AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
29.03.2001
QEYDİYYAT NÖMRƏSİ
454
ADI
Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2001, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 162)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1. "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur). [1]

2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 29 mart 2001-ci il

   № 454

 


 

Azərbaycan Respublikası Prezidentinin

2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumİ müddəalar

 

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 11 fevral tarixli 281 nömrəli Fərmanı ilə yaradılmışdır.

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

3. Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

4. Nazirlik ona həvalə edilmiş vəzifələri özü və ya bilavasitə ona tabe olan vergi orqanları vasitəsi ilə həyata keçirir. [2]

5. Nazirlik hüquqi şəxsdir, müstəqil balansa, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara, blanklara, bank hesablarına malikdir.

6. Nazirlik dövlət büdcəsinin vəsaiti hesabına və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

7. Nazirlik Bakı şəhərində yerləşir.

II. Nazİrlİyİn vəzİfələrİ

8. Nazirliyin vəzifələri aşağıdakılardır:

8.1. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək; [3]

8.1-1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək; [4]

8.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kommersiya təşkilatlarının siyahısını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;

8.2. Vergi qanunvericiliyi ilə bağlı vergi ödəyicilərinə məlumatların verilməsini, vergilərin hesablanması və ödənilməsi barədə onlara əvəzsiz olaraq izahatların verilməsini təmin etmək;

8.3. Vergi sahəsində hüquq pozuntularını doğuran səbəbləri araşdırmaq və belə halların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək;

8.3-1. vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat vermək; [5]

8.4. Vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək;

8.4-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək; [6]

8.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

III. Nazİrlİyİn funksİyaları

9. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

9.1. Azərbaycan Respublikasının vergi siyasətinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır;

9.2. Vergi münasibətlərini tənzimləyən qanunvericilik aktlarının layihələrinin hazırlanmasında iştirak edir;

9.3. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riayət olunmasını, dövlət vergilərinin və ona həvalə edilmiş digər daxilolmaların düzgün hesablanmasını, vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsi ilə bağlı dövlət vergi orqanlarının işini təşkil edir;

9.4. Azərbaycan Respublikasının dövlət büdcəsinin vergilər üzrə daxilolma proqnozunun hazırlanmasında iştirak edir;

9.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riayət olunmasını təmin edən tədbirlər hazırlayır və həyata keçirir;

9.6. Azərbaycan Respublikasının dövlət vergi orqanlarının inkişaf proqramlarının hazırlanmasında iştirak edir və onu həyata keçirir;

9.7. Hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparır və bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir;

9.8. Vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplayır, təhlil edir, onu qiymətləndirir və belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verir;

9.9. Vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər bölmələrinin (obyektlərinin), habelə nəzarət-kassa aparatlarının uçotunu aparır. [7]

9.9-1. kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirir və dövlət reyestrini aparır və bununla bağlı məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə aidiyyəti dövlət orqanlarına göndərir; [8]

9.9-2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77-1-ci maddəsinə uyğun olaraq, ərizə ilə müraciət etmiş vergi ödəyicilərinin həmin ərizədə göstərilən əməliyyatı ilə bağlı vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar qəbul edir; [9]

9.9-3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.4-cü maddəsinə uyğun olaraq, ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə satış üçün vergi ödəyicilərinin qeydiyyatını aparır, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı ilə və texniki avadanlıqla təchiz edir;

9.9-4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” verir;

9.10. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi, kommersiya və bank sirrinin, qorunması qaydalarına riayət edir və onu təmin edir; [10]

9.11. Vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunla müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini təqdim edir;

9.12. Vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür;

9.13. Tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirir; [11]

9.14. Qanunvericiliyi uyğun olaraq cinayət işləri üzrə təhqiqat, istintaq aparır və əməliyyat-axtarış fəaliyyətini həyata keçirir;

9.15. Vergilərin və digər daxilolmaların hesablanması və ödənilməsi ilə bağlı vergi hesabatlarının, bəyannamələrin və digər sənədlərin formalarını tərtib edir; [12]

