090.000.000
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunu tətbiq etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Əsasnaməyə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Əsasnamənin 5-ci maddəsində nəzərdə tutulmuş geyim formasının və fərqlənmə nişanlarının təchizat normasını və istifadə müddətlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Əsasnamənin 14-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılmasını, maliyyələşdirilməsini, təyinatına uyğun bina, müasir avadanlıq və digər zəruri təşkilatı-texniki vasitələrlə təchiz olunmasını təmin etsin, onun Əsasnaməsini və strukturunu təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Əsasnamənin 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin siyahısını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Əsasnamənin 33-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş vergi orqanlarında istifadə olunan xüsusi vasitələr, xidməti silah və onlar üçün sursatın siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri daxilində həmin Əsasnamədən irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsində, 74-cü maddəsinin birinci cümləsində, 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında və 78-ci maddəsində nəzərdə tutulmuş vergi orqanlarının vəzifəli şəxsləri dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri nəzərdə tutulur.
[1]
3. Müəyyən edilsin ki,
3.1. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 5-ci maddəsində (geyim formasının və fərqlənmə nişanlarının nümunəsinin müəyyənləşdirilməsinə dair), 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsində, 19-cu maddəsinin birinci cümləsində, 20-ci maddəsində, 30-cu maddəsində, 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında, 74-cü maddəsinin birinci cümləsində və 78-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
[2]
3.2. həmin Əsasnamənin 5-ci maddəsində (geyim formasının və fərqlənmə nişanlarının təchizat normasını və istifadə müddətlərinin müəyyənləşdirilməsinə dair), 6-cı, 33-cü maddəsinin ikinci hissəsində və 55-ci maddəsinin birinci hissəsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
[3]
3.3. həmin Əsasnamənin 5-1-ci maddəsində, 8-ci maddəsinin ikinci hissəsində, 14-cü maddəsində, 19-cu maddəsinin ikinci cümləsində, 31-ci maddəsində, 38-ci maddəsində, 43-cü maddəsində, 44-cü maddəsində, 45-ci maddəsinin 3-cü bəndində, 52-ci maddəsində, 53-cü maddəsinin birinci və ikinci hissələrində, 55-ci maddəsinin birinci hissəsində (ikinci halda), 57-ci maddəsində, 71-ci maddəsində, 75-ci maddəsinin ikinci hissəsində, 76-cı maddəsində, 79-cu maddəsində, 80-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
[4]
3.4. həmin Əsasnamənin 17-ci maddəsində “məhkəmə və” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi başa düşülür.
[5]
4. Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 20-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin mövcud fərdi rütbələri həmin Əsasnamə ilə nəzərdə tutulmuş xüsusi rütbələrə aşağıdakı qaydada bərabər tutulsun:
[6]
Ali dövlət vergi xidməti müşaviri
|
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri
|
1-ci, 2-ci, 3-cü dərəcəli baş dövlət vergi xidməti müşaviri və 1-ci dərəcəli böyük dövlət vergi xidməti müşaviri
|
baş vergi xidməti müşaviri
|
2-ci dərəcəli böyük dövlət vergi xidməti müşaviri
|
vergi xidməti müşaviri
|
3-cü dərəcəli böyük dövlət vergi xidməti müşaviri
|
kiçik vergi xidməti müşaviri
|
1-ci dərəcəli dövlət vergi xidməti müşaviri
|
1-ci dərəcəli müfəttiş
|
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri
|
2-ci dərəcəli müfəttiş
|
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri
|
3-cü dərəcəli müfəttiş
|
5. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 30-cu maddəsinə əsasən vergi orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı təsdiq edilsin (əlavə olunur).
[7]
[8]
6. “Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur).
[9]
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 19 iyul 2001-ci il
№ 539
Əlavə 1
Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 9 fevral tarixli 195 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
[10]
Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin
[11]
SİYAHISI
Vəzifənin adı
|
Xüsusi rütbənin adı
|
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin Aparatı
|
|
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi
|
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri
|
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini
|
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri
|
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri
|
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri
|
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında baş idarənin rəisi
|
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri
|
Digər vergi qurumları
|
|
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi
|
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri
|
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi
|
3-cü dərəcəli dövlət ədliyyə müşaviri
|
Digər baş idarənin rəisi
|
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri
|
Tədris Mərkəzinin rəisi
|
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri
|
|
Əlavə 2
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 8 may tarixli, 761 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında
[12]
ƏSASNAMƏ
Birinci bölmə.
ƏSAS MÜDDƏALAR
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) vəzifəli şəxslərinin xüsusi geyim forması—geyim predmetləri və fərqləndirmə nişanlarının komplektidir.
[13]
2. Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin xüsusi geyim formasının predmetlərinə aiddir:
[14]
Üst geyimləri—palto, yarımpalto, plaş, yarımplaş, kurtka, gödəkcə, ikitərəfli kurtka, kamuflyaj, pencək, şalvar, yubka.
Baş geyimləri—furajka, yay furajkası, şlyapa, beysbolka, qış papağı.
Digər geyim növləri və aksessuarları—köynəklər, puloverlər, şərflər, qalstuklar, qalstuk üçün sıxaclar, ayaqqabılar, kəmərlər, çantalar, corablar.
Xüsusi geyim formasını Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri daşıya bilər.
Xüsusi geyim formasını daşıma hüququ olmayan vətəndaşların Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin fərqləndirmə nişanı olan xüsusi geyim formasını daşıması qadağandır.
[15]
Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri xüsusi geyim formasını Dövlət Vergi Xidməti rəisinin təsdiq etdiyi əmrində göstərilən qaydada daşıyır.
[16]
Xüsusi geyim forması ilə təminetmə və daşıma qaydaları Azərbaycan Respublikasının vergilər naziri tərəfindən müəyyən edilir.
[17]
İkinci bölmə.
DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN GEYİM FORMALARININ DAŞINMASI
[18]
Fəsil. I
MƏRASİM GEYİM FORMALARININ TƏRKİBİ VƏ DAŞINMA QAYDALARI
Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin mərasim geyim formalarının tərkibinə aşağıdakı geyim növləri aiddir:
[19]
·
Yay geyimləri və geyim aksessuarları:
·
Kişilər üçün furajka—göy rəngli,
·
Qadınlar üçün şlyapa—göy rəngli
·
Furajka—ağ rəngli (ali rəis heyəti, kişilər üçün)
·
Şlyapa—ağ rəngli (ali rəis heyəti, qadınlar üçün)
·
Yay yubkası—göy rəngli
Kişi və qadınlar üçün
·
Pencək—ağ rəngli (ali rəis heyəti üçün)
·
Pencək—göy rəngli
·
Yay şalvarı—göy rəngli
·
Şlyapa—tünd göy rəngli
·
Kəmər—qara rəngli
·
Uzunqol köynək—ağ rəngli
·
Uzunqol köynək—mavi rəngli
·
Qalstuk—qırmızı rəngli
·
Yay çəkməsi—qara rəngli dəridən
Qış geyimləri və geyim aksessuarları:
Kişi və qadınlar üçün
·
Qış papağı—qaragül dəridən (ali rəis heyəti üçün)
·
Qış papağı—dəridən (baş və kiçik rəis heyəti üçün)
·
Furajka (qadınlarda şlyapa)—göy rəngli
·
Palto—tünd göy rəngli
·
Plaş— tünd göy rəngli
·
Pencək—ağ rəngli (ali rəis heyəti üçün)
·
Pencək—göy rəngli
·
Şalvar (qadınlar üçün yubka və şalvar)—göy rəngli
·
Uzunqol köynək—ağ rəngli
·
Pulover qollu—göy rəngli
·
Pulover qolsuz—göy rəngli
·
Qalstuk—qırmızı rəngli
·
Kəmər—qara rəngli
·
Əlcək—qara rəngli
·
Şərf—tünd göy və mavi rəngli
·
Corab—qara rəngli
·
Qış çəkməsi (qadınlarda uzunboğaz çəkmə)—qara rəngli dəridən
Fəsil II
GÜNDƏLİK GEYİM FORMALARININ TƏRKİBİ VƏ DAŞINMA QAYDALARI
Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin xüsusi geyim formasının tərkibinə aşağıdakı xüsusi geyim növləri aiddir:
[20]
Yay geyimləri və geyim aksessuarları:
·
Kişilər üçün furajka, şlyapa və beysbolka papaq—göy rəngli
·
Qadınlar üçün şlyapalar və beysbolka—göy rəngli
·
Yubka—göy rəngli
·
Corab—qara rəngli (kişilər üçün)
·
Neylon corab—qara rəngli (qadınlar üçün)
Kişi və qadınlar üçün
·
Pencək—göy rəngli
·
Şalvar—göy rəngli
·
Kəmər—qara rəngli
·
Uzunqol köynək—mavi rəngli
·
Qısaqol köynək—mavi rəngli
·
Üçdüymə köynək—mavi rəngli
·
Qalstuk— mavi və göy rəngli
[21]
·
Yay çəkməsi—qara rəngli dəridən
Qış geyimləri və geyim aksessuarları:
Kişi və qadınlar üçün
·
Qış papağı—qaragül dəridən (ali rəis heyəti üçün)
·
Qış papağı—dəridən (baş və kiçik rəis heyəti üçün)
·
Furajka (qadınlarda şlyapa)—göy rəngli
·
Palto—tünd göy rəngli
·
Yarımpalto— tünd göy rəngli
·
Plaş—tünd göy rəngli
·
Yarımplaş—tünd göy rəngli
·
Kurtka—göy rəngli
·
Gödəkcə—göy rəngli
·
Pencək—göy rəngli
·
Şalvar (qadınlar üçün yubka və şalvar)—göy rəngli
·
Uzunqol köynək—mavi rəngli
·
Pulover qollu—göy rəngli
·
Pulover qolsuz—göy rəngli
·
Qalstuk—mavi və göy rəngli
·
Kəmər—qara rəngli
·
Əlcək—qara rəngli
·
Şərf—tünd göy və mavi rəngli
·
Corab—qara rəngli
·
Qış çəkməsi (qadınlarda uzunboğaz çəkmə)—qara rəngli dəridən
Fəsil III
XÜSUSİ TƏYİNATLI GEYİMLƏRİN TƏRKİBİ VƏ DAŞINMA QAYDALARI
Xüsusi təyinatlı geyimlərə aşağıdakılar aiddir:
- İkitərəfli kurtka
- Kamuflyaj (yay və qış üçün)
Üçüncü bölmə
DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN FƏRQLƏNDİRMƏ NİŞANLARI
[22]
Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin fərqləndirmə nişanları xüsusi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət məsuliyyəti göstərir.
[23]
Vəzifəli şəxslərin fərqləndirmə nişanları və onların təsvirləri bu Əsasnamə ilə müəyyən edilir.
