"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin etmək məqsədi ilə qərara alıram:
[1]
1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı"na aşağıdakı məzmunda 78-ci və 79-cu bəndlər əlavə edilsin:
|
|
|
|
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci bəndində göstərilən fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını təsdiq etsin və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) alınması üçün ödənilən dövlət rüsumunun məbləğlərini müəyyən etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanının icrası qaydasında təqdim etdiyi təklifləri nəzərə alaraq 3 ay müddətində:
Elektron imza haqqında Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Dövlət İnformasiya ehtiyatlarının reyestrinin aparılması qaydası haqqında Əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
İnformasiya ehtiyatlarının və ya onların müəyyən hissələrinin milli informasiya ehtiyatları elan edilməsi və onların milli sərvət kimi mühafizə edilməsi haqqında Qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş informasiya ehtiyatlardan istifadə edənlərə haqq ödənilmədən və ya xidmətlərə çəkilən xərcləri qismən ödəməklə təqdim olunan informasiya xidmətlərinin siyahısını təsdiq etsin;
həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin müddəalarını nəzərə alaraq informasiyalaşdırmanın aparıcı istiqamətlərini müəyyən edən konsepsiyanı hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 4 iyul 2001-ci il
№ 520
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
- 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə 1-ci və 2-ci bəndləri çıxarılmışdır.