“Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısının “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”nın (AZT029-2008) beşrəqəmli altsinif kodları səviyyəsində təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 4.8.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”nın (AZT029-2008) beşrəqəmli altsinif kodları səviyyəsində təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 9 avqust 2019-cu il
№ 355
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 9 avqust tarixli 355 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
|
Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin
Siyahısı
İqtisadi Fəaliyyət Növləri Təsnifatı (AZT029-2008) altsinfi
|
|
kodu
|
adı
|
06100
|
Xam neft hasilatı
|
06200
|
Təbii (yanar) qaz hasilatı
|
09101
|
Neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi
|
09102
|
Neft və təbii qazın hasilatı üçün quyuların qazılması
|
19200
|
Təmizlənmiş neft məhsullarının istehsalı, o cümlədən neft məhsullarından briketlər
|