Fərqləndirmə nişanlarına aiddir:
·
Dövlət Vergi Xidmətinin tanınma nişanı;
·
poqon, yaxa nişanları, qol nişanları (medal və nişan tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər, aypara və ulduzlar) kantlar və lampaslar.
Bundan əlavə, xüsusi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa hissələri digər xarici fərqləndirmə əlamətlərində də həmin məqsədlərlə istifadə edilir.
Fəsil IV
DÖVLƏT VERGİ XİDMƏTİNİN TANINMA NİŞANI
[24]
Dövlət Vergi Xidmətinin tanınma nişanı onun rəmzidir (Şəkil 1).
[25]
Tanınma nişanı Dövlət Vergi Xidmətinin hər bir əməkdaşına Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək borcunu xatırladır.
Dövlət Vergi Xidmətinin tanınma nişanı dairəvi formadadır. Qızılı xətlə haşiyələnmiş və üzərində xüsusi kompozisiya təsvir olunmuşdur.
[26]
Tanınma nişanının yuxarı hissəsində ağ fon üzərində qızılı rəngdə yarımdairə formasında “Azərbaycan Respublikası” və onun aşağısında “İqtisadiyyat Nazirliyi” sözləri yazılmışdır.
Tanınma nişanının mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunmuşdur. Ağ fon üzərində qızılı rənglə təsvir edilmiş üçbucaq formalı elementlər Dövlət Gerbinin ətrafında dairə yaratmış və həmin dairənin aşağı hissəsində ağ fon üzərində qızılı rəngdə “Dövlət Vergi Xidməti” sözləri yazılmışdır.
Tanınma nişanının aşağı hissəsində “Dövlət Vergi Xidməti” sözlərinin hər iki yan tərəfi qızılı rəngli qövsvari sünbüllə haşiyələnmişdir.
Dövlət Vergi Xidmətinin tanınma nişanı xidmətin vəzifəli şəxslərinin xüsusi geyim formasında daşınır, hər növ blanklarında, inzibati binalarının girəcəklərində, avtonəqliyyat vasitələrində və digər sahələrində istifadə olunur.
[27]
Fəsil V
DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN XÜSUSİ RÜTBƏLƏRİNƏ GÖRƏ POQONLARIN TƏSVİRİ
[28]
Ali rəis heyəti—Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri və 3-cü dərəcəli dövlət ədliyyə müşaviri üçün poqonlar 50x100 mm ölçüdədir, toxunmadır, taxılıb-çıxarılandır, səkkizguşəli ulduzların sayı rütbələrə görə fərqlənir. Gerb və ulduzların ölçüsü 20 mm-dir. Aypara 28x24 mm ölçüdədir (Şəkil 117, 118, 119, 120).
[29]
İçərisində kənarı boyunca sarı (qızılı) sapdan toxunma sünbül və dəfnə yarpaqları arasında aypara və səkkizguşəli ulduzlar təsvir olunmuşdur. Poqonun hər iki tərəfindən qırmızı və ya sarı (qızılı) sapla kant toxunmuşdur.
Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşaviri—yanlarda iki böyük ulduz, mərkəzdə Azərbaycan Respublikasının dövlət gerbi;
1-ci dərəcəli dövlət vergi xidməti müşaviri—3 böyük ulduz;
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri—2 böyük ulduz;
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) —1 böyük ulduzla bir-birindən fərqlənir;
[30]
Baş rəis heyəti—baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri), vergi xidməti müşaviri (ədliyyə müşaviri), kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) üçün poqonlar 50x100 mm ölçüdədir, toxunmadır, taxılıb-çıxarılandır, səkkizguşəli ulduzların sayı rütbələrə görə fərqlənir. Ulduzların ölçüsü 18 mm-dir. Aypara isə 28x24 mm ölçüdədir (Şəkil 121, 122, 123).
[31]
İçərisində ayparanın arxa tərəfindən qövsvari sarı (qızılı) sapdan toxunma sünbül və dəfnə yarpaqları, ayparanın ön tərəfindən (içəri hissəsindən) səkkizguşəli ulduzlar təsvir olunmuşdur.
Baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri)—3 böyük ulduz;
[32]
Vergi xidməti müşaviri (ədliyyə müşaviri) —2 böyük ulduz;
[33]
Kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) —1 böyük ulduzla bir-birindən fərqlənir.
[34]
Kiçik rəis heyəti—1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas), 2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas), 3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas), müfəttişlər üçün poqonlar 50 x 100 mm ölçüdədir, toxunmadır, taxılıb-çıxarılandır, səkkizguşəli ulduzların sayı rütbələrə görə fərqlənir. Ulduzların ölçüsü 15 mm-dir. Aypara isə 28x24 mm ölçüdədir (Şəkil 124, 125, 126, 127).
[35]
1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas)—4 ulduz;
[36]
2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas)—3 ulduz;
[37]
3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas)—2 ulduz;
[38]
Müfəttiş—1 ulduzla bir-birindən fərqlənir.
Fəsil VI
DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN TANINMA QOL VƏ DÖŞ NİŞANLARI
[39]
Tanınma qol nişanı göy rəngdədir, pambıq parça üzərində polivinilxlorid (PVX) materialdan istifadə edilməklə preslənmə yolu ilə hazırlanır. Tanınma döş nişanı ağ rəngdədir və vəzifəli şəxslərin üçdüymə köynəyinin üzərinə toxunmuşdur (Şəkil 98, 99). Tanınma qol və döş nişanları dairəvi formadadır, qızılı xətlə haşiyələnmişdir, üzərində xüsusi kompozisiya təsvir olunmuşdur. Dairənin ümumi diametri 80 mm, üçbucaq formalı elementlərin Dövlət Gerbinin ətrafında yaratdığı dairənin diametri isə 48 mm-dir (Şəkil 130).
[40]
Tanınma qol və döş nişanlarının yuxarı hissəsində qızılı rəngdə yarımdairə formasında “Azərbaycan Respublikası” və onun aşağısında “İqtisadiyyat Nazirliyi” sözləri yazılmışdır.
Tanınma qol və döş nişanlarının mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri göstərilmişdir. Qızılı rənglə təsvir edilmiş üçbucaq formalı elementlər Dövlət Gerbinin ətrafında dairə yaratmış və həmin dairənin aşağı hissəsində qızılı rəngdə “Dövlət Vergi Xidməti” sözləri yazılmışdır.
Tanınma qol və döş nişanlarının aşağı hissəsində “Dövlət Vergi Xidməti” sözlərinin hər iki yan tərəfi qızılı rəngli qövsvari sünbüllə haşiyələnmişdir.
Dövlət Vergi Xidmətinin qol və döş tanınma nişanı xidmətin vəzifəli şəxslərinin xüsusi geyim formalarında daşınır.
[41]
Dördüncü bölmə
DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN GEYİM FORMALARININ PREDMETLƏRİNİN DAŞINMA XÜSUSİYYƏTLƏRİ
[42]
Fəsil VII
DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN BAŞ GEYİMLƏRİ
[43]
Furajka—ali rəis heyəti üçün—göy rənglidir (mərasimlər üçün ağ rəngdə, günlüyü qara və ağ rənglərdə), oval formalı, təpə dövrəlidir, günlük hissəsindən, qızılı rəngdə çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kostyumun hazırlandığı parçadan hazırlanır. Dövrənin üstündən (furajkanın rənginə uyğun olaraq) ağ və göy rəngli atlas parçadan bəzək lenti keçir. Furajkanın dövrəsinin qabaq tərəfində hündürlüyü
Günlüyün üz səthi hər iki tərəfdən uzunluğu
Furajkanın təpə dairəsinin kənarlarında və oturacaq hissəsindəki dairə boyunca eni
Furajka—baş və kiçik rəis heyəti üçün—göy rənglidir, oval formalı, təpə dövrəlidir, günlük hissəsindən, qızılı rəngdə çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kostyumun hazırlandığı parçadan hazırlanır. Dövrənin üstündən göy rəngli atlas parçadan bəzək lenti keçir. Baş rəis heyəti üçün nəzərdə tutulmuş furajkanın dövrəsinin qabaq tərəfində hündürlüyü
Günlük qara rənglidir.
Furajkanın təpə dairəsinin kənarlarında və oturacaq hissəsindəki dairə boyunca eni
Qadın şlyapası—ali rəis heyəti üçün—göy rənglidir (mərasimlər üçün ağ rəngli), günlüksüzdür, oval formalıdır. Şlyapanın üst hissəsinə kənar dövrəsinə paralel xüsusi qövsvari forma verilmişdir. Şlyapanın dövrəsinin qabaq tərəfində hündürlüyü
Qadın şlyapası—baş və kiçik rəis heyəti üçün—göy rənglidir, günlüksüzdür, oval formalıdır. Şlyapanın üst hissəsinə kənar dövrəsinə paralel qövsvari xüsusi forma verilmişdir. Baş rəis heyəti üçün nəzərdə tutulmuş şlyapanın dövrəsinin qabaq tərəfində hündürlüyü
Qış papağı—ali rəis heyəti üçün (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—göy rənglidir, dairəvi formalıdır, günlüklüdür. Kostyumun hazırlandığı parçadan hazırlanır. Qara rəngli qaragül dəridən olan və basma düymə ilə açılıb bağlanan yarımdairəvi qulaqlığı vardır. Papağın dövrəsinin qabaq tərəfində hündürlüyü
Günlüyün üz səthi hər iki tərəfdən uzunluğu
Qış papağı—baş və kiçik rəis heyəti üçün (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—göy rənglidir, dairəvi formalıdır, günlüklüdür. Kostyumun hazırlandığı parçadan hazırlanır. Qara rəngli qaragül dəridən olan və basma düymə ilə açılıb bağlanan yarımdairəvi qulaqlığı vardır. Baş rəis heyəti üçün nəzərdə tutulmuş papağın dövrəsinin qabaq tərəfində hündürlüyü
Yay furajkası (beysbolka)—ali rəis heyəti üçün (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—göy rənglidir, günlüklüdür, günbəz formalı və dairəvidir. Kostyumun hazırlandığı parçadan hazırlanır. Dairənin hündürlüyü boyunca 6 yerdən aşağıdan yuxarı mərkəzə doğru bərabər ölçülərdə ikitərəfli tikişlərlə tikilir və dairə boyunca 6 ədəd hava dəlikləri vardır. Tikişlərin birləşdiyi təpə mərkəzində adi parça düymə bərkidilir. Furajkanın dövrəsinin qabaq tərəfində hündürlüyü
Günlüyün üz səthi hər iki tərəfdən uzunluğu
Günlüyün kənarı boyunca eni
Yay furajkası (beysbolka)—baş və kiçik rəis heyəti üçün (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—göy rənglidir, günlüklüdür, günbəz formalı və dairəvidir. Kostyumun hazırlandığı parçadan hazırlanır. Dairənin hündürlüyü boyunca 6 yerdən aşağıdan yuxarı mərkəzə doğru bərabər ölçülərdə ikitərəfli tikişlərlə tikilir və dairə boyunca 6 ədəd hava dəlikləri vardır. Tikişlərin birləşdiyi təpə mərkəzində adi parça düymə bərkidilir. Baş rəis heyəti üçün nəzərdə tutulmuş furajkanın dövrəsinin qabaq tərəfində hündürlüyü
Günlüyün kənarı boyunca eni
Şlyapa (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—tünd göy rənglidir, günlüyü dairəvidir. Günlüyün eni 80 mm-dir. Kənarı dairə boyunca tikişlə tamamlanır. Ali rəis heyəti üçün nəzərdə tutulmuş şlyapanın dövrəsinin qabaq tərəfində hündürlüyü
Baş rəis heyəti üçün nəzərdə tutulmuş şlyapanın dövrəsinin qabaq tərəfində hündürlüyü
Fəsil VIII
DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN ÜST GEYİMLƏRİ
[44]
Kişilərdə palto (yarımpalto), plaş (yarımplaş), kurtkalar, gödəkcələr, köynəklər, şalvarlar soldan sağa, qadınlarda isə sağdan sola bağlanır.
