“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
qüvvədə olan normativ-hüquqi aktların “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin dördüncü və beşinci (xüsusi razılıq tətbiq etmək sahəsində) abzaslarında, yeddinci — on doqquzuncu və on üçüncü abzaslarında müəyyən edilmiş yerin təkindən istifadə ilə bağlı məsələlərə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş yerin təkindən istifadənin növlərinə xüsusi razılıq verilməsinə və müvafiq olaraq həmin fəaliyyət növlərinə xüsusi razılıq (Lisenziya) verən müvafiq icra hakimiyyəti orqanlarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü hissəsində müəyyən edilmiş radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yer təkinin istifadəsinə dair zəruri olan normativ-hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istifadəsi mümkün olmayan dağ-mədən qazmalarının və buruq quyularının konservasiya və ya ləğv edilməsi haqqında qaydaları hazırlayıb təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsinə müvafiq olaraq yer təki sahəsinə dağ-mədən ayırması statusu və geoloji ayırma statusu verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müsabiqə və hərracların keçirilmə qaydalarına və şərtlərinə dair, o cümlədən müvafiq hallarda xüsusi razılığı verən müvafiq icra hakimiyyəti orqanlarına dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş yerin təkinin istifadəyə xüsusi razılığın birbaşa danışıqlar əsasında verilməsi hallarına və bu təqdirdə xüsusi razılığın verilməsi qaydalarına dair, o cümlədən bu hallarda xüsusi razılığı verən müvafiq icra hakimiyyəti orqanlarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən orqana dair təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən orqana dair təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən orqana dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənilməsi üçün yer təkinin verilməsi, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasının və istismarının qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yeraltı içməli suların istifadəsi ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “səlahiyyətli orqanlar”ın səlahiyyətlərini həyata keçirən orqanlara dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə müvafiq olaraq yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən orqana dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən orqanına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən orqanına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən orqana dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən orqana dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə müvafiq olaraq dövlət uçotunun və dövlət qeydiyyatının vahid sistem üzrə aparılması qaydalarını hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən orqana dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin birinci hissəsinə müvafiq olaraq faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin meyarlarını və tələblərini müəyyən edib bu bəradə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin dördüncü hissəsinə müvafiq olaraq istifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət ekspertizasının keçirilməsi qaydalarını və həmin dövlət ekspertizasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə müvafiq olaraq faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi qaydalarına dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin dördüncü hissəsinə müvafiq olaraq dövlət geoloji informasiya fondunun yaradılması və aparılması qaydalarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin beşinci hissəsinə müvafiq olaraq yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtlərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edib bu barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən orqana dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin yeddinci hissəsinə müvafiq olaraq yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydasını və miqdarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
[1]
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə müvafiq olaraq faydalı qazıntı ehtiyatlarının dövlət balansının və faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrının aparılması qaydalarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması qaydalarını hazırlayıb təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci fəslinin müddəalarını nəzərə alaraq yerin təkindən istifadə münasibətlərinin dövlət tənzimlənməsinin vəzifələrinin səmərəli həyata keçirilməsini təmin etmək məqsədi ilə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı fəslinin müddəalarını nəzərə alaraq yerin təkindən istifadəyə görə ödəmə sisteminin tətbiqinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən normativ-hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən orqanlara dair təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
[2]
2.1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin yeddinci abzasında, 10-cu maddəsinin üçüncü hissəsinin birinci və üçüncü cümlələrində və dördüncü hissəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci (hər iki halda) cümləsində və yeddinci hissəsinin birinci cümləsində, 15-ci maddəsinin üçüncü hissəsində, 16-cı və 17-ci maddələrinin birinci hissələrində, 19-cu maddəsinin üçüncü hissəsində, 21-ci maddəsinin ikinci hissəsində, 22-ci maddəsinin ikinci, üçüncü və yeddinci hissələrində, 23-cü maddəsinin birinci və ikinci hissələrində, 24-cü maddəsinin beşinci hissəsində, 25-ci maddəsinin ikinci hissəsində, 27-ci maddəsinin ikinci hissəsində, 30-cu maddəsinin dördüncü hissəsində, 32-ci maddəsinin beşinci və yeddinci hissələrində, 33-cü maddəsinin dördüncü hissəsində, 34-cü maddəsinin ikinci hissəsində, 36-cı maddəsinin ikinci, üçüncü və dördüncü (hər iki halda) hissələrində, 37-ci, 38-ci, 45-ci maddələrinin ikinci hissələrində və 46-cı maddəsinin birinci hissəsinin on üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 30-cu maddəsinin dördüncü hissəsində və 36-cı maddəsinin dördüncü hissəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
2.3. həmin Qanunun 13-cü maddəsinin ikinci hissəsinin ikinci (birinci halda) cümləsində “orqan (qurum)” dedikdə qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər hallara münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.4. həmin Qanunun 16-cı və 17-ci maddələrinin birinci hissələrində, 32-ci maddəsinin beşinci hissəsində və 34-cü maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.5. həmin Qanunun 13-cü maddəsinin yeddinci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;
2.6. həmin Qanunun 32-ci maddəsinin yeddinci hissəsində “orqan (qurum)” dedikdə yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydasının təsdiqinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın məbləğinin müəyyən edilməsinə münasibətdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;
2.7. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin yeddinci abzasında, 10-cu maddəsinin üçüncü hissəsinin üçüncü cümləsində və dördüncü hissəsinin ikinci cümləsində, 13-cü maddəsinin birinci hissəsində və ikinci hissəsinin ikinci (ikinci halda) cümləsində (qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iştirakı ilə), 15-ci maddəsinin üçüncü hissəsində (neftə və qaza münasibətdə Azərbaycan Respublikası Energetika Nazirliyinin iştirakı ilə), 19-cu maddəsinin üçüncü hissəsində, 21-ci, 25-ci və 27-ci maddələrinin ikinci hissələrində, 33-cü maddəsinin dördüncü hissəsində, 37-ci və 45-ci maddələrinin ikinci hissələrində, 46-cı maddəsinin birinci hissəsinin on üçüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;
2.8. həmin Qanunun 22-ci maddəsinin ikinci və üçüncü hissələrində, 23-cü və 38-ci maddələrinin ikinci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
2.9. həmin Qanunun 22-ci maddəsinin yeddinci, 24-cü maddəsinin beşinci və 36-cı maddəsinin üçüncü hissələrində “orqan (qurum)” dedikdə, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
2.10. həmin Qanunun 10-cu maddəsinin üçüncü hissəsinin birinci cümləsində və 23-cü maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
2.11. həmin Qanunun 36-cı maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
2.12. həmin Qanunun 36-cı maddəsinin dördüncü (birinci halda) hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur.
Azərbaycan Respublikasının prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 27 aprel 1998-ci il
№ 701
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)
2.
14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601)
3.
12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798)
4.
6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)
5.
31 oktyabr 2014-cü il tarixli 327 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 noyabr 2014-cü il, № 239; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1212)
6.
15 dekabr 2014-cü il tarixli 397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 dekabr 2014-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1551)
7.
22 may 2018-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 946)
8.
13 iyul 2021-ci il tarixli 1394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 728)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601) ilə 1-ci bəndin otuz ikinci abzasından «və miqdarını» sözləri çıxarılmışdır.
[2]
12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə üçüncü, altıncı, onuncu-on üçüncü və iyirmi üçüncü abzaslarında birinci və üçüncü hallarda, on beşinci abzasında, on altıncı və iyirmi dördüncü abzaslarında birinci, ikinci və dördüncü hallarda “xüsusi razılıq” sözlərindən sonra “və ya icazə” sözləri əlavə edilmişdir.
6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin üçüncü, dördüncü, altıncı, onuncu-on altıncı, iyirmi birinci-iyirmi dördüncü abzaslarında “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə ikinci abzasında “Nazirlər Kabineti” sözləri “Prezidenti” sözü ilə əvəz edilmişdir.
31 oktyabr 2014-cü il tarixli 327 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 noyabr 2014-cü il, № 239; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1212) ilə 2-ci hissədə ikinci-iyirmi dördüncü abzaslar müvafiq olaraq 2.1-2.23-cü bəndlər hesab edilmişdir.
22 may 2018-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117) ilə 2.1-ci bəndə “hissəsində” sözündən sonra “və 36-cı maddəsinin dördüncü hissəsində (hər iki halda)” sözləri əlavə edilmişdir.
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin dördüncü abzasından isə "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri çıxarılmışdır.
14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601) ilə 2-ci bəndin on yeddinci abzasında «həyata keçirir» sözləri «və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər» sözləri ilə əvəz edilmişdir.
22 may 2018-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 946) ilə yeni məzmunda 2.19-1-ci bənd əlavə edilmişdir.
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin iyirmi birinci abzasından isə "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri çıxarılmışdır.
31 oktyabr 2014-cü il tarixli 327 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 noyabr 2014-cü il, № 239; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1212) ilə 2.20-ci bənddə “, Fövqəladə Hallar Nazirliyi, habelə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər orqanlar öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər” sözləri “həyata keçirir” sözləri ilə əvəz edilmişdir.
15 dekabr 2014-cü il tarixli 397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 dekabr 2014-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1551) ilə 2.20-ci bəndində “həyata keçirir” sözləri “, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər orqanlar həyata keçirirlər” sözləri ilə əvəz edilmişdir.