9.16. Qanunvericiliyə müvafiq olaraq vergi nəzarətinin forma və metodlarını müəyyən edir;

9.17. Şikayətlərə və müraciətlərə vaxtında və obyektiv baxılmasını təmin edir, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görür;

9.18. Azərbaycan Respublikası dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin qərarlarından (o cümlədən normativ aktlardan), hərəkətindən (hərəkətsizliyindən) şikayətvermə üzrə vergi ödəyicilərinin öz hüquqlarını gerçəkləşdirməsinə şərait yaradır;

9.19. Xarici dövlətlərin vergi və digər səlahiyyətli orqanları ilə əməkdaşlıq edir;

9.20. İqtisadiyyat, o cümlədən maliyyə, vergitutma və investisiyaların cəlb edilməsi ilə bağlı digər ölkələrlə Azərbaycan Respublikası arasında münasibətlərin tənzimlənməsinə dair təkliflərin hazırlanmasında iştirak edir;

9.21. Nazirliyin vəzifəli şəxslərinin və onun tabeliyində olan digər struktur bölmələrinin işçilərinin təhlükəsizliyini, onların sosial və hüquqi müdafiəsini təmin edir;

9.22. Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı və əlavə təhsili ilə bağlı tədbirlər keçirir: [13]

9.23. Azərbaycan Respublikası dövlət vergi orqanlarının vahid avtomatlaşdırılmış məlumat sisteminin yaradılmasını təmin edir;

9.24. Öz vəzifələrinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.

10. Nazirlik öz vəzifələrini və funksiyalarını mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq mühafizə, maliyyə və digər dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirir.

IV. Nazİrlİyİn hüquqları

11. Nazirliyin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

11.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamaları keçirmək;

11.2. Vergitutma bazası həcminin müəyyənləşdirilməsi, aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markalarla markalanmaqla satılmasına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin vergitutma obyektlərinin uçotunu, əhali ilə pul hesablaşmalarının aparılması sahəsində qanunvericiliyə riayət olunmasını yoxlamaq məqsədi ilə vergi ödəyicilərinə qanunla nəzərdə tutulmuş hallarda və qaydada operativ nəzarəti həyata keçirmək; [14]

11.3. Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vasitələri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onların vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumatlar almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; [15]

11.3-1. Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək; [16]

11.3-2. Maliyyə institutlarında vergi monitorinqini aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda almaq;

11.4. Vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsalat, anbar, ticarət və digər binalarda (ərazilərdə) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, qanunla müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və nümunə kimi əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydada inventarizasiyasını aparmaq; [17]

11.5. Vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyin tələb etmək; [18]

11.6. Vergi qanunvericiliyinə müvafiq olaraq bazar qiymətləri nəzərə alınmaqla vergilərin hesablanmasını təmin etmək məqsədi ilə bazar qiymətlərinin qeydə alınmasını və bazar qiymətləri barədə informasiya bazasının yaradılmasını təmin etmək;

11.7. Vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlaqəli məlumatlara əsasən, yaxud birbaşa və ya dolayı qiymətləndirmə metodlarından istifadə etməklə vergitutma bazasını və vergiləri hesablamaq;

11.8. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi öhdəliklərinin yerinə yetirilməsi müddətini dəyişdirmək;

11.9. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, vergi ödəyicilərinin vergi borclarına faizlər hesablamaq, onlara maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək;

11.10. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək;

11.10-1. Səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə, faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək; [19]

11.11. Hesablanmış vergilərin, faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və inzibati cərimələrin nağd və ya köçürmə qaydasında ödənilməsini təmin etmək; [20]

11.12. Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün blanklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək; [21]

11.13. Qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq; [22]

11.13-1. vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; [23]

11.14. Vergilər üzrə borcların, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş hallarda və qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbir görmək;

11.14-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq; [24]

11.14-2. vergi risklərinin minimallaşdırılması məqsədi ilə vergi ödəyiciləri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada və formada “Vergi partnyorluğu sazişi” bağlamaq; [25]

11.5. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;

11.16. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada təhqiqat və istinad aparmaq;

11.17. Vergi nəzarətini həyata keçirmək məqsədilə mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək;

11.18. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətin belə razılıq olmadan həyata keçirildiyi halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görmək;

11.19. Nəzarət-kassa aparatlarının tətbiqinə və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsinə nəzarət etmək;

11.20. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə məşğul olan şəxslərdən lisenziyanın geri alınması barədə xüsusi razılıq (lisenziya) verən orqanın qarşısında vəsatət qaldırmaq;

11.21. Qanunla müəyyən edilmiş hallarda kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq. [26]

11.22. Düzgün müəyyənləşdirilməmiş tənzimlənən qiymət və tariflərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə onları müəyyən edən orqan qarşısında məsələ qaldırmaq;

11.23. Müntəzəm nəzarət tələb olunan yerlərdə müəyyən olunmuş qaydada stasionar vergi məntəqələri yaratmaq;

11.23-1. aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək; [27]

11.23-2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

11.23-3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, məcburi nişanlamanın hazırlanmasını, onların vergiödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;

11.23-4. Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək; [28]

11.24. Aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markalar ilə markalanmış malların satışının həyata keçirilməsi faktı aşkar edildikdə, həmin malları siyahıya almaq və qanunvericiliyə uyğun olaraq tədbir görmək; [29]

11.25. Dövlət vergi orqanlarının üzərinə düşən vəzifələri yerinə yetirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeliyində olan vergi orqanları, təhsil müəssisələri və digər qurumlar yaratmaq və ləğv etmək; [30]

11.26. Tabeliyində olan vergi orqanlarının və digər struktur bölmələrinin fəaliyyətinə rəhbərlik etmək, onların əsasnamələrini (nizamnamələrini) təsdiq etmək; [31]

11.27. Ərizələri və digər məlumatları qeydiyyata almaq, qanunla müəyyən edilmiş qaydada onların yoxlanılmasını təşkil etmək;

11.28. Struktur bölmələrinin vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv etmək;

11.29. Öz səlahiyyətləri daxilində bütün vergi ödəyiciləri üçün icrası məcburi olan qərarlar qəbul etmək;

11.30. Dövlət vergi orqanlarının səlahiyyətlərinə aid məsələlər üzrə metodik və təlimat xarakterli göstərişlər, məsləhət və izahatlar vermək;

11.31. Qanunvericiliklə müəyyən edilmiş qaydada rabitə və məlumatların ötürülməsi sistemi yaratmaq;

11.32. Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Nazİrlİyİn fəalİyyətİnİn təşkİlİ

12. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən nazir rəhbərlik edir.

12-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. [32]

13. Vergilər naziri Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və onun funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

14. Vergilər nazirinin birinci müavini və üç müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.

15. Vergilər naziri aşağıdakı səlahiyyətlərə malikdir:

15.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

15.2. Nazirin müavinləri arasında vəzifə bölgüsünü aparır, nazirliyin müvafiq struktur bölmələrinin idarə olunmasını onlara həvalə edir;

15.3. Əməyin ödənilməsi fondu və işçilərin sayı üzrə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hədd daxilində, nazirliyin mərkəzi aparatının strukturunu və ştat cədvəlini, habelə yerli qurumların strukturunu və ştat cədvəlini təsdiq edir;

15.4. Nazirliyin struktur bölmələrinin funksional təyinatını və say tərkibini müəyyən edir və zərurət olduqda həmin strukturda dəyişikliklər aparır;

15.5. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir; [33]

15.6. Müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin sayı daxilində nazirliyin mərkəzi aparatının saxlanması üçün xərclər smetasını təsdiq edir; [34]

15.7. Dövlət vergi orqanlarının vəzifəli şəxslərini, tabeliyindəki digər struktur bölmələrinin əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad edir;