Palto (yarımpalto), plaş (yarımplaş)—tünd göy rənglidirlər, birbortludurlar, qatlanan boyunluqludur. Döşəmədən paltonun və plaşın ətəyinədək olan məsafə 45 sm, yarımpalto və yarımplaşlarda isə 65 sm-dir. Palto (yarımpalto) və plaş (yarımplaş) ali rəis heyətində üç ədəd
Ali rəis heyəti üçün paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan eni
Ali rəis heyəti üçün paltonun (yarımpaltonun) boyunluğunda əlavə qaragül dəridən qara rəngli düymələrlə bərkidilən geyinilib çıxarılan yaxalıq vardır. Bu yaxalığın künclərində sarı (qızılı) rəngli sapla üstündə aypara və ulduz olan sünbül və dəfnə yarpağı şəklində toxunma təsvir olunmuşdur.
Baş və kiçik rəis heyəti üçün kant mavi rəngdədir. Lakin kiçik rəis heyətinin paltosunun (yarımpaltosunun), plaşının (yarımplaşının) yaxasında mavi kant nəzərdə tutulmamışdır. Baş və kiçik rəis heyəti üçün boyunluq və qollarda sünbül və dəfnə yarpağı şəklində toxunma nəzərdə tutulmamışdır (Şəkil 38–41, 48–51, 54–59, 62–65, 69–72, 75, 76, 78–81, 83–86).
[46]
Qol köbəsinin hündürlüyü 130 mm-dir. Qol köbələrində
Layları yan kəsmə ciblidir. Ciblərin hündürlüyü kişilərdə
Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) çiyinlərində 140 x
Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) astarında iki böyük və sol tərəfdə bir kiçik kəsmə qoltuq cibi vardır.
Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) kürəyində ortada şlitsa ilə tamamlanan tikiş vardır.
Plaşda zəncirbənd ilə geyinilib çıxarılan isti içlik vardır.
Kurtka—göy rənglidir. Bortları zəncirbənd və xüsusi parça yapışqanla bağlanır. Sinə hissələrində basma düymə ilə düymələnən qapaqlı, gizli cibləri vardır. Laylarında yan kəsmə fiqurlu və basma düymə və zəncirbənd ilə bağlanan qapaqlı, gizli cibləri vardır. Kişilərdə sinə ciblərinin qapaqlarının hündürlüyü
Kurtkanın çiyinlərində 140 x
Kurtkanın sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
Kurtkanın belində tənzimləyici gizli rezin ip var.
Kurtkanın kürəyi koketkalıdır, astarlıdır. Hər iki bortunda zəncirbənd ilə bağlanan qoltuq cibləri, bortun aşağı sağ tərəfində isə xüsusi parça yapışqanla bağlanan mobil telefon üçün cib vardır. Qısa qatlama boyunluqludur. Qolları tək tikişlidir, manjetlidir, manjetlərin hündürlüyü 60 mm-dir, onlar tənzimlənən basma düymələrlə bağlanırlar.
Kurtka, gödəkcə, ikitərəfli kurtka, uzunqol köynək, qısaqol köynək, üçdüymə köynək, uzunqol pulover və qolsuz puloverlərdə vəzifəli şəxslər yalnız rütbələrinə görə (poqonların təsvirinə əsasən) fərqlənirlər.
[47]
Yay (qış) pencəyi—göy rənglidir (ali rəis heyəti üçün mərasimlərdə ağ rəngli), birbortludur, qatlanan boyunluqludur, qızılı rəngli düymə ilə düymələnir (Şəkil 2,3).
[48]
Ali rəis heyəti üçün yay (qış) pencəyinin boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan eni
Bortdakı düymələrin ölçüsü ali rəis heyətində
Baş rəis heyəti üçün kant mavi rəngdədir (Şəkil 34, 35, 42–44, 52, 60). Lakin kiçik rəis heyətinin yay (qış) pencəyinin yaxasında mavi kant nəzərdə tutulmamışdır (Şəkil 66, 67, 73, 74, 77, 82). Baş və kiçik rəis heyəti üçün boyunluq və qollarda sünbül və dəfnə yarpağı şəklində toxunma nəzərdə tutulmamışdır (Şəkil 34, 35, 66, 67).
[50]
Qol köbəsinin hündürlüyü kişilərdə
Sinə hissələrində və laylarında
Kişilər üçün yay (qış) pencəyinin sinədəki cibləri bortların üstünə tikiliblər, ortalarında yarıq var, yarıqdan hər iki tərəfə
Qadınlar üçün yay (qış) pencəyinin sinədəki və laylarındakı ciblər gizlidirlər, qapağın hündürlüyü sinədə
Yay (qış) pencəyinin çiyinlərində 140 x
Yay (qış) pencəyinin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
Yay (qış) pencəyinin astarında zəncirbənd ilə bağlanan iki böyük və sol tərəfdə bir kiçik kəsmə qoltuq cibi vardır.
Yay (qış) pencəyinin kürəyində ortada şlitsa ilə tamamlanan tikiş vardır.
Gödəkcə—göy rənglidir, qısa qatlama boyunluqludur. Bortları zəncirbənd və basma düymələrlə bağlanır. Sinə hissələrində basma düymə ilə düymələnən qapaqlı, gizli, laylarında isə yan kəsmə fiqurlu cibləri vardır. Qapaqların hündürlüyü həm kişilər, həm də qadınlar üçün
Gödəkcənin çiyinlərində 140 x
Gödəkcənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
Gödəkcənin kürəyi koketkalıdır, astarlıdır. Hər iki bortunda zəncirbənd ilə bağlanan qoltuq cibləri, bortun aşağı sağ tərəfində isə xüsusi parça yapışqanla bağlanan mobil telefon üçün cib vardır. Qolları tək tikişlidir, manjetlidir, manjetlərin hündürlüyü 50 mm-dir, onlar tənzimlənən basma düymələrlə bağlanır.
Gödəkcənin qurşağı manjetlidir, iki yan tərəfdən 50 mm-lik yığma rezin tikilmişdir.
Yay (qış) şalvarı—göy rənglidir. Ali rəis heyəti üçün nəzərdə tutulmuş yay (qış) şalvarın yan tikişinə söykənən və şalvarın uzununa doğru hər birinin eni
Baş və kiçik rəis heyəti üçün nəzərdə tutulmuş şalvarın yan tikişinə söykənən və şalvarın uzununa doğru hər birinin eni
Kişilərdə hər iki yandan uzunluğu
Şalvarın miyançası qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanır.
Qurşaqda kişilərdə kəmər üçün 8, qadınlarda isə 6 ensiz halqa (körpü) tikilir. Qurşaqda kəmər yerinin eni kişilərdə
Yay (qış) yubkası—göy rənglidir. Döşəmədən yubkanın ətəyinədək olan məsafə 45 sm-dir.
Ali rəis heyəti üçün nəzərdə tutulmuş yay (qış) yubkasının yan tikişinə söykənən və yubkanın uzununa doğru hər birinin eni
Bu kantın hər iki tərəfindən
Baş və kiçik rəis heyəti üçün nəzərdə tutulmuş yubkanın yan tikişinə söykənən və yubkanın uzununa doğru hər birinin eni
Yubkanın miyançası adi kiçik düymə və zəncirbəndlə bağlanır.
Qurşaqda kəmər üçün 4 ensiz halqa (körpü) tikilir. Kəmər yerinin eni 35 mm-dir. Qurşağın hər iki tərəfində (yanlarda) tənzimləyici rezin var.
İkitərəfli kurtka—üz tərəfi tünd göy rənglidir. Bortları zəncirbənd ilə bağlanır. Hər iki üzünün laylarında hündürlüyü
İkitərəfli kurtkanın əsas üzünün kürəyində tünd boz rəngli koketka var. Koketkanın üzərində qızılı hərflərlə «DÖVLƏT VERGİ XİDMƏTİ» sözləri yazılmışdır. Koketkanın hündürlüyü poqon yerlərinə qədər davam edir və mavi rəngli kantla bitir.
[53]
İkitərəfli kurtka qısa qatlama boyunluqludur. Boyunluğun kənarlarının rəngi göy, mərkəz hissələri isə mavi rəngdədir. Qolları tək tikişli, qollarının qurşağı yığma rezinlidir.
İkitərəfli kurtkanın çiyinlərində 140 x
İkitərəfli kurtkanın sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
İkitərəfli kurtkanın iç tərəfi göy rəngli adi geyim formasıdır (heç bir atribut nəzərdə tutulmamışdır).
Xüsusi geyim forması (kamuflyaj—yay və qış üçün)— Dövlət Vergi Xidmətinin xüsusi təyinatlı vəzifəli şəxsləri üçün nəzərdə tutulmuşdur. Yağışa davamlı, ləkə götürməyən xüsusi parçadan tikilmişdir. Qarışıq—tünd göy, qara və mavi rənglərdədir (Şəkil 104).
[54]
Kurtkanın materialından tikilmiş, ön hissəsində Azərbaycan Respublikasının dövlət gerbi olan, günlüklü qış və yay furajkası vardır.
Qatlanan boyunluqludur, kürəyi koketkalıdır. Koketkanın cibliyində öz materialından olan gizlədilib çıxarılan parça üzərində «DÖVLƏT VERGİ XİDMƏTİ» sözləri yazılmışdır. Ciblik yapışqan parça ilə açılıb bağlanandır.
