×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
27.06.2019
QEYDİYYAT NÖMRƏSİ
1614-VQ
ADI
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokolun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-07-2019, Nəşr nömrəsi: 161), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2019, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1188)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.07.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201906271614
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.07.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokolun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə 2018-ci il iyulun 20-də Moskva şəhərində imzalanmış Protokol təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyun 2019-cu il

1614-VQ


“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında”

Çərçivə Konvensiyasına Transsərhəd konfekstdə ətraf mühitə

təsirin qiymətləndirilməsi barədə

 

PROTOKOL

 

Preambula

Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Xəzəryanı dövlətlər:

Azərbaycan Respublikası,

İran İslam Respublikası,

Qazaxıstan Respublikası,

Rusiya Federasiyası,

Türkmənistan,

bundan sonra “Konvensiya” adlandırılacaq 2003-cü il 4 noyabr tarixində İran İslam Respublikasının Tehran şəhərində imzalanmış Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konyensiyasının Tərəfləri olaraq, Konvensiyanın 7-ci, 17-ci və 18-ci maddələrinin müddəalarını həyata keçirmək üçün qətiyyətlərini yenidən təsdiq edərək,

Razılığa gələn Tərəflər arasında Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə regional anlaşma və əməkdaşlığı genişləndirmək qərarında olaraq, təklif olunan fəaliyyətlər üçün ətraf mühitə təsirin qiymətləndirilməsinin qərar qəbuletmə prosesinin erkən mərhələsində tətbiq edilməsinin davamlı inkişaf prinsiplərinin həyata keçirilməsini təşviq etdiyini qəbul edərək,

məlumata çıxışın və ətraf mühitlə əlaqədar məsələlərlə bağlı qərar qəbul etmədə ictimaiyyətin iştirakının vacibliyini qeyd edərək, aşağıdakılar barəda razılığa gəldilər:

 

Maddə 1. İstifadə olunan anlayışlar

 

Bu Protokolun məqsədləri üçün:

(a) “Mənşə Tərəfi” dedikdə, bu Protokola Əlavə I-də sadalanan təklif olunan fəaliyyətin yurisdiksiyası altında həyata keçirilməsi planlaşdırılan bu Protokolun Razılığa gələn Tərəf(lər)i başa düşülür;

(b) “Təsirə məruz qalan Tərəf” dedikdə, təklif olunan fəaliyyət nəticəsində transsərhəd təsirə məruz qalma ehtimalı olan bu Protokolun Razılığa gələn Tərəf(lər)i başa düşülür. Razılığa gələn Tərəf(lər)i Təsirə məruz qalan Tərəf kimi nəzərdən keçirilə biləcəyi dəniz sahəsi “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın bütün Razılığa gələn Tərəflər üçün qüvvəyə minməsindən sonra onun müddəalarına uyğun olaraq müəyyən ediləcək;

(c) “Maraqlı Tərəflər” dedikdə, bu Protokola uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunun Mənşə Tərəfi və Təsirə məruz qalan Tərəfi başa düşülür;

(d) “Ətraf mühitə təsirin qiymətləndirilməsi” dedikdə, təklif olunan fəaliyyətin ətraf mühitə ehtimal olunan təsirinin qiymətləndirilməsi üçün milli prosedur;

(e) “Təklif olunan fəaliyyət” dedikdə, ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə tətbiq olunan milli prosedura uyğun olaraq, səlahiyyətli orqanın qərarını tələb edən istənilən fəaliyyət və ya fəaliyyətə hər hansı mühüm dəyişiklik başa düşülür;

(f) “Təsir” dedikdə, təklif olunan fəaliyyətin həyata keçirilməsinin Xəzər dənizinin dəniz ətraf mühitinə, o cümlədən flora, fauna, torpaq, atmosfer havası, su, iqlim, landşaft, tarixi abidələr və/və ya bu faktorlar arasındakı qarşılıqlı əlaqəyə göstərdiyi istənilən təsir başa düşülür, həmçinin insan sağlamlığına və təhlükəsizliyinə, mədəni irsə, sosial-iqtisadi və ya bu faktorların dəyişməsindən irəli gələn digər vəziyyətlərə təsirləri ehtiva edir;

(g) “Transsərhəd təsir” dedikdə, Mənşə Tərəf tərəfindən həyata keçirilən təklif olunan fəaliyyətləri digər Razılığa gələn Tərəfə göstərdiyi istənilən təsir başa düşülür;

(h) “İctimaiyyət” dedikdə, bir və ya daha artıq fiziki və ya hüquqi şəxs başa düşülür;

(i) “Səlahiyyətli orqan” dedikdə, bu Protokolun əhatə etdiyi tapşırıqların yerinə yetirilməsi üçün Razılığa gələn Tərəf tərəfindən təyin edilən orqan(lar) başa düşülür;

(j) “Bildiriş üçün əlaqələndirici” dedikdə, hər bir Razılığa gələn Tərəfin təyin etdiyi və digər Razılığa gələn Tərəflərə və Katibliyə məlumat verdiyi, bildirişin alınması və müvafiq səlahiyyətli orqanın məlumatlandırılmasının təmin edilməsi üçün məsul olan Razılığa gələn Tərəfin əlaqələndiricisi və əlaqələndiriciləri başa düşülür;

(k) “Layihə təşəbbüskarı” dedikdə, milli prosedura uyğun olaraq təklif olunan fəaliyyətlə əlaqədar səlahiyyətin alınması üçün müraciət edən təşəbbüskar, o cümlədən dövlət orqanı başa düşülür;

(l) “Tərəflər Konfransı” dedikdə, Konvensiyanın 22-ci maddəsində istinad olunan orqan başa düşülür;

(m) “Katiblik” dedikdə, Konvensiyanın 23-cü maddəsində istinad olunan orqan başa düşülür.

 

Maddə 2. Məqsəd

 

Bu Protokolun məqsədi dəniz ətraf mühitinin və dənizə yaxın olduğundan təsirə məruz qalan quru ərazinin çirklənməsinin qarşısının alınması, azaldılması və nəzarətdə saxlanılması, onun biomüxtəlifliyinin qorunması və təbii sərvətlərinin səmərəli istifadəsinin təşviqi və insan sağlamlığının mühafizəsi üçün dəniz ətraf mühitinə və dənizə yaxın olduğundan təsirə məruz qalan quru əraziyə əhəmiyyətli transsərhəd təsirə səbəbolma ehtimalı olan istənilən təklif olunan fəaliyyətə münasibətdə transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunun səmərəli və şəffaf həyata keçirilməsidir.

 

Maddə 3. Tətbiq dairəsi

 

Konvensiyanın 3-cü maddəsinə uyğun olaraq, bu Protokol Xəzər dənizinin dəniz ətraf mühitinə onun su səviyyəsinin tərəddüdləri və quruda yerləşən mənbələrdən çirklənməsi nəzərə alınmaqla, tətbiq olunur.

 

Maddə 4. Ümumi müddəalar

 

1. Hər bir Razılığa gəfən Tərəf bu Protokolun müddəalarını Əlavə I-də sadalanan və bu Protokola Əlavə II-də təyin olunan meyarlara uyğun olaraq müəyyən edilən əhəmiyyətli transsərhəd təsirə səbəbolma ehtimalı olan təklif olunan fəaliyyətlərə, ictimaiyyətin iştirakına imkan verən ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunun yaradılması və bu Protokola Əlavə III-də təsvir edilən ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləşdirməsinin hazırlanmasına münasibətdə yerinə yetirmək üçün lazımi hüquqi, inzibati və digər tədbirləri görür.

2. Hər bir Razılığa gələn Tərəf təklif olunan fəaliyyətə icazə verilməsi və ya ona başlanması qərarından öncə bu Protokola Əlavə I-də sadalanan əhəmiyyətli transsərhəd təsirə səbəbolma ehtimalı olan təklif olunan fəaliyyətlərin bu Protokola uyğun olaraq ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunu keçmələrini təmin edir.

3. Hər bir Razılığa gələn Tərəf Razılığa gələn Tərəflərə və Katibliyə özünün Bildiriş üçün əlaqələndiricisi barədə məlumat verir. Razılığa gələn Tərəflərə Bildiriş üçün əlaqələndirici barədə məlumat Katiblik tərəfindən elektron və ya digər müvafiq şəkildə verilir.

4. Maraqlı Tərəflər bu Protokola uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunun erkən mərhələsindən başlayaraq təklif olunan fəaliyyətin ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda ictimaiyyətin səmərəli iştirakını təmin edirlər.

5. Bu Protokola uyğun olaraq, Maraqlı Tərəflər təklif olunan fəaliyyətin ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda iştirak etmək üçün Mənşə Tərəfinin və Təsirə məruz qalan Tərəfin ictimaiyyəti üçün bərabər imkanlar yaradırlar və bu məsələ ilə bağlı ictimaiyyətə kömək edirlər və məsləhət verirlər.

6. Bu Protokolun müddəaları Razılığa gələn Tərəflərin milli təhlükəsizlik maraqları baxımından milli qanunları, qaydaları və ya inzibati xarakterli müddəalarını həyata keçirmək hüququna xələl gətirmir.

7. Bu Protokolun müddəaları Razılığa gələn Tərəflərin bu Protokolun əhatə etdiyi məsələlərlə əlaqədar əlavə tədbirlər görmək və ya təqdim etmək hüququna xələl gətirmir.

8. Bu Protokolun müddəaları Razılığa gələn Tərəflərin transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərinə xələl gətirmir.

 

Maddə 5. Bildiriş

 

1. Bu Protokola Əlavə I-də sadalanan təklif olunan fəaliyyətə münasibətdə Mənşə Tərəfinin Səlahiyyətli orqanı əhəmiyyətli transsərhəd təsirə səbəbolma ehtimal olan təklif olunan fəaliyyət barəda məlumat aldıqdan sonra mümkün olduğu qədər tez bir zamanda potensial təsirə məruz qala bilən Tərəf hesab etdiyi istənilən Razılığa gələn Tərəfi və digər Razılığa gələn Tərəflərə məlumat vermək üçün Katibliyi Bildiriş üçün əlaqələndirici vasitəsilə məlumatlandırır.

2. Bildiriş, digər məsələlərlə yanaşı aşağıdakıları ehtiva edir:

a) təklif olunan fəaliyyət barədə məlumat, o cümlədən onun mümkün transsərhəd təsirləri və təklif olunan fəaliyyətlə bağlı mümkün qərarların xüsusiyyətləri barədə bildiriş göndərilən zaman mövcud olan istənilən məlumat;

b) Təsirə məruz qalan Tərəfin bildirişə cavabını təqdim etməsi üçün bu Protokolun 5-ci maddəsinin 3-cü bəndində bildirildiyi kimi bildirişin ingilis və rus dillərində alındığı tarixdən 30 gündən az olmayan əsaslı vaxt çərçivəsi;

c) əfraf mühitə təsirin qiymətləndirilməsi prosedurundakı sonrakı addımlar, xüsusilə bu Protokolun 6-cı, 7-ci və 8-ci maddələrində istinad olunan addımlar üçün vaxt cədvəlinin göstərilməsi də daxil olmaqla, nəzərdə tutulmuş əfraf mühitə təsirin qiymətləndirilməsi proseduru barədə məlumat.

3. Mənşə Tərəfi bildiriş sənədlərini dövlət dilində, ingilis və ya rus dilinə tərcümə ilə birlikdə təqdim edir. Katiblik bildiriş sənədlərinin, müvafiq olaraq, ingilis və ya rus dilinə tərcüməsini təmin edir.

4. Mənşə Tərəfinin Səlahiyyətli orqanı Təsirə məruz qalan Tərəfin Bildiriş üçün əlaqələndiricisi və Katiblik tərəfindən bildirişin alınmasını təmin edir.

5. Təsirə məruz qalan Tərəfin Səlahiyyətli orqanı bildirişdə göstərilən vaxt çərçivəsində təklif olunan fəaliyyətin ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda iştirak etmək niyyətində olub-olmadığını bildirməklə, Mənşə Tərəfinin Səlahiyyətli orqanına cavab verir və Katibliyi məlumatlandırır.

6. Əgər Təsirə məruz qalan Tərəf təklif olunan fəaliyyətin ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda iştirak etmək niyyətində olmadığını bildirərsə və ya əgər bildirişdə göstərilən vaxt çərçivəsində cavab verməzsə, bu Protokolun 7-ci maddəsinin 3(b) bəndinə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləşdirməsi layihəsinin Katibliyə göndərilməsi ilə bağlı Mənşə Tərəfinin öhdəliyi istisna olmaqla, bu maddənin 7-ci və 8-ci bəndlərinin və bu Protokolun 6-11-ci maddələrinin müddəaları tətbiq olunmur.

7. Əgər Təsirə məruz qalan Tərəf təklif olunan fəaliyyətin ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda iştirak etmək niyyətində olduğunu bildirərsə, Təsirə məruz qalan Tərəf bildirişə öz cavabında və ya dərhal sonra Mənşə Tərəfini aşağıdakılarla təmin edir:

a) Təsirə məruz qalan Tərəfdə ictimai məsləhətləşmələr proseduru barədə müvafiq məlumat;

b) ətraf mühitə təsirin qiymətləndirilməsi araşdırmalarında həlli tələb olunan hər hansı xüsusi məsələlər olduğu təqdirdə, bu barədə sorğu;

c) (b) yarımbəndində qaldırılmış məsələlər barədə asanlıqla əldə oluna bilən məlumatın xülasəsi;

8. Təsirə məruz qalan Tərəf Mənşə Tərəfinin sorğusu əsasında potensial təsirə məruz qalan ətraf mühitlə əlaqədar ağlabatan şəkildə əldə oluna bilən istənilən məlumatı, əgər bu məlumat ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləşdirməsinin hazırlanması üçün vacibdirsə, təqdim edir.

9. Razılığa gələn Tərəfin təklif olunan fəaliyyətdən onun əhəmiyyətli transsərhəd təsirə məruz qalacağı ilə bağlı əsaslı narahatlığı olduğu təqdirdə və bu maddənin 1-ci bəndinə uyğun olaraq bildiriş təqdim edilmədiyi təqdirdə, Mənşə Tərəfi həmin Razılığa gələn Tərəfin sorğusu əsasında təklif olunan fəaliyyət nəticəsində əhəmiyyətli transsərhəd təsirin olub-olmadığı ilə bağlı onu kifayət qədər məlumatla təmin edir. Tərəflər, zəruri olduğu təqdirdə, ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda mümkün iştirakla əlaqədar məsləhətləşmələr aparırlar.

 

Maddə 6. Maraqlı Tərəflər arasında əlaqə

 

1. Maraqlı Tərəflərin Səlahiyyətli orqanları aşağıdakılarla bağlı məsləhətləşmələr aparırlar və razılıq əldə edirlər:

(a) ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləşdirməsinin tələb olunan formatı və dil(lər)i, o cümlədən ictimai məsləhətləşmələr və Təsirə məruz qalan Tərəfin Səlahiyyətli orqanı tərəfindən baxılması üçün təqdim edilməli olan hər hansı məlumat;

(b) Maraqlı Tərəflər arasında əlaqə üçün müfəssəl tədbirlər, o cümlədən maraqlı Tərəflərin Səlahiyyətli orqanlarının və Layihə təşəbbüskarının rolu;

(c) ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləşdirməsinin Təsirə məruz qalan Tərəf tərəfindən baxılması üçün 90 gündən artıq olmayan vaxt çərçivəsi.

2. Maraqlı Tərəflər, müvafiq olduqda, bu Protokol çərçivəsindəki tapşırıqları yerinə yetirmək üçün qarşılıqlı əlaqə vasitələri barədə razılığa gələ bilərlər.

 

Maddə 7. Ətraf mühitə təsirin qiymətləndirlməsi sənədləşdirməsi layihəsinin hazırlanması və göndərilməsi

 

1. Ətraf mühitə təsirin qiymətləndirilməsi araşdırmaları Mənşə Tərəfinin milli qanunu və təcrübəsinə uyğun olaraq aparılır və bu Protokolun 5-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq, Təsirə məruz qalan Tərəf tərəfindən qaldırılan istənilən məsələləri mümkün qədər geniş şəkildə cavablandırır.

2. Mənşə Tərəfi ictimai məsləhətləşmələr və Təsirə məruz qalan Tərəfin Səlahiyyətli orqanı tərəfindən baxılması məqsədləri üçün Layihə təşəbbüskarının ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləşdirməsi layihəsinin hazırlamasını təmin edir. Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləşdirməsi layihəsi bu Protokolun 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, Maraqlı Tərəflər tərəfindən razılaşdırılmış formatda və dil(lər)də təqdim edilir və bu Protokolun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, Təsirə məruz qalan Tərəf tərəfindən sorğu edilən məlumatdan əlavə, ən azı bu Protokola Əlavə III-də istinad olunan bəndlərin məzmununu ehtiva edir.

3. Mənşə Tərəfi ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləşdirməsi layihəsini aşağıdakılara göndərir:

a. Təsirə məruz qalan Tərəfin Səlahiyyətli orqanına;

b. hər hansı Razılığa gələn Tərəfin sorğusu əsasında bu məlumatı əlçatan etmək üçün Katibliyə.

 

Maddə 8. Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləşdirməsinə baxış və ictimai məsləhətləşmələr

 

1. Maraqlı Tərəflər bu Protokolun 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq razılaşdırıldığı kimi təsirə məruz qalması ehtimal olunan sahələrlə bağlı aşağıdakılar barədə ictimaiyyətin məlumatlandırılmasını təmin edirlər:

(a) təklif olunan fəaliyyət;

(b) ətraf mühitə təsirin qiymətəndirilməsi sənədləşdirməsi layihəsinin əlçatanlığı;

(c) ictimai bildiriş və ya digər müvafiq vasitələrdən istifadə etməklə ictimai məsləhətləşmələr üçün imkan və prosedur.

2. Maraqlı Tərəflər, müvafiq olduqda, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləşdirməsi layihəsinin, o cümlədən çap olunmuş nüsxələrinin milli qanunvericiliyə uyğun olaraq ictimaiyyət üçün, o cümlədən ictimaiyyətə açıq olan yerlərdə mövcud və asanlıqla əlçatan olmasını təmin edirlər.

3. Maraqlı Tərəflər təsirə məruz qalma ehtimalı olan sahələrdə təklif olunan fəaliyyətlə bağlı Maraqlı Tərəflərin Səlahiyyətli orqanlarına şərh bildirmək üçün ictimaiyyətə imkan yaradırlar. Şərhlər Mənşə Tərəfinin Səlahiyyətli orqanına və ya bu Protokolun 6-cı maddəsinin 1 (b) bəndinə uyğun olaraq razılaşdırılmış şəkildə göndərilir.

4. Təsirə məruz qalan Tərəfin Səlahiyyətli orqanı bu Protokolun 6-cı maddəsinin l(c) bəndinə uyğun olaraq, Mənşə Tərəfinin müəyyən etdiyi vaxt çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsi şənədləşdirməsi layihəsinə baxır, şərh verir və öz şərhlərini Mənşə Tərəfinin Səlahiyyətli orqanına təqdim edir.

5. Mənşə Tərəfi təmin edir ki, Layihə təşəbbüskarı:

(a) lazım olduğu təqdirdə, alman şərhləri ümumiləşdirsin, və tərcümə etsin;

(b) tələb olunduğu təqdirdə, əlavə araşdırmalar aparsın;

(c) ictimaiyyətdən və Təsirə məruz qalan Tərəflərin Səlahiyyətli orqanlarından alınmış şərhləri yekun ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləşdirməsinə daxil etsin və şərhlərin hansı şəkildə nəzərə alındığını izah etsin.

 

Maddə 9. Maraqlı Tərəflər arasında məsləhətləşmələr

 

1. Təklif olunan fəaliyyət üzrə yekun qərar qəbul edilməzdən öncə Təsirə məruz qalan Tərəfin sorğusu əsasında Mənşə Tərəfi digər məsələlərlə yanaşı, potensial mənfi transsərhəd təsirin azaldılması üçün tədbirlərlə əlaqədar Təsirə məruz qalan Tərəflə məsləhətləşmələr aparır.

2. Maraqlı Tərəflər belə məsləhətləşmələrin əvvəlində məsləhətləşmə dövrünün davamiyyəti ilə bağlı əsaslı vaxt çərçivəsi barədə razılığa gəlirlər, bununla belə məsləhətləşmə dövründə başqa cür qərar qəbul edilmədiyi təqdirdə, məsləhətləşmə dövrü 180 gündən artıq olmamalıdır.

 

Maddə 10. Təklif olunan fəaliyyətin həyata keçirilməsi barədə yekun qərar

 

1. Mənşə Tərəfinin Səlahiyyətli orqanı yekun ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləşməsinə baxarkən və təklif olunan fəaliyyət üzrə yekun qərar qəbul edərkən bu Protokolun 8-ci maddəsinə uyğun olaraq alınmış şərhləri nəzərə alır.

2. Mənşə Tərəfinin Səlahiyyətli orqanı Təsirə məruz qalan Tərəfin Səlahiyyətli orqanını və Katibliyi təklif olunan fəaliyyət barədə yekun qərarla birgə, onun əsaslandığı səbəblər və mülahizələr, o cümlədən alınmış şərhlərin hansı şəkildə nəzərə alındığı barədə məlumatla təmin edir.

3. Maraqlı Tərəflər bu Protokolun 8-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq, şərhləri təqdim edənlərə təklif olunan fəaliyyət barədə yekun qərarla bağlı məlumatın və alınmış şərhlərin hansı şəkildə nəzərə alındığı barədə məlumatın əlçatan olmasını təmin edirlər.

 

Maddə 11. Layihə sonrası təhlil

 

1. Bu Protokola uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilmiş fəaliyyətin ehtimal olunan əhəmiyyətli mənfi transsərhəd təsirini nəzərə alaraq, Maraqlı Tərəflər Tərəflərdən birinin sorğusu əsasında layihə sonrası təhlilin məqsədəuyğunluğunu və məqsədəuyğun hesab edildiyi təqdirdə, onun hansı həcmdə aparılacağını müəyyənləşdirir.

2. Layihə sonrası istənilən təhlil aşağıdakı məqsədlərə nail olmaq üçün həyata keçirilir:

(a) fəaliyyətə icazə verilməsi və ya təsdiq edilməsi zamanı müəyyən olunan şərtlərə uyğunluğun və yumşaldıcı tədbirlərin səmərəliliyinin monitorinqi;

(b) lazımi qaydada idarəetməni təmin etmək və qeyri-müəyyənliklərin aradan qaldırılması məqsədilə təsirin nəzərdən keçirilməsi;

(c) təcrübənin analoji gələcək fəaliyyətlərə ötürülməsi məqsədilə keçmiş proqnozların yoxlanılması.

3. Əgər layihə sonrası təhlildən sonra Razılığa gələn Tərəflərdən hər hansı biri əhəmiyyətli mənfi transsərhəd təsirin olduğu barədə qənaətə gəlmək üçün yetərli əsaslara malikdirsə və ya belə bir təsirlə nəticələnə biləcək faktorlar aşkarlanmışdırsa, o, dərhal Mənşə Tərəfini və Katibliyi məlumatlandırır. Bu halda, Maraqlı Tərəflər dərhal məsləhətləşmələr aparırlar və zəruri olduğu təqdirdə, təsirin aradan qaldırılması və ya azaldılması üçün müvafiq tədbirlər görürlər.

 

Maddə 12. Hesabat

 

Hər bir Razılığa gələn Tərəf Tərəflər Konfransında müəyyən olunan formatda və intervallarda Katibliyə bu Protokolun müddəalarının yerinə yetirilməsi barədə hesabat təqdim edir.

 

Maddə 13. İnstitusional müddəalar

 

1. Bu Protokolun məqsədləri üçün və Konvensiyanın 22-ci maddəsinin 10-cu bəndinə uyğun olaraq, Tərəflər Konfransı, digər məsələlərlə yanaşı:

(a) bu Protokolun həyata keçirilməsini nəzarət altında saxlayır;

(b) bu Protokolun məzmununu nəzarət altında saxlayır;

(c) bu Protokola Əlavələri nəzərdən keçirir və qəbul edir;

(d) bu Protokola və ya onun Əlavələrinə hər hansı dəyişiklikləri nəzərdən keçirir və qəbul edir;

(e) bu Protokolun həyata keçirilməsi ilə bağlı məsələlər barədə Katiblik tərəfindən təqdim olunan hesabatları nəzərdən keçirir;

(f) bu Protokolun həyata keçirilməsi üçün zəruri hesab edilə biləcək köməkçi orqanlar yaradır;

(g) bu Protokulun məqsədləri üçün, lazım olduqda, texniki və maliyyə xidmətləri ilə bağlı müvafiq beynəlxalq qurumlara və elmi institutlara müraciət edir;

(h) bu Protokolun həyata keçirilməsi üçün tələb oluna bilən digər funksiyaları həyata keçirir.

2. Konvensiyanın 23-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq, Katiblik digər məsələlərlə yanaşı:

(a) bütün Razılığa gələn Tərəflərin Bildiriş üçün əlaqələndiriciləri barədə məlumatın elektron formada və ya digər münasib şəkildə Razılığa gələn Tərəflər üçün əlçatanlığım təmin edir;

(b) Mənşə Tərəfi tərəfindən bu Protokolun yerinə yetirilməsi ilə bağlı təqdim edilən məlumatı, o cümlədən aşağıdakıları qəbul edir və elektron formada və ya digər münasib şəkildə əlçatanlığını təmin edir:

(i) bu Protokolun 5-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq, təklif olunan fəaliyyət barədə bildirişi;

(ii) bu Protokolun 7-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq, Mənşə Tərəfi tərəfindən təqdim edilən ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləşdirməsini;

(iii) təklif olunan fəaliyyət barədə yekun qərarla birlikdə, onun əsaslandığı səbəblər və mülahizələr, o cümlədən bu Protokolun 10-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, alınmış şərhlərin hansı şəkildə nəzərə alındığı barədə məlumatı;

(c) bu Protokolun həyata keçirilməsi ilə əlaqədar məsələlər barədə hesabatlar hazırlayır və təqdim edir;

(d) Razılığa gələn Tərəflərdən daxil olan sorğu və məlumatları nəzərdən keçirir və bu Protokolun həyata keçirilməsi ilə əlaqədar məsələlər barədə onlarla məsləhətləşmələr aparır;

(e) mümkün olduğu qədər, Razılığa gələn Tərəflər arasında məlumat mübadiləsi və əməkdaşlığı təşviq edir və bu Protokolun müddəalarının həyata keçirilməsində Razılığa gələn Tərəflərə kömək göstərir;

(f) bu Protokolun səmərəli həyata keçirilməsi üçün istənilən Razılığa gələn Tərəfin müraciəti əsasında texniki yardım göstərilməsini və məsləhət verilməsini təşkil edir;

(g) müvafiq regional və beynəlxalq təşkilatlar və proqramlarla müvafiq qaydada əməkdaşlıq edir;

(h) Tərəflər Konfransı tərəfindən müəyyən oluna bilən digər funksiyaları həyata keçirir.

 

Maddə 14. Maliyyələşmə

 

1. Bu Protokolun məqsədlərinə nail olmaq üçün Razılığa gələn Tərəflər əlaqədar proqramların, layihələrin və tədbirlərin formalaşdırılması və həyata keçirilməsi üçün mümkün olduğu qədər maliyyə resurslarının ayrılmasını təmin edirlər. Bu məqsədlə, Razılığa gələn Tərəflər:

(a) bu məqsədlər üçün nəzərdə tutulmuş daxili maliyyə resurslarım ayırırlar;

(b) qrant və kreditlər də daxil olmaqla, ikitərəfli və çoxtərəfli maliyyə mənbələrindən və mexanizmlərindən maliyyə resurslarının səfərbər edilməsini təşviq edirlər;

(c) resursların səfərbər edilməsi və istiqamətləndirilməsi üçün innovativ üsulları və stimulları, o cümlədən fondlar, digər ölkələrin hökumət agentlikləri, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və özəl sektor müəssisələrinin imkanlarım araşdırırlar.

2. Tərəflər, Konfransı tərəfindən başqa qərar qəbul edilmədikdə, Konvensiyanın Maliyyə Qaydaları bu Protokola mutatis mutandis tətbiq edir.

3. Bu Protokolun əhatə etdiyi bütün fəaliyyətlər və onların həyata keçirilməsi Razılığa gələn Tərəflərin ayırdığı vəsaitlər və milli qanunvericiliyə uyğun olan digər mənbələr tərəfindən maliyyələşdirilir.

 

Maddə 15. Mübahisələrin həlli

 

Bu Protokolun müddəalarının tətbiqi və ya təfsiri ilə bağlı Razılığa gələn Tərəflər arasında yaranan hər hansı mübahisə Konvensiyanın 30-cu maddəsinə uyğun olaraq həll edilir.

 

Maddə 16. Protokolun qəbul edilməsi və qüvvəyə minməsi

 

1. Bu Protokol Tərəflər Konfransının iclasında Razılığa gələn Tərəflərin yekdil qərarı əsasında qəbul edilir.

2. Bu Protokol __________ şəhərində __-ci il “__” ____________ tarixindən___ -ci il “__” __________________ tarixinə qədər yalnız Xəzəryanı dövlətlər tərəfindən imzalanmaq üçün açıq olacaqdır.

3. Bu Protokol Xəzəryanı dövlətlər tərəfindən ratifikasiya, qəbul və ya təsdiq ediləcək və bu Protokol imzalanmaq üçün bağlı olduğu tarixdən etibarən istənilən Xəzəryanı dövlət tərəfindən qoşulmaq üçün açıq olacaqdır.

4. Ratifikasiya, qəbul, təsdiq və ya qoşulma haqqında sənədlər Konvensiyanın depozitarisinə saxlanca verilir.

Bu Protokol bütün Xəzəryanı dövlətlər tərəfindən ratifikasiya, qəbul, təsdiq və ya qoşulma haqqında sənədin saxlanca verildiyi tarixindən sonra doxsanıncı gündə qüvvəyə minir.

 

Maddə 17. Protokola dəyişikliklər, əlavələr və əlavələrə dəyişikliklər edilməsi

 

İstənilən Razılığa gələn Tərəf bu Protokola dəyişikliklər və əlavələr, həmçinin onun əlavələrinə dəyişikliklər təklif edə bilər. Bu dəyişikliklər və əlavələr Razılığa gələn Tərəflər tərəfindən Konvensiyanın 24-cü, 25-ci və 34-cü maddələrinə uyğun olaraq qəbul olunur və qüvvəyə minir.

 

Maddə 18. Protokolun milli qanunvericiliyə təsiri

 

Bu Prolokolun müddəaları Razılığa gələn Tərəflərin bu Protokolun yerinə yetirilməsi üçün daha sərt milli tədbirlər qəbul etmək hüququna təsir etmir.

 

Maddə 19. Digər beynəlxalq müqavilələrlə əlaqə

 

Bu Protokolda heç bir şərt Razılığa gələn Tərəflərin tərəf olduqları digər beynəlxalq müqavilələr üzrə onların hüquq və öhdəliklərinə xələl gətirmir.

 

Maddə 20. Qeyd-şərt

 

Bu Protokola heç bir qeyd-şərt edilə bilməz.

 

Maddə 21. Depozitari

 

Bu Protokolun depozitarisi Konvensiyanın depozitarisidir.

 

Maddə 22. Autentik mətnlər

 

Bu Protokolun Azərbaycan, ingilis, fars, qazax, rus və türkmən dillərində olan mətnləri bərabər autentikdir. Bu Protokolun təfsiri və ya tətbiqi ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində olan mətnə üstünlük verilir.

