AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
05.12.2019
QEYDİYYAT NÖMRƏSİ
1673
ADI
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 06-12-2019, Nəşr Nömrəsi: 271), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2019, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1969)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.12.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201912051673
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.12.2019
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin və bu sahəyə özəl investisiyaların cəlb edilməsinin təşviqi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin (bundan sonra – layihələr) həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılsın: [2]

 

Komissiyanın sədri [3]

 

Azərbaycan Respublikasının energetika naziri

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

1.2. Komissiyaya tapşırılsın:

1.2.1. layihələrin həyata keçirilməsi üçün torpaq sahələrinin və su obyektlərinin ayrılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [4]

1.2.2. investorlara verilməsi nəzərdə tutulan dövlət təminatlarına dair və bu Sərəncamın 1.2.3-cü yarımbəndində göstərilən müqavilələr üzrə investorlar qarşısında götürüləcək öhdəliklərin icrasına dövlət zəmanətinin verilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [5]

1.2.3. beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, investisiya müqaviləsinin və tələb olunan digər müqavilələrin hazırlanmasını təmin etsin; [6]

1.2.4. layihələrin müqavilələrdə nəzərdə tutulmuş müddətdə və şərtlər çərçivəsində icrasının təmin edilməsi üçün zəruri tədbirlər görsün;

1.2.5. layihələr üzrə elektrik stansiyasının elektrik enerjisi şəbəkəsinə qoşulması, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası ilə əlaqədar şəbəkənin gücləndirilməsinə dair təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [7]

1.2.6. investorlara tətbiq edilən təşviq mexanizmlərinin genişləndirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. [8]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 dekabr 2019-cu il

                      № 1673

 


 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 iyul 2022-ci il tarixli 3383 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyul 2022-ci il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 795)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 iyul 2022-ci il tarixli 3383 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyul 2022-ci il, 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 795) ilə adında “pilot layihələrin həyata keçirilməsi tədbirləri” sözləri “layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər” sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 iyul 2022-ci il tarixli 3383 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyul 2022-ci il, 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 795) ilə 1-ci hissənin birinci abzasından “pilot” sözü çıxarılmışdır.

 

[3] 22 iyul 2022-ci il tarixli 3383 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyul 2022-ci il, 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 795) ilə 1-ci hissə ilə yaradılmış Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın sədri

 

Azərbaycan Respublikasının energetika naziri

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

 

[4] 22 iyul 2022-ci il tarixli 3383 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyul 2022-ci il, 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 795) ilə 1.2.1-ci yarımbəndəsahələrinin” sözündən sonra “və su obyektlərinin” sözləri əlavə edilmişdir və həmin yarımbənddən “bir ay müddətində” sözləri çıxarılmışdır.

 

[5] 22 iyul 2022-ci il tarixli 3383 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyul 2022-ci il, 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 795) ilə 1.2.2-ci yarımbənddən “bir ay müddətində” sözləri çıxarılmışdır.

 

[6] 22 iyul 2022-ci il tarixli 3383 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyul 2022-ci il, 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 795) ilə 1.2.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.2.3. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, layihələrin icrası ilə bağlı dövlət zəmanəti müqaviləsinin və tələb olunan digər müqavilələrin dörd ay müddətində hazırlanmasını təmin etsin;

 

[7] 22 iyul 2022-ci il tarixli 3383 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyul 2022-ci il, 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 795) ilə 1.2.5-ci yarımbənddən “bir ay müddətində” sözləri çıxarılmışdır, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.2.6-cı yarımbəndi əlavə edilmişdir.

 

[8] 22 iyul 2022-ci il tarixli 3383 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyul 2022-ci il, 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 795) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

2.1. beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə maliyyə vəsaitinin ayrılmasını təmin etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status