrə ölçülmüş aktivlərdir.
13.6.4. məcmu kapitalın adekvatlıq əmsalı
Burada: TC - məcmu kapital, RÖA(Kr) – kredit riski dərəcəsi üzrə ölçülmüş aktivlər, RÖA(Br) – bazar riski dərəcəsi üzrə ölçülmüş aktivlər, RÖA(Ər) - əməliyyat riski dərəcəsi üzrə ölçülmüş aktivlərdir.
13.7. I dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı bazar və əməliyyat riskləri dərəcəsi üzrə ölçülmüş aktivlər 2021-ci ilin yanvar ayının 1-dən nəzərə alınır.
14. Leverec əmsalına dair tələblər və onun hesablanması
14.1. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar leverec əmsalını 4 (dörd) faizdən az olmayan səviyyədə saxlamalıdır.
14.2. Sistem əhəmiyyətli bankların leverec əmsalı 5 (beş) faizdən az ola bilməz.
14.3. Leverec əmsalında nəzərə alınması üçün balansdankənar öhdəliklərin icra məbləği aşağıda müəyyən olunmuş əmsallar ilə kreditə konvertasiya olunur:
14.3.1. müddəti bir ilədək olan balansdankənar öhdəliklər – 20 (iyirmi) faizlə (kreditə konvertasiya əmsalı – 0,2);
14.3.2. müddəti bir ildən çox olan balansdankənar öhdəliklər – 50 (əlli) faizlə (kreditə konvertasiya əmsalı – 0,5);
14.3.3. bank aksepti və qiymətli kağızların alınması və satılması üzrə öhdəliklər – 100 (yüz) faizlə (kreditə konvertasiya əmsalı – 1,0);
14.3.4. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verən öhdəliklər – 10 (on) faizlə (kreditə konvertasiya əmsalı – 0,1).
14.4. Leverec əmsalı
14.5. Depozit valyuta svopları üzrə bağlanan əqdlər aşağıdakı hallarda netləşdirilərək leverec əmsalında nəzərə alınır:
14.5.1. müddəti 1 ilə qədər olan əqdlərin məcmu məbləği cəmi aktivlərin 10 (on) faizindən az hissəsini təşkil etdikdə;
14.5.2. müddəti 1 ildən artıq olan əqdlərin məcmu məbləği cəmi aktivlərin 15 (on beş) faizindən az hissəsini təşkil etdikdə;
14.5.3. depozit valyuta svopları üzrə bağlanan bütün əqdlərin cəmi məbləği cəmi aktivlərin 15 (on beş) faizindən az hissəsini təşkil etdikdə.
14.6. Netləşdirmə zamanı bankın svop əqdinin şərtlərinə uyğun olaraq digər banka yerləşdirdiyi depozitlər həmin bankın qarşısında yaranmış öhdəlik həcmində nəzərə alınmır.
14.7. Vəsaitlərin netləşdirilməsi üçün aşağıdakı şərtlər təmin edilməlidir:
14.7.1. yerləşdirilmiş depozit vəsaiti yerləşdirən bank üçün bloklaşdırılır;
14.7.2. yerləşdirilmiş depozit cəlb edilmiş vəsait üçün girov qismində çıxış edir.
15. Yekun müddəalar
Bu Qaydalar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
[19]
“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na
Əlavə 1
|
İstehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsinin hesablanması qaydası
1. Mərkəzi Bank tərəfindən istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsinin hesablanması aşağıdakı ardıcıllıqla aparılır:
1.1. hər bir bankdan əvvəlki rübdə verilmiş istehlak kreditlərinin aşağıdakı növləri üzrə orta faiz dərəcələri əldə edilir:
1.1.1. avtomobil kreditləri;
1.1.2. kredit kartı vasitəsi ilə verilən kreditlər;
1.1.3. yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər;
1.1.4. məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər;
1.1.5 digər istehlak kreditləri.
1.2. əldə edilmiş orta faiz dərəcələri əsasında istehlak kreditinin hər bir növü üzrə sektorun medianı müəyyən edilir.
2. Hər bir bank tərəfindən bankın əvvəlki rübdə müvafiq valyutada verdiyi
istehlak krediti növü üzrə orta faiz dərəcəsinin hesablanması (həmin bank üzrə) aşağıdakı düstur ilə aparılır:
Burada:
– bankın əvvəlki rübdə müvafiq valyutada verdiyi
istehlak krediti növü üzrə kreditlərin orta faiz dərəcəsi;
– bankın əvvəlki rübdə müvafiq valyutada verdiyi
istehlak krediti növü üzrə k-cı kreditin məbləği;
- bankın əvvəlki rübdə müvafiq valyutada verdiyi
istehlak krediti növü üzrə k-cı kreditin faiz dərəcəsi;
– istehlak kreditinin növü;
– kreditın sıra nömrəsi,
– j istehlak krediti növü üzrə kreditlərin ümumi sayı.
3. Bank bu Əlavənin 2-ci hissəsində müəyyən edilmiş formada hesabladığı orta faiz dərəcəsini, hesablamaların əsasını təşkil edən məlumatlarla birlikdə Mərkəzi Bankın müəyyən etdiyi formada prudensial hesabatlarla birgə Mərkəzi Banka təqdim edir.
“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na
Əlavə 2
|
Kontr-tsiklik kapital buferinin hesablanması və açıqlanması qaydası
1. Kontr-tsiklik kapital buferinin yaradılması üçün əsas göstərici kimi kredit qəpi çıxış edir.
2. Kredit qəpi – müvafiq dövrdə banklar tərəfindən müştərilərə verilmiş kredit portfelinin ÜDM-ə nisbətinin bu nisbətin uzunmüddətli trendinin həmin dövrə olan göstəricisinin fərqidir.
3. Kredit portfelinin ÜDM-ə nisbətinin uzunmüddətli trendi hesablanarkən 10 illik göstəricilər nəzərə alınır. Trend müəyyən edilərkən Hodrick-Prescott filtri istifadə edilir, hamarlaþdýrýcý parametr (l - lambda) isə 1,600 və ya 400,000 kimi müəyyən edilə bilər.
4. Əsas göstərici olaraq kredit qəpi 2-10% aralığında dəyişərkən kontr-tsiklik kapital buferi müvafiq olaraq 0-2.5% aralığında aşağıdakı düstura uyğun olaraq (bu Əlavənin 5-ci hissəsinin tələbləri nəzərə alınmaqla) müəyyən edilir:
Kontr-tsiklik kapital buferi =
5. Kontr-tsiklik kapital buferini təyin edərkən, kredit qəpindən əlavə olaraq aşağıdakı göstəricilər nəzərə alınır:
5.1. real ÜDM artımı;
5.2. bank sektorunun kapitalının gəlirliliyinin artımı;
5.3. bank sektorunun itkiləri;
5.4. əmlak və səhm bazarı göstəricilərinin uzunmüddətli trenddən deviasiyası;
5.5. eyni müddətli dövlət qiyməti kağızları və korporativ qiyməli kağızların gəlirliliyinin fərqi.
6. Tələb olunan kapital buferi dərəcəsi artırıldığı təqdirdə, bu tələb artımın elan edildiyi tarixdən 6 (altı) ay sonra, azalma tələbi isə azalmanın elan edildiyi tarixdən etibarən qüvvəyə minir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 2.1.9-cu yarımbəndə “qəbul etmək” sözlərindən sonra “hüququ verən” sözləri əlavə edilmişdir.
[2]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 2.1.21-ci yarımbənd ləğv edilmişdir.
[3]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na yeni məzmunda 2.2-ci bənd əlavə edilmişdir.
[4]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.1.1-ci yarımbəndə “tələblər” sözündən sonra “, yaxud aktivin bu ölkələrin hökumətləri və ya mərkəzi bankları tərəfindən qeyd-şərtsiz təmin olunmuş hissəsi” sözləri əlavə edilmişdir.
[5]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 9.3.1.9-cu və 9.3.1.10-cu yarımbəndlər əlavə edilmişdir.
[6]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.2.10-cu, 9.3.4.5-ci, 9.3.6.2-ci və 9.3.8.1-ci yarımbəndlərdən “uzunmüddətli” sözü çıxarılmışdır.
[7]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.2.10-cu yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və 9.3.2.11-ci və 9.3.4.6-cı yarımbəndlər ləğv edilmişdir.
[8]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.3.1-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 9.3.3.2-ci yarımbənd əlavə edilmişdir.
[9]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.4.9-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 9.3.4.10-cu yarımbənd əlavə edilmişdir.
[10]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.6.7-ci yarımbəndini “9.3.7-ci,” və “9.3.9-cu və” sözləri çıxarılmışdır, “9.3.10-cu” sözlərindən sonra “və 9.3.11-ci” sözləri əlavə edilmişdir, yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 9.3.6.8-ci yarımbənd əlavə edilmişdir.
[11]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.6.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 9.3.6.8-ci yarımbənd əlavə edilmişdir.
[12]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.8.1-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və 9.3.7-ci, 9.3.8.2-ci, 9.3.8.3-cü və 9.3.9-cu yarımbəndlər ləğv edilmişdir.
[13]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.10.1-ci yarımbəndə ”BGN əmsalı” sözlərindən əvvəl “BGN əmsalı 45 (qırx beş) faizdən yuxarı olan, lakin 60 (altmış) faiz həddini keçməyən və ya” sözləri əlavə edilmişdir və həmin yarımbənddən “(təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla)” sözləri çıxarılmışdır.
[14]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.10.1-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 9.3.10.2-ci və 9.3.10.3-cü yarımbəndlər əlavə edilmişdir.
[15]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na yeni məzmunda 9.3.11-ci yarımbənd əlavə edilmişdir.
[16]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.4.2-ci yarımbənddən “və 7 il və ya daha az” sözləri çıxarılmışdır.
[17]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 11.2-ci bəndə “müəyyən edilmiş” sözlərindən sonra “və orta aylıq əsasda hesablanmış” sözləri əlavə edilmişdir.
[18]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 13.5-ci bənddə “saylı” sözü “nömrəli” sözü ilə əvəz edilmişdir.
[19]
01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202208010321, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il) ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 15-ci bənd ləğv edilmişdir.