×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
16.02.2001
QEYDİYYAT NÖMRƏSİ
78-IIQ
ADI
Narkotik maddələrin qəbul edilməsi və narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Parsial Sazişə Azərbaycan Respublikasının qoşulması barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2001, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 134)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Narkotik maddələrin qəbul edilməsi və narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Parsial Sazişə Azərbaycan Respublikasının qoşulması barədə

Narkotik maddələrin qəbul edilməsi və narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Parsial Sazişə Azərbaycan Respublikasının qoşulması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Narkotik maddələrin qəbul edilməsi və narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Parsial Sazişə (Sazişi Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 1980-ci il martın 27-də və 1980-ci il sentyabrın 17-də qəbul edilmiş (80)2 və (80)15 saylı qətnamələr təşkil edir və bu qətnamələr əsasında Pompidu işçi qrupu yaradılmışdır) qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 16 fevral 2001-ci il
№ 78-IIQ

 

Narkotiklərin zərərli məqsədlərlə istifadəsi və qeyri-qanuni ticarətinə qarşı mübarizə aparan  Əməkdaşlıq qrupunu (Pompidu qrupu) təsis edən

Qətnamə (80) 2

 

(27 mart 1980-ci ildə nazir müavinlərinin 317-ci iclasında

Nazirlər Komitəsi tərəfindən qəbul olunmuşdur)

 

 Belçika, Danimarka, Fransa, Almaniya Federativ Respublikası, İrlandiya, İtaliya, Lüksemburq, Niderland (rəsmi adı ilə Niderland Krallığı),  İsveç, Türkiyə və Birləşmiş Krallıq Avropa Şurası Nazirlər Komitəsinin üzvü qismində çıxış edərək,

 13 noyabr 1979-cu ildə Stokholmda Pompidu qrupunun V Nazirlər Konfransı tərəfindən çıxarılmış qərarı nəzərə alaraq,

 Nazirlər Komitəsinin Parsial Sazişlə əlaqədar olan (51) 62 saylı Qətnaməsini nəzərə alaraq,

 Parsial Sazişin əsasları üzrə Avropa Şurası çərçivəsində Pompidu qrupunun işlərini davam etdirməklə əlaqədar olan Nazirlər Komitəsinin  müavinlər səviyyəsində keçirilən 317-ci iclasında çıxarılmış qərarları nəzərə alaraq,

 Pompidu qrupunun öz fəaliyyətini mümkün qədər daha məhsuldar davam etdirməsi üçün imkanlar yaratmaq ehtiyacını müəyyən edərək,

 narkotiklərin zərərli məqsədlərlə istifadəsi və qeyri-qanuni ticarətinə qarşı mübarizə aparan Əməkdaşlıq qrupunu (Pompidu qrupu) təsis  etməyi qərara alır.

 I. Pompidu qrupunun məqsədi narkotiklərin zərərli məqsədlərlə istifadəsi və qeyri-qanuni ticarəti probleminin hərtərəfli öyrənilməsinin  təşkili olacaqdır.

 II. İndiyədək bu Qrup tərəfindən istifadə olunan işləmə metodları bu Parsial Saziş tərəfindən tanınacaqdır.

Bu metodlar aşağıdakılardır:

 1. Ümumi qayda olaraq, hər iki ildən bir, yalnız nazirlər səviyyəsində keçirilən iclaslar, lakin şərait və təcililik, bu iki ildən bir keçirilən  iclaslara əlavə olaraq, Qrupun xüsusi iclaslarının da keçirilməsini tələb edə bilər;

 2. hər bir dövlət iclaslarda ya baxılan məsələnin predmeti ilə bağlı olan nazir(lər), ya da narkotika problemləri ilə əlaqədar olan  nazirliklərin fəaliyyətini əlaqələndirmək üçün hökumət tərəfindən təlimatlandırılan nazir vasitəsilə təmsil olunur;

 hər bir dövlət üçün təyin olunan daimi korrespondent iştirak edən nazir(lər)lə daimi əlaqədə olaraq Qrupun nazir iclaslarının  hazırlanması üçün məsuldur; ola bilər ki, ona mütəxəssislər tərəfindən yardım olunsun;

 3. daimi korrespondentlər və onların mütəxəssisləri nazir iclasları arasındakı zaman intervalı ərzində rəhbər göstərişlərin tətbiqini  həyata keçirmək və verilən mandata müvafiq surətdə nazirlərin gələcək iclaslarını hazırlamaq üçün iki dəfə görüşürlər. Bununla  əlaqədar olaraq onların vəzifələrinə daxildir:

 növbəti nazir iclasının gündəliyinin və predmetinin tərtibi;  əsas sənədlərin hazırlanması üçün materialların toplanması;  nazir iclaslarının praktiki hazırlığı üçün tədbirlərin görülməsi;  əvvəlki iclaslarda nazirlər tərəfindən müzakirə edilən predmetlə bağlı olaraq iştirakçı ölkələrdə son inkişafa dair məlumat  mübadiləsi;

 4. Qrup qəbul etdiyi qətnamələrdə olduğu kimi, daimi korrespondentlər tərəfindən hazırlanan sənədlərin dərci məsələsini həll edir;

 5. iclaslarda istifadə olunan dillər Danimarka, ingilis, fransız, alman, italyan, İsveç və türk dilləridir;

 6. iclasların vərəqələri ingilis və fransız dillərində təkrarən tərtib olunur.

