"Təbii inhisarlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Təbii inhisarlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
Müəyyən edilsin ki:
"Təbii inhisarlar haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında və 9-cu maddəsinin onuncu abzasında, 5-ci maddəsinin 3-cü hissəsində, 9-cu maddəsinin birinci hissəsinin ikinci və doqquzuncu bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
[1]
həmin Qanunun 6-cı maddəsinin 1-ci və 3-cü hissələrində; 7-ci maddəsində; 9-cu maddəsinin dördüncü, beşinci, altıncı, onuncu və onbirinci abzaslarında; 10-cu maddəsinin 1-ci və 2-ci hissələrində; 11-ci maddəsinin 1-ci hissəsinin 1.1-ci, 1.3-cü və 1.5-ci bəndlərində, 12-ci və 13-cü maddələrində nəzərdə tutulmuş "təbii inhisarları tənzimləyən orqanlar"ın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirirlər;
[2]
həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin birinci abzasında, 3-cü hissəsinin birinci abzasında, 4-cü, 5-ci, 6-cı və 7-ci hissələrində; 9-cu maddəsinin ikinci, üçüncü, yeddinci, səkkizinci və doqquzuncu abzaslarında; 10-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş "təbii inhisarları tənzimləyən orqan"ın, 11-ci maddəsinin 1-ci hissəsinin 1.4-cü bəndində və 2-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir.
[3]
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 2 mart 2001-ci il
№ 446
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
2.
14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601)
3.
15 noyabr 2013-cü il tarixli 24 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 17 noyabr 2013-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1328)
4.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)
5.
14 sentyabr 2015-ci il tarixli 596 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 sentyabr 2015-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 983)
6.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
15 noyabr 2013-cü il tarixli 24 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 17 noyabr 2013-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1328) ilə üçüncü abzasında “və 9-cu maddəsinin onuncu abzasında” sözləri “, 5-ci maddəsinin 3-cü hissəsində, 9-cu maddəsinin birinci hissəsinin ikinci və doqquzuncu bəndlərində” sözləri ilə əvəz edilmişdir.
[2]
14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601) ilə üçüncü abzasında «Maliyyə Nazirliyi» sözlərindən sonra «və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası» sözləri əlavə edilmişdir.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə dördüncü və beşinci abzaslarında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə dördüncü və beşinci abzaslardan “və Sənaye” sözləri çıxarılmışdır.
[3]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə üçüncü abzasda "İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi" sözləri, dördüncü abzasında "Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi" sözləri "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
14 sentyabr 2015-ci il tarixli 596 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 sentyabr 2015-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 983) ilə beşinci abzasında “və 11-ci maddəsinin 1.4 bəndində” sözləri “, 11-ci maddəsinin 1-ci hissəsinin 1.4-cü bəndində və 2-ci hissəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilmişdir.