×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
29.11.2019
QEYDİYYAT NÖMRƏSİ
865
ADI
“Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 01-12-2019, Nəşr nömrəsi: 267), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2019, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1713)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.12.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201911290865
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.12.2019
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin yeddinci abzasında, 10-cu maddəsinin 3-cü hissəsinin birinci və üçüncü cümlələrində və 4-cü hissəsinin ikinci cümləsində, 13-cü maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin ikinci (hər iki halda) cümləsində və 7-ci hissəsinin birinci cümləsində, 15-ci maddəsinin 3-cü hissəsində, 16-cı və 17-ci maddələrinin birinci hissələrində, 19-cu maddəsinin 3-cü hissəsində, 21-ci maddəsinin ikinci hissəsində, 22-ci maddəsinin 2-ci və 7-ci hissələrində, 23-cü maddəsinin birinci və ikinci hissələrində, 24-cü maddəsinin 5-ci hissəsində, 27-ci maddəsinin 2-ci hissəsində, 30-cu maddəsinin 4-cü hissəsində, 32-ci maddəsinin 5-ci və 7-ci hissələrində, 33-cü maddəsinin 4-cü hissəsində, 34-cü maddəsinin 2-ci hissəsində, 36-cı maddəsinin 2-ci, 3-cü və 4-cü (hər iki halda) hissələrində, 37-ci, 38-ci və 45-ci maddələrinin 2-ci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.1-1. həmin Qanununun 13-cü maddəsinin 2-ci hissəsinin ikinci (birinci halda) cümləsində “orqan (qurum)” dedikdə qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər hallara münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. [1]

2.2. həmin Qanunun 13-cü maddəsinin 2-ci (birinci halda) hissəsində, 16-cı və 17-ci maddələrinin birinci hissələrində, 32-ci maddəsinin 5-ci hissəsində və 34-cü maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [2]

2.3. həmin Qanunun 13-cü maddəsinin 7-ci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.4. həmin Qanunun 32-ci maddəsinin 7-ci hissəsində “orqan (qurum)” dedikdə yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydasının təsdiqinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın miqdarının müəyyən edilməsinə münasibətdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;

2.5. həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin yeddinci abzasında, 10-cu maddəsinin 3-cü hissəsinin üçüncü cümləsində və 4-cü hissəsinin ikinci cümləsində, 13-cü maddəsinin 1-ci hissəsində və 2-ci hissəsinin ikinci (ikinci halda) cümləsində (qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin iştirakı ilə), 15-ci maddəsinin 3-cü hissəsində (neftə və qaza münasibətdə Azərbaycan Respublikası Energetika Nazirliyinin iştirakı ilə), 19-cu maddəsinin 3-cü hissəsində, 21-ci maddəsinin 2-ci hissəsində, 27-ci maddəsinin 2-ci hissəsində, 33-cü maddəsinin 4-cü hissəsində, 37-ci və 45-ci maddələrinin 2-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur; [3]

2.6. həmin Qanunun 22-ci maddəsinin 2-ci hissəsində, 23-cü maddəsinin 2-ci hissəsində, 38-ci maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

2.7. həmin Qanunun 22-ci maddəsinin 7-ci hissəsində və 24-cü maddəsinin 5-ci hissəsində “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində və 23-cü maddəsinin 1-ci hissəsində “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

2.9. həmin Qanunun 36-cı maddəsinin dördüncü (birinci halda) hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur;

2.10. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsində və 6-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.11. həmin Qanunun 6-cı maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü və 4-cü hissələrində, 18-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.13. həmin Qanunun 7-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi (yeraltı qaz anbarlarına münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə) nəzərdə tutulur;

2.14. həmin Qanunun 7-ci maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

2.15. həmin Qanunun 18-ci maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

2.16. “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin onuncu abzasında və 5-ci hissəsində, 10-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.17. həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin onuncu abzasında “orqan (qurum)” dedikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ətraf mühitə təsirə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə) nəzərdə tutulur;

2.18. həmin Qanunun 9-cu maddəsinin 5-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

2.19. həmin Qanunun 10-cu maddəsinin 1-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 noyabr 2019-cu il

                        № 865

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 may 2021-ci il tarixli 1349 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 may 2021-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 456)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 may 2021-ci il tarixli 1349 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 may 2021-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 456) ilə yeni məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir.

 

[2] 29 may 2021-ci il tarixli 1349 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 may 2021-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 456) ilə 2.2-ci bənddən “13-cü maddəsinin 2-ci (birinci halda) hissəsində,” sözləri çıxarılmışdır.

 

[3] 29 may 2021-ci il tarixli 1349 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 may 2021-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 456) ilə 2.5-ci bənddə “1-ci və 2-ci (ikinci halda) hissələrində” sözləri “1-ci hissəsində və 2-ci hissəsinin ikinci (ikinci halda) cümləsində (qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin iştirakı ilə)” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status