15.8. Azərbaycan Respublikasının dövlət orqanlarında, idarə və təşkilatlarında, habelə başqa dövlətlərin vergi orqanları ilə münasibətlərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarını təmsil edir, Azərbaycan Respublikasının digər dövlət orqanları ilə Nazirliyin qarşılıqlı fəaliyyətini təmin edir;

15.9. Öz səlahiyyətləri daxilində dövlət vergi orqanlarının vəzifəli şəxslərinə qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rütbələr, ali xüsusi rütbələrin verilməsi haqqında isə təqdimat verir;

15.10. Xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması üçün müəyyən olunmuş qaydada təqdimat verir;

15.11. Nazirliyin səlahiyyətləri daxilində normativ aktları imzalayır (təsdiq edir) və onların icra vəziyyətinin yoxlanılmasını təşkil edir;

15.12. Dövlət vergi orqanlarının, tabeliyindəki digər struktur bölmələrinin əməkdaşları barəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş intizam tənbehləri tətbiq edir;

15.13. Dövlət vergi orqanlarının, tabeliyində olan digər struktur bölmələrinin işçiləri barədə həvəsləndirmə tədbirləri görür;

15.14. Ona verilmiş ayrı-ayrı səlahiyyətlərdən tabeliyindəki vəzifəli şəxslərin istifadə edilməsinə razılıq verir;

15.15. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlardan istifadə edir və funksiyalar həyata keçirir;

16. Azərbaycan Respublikasının Vergilər Nazirliyində nazirdən (kollegiyanın sədri) və nazirin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının Vergilər nazirindən, habelə Nazirliyin digər rəhbər işçilərindən ibarət kollegiya təşkil olunur. Kollegiyanın tərkibi vəzifələr üzrə nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

17. Kollegiya öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı mühüm məsələlərə baxır və onlar haqqında müvafiq qərarlar qəbul edir.

18. Nazirliyin kollegiyasının iclasları kollegiyanın üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın iclasında səslər bərabər bölündükdə kollegiyanın sədrinin səsi həlledici hesab edilir. Kollegiyanın qərarları nazirin əmrləri ilə həyata keçirilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 sentyabr 2005-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, Maddə 797)

2.       12 may 2006-cı il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 400)

3.       11 aprel 2007-ci il tarixli 561 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 323)

4.       28 dekabr 2007-ci il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1246)

5.       11 noyabr 2008-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 noyabr 2008-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 972)

6.       28 oktyabr 2009-cu il tarixli 167 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 oktyabr  2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 780)

7.       21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289)

8.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı  (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

9.       6 fevral 2013-cü il tarixli 817 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 fevral 2013-cü il, № 28; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 111)

10.    23 iyul 2013-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2013-cü il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 806)

11.    23 iyun 2016-cı il tarixli 942 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyun 2016-cı il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1038)

12.    13 fevral 2017-ci il tarixli 1239 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 fevral 2017-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 183)

13.    30 may 2017-ci il tarixli 1438 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 842)

14.    5 oktyabr 2017-ci il tarixli 1616 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 oktyabr 2017-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1783)

15.    20 dekabr 2018-ci il tarixli 415 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2572)

16.    1 mart 2019-cu il tarixli 568 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 409)

17.    12 may 2020-ci il tarixli 1017 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 542)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 may 2020-ci il tarixli 1017 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 542) ilə ləğv edilmişdir.

 

[2] 6 sentyabr 2005-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, Maddə 797) ilə 4-cü bənddə "ərazi" sözü çıxarılmışdır.

 

[3] 12 may 2006-cı il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 400) ilə 8.1-ci bənddə “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “öz səlahiyyətləri daxilində” sözləri əlavə edilmişdir.

 

[4] 1 mart 2019-cu il tarixli 568 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 409) ilə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 8.1-1-ci və 8.1-2-ci bəndlər əlavə edilmişdir.

 

[5] 23 iyul 2013-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2013-cü il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 806) ilə 8.3-1-ci bənd əlavə edilmişdir.

 

[6] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»yə 8.4-1-ci bənd əlavə edilmişdir.

 

[7] 11 aprel 2007-ci il tarixli 561 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 323) ilə "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"nin 9.9-cu bəndində "Vergi ödəyicilərinin" sözlərindən sonra ", onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), habelə nəzarət-kassa aparatlarının" sözləri əlavə edilmişdir.

 

28 oktyabr 2009-cu il tarixli 167 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 oktyabr  2009-cu il, № 241, , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 780) ilə Əsasnamə”nin 9.9-cu bəndində “təsərrüfat subyektlərinin” sözləri “bölmələrinin” sözü ilə əvəz edilmişdir.

 

[8] 28 oktyabr 2009-cu il tarixli 167 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 oktyabr  2009-cu il, № 241, , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 780) ilə «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»yə yeni məzmunda 9.9-1-ci bənd əlavə edilmişdir, 11.21-ci bənd isə çıxarılmışdır.

23 iyul 2013-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2013-cü il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 806) ilə 9.9-1-ci bəndə “məlumatları” sözündən sonra “(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)” sözləri əlavə edilmişdir.

13 fevral 2017-ci il tarixli 1239 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 fevral 2017-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 183) ilə 9.9-1-ci yarımbəndə “şəxslərin,” sözündən sonra “publik hüquqi şəxslərin,” sözləri əlavə edilmişdir.

 

[9] 5 oktyabr 2017-ci il tarixli 1616 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 oktyabr 2017-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1783) ilə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 9.9-2-ci, 9.9-3-cü, 9.9-4-cü bəndlər əlavə edilmişdir.

 

[10] 5 oktyabr 2017-ci il tarixli 1616 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 oktyabr 2017-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1783) ilə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 9.10-cu bəndində “vergi və kommersiya” sözləri “vergi, kommersiya və bank” sözləri ilə əvəz edilmişdir.

 

[11] 6 sentyabr 2005-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  2005-ci il, № 9, Maddə 797) ilə 9.13-cü bənddə "Ərazi" sözü "Tabeliyində olan" sözləri ilə əvəz edilmişdir.

 

[12] 12 may 2006-cı il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 400) ilə 9.15-ci bənddən “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla” sözləri çıxarılmışdır.

 

[13] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı  (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 9.22-ci bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə, 11.25-ci bəndində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

[14] 6 fevral 2013-cü il tarixli 817 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 fevral 2013-cü il, № 28; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 111) ilə 11.2-ci bənddə “, lakin markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların,” sözləri “malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markalarla markalanmaqla satılmasına,” sözləri ilə, “uçotu” sözü “uçotunu” sözü ilə əvəz edilmişdir.

 

[15] 23 iyul 2013-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2013-cü il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 806) ilə 11.3-cü bənddən “habelə” sözü çıxarılmışdır və həmin bəndə “almaq” sözündən sonra “, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək” sözləri əlavə edilmişdir.

 

[16] 5 oktyabr 2017-ci il tarixli 1616 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 oktyabr 2017-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1783) ilə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 11.3-1-ci və 11.3-2-ci bəndlər əlavə edilmişdir.

 

[17] 23 iyul 2013-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2013-cü il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 806) ilə 11.4-cü bənddə “Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada” sözləri “istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada” sözləri ilə əvəz edilmişdir və həmin bəndə ikinci halda “qaydada” sözündən sonra “elektron və (və ya) kağız formatda aparılan” sözləri əlavə edilmişdir.

 

[18] 12 may  2006-cı il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 400) ilə 11.4-cü bənddə “binalarda” sözündən sonra mötərizədə “(ərazilərdə)” sözü və “əşyaları götürmək” sözlərindən sonra “, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydada inventarizasiyasını aparmaq” sözləri əlavə edilmişdir.

11.5-ci bənddə “aradan qaldırılmasını” sözlərindən sonra “, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini” sözləri əlavə edilmişdir.

 

[19] 5 oktyabr 2017-ci il tarixli 1616 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 oktyabr 2017-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1783) ilə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 11.10-1-ci bənd əlavə edilmişdir.