Qış kurtkasının içərisində taxılıb çıxarılan içliyi vardır. İçlik isti süni vatin tipli parçadan hazırlanmışdır.
Kurtkanın bortları orta hissədən zəncirbənd və yapışqan parça ilə bağlanır.
Qolları tək tikişlidir, tənzimlənən zəncirbənd və basma düymə ilə bağlanır. Qoltuq hissəsində hava dəlikləri yerləşdirilmişdir.
Kamuflyajın çiyinlərində 140 x
Sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
Sinəsində gizli, laylarında yan kəsmə fiqurlu və zəncirbənd ilə bağlanan cibləri vardır.
Qış kurtkasının boyunluğunun arxa tərəfindən salınıb çıxarılan yağışdan qorunmaq üçün xüsusi örtük (kapişon) bərkidilmişdir. Hər qolunun üstündə bir kiçik cib tikilmişdir. Sol qolundakı cib basma düymə ilə, sağ qolundakı cib isə zəncirbənd ilə bağlanır.
Kamuflyajın dəstinə eyni parçadan hazırlanmış qolsuz gödəkcə daxildir.
Kürəyi koketkalıdır. Koketkanın cibliyində öz materialından olan gizlədilib çıxarılan parça üzərində «DÖVLƏT VERGİ XİDMƏTİ» sözləri yazılmışdır. Ciblik yapışqan parça ilə açılıb bağlanandır.
Bortları orta hissədən zəncirbənd ilə bağlanır.
Sinəsində kiçik qapaqlı (sol cibi mobil telefon üçün nəzərdə tutulmuşdur), laylarında qapaqlı və basma düymə ilə bağlanan cibləri vardır.
Sol bortunda zəncirbənd ilə bağlanan gizli qoltuq cibləri vardır.
Çiyinlərində 140 x
Belində tənzimləyici gizli rezin ip var.
Qurşaqda yan hissələr tənzimlənən basma düymə ilə düymələnirlər.
Şalvarın yan yuxarı hissəsində kəsmə gizli ciblər, aşağı hissəsində qapaqlı cibləri, arxa sağ tərəfində isə zəncirbənd ilə bağlanan cib vardır.
Diz qatlarında şlis ilə tamamlanan tikiş vardır. Şalvarın miyançası qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanır. Qurşağında kəmər üçün ensiz halqa (körpü) tikilmişdir.
Kamuflyaj qara rəngli uzunboğaz çəkmə ilə geyilir.
Fəsil IX
DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN DİGƏR GEYİMLƏRİ
[55]
Uzunqol köynək (mərasim)— ağ rənglidir, uzun qolludur, qatlama boyunluqludur, bortlar ortadan yeddi adi kiçik düymə ilə düymələnir (Şəkil 4,5).
Köynəyin hər iki bortunun döş hissəsində üstdən tikilmiş adi kiçik düymə ilə ortadan düymələnən qapaqlı cibləri vardır. Cibin hündürlüyü
Köynəyin çiyinlərində 140 x
Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
Qolları tək tikişlidir, manjetlidir, manjetlərin eni kişilərdə
Köynəyin kürəyi koketkalıdır, ətəyi
Köynək qırmızı qalstukla geyilir.
Uzunqol qış köynəyi—mavi rənglidir (mərasimlər üçün ağ rəngdə), uzun qolludur, qatlama boyunluqludur, bortlar ortadan yeddi adi kiçik düymə ilə düymələnir (Şəkil 94, 95).
Köynəyin hər iki bortunda üstdən tikilmiş adi kiçik düymə ilə düymələnən qapaqlı ciblər vardır. Cibin hündürlüyü
Köynəyin çiyinlərində 140 x
Qolları tək tikişlidir, manjetlidir, manjetlərin eni kişilərdə 70, qadınlarda 60 mm-dir, onlar adi kiçik düymə ilə düymələnir.
Köynəyin kürəyi koketkalıdır, ətəyi açıq, qurşaqsızdır.
Köynək mavi və ya qırmızı qalstukla geyilir.
Qısaqol yay köynəyi—mavi rənglidir, qısa qolludur, qatlama boyunluqlu və açıq formadadır, iki bortludur, bortlar ortadan yeddi adi kiçik düymə ilə düymələnir (Şəkil 96, 97).
Köynəyin hər iki bortunun döş hissəsində üstdən tikilmiş adi kiçik düymə ilə ortadan düymələnən qapaqlı cibləri vardır. Cibin hündürlüyü
Köynəyin çiyinlərində 140 x
Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
Qolları tək tikişlidir, manjetlidir, manjetlərin eni kişilərdə
Köynəyin kürəyi koketkalıdır, ətəyi 55 mm-lik manjetlidir. Uzunluğu
Köynək qalstuksuz geyilir.
Üçdüymə köynək—mavi rənglidir, qısaqolludur. Yaxası üç adi kiçik düymə ilə düymələnir (Şəkil 98, 99).
Köynəyin çiyinlərində 140 x
Aşağı birinci düymənin mərkəzindən tanınma döş nişanının arasında olan məsafə 60 mm-dir.
Üçdüymə köynəyin qurşağı manjetlidir, iki yan tərəfdən 50 mm-lik yığma rezinlidir.
Pulover qollu—göy rənglidir, uzun qolludur, yundan toxunmuşdur. Yaxası üçbucaq şəkilli, açıqdır. Çiyin və dirsək hissələrinə puloverin öz rəngində parçadan əlavə qatlar tikilib (Şəkil 102,103).
Puloverin döş hissəsinin sol tərəfində üstdən tikilmiş hündürlüyü
Puloverin çiyinlərində 140 x
Puloverin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
Puloverin yaxası (eni
Pulover qolsuz—göy rənglidir, qolsuzdur, yundan toxunmuşdur. Yaxası üçbucaq şəkilli, açıqdır. Çiyin hissələrinə puloverin öz rəngində parçadan əlavə qatlar tikilib (Şəkil 100,101).
Puloverin döş hissəsinin sol tərəfində üstdən tikilmiş hündürlüyü
Puloverin çiyinlərində 140 x
Puloverin yaxası (eni
Yay və qış çəkməsi—qara rəngdədir, qara rəngli xromdan hazırlanır, zəncirbəndlidir, yaxud tənzimlənən manjetlə bağlanır. Altlığı qəliblənmişdir. Burun və arxa hissələri möhkəmləndirilmişdir. Qış çəkmələrinin içərisi xəzlidir (Şəkil 138, 139, 140, 141). Qadınlar üçün yay çəkməsinin dabanının hündürlüyü 5 sm, kişilər üçün yay və qış çəkməsinin dabanının hündürlüyü isə 2,5 sm-dir.
[56]
Uzunboğaz çəkmə (qadınlar üçün)—qara rəngdədir, qara rəngli xromdan hazırlanır, dabanının hündürlüyü 5 sm-dir, burnu ensizdir, zəncirbəndlidir, yaxud tənzimlənən manjetlə bağlanır. Altlığı qəliblənmişdir. Burun və arxa hissələri möhkəmləndirilmişdir. Uzunboğaz çəkmələrin içərisi xəzlidir (Şəkil 140, 141).
[57]
Fəsil X
DÖVLƏT VERGİ XİDMƏTİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN GEYİM AKSESSUARLARI
[58]
Qalstuk—göy, mavi və qırmızı rəngdədir. Gündəlik geyimlə göy, mavi, mərasim geyimlərilə isə qırmızı rəngli qalstuk bağlanır (Şəkil 132).
[59]
Qalstuk üçün sıxaclar—ali rəis heyəti üçün nəzərdə tutulmuşdur. 14 x
Kəmər—qara rəngli dəridən hazırlanır. Kişilər üçün nəzərdə tutulmuş kəmərin eni
Əlcək—qara rənglidir, beş barmaqlıdır. Su keçirməyən xüsusi parçadan və dəridən tikilir (Şəkil 137).
Şərf—göy, mavi rəngli kəşmir parçadan hazırlanır. Ölçüsü 30x165 sm-dir (Şəkil 134).
Corab—qara rənglidir, kişilər üçün yun və pambıqdan, qadınlar üçün isə neylondan tikilir.
Yol çantası—qara rənglidir, hündürlüyü
Düymələr—ali rəis heyəti üçün—üzərində Azərbaycan Respublikasının dövlət gerbi olan 25 mm-lik qızılı rəngli düymələr palto, yarımpalto, plaş, yarımplaşın sağ bortuna (qadınlarda sol bortuna) 3 ədəd, pencəkdə isə 4 ədəd tikilir. Üzərində Azərbaycan Respublikasının dövlət gerbi olan 15 mm-lik qızılı rəngli düymələr isə furajkanın çənəaltı qayışına 2 ədəd, paqon yerlərinin uclarına 1 ədəd, palto, yarımpalto, plaş, yarımplaş, pencəyin hər qolunun üstünə isə 3 ədəd tikilir (Şəkil 131).
Düymələr—baş və kiçik rəis heyəti üçün—üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan 20 mm-lik qızılı rəngli düymələr palto, yarımpalto, plaş, yarımplaşın sağ bortuna (qadınlarda sol bortuna) 3 ədəd, pencəkdə isə 4 ədəd tikilir. Üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan 15 mm-lik qızılı rəngli düymələr isə furajkanın çənəaltı qayışına 2 ədəd, paqon yerlərinin uclarına 1 ədəd, palto, yarımpalto, plaş, yarımplaş, pencəyin hər qolunun üstünə isə 3 ədəd tikilir (Şəkil 131).
[61]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
9 fevral 2005-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 71)
2.
11 aprel 2007-ci il tarixli 561 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №4, maddə 323)
3.
08 may 2008-ci il tarixli 761 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 13 may 2008-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №05, maddə 372)
4.
12 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 30 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №12, maddə 289)
5.
11 iyul 2014-cü il tarixli 224 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 iyul 2014-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №07, maddə 806)
6.
14 oktyabr 2014-cü il tarixli 289 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 oktyabr 2014-cü il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №10, maddə 1174)
7.
1 fevral 2017-ci il tarixli 1220 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2017-ci il, № 24; “Xalq” qəzeti, 4 fevral 2017-ci il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 164)
8.
12 iyul 2017-ci il tarixli 1521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1331)
9.
10 dekabr 2018-ci il tarixli 382 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2539)
10.
20 fevral 2019-cu il tarixli 532 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 231)
11.
29 dekabr 2021-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, №286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1412)
12.
12 noyabr 2022-ci il tarixli 1875 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 noyabr 2022-ci il, “Xalq” qəzeti, 13 noyabr 2022-ci il, № 247)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
14 oktyabr 2014-cü il tarixli 289 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 oktyabr 2014-cü il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №10, maddə 1174) ilə 2-ci hissəsindən “, 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında” sözləri çıxarılmışdır.