 

Maddə 23. Xəzər dənizinin hüquqi statusu üzrə danışıqlarla əlaqə

 

Bu Protokolda heç bir şərt Xəzər dənizinin yekun hüquqi statusu üzrə danışıqların nəticəsini qabaqcadan mühakimə kimi təfsir edilmir.

Bunun təsdiqi olaraq, müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər hazırkı Protokolu imzaladılar.

_______________ şəhərində ___-ci il ___________ tarixində imzalanmışdır.


ƏLAVƏ I

 

Fəaliyyətlərin siyahısı

 

1. Xam neftin emalı zavodları (xam neftdən yalnız sürtgü yağları istehsal edən müəssisələr istisna olmaqla) və gün ərzində 500 ton və ya daha artıq kömür və ya bitum şistinin qazlaşdırılması və mayeləşdirilməsi üçün qurğular.

2. 300 meqavat və ya daha artıq istilik gücünə malik olan termal elektrik stansiyaları və digər yanma qurğuları.

3. Maksimal gücü 1 kilovat fasiləsiz termal yükü keçməyən, parçalanan və bərpa olunan materialların hasilatı və çevrilinəsi üçün nəzərdə tutulan tədqiqat qurğuları istisna olmaqla, atom elektrik stansiyaları və digər nüvə reaktorları, o cümlədən belə elektrik stansiyalarının və ya reaktorların sökülməsi və ya istismardan çıxarılması (1/).

4. Müstəsna olaraq nüvə yanacaqlarının istehsalı və ya zənginləşdirilməsi, şüalanan nüvə yanacaqlarının yenidən emalı və ya saxlanılması, yaxud radioaktiv tullantıların saxlanılması, utilizasiyası və emalı üçün qurğular.

5. Çuqunun və poladın ilkin əridilməsi və əlvan metalların istehsalı üçün əsas qurğular.

6. Asbest-sement məhsulları üçün hazır məhsulun illik hasilatı 20,000 tondan artıq olan, ovulmuş material üçün hazır məhsulun illik hasilatı 50 tondan artıq olan və digər asbest məhsulları üçün ildə 200 tondan artıq istifadə olunan asbestin ekstraksiyası, asbest və asbest tərkibli məhsulların emalı və çevrilməsi üçün qurğular.

7. Kompleks kimya və neft-kimya qurğuları.

8. Avtomagistrallar, sürət yolları (2/) və uzun məsafəli dəmiryol daşımaları üçün xətlərin inşası, rekonstruksiyası və/və ya genişləndirilməsi, o cümlədən əsas yol ötürücüləri, uçuş-enmə zolağı 2100 metr və daha artıq olan hava limanlarının (3/) inşası;

9. Neft, qaz, neft məhsulları və ya kimyəvi maddələrin nəqli üçün böyük diametrli boru xətləri.

10. Kütləsi 1350 tondan artıq olan gəmilərin keçidinə imkan verən dəniz/ticarət limanları və həmçinin daxili su yolu nəqliyyatı üçün nəzərdə tutulmuş daxili su yolları və limanlar.

11. Tullantıların yandırılması, kimyəvi emalı və ya basdırılması üçün tullantıların utilizasiyası qurğuları.

12. Xəzər dənizinə qoşulan böyük bəndlər, anbarlar və kanallar.

13. Abstraksiya olunan və doldurulan suyun illik həcmi 10 milyon kub metr və ya daha artıq olan yeraltı suların abstraksiyası fəaliyyətləri və ya yeraltı suların qeyri-təbii yolla doldurulması sistemləri.

14. Gün ərzində 200 ton və daha artıq hava ilə qurudulmuş kağız xammalı, kağız və taxta materialları istehsalı.

15. Böyük karxanalar, mədənçilik, metal filizləri və ya kömürün yerində çıxarılması və emalı.

16. Açıq dənizdə karbohidrogen hasilatı. Hasilat həcmi gün ərzində neftə nəzərən 600 ton və qaza nəzərən 500 000 kub metrdən artıq olan neftin və təbii qazın hasilatı.

17. Neft, neft-kimya və kimyəvi məhsulların əsas saxlanma anbarları.

18. Böyük ərazilərdə meşələrin qırılması.

19. Çay hövzələri arasında və daxilində köçürülmənin suyun mümkün çatışmazlığının qarşısını almaq məqsədi daşıdığında və köçürülən suyun miqdarı ildə 100 milyon kub metrdən artıq olduqda, su resurslarının köçürülməsi işləri; bütün digər hallarda, hövzənin çoxillik orta su axınının abstraksiyası ildə 2 mlrd kub metrdən və köçürülən suyun miqdarı bu axının 5 faizindən artıq olduqda, çay hövzələri arasında su ehtiyatlarının köçürülməsi işləri. Hər iki halda, boru kəməri ilə içməli suyun nəqli istisna olunur.

20. Tutumu 150 000 əhali ekvivalentindən artıq olan çirkab suların emalı zavodları.

21. Mikrobioloji və biotexnoloji istehsalın və genetik modifikasiya olunmuş orqanizmlərin buraxılması üçün qurğular.

22. Torpağın rekultivasiyası, o cümlədən süni adaların, dil və riflərin yaradılması.


 

ƏLAVƏ I-ə QEYDLƏR

 

(1/) Bu Protokolun məqsədləri üçün atom elektrik stansiyaları və digər nüvə reaktorları belə qurğulardan bütün nüvə yanacağı və digər radioaktiv çirklənmiş elementlər daimi çıxarıldıqda bu cür qurğu hesab edilmirlər.