 III. Avropa Şurasının üzvü olmayan dövlətlər Qrupun üzv dövlətlərinin yekdil razılığı ilə Qrupa qoşula bilər.

 IV. Avropa Şurasının katibliyi Qrupu aşağıdakı katiblik xidmətləri ilə təmin edir:

 1. həm nazirlər, həm də daimi korrespondentlər səviyyəsində Qrupun iclasları üçün vərəqələrin hazırlanması və yayılması;

 2. iclasların çağırılması;

 3. iki ildən bir Avropa Şurasının Strasburqdakı qərargahında və ya alternativ olaraq iştirakçı dövlətlərdən hər hansı birində keçirilə  bilən Qrupun nazir iclaslarının praktiki təşkili;

 4. nazir iclasları arasındakı intervalda iki ildən bir Avropa Şurasının Strasburqdakı qərargahında keçirilə bilən daimi korrespondentlər  səviyyəsindəki Qrupun iclaslarının praktiki təşkili;

 5. Qrupun vərəqələrini ingilis və fransız dillərinə tərcümə etmə;

 6. Qrupu, öz funksiyasını həyata keçirməsi ilə əlaqədar tələb etdiyi xidməti personalla təmin etmə;

 7. Qrup iclaslarının yekunlarının hazırlanması və yayılması.

 V. Parsial Saziş əsasında Qrupun əməliyyat xərcləri aşağıdakı kimi bölünəcəkdir:

 1. Qrupun iclaslarında iştirak edən şəxslərin (nazirlər, daimi korrespondentlər və mütəxəssislər) yol və qalmaq üçün tələb olunan  xərcləri maraqlı üzv dövlət tərəfindən ödəniləcəkdir;

 2. Avropa Şurasından başqa, hər bir digər yerdə keçirilən nazir iclaslarının praktiki təşkili ilə bağlı xərclər ərazi ölkəsi tərəfindən  ödəniləcəkdir;

 3. ümumi katiblik xərcləri (vərəqələr, xidməti personal, tərcümə, təfsir və bütün əməliyyat xərcləri) Qrupun üzv dövlətləri tərəfindən  maliyyələşdirilən Parsial Saziş büdcəsi tərəfindən ödəniləcək və Avropa Şurasının digər büdcə məsələlərindəki kimi eyni maliyyə  qaydaları vasitəsi ilə idarə olunacaqdır.

 

Narkotiklərin zərərli məqsədlərlə istifadəsi və qeyri-qanuni ticarətinə qarşı mübarizə aparan  Əməkdaşlıq qrupunu (Pompidu qrupu) təsis edən (80)2 saylı Qətnaməyə dəyişiklik edən

Qətnamə (80) 15

 

(17 sentyabr 1980-ci ildə nazir müavinlərinin 322-ci iclasında

Nazirlər Komitəsi tərəfindən qəbul olunmuşdur)

 

 Narkotiklərin zərərli məqsədlərlə istifadəsi və qeyri-qanuni ticarətinə qarşı mübarizə aparan Əməkdaşlıq qrupunun (Pompidu qrupu) üzvü  olan dövlətlərin Nazirlər Komitəsində təmsil olunan nümayəndələri(1),

 yuxarıda qeyd olunmuş Əməkdaşlıq qrupunu təsis edən (80)2 saylı Qətnaməni nəzərə alaraq,

 12 may 1980-ci il tarixli (CM (80)132) saylı Komitənin büdcə hesabatını nəzərə alaraq,

 Qrupun iclaslarında ingilis və fransız dilləri arasındakı tərcümələrin və bu və ya digər nümayəndə heyət(lər)inin tələbi əsasında hər  hansı digər dildən ingilis və fransız dillərinə tərcümələrin Əməkdaşlıq qrupu üzrə Parsial Sazişin büdcəsi tərəfindən ödəniləcəyinə dair  nazir müavinlərinin 321-ci iclasında çıxardıqları qərarı nəzərə alaraq,

 həmin qərarın nəticəsi kimi (80)2 saylı Qətnamənin 2-ci hissəsinin dəyişilməyə ehtiyac duyduğunu nəzərə alaraq,

 aşağıdakı kimi qərar qəbul edir:

 Yeganə maddə — (80)2 saylı Qətnamənin 2-ci hissəsi aşağıdakı kimi dəyişiləcəkdir:

 «İndiyədək Qrup tərəfindən istifadə olunan işləmə metodları aşağıda qeyd olunan 2-ci maddənin 5-ci hissəsində göstərilmiş müddəalara müvafiq  surətdə Parsial Saziş əsasında dəstəklənəcəkdir.

 İşləmə metodları aşağıdakılardır:

 (dəyişilməmişdir)

 (dəyişilməmişdir)

 (dəyişilməmişdir)

 Aşağıdakı 5-ci maddənin 3-cü bəndinə istinad edən Parsial Saziş büdcəsi Qrupun iclaslarında ingilis və fransız dilləri arasındakı tərcümələri və bu  və ya digər nümayəndə heyət(lər)inin tələbi əsasında hər hansı digər dildən ingilis və fransız dillərinə edilmiş tərcümələri ödəyir;  (dəyişilməmişdir)».

 

 

(1) Belçika, Danimarka, Fransa, Almaniya Federativ Respublikası, İrlandiya, İtaliya, Lüksemburq, Niderland Krallığı, İsveç, Türkiyə və  Birləşmiş Krallıq.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status