29 dekabr 2021-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, №286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1412) ilə 2-ci hissədə “maddəsinin əvvəlində” sözləri “maddəsində, 74-cü maddəsinin birinci cümləsində” sözləri ilə, “şəxslərinə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin” sözləri “şəxsləri dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin” sözləri ilə, “aiddir” sözü “nəzərdə tutulur” sözləri ilə əvəz edilmişdir.
[2]
10 dekabr 2018-ci il tarixli 382 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2539) ilə 3-cü hissəsinin ikinci‒beşinci abzaslar, müvafiq olaraq, 3.1‒3.4-cü bəndlər hesab edilmişdir.
29 dekabr 2021-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, №286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1412) ilə 3.1-ci bənddə “maddəsinin əvvəlində” sözləri “maddəsində” sözü ilə əvəz olunsun və həmin bəndə “və 78-ci” sözlərindən əvvəl “, 74-cü maddəsinin birinci cümləsində” sözləri əlavə edilmişdir.
[3]
12 iyul 2017-ci il tarixli 1521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1331) ilə 3-cü hissəsinin üçüncü abzasda “və 33-cü maddəsinin ikinci hissəsində” sözləri “, 33-cü maddəsinin ikinci hissəsində və 55-ci maddəsinin birinci hissəsində (birinci halda)” sözləri ilə əvəz edilmişdir.
[4]
11 aprel 2007-ci il tarixli 561 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №4, maddə 323) ilə Fərmanın 3-cü bəndinin dördüncü abzasından "və 82-ci maddəsində" sözləri çıxarılmışdır.
12 iyul 2017-ci il tarixli 1521 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1331) ilə 3-cü hissəsinin dördüncü abzasda “55-ci maddəsində” sözləri “55-ci maddəsinin birinci hissəsində (ikinci halda)” sözləri ilə əvəz edilmişdir.
10 dekabr 2018-ci il tarixli 382 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2539) ilə 3.3-cü bəndə “Əsasnamənin” sözündən sonra “5-1-ci maddəsində,” sözləri əlavə edilmişdir.
12 noyabr 2022-ci il tarixli 1875 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 noyabr 2022-ci il, “Xalq” qəzeti, 13 noyabr 2022-ci il, № 247) ilə 3.3-cü bənddə “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilmişdir.
[5]
20 fevral 2019-cu il tarixli 532 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 231) ilə 3.4-cü bənddən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndə “Müdafiə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilmişdir.
12 noyabr 2022-ci il tarixli 1875 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 noyabr 2022-ci il, “Xalq” qəzeti, 13 noyabr 2022-ci il, № 247) ilə 3.4-cü bənddən “məhkəmə və” sözlərindən sonra” sözləri çıxarılmışdır.
[6]
9 fevral 2005-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 71) ilə 4-cü bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4. "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 20-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin mövcud fərdi rütbələri həmin Əsasnamə ilə nəzərdə tutulmuş xüsusi rütbələrə aşağıdakı qaydada bərabər tutulsun:
|
|
|
|
|
|
|
|
|
|
2-ci dərəcəli böyük dövlət vergi xidməti vergi xidməti müşaviri (ədliyyə müşaviri) müşaviri
|
|
|
|
|
|
|
|
[7]
9 fevral 2005-ci il tarixli 195 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 71) ilə "Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı" yeni redaksiyada təsdiq edilmişdir (əlavə olunur). Əvvəlki redaksiyada deyilirdi:
Əlavə 1
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyul tarixli 539
nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin
SİYAHISI
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Vergilər Nazirliyinin sisteminə daxil olan vergi orqanları və təşkilatları
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[8]
9 fevral 2005-ci il tarixli 195 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 71) ilə "Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə" yeni redaksiyada təsdiq edilmişdir (əlavə olunur). Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası dövlət vergi orqanlanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında
ƏSASNAMƏ
1. Azərbaycan Respublİkası dövlət vergİ orqanlarının tanınma nİşanı
Azərbaycan Respublikasının dövlət vergi orqanlarının tanınma nişanı respublika dövlət vergi orqanlarının rəmzidir. O, Azərbaycan Respublikasının dövlət vergi orqanlarının hər bir əməkdaşına Azərbaycan Respublikasının iqtisadi suverenliyi və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək borcunu xatırladır.
Azərbaycan Respublikasının dövlət vergi orqanlarının tanınma nişanlarından vergi orqanlarının sərəncamında olan avtonəqliyyat vasitələrində, dövlət vergi orqanları vəzifəli şəxslərinin xüsusi geyim formasında, dövlət vergi orqanlarının bütün növ blanklarında və inzibati binalarının girəcəklərində, eləcə də digər yerlərdə istifadə olunur.
Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı qara xətlə haşiyələnmiş, ortasında xüsusi kompozisiya təsvir olunmuş açıq boz rəngli, üzərində qara rəngli "Azərbaycan Respublikası" sözləri yazılmış, aşağı hissəsi kəsilmiş dairə şəklindədir. Dairənin ortasında qara rənglə haşiyələnmiş tünd boz rəngli aşağı hissəsi kəsilmiş dairə yerləşdirilmişdir.
Kompozisiyada yuxarıdan aşağı yerləşdirilmiş Azərbaycan Respublikasının bayrağı, qızılı rəngli səkkizguşəli ulduz, xəzinə simvolu olan ağ rəngli pul kisəsi, üzərində qara rəngli "V X" hərfləri yerləşdirilmiş qızılı rongli qalxan, qalxandan sağ və sol tərəflərə yönələn, üzərində qara rəngli "Vergi Xidməti" sözləri yazılmış lent və Azərbaycan Respublikasının bayrağının davamı yerləşdirilmişdir (şəkil 1).
Dövlət vergi orqanlarının inzibati binalarının girəcəylərində və eləcədə xüsusi geyim formasında istifadə olunan tanınma nişanının üstündə olan təsvir və yazılar qabarıqdır.
2. Azərbaycan Respublİkası dövlət vergİ orqanlarının vəzİfəlİ şəxslərİnİn xüsusİ geyİm forması
Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xiisusi geyim forması (bundan sonra xüsusi geyim forması) - Azərbaycan Respublikasının dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün müəyyən edilmiş geyim predmetləri komplektidir.
Geyim predmetlərinə aiddir:
Üst geyimləri - qış yarımpaltosu, su keçməyən parçadan tikilmiş gödəkçə, adi parçadan tikilmiş gödəkçə, şalvar, uzunqol köynək və qısaqol köynək.
Baş geyimləri - furajka, yay geyim forması üçün parçadan tikillmiş düz formalı günlüklü papaq, qış geyim forması üçün parçadan (tikilmiş qulaqlıqları xəzli günlünlü papaq, qadınlar üçün düz formalı günlüksüz papaq və düz formalı günlüklü papaq.
Ayaqqabılar - yay çəkməsi va isti içlikli qış çəkməsi.
Digər paltar predmetləri - şərf, əlcək, kəmərlər.
Xüsusi geyim forması mərasim və gündəlik, gündəlik isə öz növbəsində yay və qış geyimlərinə bölünür.
Mərasim geyim forması xüsusilə təntənəli hallarda, istirahət va bayram günlərində, habelə xidmətdənkənar vaxtda geyinmək üçün nəzərdə tutulmuşdur.
Gündəlik geyim forması qalan bütün hallarda geyilir.
Xüsusi geyim formasını daşımaq hüququna Azərbaycan Respublikasının dövlət vergi orqanlarının vəzifəli şəxsləri malikdir.
Xüsusi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların dövlət vergi orqanlarının vəzifəli şəxslərinin fərqləndirmə nişanları olan geyim formasının daşınması qadağandır.
Xüsusi geyim forması Azərbaycan Respublikasının Vergilər Nazirinin təsdiq etdiyi "Azərbaycan Respublikasının dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasını daşıma qaydaları"na uyğun olaraq daşınır.
Qış dəsti kişilər üçün boz rəngli furajkadan, parçadan tikilmiş qulaqlıqlaprı xəzli günlüklü, boz rəngli papaqdan, tünd boz rəngli kostyumdan, uzunqol açıq boz rəngli köynəkdən, (tünd boz rəngli qalstukdan, yuxarı hissəsi qara rəngli, aşağı hissəsi isə tünd boz rəngli yarımpalto və su keçirməyən parçadan tikilmiş gödəkçədən, adi parçadan tikilmiş gödəkçədən, tünd boz rəngli corabdan və isti içlikli qara rəngli qış çəkməsindən ibarətdir. Yarımpalto ilə geyinmək üçün tünd boz rəngli yun parçadan hazırlanmış eni 40 sm uzunu isə 1 metr olan şərf verilir.
Yay dəsti kişilər üçün boz rəngli furajkadan, parçadan tikilmiş düz formalı günlüklü boz rəngli papaqdan, (qadınlar üçün boz rəngli parçadan tikilmiş düz formalı günlüklü papaqdan), qısaqol yuxarı hissəsi tünd boz rəngli aşağı hissəsi isə açıq boz rəngli köynəkdən, tünd boz rəngli şalvardan (qadınlar üçün boz rəngli yubkadan), tünd boz rəngli corabdan və qara rəngli dəri çəkmədən ibarətdir.
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin, 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin geyim formasının pencəyi açıq boz rəngli parçadan tikilmiş, bir tərəfli düymələnən qatlama yaxalı olur. Çiyinlərində fərqləndirmə nişanları olan tünd boz rəngli paqonlar vardır. Üç ədəd diametri
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin mərasim geyim foormasının pəncəyi ağ rəngli parçadan tikilmiş, iki tərəfli düymələnən qatlama yaxalı olur. Hər cərgədə iki ədəd olmaqla üç cərgə, diametri
Mərasim geyim formasının şalvarı açıq boz rəngli parçadan tikilir, şalvarın yan tikişinə söykənən və ön tərəfə bir-birindən
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin gündəlik və mərasim pencəylərinin, yarımpaltosunun və su keçməyən parçadan tikilmiş gödəkçəsinin qollarında kantdan 5 sm yuxarıda məsafədə qızılı rəngli sapla hörülmüş, eni
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin köynəklərinin, gündəlik və mərasim pencəylərinin, yarımpaltosunun, su keçməyən parçadan tikilmiş gödəkçəsinin və adi parçadan tikilmiş gödəkçəsinin yaxalığının küncünə qızılı rəngli sapla hörülmüş, eni
Digər rütbə dərəcələri üçün pencək tünd boz rəngli parçadan tikilmiş, birtərəfli düymələnən qatlama yaxalı olur. Çiyinlərində fərqləndirmə nişanları olan açıq boz rəngli paqonlar vardır. Üç ədəd diametri
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri, 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri və 3-cü dərəcəli dövlət ədliyyə müşaviri üçün pencək qabardin, digər rütbə dərəcələri üçün isə boston parçalardan tikilir.
Qadınların pencəkləri gündəlik və mərasim geyim forması üçün olur. Müvafiq olaraq tünd boz və açıq boz rəngli parçadan tikilmiş, birtərəfli düymələnən qatlama yaxalı eyni biçimli, lakin sol tərəfə düymələnən olur (şəkil 5,6 ).
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri, 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri və 3-cü dərəcəli dövlət ədliyyə müşaviri geyim formalarının şalvarı tünd boz rəngli parçadan tikilir, şalvarın yan tikişinə söykənən və ön tərəfə bir-birindən
Digər rütbə dərəcələri üçün şalvar tünd boz rəngli parçadan tikilir, yan tikişi boyu mahud parçadan eni
Kostyumla geyinmək üçün üst köynək açıq boz rəngli nazik pambıq parçadan tikilir. Yaxalığı bərk olur və qalstuk üçün nəzərdə tutulur. Qalstuk tünd boz rəngli olur. Köynəyin üstdən tikilmiş, qapaqlarla örtülən və diametri
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin qalstuklarında diametri 5 sm olan dövlət vergi orqanlarının tanınma nişanı bərkidilir (şəkil 8).
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin yay üçün üst köynəyi açıq boz rəngli nazik pambıq parçadan, qısaqollu, bir tikişli olur. Yaxalığı yumşaq və qalstuksuz geyinmək üçün nəzərdə tutulur. Köynəyin üstdən tikilmiş, qapaqları örtülən və diametri
Digər rütbə dərəcələri üçün yay üst köynəyinin yuxarı hissəsi tünd boz rəngli, aşağı hissəsi isə açıq boz rəngli nazik pambıq parçadan, qısaqollu, bir tikişli olur. Yaxalığı yumşaq və qalstuksuz geyinmək üçün nəzərdə tutulur. Köynəyin üstdən tikilmiş qapaqları örtülən və diametri
1-ci, 2-ci, 3-cü dərəcəli müfəttişlərin, 1-ci, 2-ci və 3-cü dərəcəli hüquqşunasların köynəklərinin sağ döş hissəsi boz rəngli, qalan hissəsi isə açıq boz rəngli və ancaq sol çiyinlərində fərqləndirmə nişanı olan tünd boz rəngli paqon olur (şəkil 11).
Qadınlar üçün köynəklər eyni biçimli olmaqla sol tərəfə düymələnir (şəkil 12,13,14).
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin pencəyinin, yarımpaltosunun, su keçməyən parçadan tikilmiş gödəkçəsinin sol qolunda diametri 7 sm olan dövlət vergi orqanlarının tanınma nişanı bərkidilir.
Baş vergi xidməti müşavirinin, vergi xidməti müşavirinin, kiçik vergi xidməti müşavirinin, 1-ci, 2-ci, 3-cü dərəcəli müfəttişlərin, baş ədliyyə müşavirinin, ədliyyə müşavirinin, kiçik ədliyyə müşavirinin, 1-ci, 2-ci və 3-cü dərəcəli hüquqşünasların köynəyinin, pencəyinin, yarımpaltosunun, su keçməyən parçadan tikilmiş gödəkçəsinin, adi parçadan tikilmiş gödəkçəsinin sağ döş hissəsində diametri 7 sm olan qabarıq şəkilli Dövlət Vergi Xidməti orqanlarının tanınma nişanı bərkidilir (şəkil 7,10,11,12).
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin, 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin gödəkçələri açıq boz rəngli parçadan tikilir və birtərəflidir. Qapaqları örtülən və diametri
Yaxası "Molniya" tipli kilidlə açılıb bağlanır. Çiyinlərində fərqləndirmə nişanları olan tünd boz rəngdə paqonlar vardır (şəkil 15).
Digər rütbə dərəcələri üçün adi parçadan tikilmiş gödəkçənin yuxarı hissəsi tünd boz rəngli aşağı hissəsi isə açıq boz rəngli parçadan olur və birtərəflidir. Qapaqları örtülən və diametri
Furajka müvafiq rütbə dərəcələri üçün nəzərdə tutulmuş boz parçadan hazırlanır, qara rəngli laklanmış günlüyü olur.
Furajkanın üst hissəsindəki dairənin kənarına və oturacaq hissəsindəki dairəsi boyunca eni
Həqiqi dövlət vergi xidməti müşavirinin furajkasının ön tərəfində günluyunun furajkaya birləşən hissəsinə qızılı rəngli saplardan hörülmüş, eni
1-ci, 2-ci və 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirlərinin furajkalarının ön tərəfində günlüyün furajkaya birləşən hissəsinə qızılı rəngli saplardan hörülmüş, eni
Baş vergi xidməti müşavirinin, vergi xidməti müşavirinin, kiçik vergi xidməti müşavirinin, 1-ci, 2-ci və 3-cü dərəcəli müfəttişlərin, baş ədliyyə müşavirinin, ədliyyə müşavirinin, kiçik ədliyyə müşavirinin, 1-ci, 2-ci və 3-cü dərəcəli hüquqşünasların furajkalarının ön tərəfində günlüyün furajkaya birləşən hissəsinə qızılı rəngli saplardan hörülmüş, eni
Yay geyim forması ilə geyinmək üçün boz parçadan tikilmiş düz formalı günlüklü papaqda fərqləndirmə nişanları furajkalarda olan fərqləndirmə nişanları ilə eynidir (şəkil 18, 21).
Qış geyim forması ilə geyinmək üçün boz qalın parçadan tikilmiş düz formalı, günlüklü, xəz qulaqlıqlı papaqda fərqləndirmə nişanları furajkalarda olan fərqləndirmə nişanları ilə yenridir (şəkil 19,22).
Qadınlar üçün boz rəngli düz formalı günlüklü papaq tikilir və fərqləndirmə nişanları furajkalarda olan fərqləndirmə nişanları ilə eynidir.
Qadınlar üçün mərasim forması ilə düz formalı qalın, açıq boz rəngli parçadan tikilmiş papaqda fərqləndirmə nişanları furajkalarda olan fərqləndirmə nişanları ilə eynidir (şəkil 23).
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin yarımpaltoları tünd boz rəngli parçadan tikilmiş, iki tərəfli düymələnən qatlama yaxalı olur. Hər cərgədə iki ədəd olmaqla üç cərgə, diametri
Digər rütbə dərəcələri üçün yarımpalto yuxarı hissəsi qara rəngli, aşağı hissəsi isə tünd boz rəngli drap parçadan tikilir. Yaxası "Molniya" tipli kilidlə və parça altında gizlədilmiş bir sırada yerləşən 2 ədəd düymə ilə açılıb bağlanır. Çiyinlərində fərqləndirmə nişanları olan açıq boz rəngli paqonlar vardır. Üstü qapaqsız yan cibləri və aşağı hissəsində diametri
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin və 3-cü dərəcəli dövlət ədliyyə müşavirinin su keçməyən parçadan tikilmiş gödəkçələri tünd boz rəngli birtərəflidir. Yaxası "Molniya" tipli kilidlə və parça altında gizlədilmiş bir sırada yerləşən 2 ədəd düymə ilə açılıb bağlanır. Çiyinlərində fərqləndirmə nişanları olan açıq boz rəngli paqonlar vardır.
Hər iki yanında üstü qapaqlarla örtülən və diametri
Digər rütbə dərəcələri üçün su keçməyən parçadan tikilmiş gödəkçələrin yuxarı hissəsi qara, aşağı hissəsi isə tünd boz rəngli, birtərəflidir. Yaxası "Molniya" tipli kilidlə və parça altında gizlədilmiş bir sırada yerləşən 2 ədəd düymə ilə açılıb bağlanır. Çiyinlərində fərqləndirmə nişanları olan açıq boz rəngli paqonlar vardır.
Hər iki yanında üstü qapaqlarla örtülən və diametri
Qadınlar üçün yarımpalto və su keçməyən parçadan tikilmiş gödəkçə eyni biçimli olmaqla sol tərəfə düymələnir (şəkil 28,29).
Ayaqqabılar qara rəngli dəridən hazırlanmış tuflidən, qış fəsli üçün isə yarımkeçmədən ibarətdir. Yarımkeçənlər zəncirbəndlə çarpaz bağlanır.
3. Azərbaycan Respublİkasının dövlət vergİ orqanlarının vəzİfəlİ şəxslərİnİn fərqləndİrmə nİşanları
Fərqləndirmə nişanlarına aiddir: baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.) və kantlar. Bundan əlavə, xüsusi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr va geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.
Paqonlar yarımyumşaq, tünd boz və açıq büz-gümüşü rəngdə materialdan hazırlanır. Paqonlar pencəyə, gödəkçələrə, yarımpaltoya və köynəklərə bərkidilir (şəkil 2,8,9,15,24,26).
Bərkidilmə üsuluna görə paqonlar tikilmə və taxılıb-çıxardan paqonlara bölünür.
Tikilən paqonlar pencəkdə, gödəkçələrdə və yarımpaltoda daşınır.
Taxılıb-çıxardan paqonlar köynəkdə daşınır.
Paqonlar uzunluğu
Paqonun üzərində səkkizguşəli ulduz həkk olunmuş, qızılı rəngli metaldan hazırlanmış, diametri
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşavirinin paqonu üzərində qızılı rəngli lifdən diametri
1-ci dərəcəli dövlət vergi xidməti müşavirinin paqonu üzərində diametri
2-ci dərəcəli dövlət vergi xidməti müşavirinin paqonu üzərində diametri
3-cü dərəcəli dövlət vergi xidməti müşavirinin (3-cü dərəcəli dövlət ədliyyə müşavirinin) paqonu üzərində ortada diametri
Baş vergi xidməti müşavirinin (baş ədliyyə müşavirinin) paqonu üzərində diametri
Vergi xidməti müşavirinin (ədliyyə müşavirinin) paqonu üzərində diametri
Kiçik vergi xidməti müşavirinin (kiçik ədliyyə müşavirinin) paqonu üzərində diametri
1-ci dərəcəli müfəttişin (I-ci dərəcəli hüquqşunasın) paqonu üzərində diametri
2-ci dərəcəli müfəttişin (2-ci dərəcəli hüquqşünasın) paqonu üzərində diametri
3-cü dərəcəli müfəttişin (3-cü dərəcəli hüquqşünasın) paqonu üzərində diametri
3-cü dərəcəli dövlət ədliyyə müşavirinin, baş ədliyyə müşavirinin, ədliyyə müşavirinin, kiçik ədliyyə müşavirinin, 1-ci, 2-ci və 3-cü dərəcəli hüquqşünasların paqonu üzərindəki düymədən aşağıya doğru
[9]
12 noyabr 2022-ci il tarixli 1875 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 noyabr 2022-ci il, “Xalq” qəzeti, 13 noyabr 2022-ci il, № 247) ilə 6-cı hissəyə “şəxslərinin” sözündən sonra “xüsusi” sözü əlavə edilmişdir.
[10]
12 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 30 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №12, maddə 289) ilə «Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı»nın «Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatı» bölməsinin adından və beşinci qrafasından «mərkəzi» sözü çıxarılmışdır.
11 iyul 2014-cü il tarixli 224 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 iyul 2014-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №07, maddə 806) ilə “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nın “Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatı” hissəsinə yeni məzmunda altıncı abzas əlavə edilmişdir.
1 fevral 2017-ci il tarixli 1220 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2017-ci il, № 24; “Xalq” qəzeti, 4 fevral 2017-ci il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 164) ilə “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nın “Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatı” hissəsinin beşinci bəndində “aparatının Baş idarə rəisi” sözləri “aparatında departamentin baş direktoru” sözləri ilə əvəz edilmişdir.
1 fevral 2017-ci il tarixli 1220 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2017-ci il, № 24; “Xalq” qəzeti, 4 fevral 2017-ci il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 164) ilə “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nın “Vergilər Nazirliyinin sisteminə daxil olan vergi orqanları və təşkilatları” hissəsinin ikinci bəndində “Departament rəisi” sözləri “Departamentin baş direktoru” sözləri ilə əvəz edilmişdir.
[11]
12 noyabr 2022-ci il tarixli 1875 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 noyabr 2022-ci il, “Xalq” qəzeti, 13 noyabr 2022-ci il, № 247) ilə Əlavə 1 – “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı” yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin
SİYAHISI
|
|
Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatı
|
|
|
|
|
|
|
|
|
|
|
|
Vergilər Nazirliyinin sisteminə daxil olan vergi orqanları və təşkilatları
|
|
|
|
|
|
[12]
08 may 2008-ci il tarixli 761 nömrəli Fərman (“Azərbaycan” qəzeti, 13 may 2008-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №05, maddə 372) ilə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 9 fevral tarixli 195 nömrəli fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası dövlət vergi orqanlarının
tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması
və fərqləndirmə nişanları haqqında
ƏSASNAMƏ
ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi geyim forması - geyim predmetləri və fərqləndirmə nişanlarının komplektidir.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi geyim formasının predmetlərinə aiddir:
Üst geyimləri - qış paltosu, demisezon palto, buşlat, yarımpalto, kostyum, şalvar, gödəkçələr və s.
Baş geyimləri - papaq, furajka, şlyapa və s.
Ayaqqabılar - çəkmə, botinka, uzunboğaz çəkmə və s.
Digər geyim növləri - köynəklər, yun köynəklər (jaket), şərflər, qalstuklar, əlcəklər və s.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin fərqləndirmə nişanları xüsusi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət məsuliyyəti göstərir.
Nişanları Azərbaycan Respublikasının vergilər naziri təsis edir, həmçinin fərqləndirmə nişanları haqqında əsasnamələri və onların təsvirlərini təsdiq edir.
Vəzifəli şəxslərin fərqləndirmə nişanları və onların təsvirləri bu Əsasnamə ilə müəyyən edilir.
Fərqləndirmə nişanlarına aiddir:
-
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı;
- Paqon, yaxa nişanları, döş və qol nişanları (medal və nişan tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar), kantlar və lampaslar.
Bundan əlavə, xüsusi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa hissələri digər xarici fərqləndirmə əlamətlərində də həmin məqsədlərlə istifadə edilir.
Xüsusi geyim formasını Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri daşıya bilər.
Xüsusi geyim formasını daşıma hüququ olmayan vətəndaşların Vergilər Nazirliyinin vəzifəli şəxslərinin fərqləndirmə nişanı olan xüsusi geyim formasını daşıması qadağandır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri xüsusi geyim formasını Azərbaycan Respublikası vergilər nazirinin təsdiq etdiyi əmrində göstərilən qaydada daşıyır.
Xüsusi geyim forması ilə təminetmə və daşıma qaydaları Azərbaycan Respublikası vergilər naziri tərəfindən müəyyən edilir.
AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN
TANINMA NİŞANI
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı onun rəmzidir.
Tanınma nişanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin hər bir əməkdaşına Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək borcunu xatırladır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı yarımkürə formasındadır. Sarı (qızılı) xətlərlə haşiyələnmiş, üzərində xüsusi kompozisiya təsvir olunmuşdur.
Tanınma nişanının yuxarı yarım hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı göstərilmiş, bayrağın qırmızı rəngli hissəsində "Azərbaycan" sözü yazılmışdır.
Tanınma nişanının mərkəz hissəsində Azərbaycan Respublikasının səkkizguşəli ulduzu və aypara şəkilləri çəkilmiş, "Vergilər Nazirliyi" sözləri sarı (qızılı) rəngdə, zeytun rəngli fonda göstərilmişdir.
Tanınma nişanının aşağı yarımkürəsinin aşağı hissəsində özünəməxsus üçbucaq şəklində sarı (qızılı) xətlərlə haşiyələnmiş formanın içərisində Vergilər Nazirliyi sözlərinin baş hərfləri (VN) xüsusi formada sarı fonda ağ rənglə həkk olunmuşdur. Üçbucaq formanın hər iki yan tərəfi qızılı rəngdə dəfnə yarpaqları ilə haşiyələnmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı nazirliyin vəzifəli şəxslərinin xüsusi geyim formasında daşınır, hər növ blanklarında, inzibati binalarının girəcəklərində, avtonəqliyyat vasitələrində və digər sahələrində istifadə olunur (şəkil 1).
AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN
VƏZİFƏLİ ŞƏXSLƏRİNİN XÜSUSİ GEYİM FORMASI
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi geyim formasının tərkibinə aşağıdakı xüsusi geyim növləri aiddir:
Yay paltarları
- Furajka (qadınlarda şlyapa) - zeytun rəngli
- Yay kostyumu - zeytun rəngli
- Yay şalvarı (qadınlarda tuman) - zeytun rəngli
- Şalvar qayışı - qara rəngli
- Köynək - bej (açıq sarı) və ya ağ rəngli
- Corab - qara rəngli (qadınlarda ət rəngli neylon)
- Yay çəkməsi - qara rəngli dəridən
Qış paltarları
- Kostyum - nazir üçün bej və yaxud zeytun rəngli
- Furajka - nazir üçün bej və zeytun rəngli
- Papaq - nazir üçün tünd boz rəngli qaragül dəridən
- Furajka (qadınlarda şlyapa) - zeytun rəngli
- Papaq (qulaqlı) - qara və ya zeytun rəngli qaragül dəridən
- Qış paltosu - zeytun rəngli
- Qış yarımpaltosu - zeytun rəngli
- Demisezon palto (plaş) - zeytun rəngli
- Qış kostyumu - zeytun rəngli
- Qış şalvarı (qadınlarda tuman) - zeytun rəngli
- Şalvar qayışı - qara rəngli
- Köynək - bej rəngli
- Yun köynək (jaket) - zeytun rəngli
- Qalstuk - zeytun və ya qara rəngli
- Əlcəklər - qara rəngli
- Şərf - zeytun və ya qara rəngli
- Corablar - qara rəngli (qadınlar üçün ət rəngli neylon)
- Qış çəkməsi (qadınlarda uzunboğaz çəkmə) - qara rəngli dəridən
Qış paltosu və yarımpalto - Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçündür - tünd zeytun rənglidir, ikibortludur, qatlanan boyunluqludur, üç böyük forma düyməsi ilə düymələnir.
Boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qara rəngli mahuddan kant vardır. Paltonun yaxalıqlarının künclərində toxunma yaxa nişanları tikilir.
Layları yanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblidir.
Kürəyində ortada şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun yan tikiş yerlərinə bərkidilmiş qızılı rəngli iki böyük forma düyməsi və düymələnən tənzimləyici kəmərcik vardır. Qolları iki tikişli, qol köbəli, içəridən tikilir.
Astarında iki kəsmə qoltuq cibi vardır.
Paltonun sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq hissəsində üfüqi vəziyyətdə 40 x
Paltonun sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
Şərf - ağ rənglidir, trikotaj, yun, ipək, yaxud adi parçadan hazırlanır. Ölçüləri 30 x 120 sm-dir.
Qış çəkməsi - qara rənglidir. Qara rəngli xromdan hazırlanır. Zəncirbəndli, yaxud bağları vardır. Altlığı qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləşdirilmişdir.
Uzunboğaz çəkmə (qadınlar üçün) - qara rənglidir. Qara rəngli xromdan hazırlanmışdır. Dabanı orta ölçüdədir. Burnu ensizdir. Zəncirbəndlə bağlanır. Burnu və arxa hissəsi möhkəmləşdirilmişdir (şəkil 2, 3).
Demisezon gödəkçə - zeytun rənglidir. Bortları zəncirbəndlə bağlanır, yuxarıdan bir və aşağıdan bir qızılı rəngli 15 mm-lik düymə ilə bağlanır. Laylarında yan kəsmə fiqurlu qapaqlı basma düymə ilə düymələnən cibləri vardır. Kürəyi koketkalıdır, astarlıdır, sol bortunda qoltuq cibi vardır. Qısa qatlama boyunluqludur. Qolları tək tikişlidir, manjetlidir, manjetləri qızılı rəngli bir böyük forma düymələri (qadınlarda bir kiçik qızılı rəngli forma düyməsi) ilə ilgəklə bağlanır.
Gödəkçənın sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq hissəsində üfüqi vəziyyətdə 40 x
Gödəkçənin qurşağı manjetlidir, iki yan tərəfdən 15 sm-lik yığma rezinlidir. Gödəkçənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
Yun köynək - zeytun rənglidir. Yundan toxunmuşdur, yaxası üçbucaq şəkilli, açıqdır. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir.
Yun köynəyin sol bortunun döş hissəsində 40 x
Yay (qış) kostyumu - zeytun rənglidir, açıq ikibortludur, qatlanan boyunluqludur.
Sağ və sol qabaq bortların hər birində Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin geyim formasının 25 mm-lik iki böyük qızılı rəngli düymələri tikilir və soldan sağa düymələnir. Hər iki yanda qapaqlı kəsmə ciblər vardır. Kostyumun qollarının qurtaracağında arxa tərəfdən hər qolun üstündə üç ədəd 15 mm-lik qızılı rəngli düymələr tikilmişdir. Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşavirinin və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin kostyumunun qol köbəsinin üstündəki qara rəngli mahuddan olan kantdan
Yay (qış) kostyumu qadınlar üçün birbortludur, sağdan sola bortlar qızılı rəngli üç böyük forma düymələri ilə düymələnir.
Kostyum ətəyinədək astarlıdır, astarında iki kəsmə qoltuq cibi vardır. Kostyumun sol döş hissəsinin üstündə Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin vəzifə dərəcəsini göstərən 40 x
Kostyumun sol qolunun üst səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
Uzunqol qış köynəyi - bej rənglidir, uzunqoldur. Bortları ortadan 7 adi kiçik düymələrlə düymələnir. Kürəyi koketkalıdır. Ətəyi açıq, qurşaqsızdır.
Köynəyin sol bortunda üstdən tikmə qapaqsız cibi vardır. Qatlama boyunluqludur. Köynək qalstukla geyilir.
Qalstuk - qara və ya zeytun rənglidir, əllə bağlanır. Qızılı rəngli metal sıxacla gəzdirilir.
Yay çəkməsi - qara rənglidir. Qara rəngli xromdan hazırlanır. Tənzimləyici rezinciyi, yaxud bağları vardır. Dabanı qəliblənmişdir. Altlığı gön-dəridir. Burnu və arxa hissəsi möhkəmləşdirilmişdir.
Qadın yay çəkməsi alçaq dabanlıdır. Burnu ensiz, arxa hissəsi möhkəmləşdirilmişdir (şəkil 6).
Parad forması
- Şalvar - zeytun rəngli
- Köynək - zeytun rəngli
- Kostyum - bej rəngli
- Qalstuk - bej rəngli
- Furajka - bej rəngli
AZƏRBAYCAN RESPUBLİKASININ HƏQİQİ DÖVLƏT VERGİ
XİDMƏTİ MÜŞAVİRİNİN MƏRASİM GEYİM FORMASI
Mərasim geyimi - kostyum, qalstuk və furajka bej rəngdədir. Şalvar və köynək zeytun rəngdədir. Çəkmə - qaradır.
Kostyum bej rəngli yun parçadandır.
Köynək zeytun rəngli yay və qış formasında, yəni: yay köynəyi gödək qolludur, qabaq iki bortları 7 kiçik düymələrlə bağlanır, qabaq hər iki bortların döş hissəsində üstdən tikmə qırçınlı ciblərin ortasında şaqulidir və qapaqlıdır, qızılı rəngli bir kiçik forma düyməsi ilə düymələnir.
Köynək arxadan koketkalıdır, aşağı ətəyi manjetlidir, iki yandan 20 sm-lik rezinlə yığma qırçınla manjetə birləşdirilir.
Köynəyin sol cibinin üst tikiş xəttində zeytun rəngli paqon tikilir. Paqonun aşağı hissəsində cibin qapağındakı forma düyməsindən Vergilər Nazirliyinin tanınma nişanı asılır.
Köynəyin gödək qolları manjetlidir, qolun qıraq üstündə çiyin tikişindən
Fərqləndirmə qol nişanı qızılı rəngli metal sapla toxunur, özünəməxsus uzun üçbucaq şəklində, yuxarı hissəsindən dalğalı xətlərlə ümumi nişanın görünüşünə birləşərək nişanın ümumi görünüşünü tamamlayır. Nişanın yuxarı ortasında qızılı rəngli hərflərlə "Azərbaycan" sözü 8 güşəli ulduzla ayparanın aşağı hissəsində "Vergilər Nazirliyi", nişanın aşağı hissəsində dəfnə yarpaqları əhatəsində üçbucaq şəkilli fiqurun üstündə qızılı rəngli fonda "Vergilər Nazirliyi" sözlərinin baş hərfləri "VN" ağ rənglə toxunaraq ümumi kompozisiyada görüntülüdür.
Qol nişanı üst geyimlərinin bir çoxunda daşınır (şəkil 7, 8).
Demisezon palto (plaş) - zeytun rənglidir. Paltonun rənginə uyğun üç adi düymə ilə düymələnən ikibortlu, qatlanan boyunluqlu və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastmas toqqadan olan parçadan kəməri vardır.
Kürəkdə, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, içəridən tikilən, kəmərciklidir. Astarlıdır, astarında iki kəsmə qoltuq cibi vardır.
Paltonun yaxalıqlarının künclərində yaxa nişanı ancaq Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşavirinin və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin demisezon paltosunda tikilir.
Paltonun sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
Paltonun sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq hissəsində üfüqi vəziyyətdə 40 x
Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir (şəkil 9).
Qış yarımpaltosu - zeytun rənglidir, yağışa davamlı parçadan tikilmişdir. Qatlanan boyunluqludur. Qabaq bortları koketkalıdır, orta hissədən iki bort zəncirbəndlə birləşdirilir (bağlanır) və həm də iki qabaq bortlar yuxarı qurtaracaqdan və aşağı ətəkdən sağdan sola bir qızılı rəngli böyük forma düyməsi ilə (qadınlarda soldan sağa bir qızılı rəngli kiçik forma düyməsi ilə) düymələnir.
Yarımpaltonun sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq hissəsində koketkanın üstündə üfüqi vəziyyətdə 40 x
Qış yarımpaltosunun iki yan tərəflərində üstdən tikmə qapaqlı cibləri vardır. Ciblərin ağzı yapışan parça ilə bağlanır.
Qış yarımpaltosunun qolları birtikişlidir. Hər qolun üstündə bir kiçik kəmərcik tikilmişdir. Kəmərciyin üstündə isə bir qızılı rəngli böyük forma düyməsi tikilmişdir.
Qış yarımpaltosu iki astarlıdır. Üst astar çıxarılmadır, isti süni vatin tipli parçadan hazırlanmış, zəncirbəndlə və boyunluğun yanında bir basma düymə ilə yarımpaltoya bağlanır.
Qış yarımpaltosunun sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən
Qısaqol köynək - ağ rəngli və ya açıq sarı rənglidir, qısaqol, qatlanan boyunluqlu, 2 qabaq bortu ortadan 7 kiçik adi düymələrlə düymələnir. Üstdən şaquli tikilmiş və qapaqlı qırçınlı iki döş cibləri var, qapaqlı ciblərin hər biri qızılı rəngli kiçik forma düymələri ilə bağlanır. Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan yığma rezinlidir.
Köynəyin sol cibinin üstündə yuxarı tikiş xəttində Vergilər Nazirliyinin 40x120 mm ölçüdə xüsusi paqonu tikilir, paqonun aşağı xəttində qızılı rəngli kiçik forma düyməsindən Vergilər Nazirliyinin tanınma nişanı asılır.
Köynəyin sol qolunun xarici səthində Vergilər Nazirliyinə mənsubiyyəti bildirən xüsusi fərqləndirmə qol nişanı tikilir.
Köynək qalstuksuz geyilir.
Vəzifəli qadınlar üçün köynəyin qabağı yan tikişlərlə köklənmişdir.
Köynəyin sol cibinin qapaq hissəsinin üstündə Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin vəzifə dərəcəsini göstərən 40 x
Köynəyin sol qolunun çiynindən qıraqdakı qurtaracaq tikişdən
Yay (qış) şalvarı - zeytun rənglidir. Şalvarın yan tikişinə söykənən və şalvarın uzununa doğru, hər birinin eni
Şalvarın miyançası qarmaq zəncirbəndlə bağlanır. Qurşaqda kəmər üçün 7 ensiz halqa (körpü) tikilir (şəkil 11).
Furajka - zeytun rəngli, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, qara rəngli çənəaltı qayışcıqdan və forma düymələrindən ibarətdir. Kostyumun hazırlandığı parçadan hazırlanır.
Dövrənin üstündən qara rəngli bəzək lenti keçir. Furajkanın qabaq tərəfinin dövrəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün müəyyən edilmiş qızılı rəngdə tikmə kokarda vardır. Günlüyü zeytun rənglidir. Furajkanın üst hissəsindəki dairənin kənarında və oturacaq hissəsindəki dairəsi boyunca eni
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün müəyyən edilmiş furajkanın günlüyünün üstündə özünəməxsus qızılı rəngdə naxış olan zeytun rəngli parçaya tikilir (toxunur), qızılı rəngli çənəaltı qayışcıq, üstündə aypara və səkkizgüşəli ulduz olan iki qızılı rəngli kiçik forma düyməsinə bağlanır.
Qış papağı - Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün tünd boz rəngli qaragül dəridən tikilir.
Papaq (qulaqlı) - qara və ya zeytun rəngli qaragül dəridən tikilir.
Şlyapa - kənarları yanlardan və arxadan azca qaldırılmış qara rəngli qayışcığı iki forma düyməsinə bağlanmış zeytun rəngli baş geyimidir. Kənarlarının eni 90 mm-dir, kostyumun hazırlandığı parçadan hazırlanır.
Şlyapanın aşağı qırağı ilə kənarlarının üstündən eni
Şlyapanın qabaq hissəsinin ortasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün müəyyən edilmiş qızılı rəngdə tikmə kokarda vardır (şəkil 12,13 ).
Yaxa nişanları və forma düymələri - Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin geyim formalarının yaxalıqlarının künclərində toxunma yaxa nişanları tikilir.
Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün müəyyən edilmiş furajkanın günlüyünün üstündə özünəməxsus qızılı rəngdə naxış olan zeytun rəngli parçaya tikilir (toxunur), qızılı rəngli çənəaltı qayışcıq, üstündə Azərbaycan Respublikasının gerbi olan iki qızılı rəngli 12 mm-lik forma düyməsinə tikilir. Üstündə Azərbaycan Respublikasının gerbi olan 15 mm-lik qızılı rəngli düymələr kostyumun qollarının qurtaracağında arxa tərəfdən hər qolun üstündə üç ədəd tikilir.
Üstündə Azərbaycan Respublikasının gerbi olan 25 mm-lik qızılı rəngli düymələr kostyumun sağ və sol qabaq bortlarının hər birində tikilir və soldan sağa düymələnir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin geyim formasının düymələri:
Üstündə aypara və səkkizgüşəli ulduz olan iki qızılı rəngli 12 mm-lik forma düyməsi furajkanın çənəaltı qayışcığına tikilir.
Üstündə aypara və səkkizgüşəli ulduz olan 15 mm-lik qızılı rəngli düymələr kostyumun qollarının qurtaracağında arxa tərəfdən hər qolun üstündə üç ədəd tikilir.
Üstündə aypara və səkkizgüşəli ulduz olan 25 mm-lik qızılı rəngli düymələr kostyumun sağ və sol qabaq bortlarının hər birində tikilir və soldan sağa düymələnir (şəkil 14).
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin rütbələrinə görə fərqləndirmə nişan və paqonlarının təsvirləri:
1. Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün paqonlar 40 x
İçərisində hər iki baş tərəfdən yarımkvadrat şəklində toxunma dəfnə yarpaqlarının arasında aypara və 8 güşəli ulduzlar təsvir olunmuşdur (şəkil 15).
Paqonlar yüksək vəzifədən başlayaraq dərəcələrə bölünür.