 

[20] 30 may 2017-ci il tarixli 1438 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 842) ilə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 11.11-ci bəndindən “nağd və ya” sözləri çıxarılmışdır.

 

[21] 12 may  2006-cı il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 400) ilə 11.10-cu bənddən “və ya məqsədli dövlət fondlarına” sözləri çıxarılmışdır.

11.12-ci bənddən “və ya məqsədli dövlət fondlarına” sözləri çıxarılmışdır və bu bənddə “müvafiq olaraq” sözlərindən sonra “hesablanmış” sözü əlavə edilmişdir, “borcların, faizlərin və maliyyə sanksiyalarının” sözləri “borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının” sözləri ilə, “icra sənəd” sözləri “icra (ödəniş) sənədi” sözləri ilə əvəz edilmişdir.

 

[22] 12 may  2006-cı il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 400) ilə 11.13-cü bənddə “və qaydada vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesabları üzrə əməliyyatlarının dayandırılması üçün banklara və ya digər kredit təşkilatlarına icra sənədi olan sərəncam vermək” sözləri “vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq” sözləri ilə əvəz edilmişdir.

 

[23] 23 iyun 2016-cı il tarixli 942 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyun 2016-cı il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1038) ilə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 11.13-1-ci bənd əlavə edilmişdir.

 

[24] 5 oktyabr 2017-ci il tarixli 1616 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 oktyabr 2017-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1783) ilə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 11.14-1-ci bəndə “dövlət büdcəsinə alınması” sözlərindən sonra “, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması” sözləri əlavə edilmişdir.

 

[25] 23 iyul 2013-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2013-cü il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 806) ilə 11.14-1-ci və 11.14-2-ci bəndlər əlavə edilmişdir.

 

[26] 11 noyabr 2008-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 noyabr 2008-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 972) ilə "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"yə yeni məzmunda 11.21-ci bənd əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

11.21. Qanunla müəyyən edilmiş qaydada hüquqi şəxslərin dövlət qeydiyyatının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qarşısında məsələ qaldırmaq;

13 fevral 2017-ci il tarixli 1239 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 fevral 2017-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 183) ilə 11.21-ci yarımbənddə “qurumlarının” sözündən sonra “və publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[27] 23 iyun 2016-cı il tarixli 942 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyun 2016-cı il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1038) ilə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 11.23-1-ci bənd əlavə edilmişdir.

 

[28] 20 dekabr 2018-ci il tarixli 415 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2572) ilə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 11.23-2 – 11.23-4-cü bəndlər əlavə edilmişdir.

 

[29] 6 fevral 2013-cü il tarixli 817 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 fevral 2013-cü il, № 28; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 111) ilə 11.24-cü bənddə “markalanmadan və ya saxta aksiz markaları” sözləri “, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markalar” sözləri ilə əvəz edilmişdir.

 

[30] 6 sentyabr 2005-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  2005-ci il, № 9, Maddə 797) ilə 11.25-ci bənddə "ərazi" sözü "tabeliyində olan" sözləri ilə əvəz edilmişdir.

 

[31] 6 sentyabr 2005-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  2005-ci il, № 9, Maddə 797) ilə 11.26-cı bənddə "Ərazi" sözü "Tabeliyində olan" sözləri ilə əvəz edilmişdir.

 

[32] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»yə 12-1-ci bənd əlavə edilmişdir.

 

[33] 6 sentyabr 2005-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  2005-ci il, № 9, Maddə 797) ilə 15.5-ci bənddə "Ərazi dövlət vergi orqanlarının və tabeliyində olan" sözləri "Tabeliyində olan vergi orqanlarının və" sözləri ilə əvəz edilmişdir.

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»nin 15.5-ci bənd aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

15.5. Tabeliyində olan vergi orqanlarının və digər struktur bölmələrinin əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

 

[34] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»nin 15.3-cü və 15.6-cı bəndlərdən «mərkəzi» sözü çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status