(2/) Bu Protokolun məqsədləri üçün:

- “Avtomagistral” dedikdə, yolkənarı hüdudlarında olan mülki obyektlərə xidmət etməyən, avtomobil nəqliyyatı vasitələri üçün xüsusi olaraq layihələndirilmiş və tikilmiş yol başa düşülür və hansı ki:

(a) xüsusi yerlər və ya müvəqqəti məhdudiyyətlər istisna olmaqla, bir-birindən hərəkət üçün nəzərdə tutulmayan zolaqla və ya müstəsna hallarda digər vasitətərlə bölünən nəqliyyatın ikitərəfli istiqaməti üçün ayrı hərəkət hissələri ilə təmin edilir;

(b) heç bir yol, dəmiryolu, tramyay xətti və ya piyada keçidi ilə eyni səviyyədə kəsişmir;

(c) avtomagistral xüsusi yol nişanı ilə işarələnmişdir.

- “Sürət yolu” dedikdə, xüsusilə yolun hərəkət hissəsində/lərində avtomobillərin dayanması və saxlanması qadağan edilən, avtomobillər üçün nəzərdə tutulan və yalnız qovşaqlardan və nəzarət olunan kəsişmələrdən keçidi mümkün olan yol başa düşülür.

(3/) Bu Protokolun məqsədləri üçün “hava limanı” dedikdə, Beynəlxalq Mülki Aviasiya Təşkilatını təsis edən “Mülki aviasiya haqqında” Beynəlxalq Konvensiyaya (1944-cü il, Çikaqo, ABŞ) Əlavə 14-də hava limanı anlayışına uyğun olan hava limanı başa düşülür.


ƏLAVƏ II

 

Əhəmiyyətli transsərhəd təsirin müəyyən edilməsində

kömək göstərməsi üçün meyarların siyahısı

 

1. Maraqlı Tərəflər fəaliyyətin əhəmiyyətli mənfi transsərhəd təsirə malik olma ehtimalının olub-olmadığını, xüsusilə aşağıdakı bir və ya daha artıq meyar vasitəsilə müəyyən edə bilər:

(a) ölçü: bu fəaliyyət növü üçün böyük olan təklif olunan fəaliyyətlər;

(b) yerləşmə: xüsusi ekoloji həssas və ya əhəmiyyətli ərazilərdə və ya onlara yaxın ərazilərdə yerləşən təklif olunan fəaliyyətlər (1971-ci il 2 fevral tarixli əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında Konvensiya çərçivəsində müəyyən olunmuş sulu-bataqlıq yerlər, milli parklar, təbiət qoruqları, xüsusi elmi əhəmiyyətli ərazilər və ya arxeoloji, mədəni və ya tarixi əhəmiyyətli ərazilər kimi); həmçinin təklif olunan inkişafın xüsusiyyətlərinin əhaliyə əhəmiyyətli təsir ehtimalı olan yerlərdəki təklif olunan fəaliyyətlər;

(c) təsirlər: xüsusilə mürəkkəb və potensial mənfi təsirləri olan, o cümlədən insanlar və ya qiymətli növlər və orqanizmlərə ciddi təsir doğuran, təsirə məruz qalan ərazinin mövcud və ya potensial istifadəsini təhlükə altında qoyan və ətraf mühitin daşıma qabiliyyətinin davam gətirə bilmədiyi əlavə yükləməyə səbəb olan təklif olunan fəaliyyətlər.


 

ƏLAVƏ III

 

Ətraf mühitə təsirin qiymətləndirilməsi

sənədləşdirməsinin minimum məzmunu

 

Ətraf mühitə təsirin qiymətləndirilməsi layihəsinə daxil edilməli olan məlumat, minimum olaraq, bu Protokolun 6-cı maddəsinə uyğun olaraq aşağıdakıları ehtiva edir:

(a) təklif olunan fəaliyyətin təsvirini və onun məqsədini;

(b) müvafiq olduqda, təklif olunan fəaliyyətə əsaslı alternativlərin (məsələn, yerləşmə və ya texnoloji xarakterli) və həmçinin fəaliyyətsizlik alternativinin təsvirini;

(c) təklif olunan fəaliyyət və onun alternativləri tərəfindən əhəmiyyətli təsirə məruz qalma ehtimalı olan ətraf mühitin təsvirini;

(d) təklif olunan fəaliyyət və onun alternativlərinin ətraf mühitə potensial təsirinin təsvirini və onun əhəmiyyətliliyinin qiymətləndirilməsini;

(e) ətraf mühitə mənfi təsiri minimum səviyyədə saxlamaq üçün yumşaldıcı tədbirlərin təsvirini;

(f) qabaqlayıcı üsullar və əsas fərziyyələr, eləcə də ətraf mühitə dair istifadə olunmuş müvafiq məlumatın aydın göstərilməsini;

(g) məlumatda çatışmazlıqların və tələb olunan məlumatın toplanmasında rast gəlinən qeyri-müəyyənliklərin müəyyən edilməsini;

(h) müvafiq olduqda, monitorinq və idarəetmə proqramları üçün icmal və layihə sonrası təhlil üçün hər hansı planları;

(I) qeyri-texniki xülasəni, müvafiq olduqda, o cümlədən vizual təqdimatı (xəritələri, qrafikləri və s.).

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status