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin üçüncü, dördüncü, beşinci, altıncı, onuncu, on birinci, on ikinci, on üçüncü, on altıncı, on səkkizinci, iyirmi birinci, iyirmi üçüncü və iyirmi dördüncü abzaslarında "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
13 iyul 2021-ci il tarixli 1394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 728) ilə 2-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2. Müəyyən edilsin ki:
2.1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin ikinci hissəsində və 36-cı maddəsinin dördüncü hissəsində (hər iki halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin yeddinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerin təkinin geoloji cəhətdən öyrənilməsi, yeraltı suların kəşfiyyatı və çıxarılması, qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılması ilə əlaqədar xüsusi razılıq və ya icazə verilməsi hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerin təkinin istifadəsi ilə əlaqədar markşeyder işlərinin aparılması ilə əlaqədar xüsusi razılıq verilməsi hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilmiş yerin təkindən istifadənin başqa növlərinə görə xüsusi razılıq və ya icazə verən digər uyğun icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.3. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;
2.4. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;
2.5. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerin təkinin geoloji cəhətdən öyrənilməsi, yeraltı suların kəşfiyyatı və çıxarılması, qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılması ilə əlaqədar xüsusi razılıq və ya icazə verilməsi hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerin təkinin istifadəsi ilə əlaqədar markşeyder işlərinin aparılması ilə əlaqədar xüsusi razılıq verilməsi hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilmiş yerin təkindən istifadənin başqa növlərinə görə xüsusi razılıq və ya icazə verən digər uyğun icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.6. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.7. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.8. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.9. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “xüsusi razılıq və ya icazə verən orqan”ın səlahiyyətlərini yerin təkinin geoloji cəhətdən öyrənilməsi, yeraltı suların kəşfiyyatı və çıxarılması, qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılması ilə əlaqədar xüsusi razılıq verilməsi hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerin təkinin istifadəsi ilə əlaqədar markşeyder işlərinin aparılması ilə əlaqədar xüsusi razılıq və ya icazə verilməsi hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilmiş yerin təkindən istifadənin başqa növlərinə görə xüsusi razılıq verən digər uyğun icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.10. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerin təkinin geoloji cəhətdən öyrənilməsi, yeraltı suların kəşfiyyatı və çıxarılması, qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılması ilə əlaqədar xüsusi razılıq verilməsi hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerin təkinin istifadəsi ilə əlaqədar markşeyder işlərinin aparılması ilə əlaqədar xüsusi razılıq verilməsi hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilmiş yerin təkindən istifadənin başqa növlərinə görə xüsusi razılıq verən digər uyğun icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.11. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqan”ın səlahiyyətlərini yerin təkinin geoloji cəhətdən öyrənilməsi, yeraltı suların kəşfiyyatı və çıxarılması, qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılması ilə əlaqədar xüsusi razılıq verilməsi hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerin təkinin istifadəsi ilə əlaqədar markşeyder işlərinin aparılması ilə əlaqədar xüsusi razılıq verilməsi hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilmiş yerin təkindən istifadənin başqa növlərinə görə xüsusi razılıq verən digər uyğun icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.12. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “xüsusi razılıq və ya icazə verən orqan”ın səlahiyyətlərini yerin təkinin geoloji cəhətdən öyrənilməsi, yeraltı suların kəşfiyyatı və çıxarılması, qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılması ilə əlaqədar xüsusi razılıq verilməsi hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerin təkinin istifadəsi ilə əlaqədar markşeyder işlərinin aparılması ilə əlaqədar xüsusi razılıq verilməsi hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilmiş yerin təkindən istifadənin başqa növlərinə görə xüsusi razılıq və ya icazə verən digər uyğun icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.13. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “dağ-mədən nəzarəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
2.14. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və xüsusi razılıq və ya icazə vermiş müvafiq icra hakimiyyəti orqanı həyata keçirirlər;
2.15. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “xüsusi razılıq və ya icazə verən orqan”ın səlahiyyətlərini yerin təkinin geoloji cəhətdən öyrənilməsi, yeraltı suların kəşfiyyatı və çıxarılması, qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılması ilə əlaqədar xüsusi razılıq və ya icazə verilməsi hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerin təkinin istifadəsi ilə əlaqədar markşeyder işlərinin aparılması ilə əlaqədar xüsusi razılıq verilməsi hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilmiş yerin təkindən istifadənin başqa növlərinə görə xüsusi razılıq və ya icazə verən digər uyğun icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.16. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər;
2.17. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;
2.18. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.19. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti və Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.19-1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin dördüncü hissəsində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, o cümlədən onun strukturuna daxil olan qurumlar nəzərdə tutulur;
2.20. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər orqanlar həyata keçirirlər;
2.21. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
2.22. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerin təkinin geoloji cəhətdən öyrənilməsi, yeraltı suların kəşfiyyatı və çıxarılması, qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılması ilə əlaqədar xüsusi razılıq və ya icazə verilməsi hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerin təkinin istifadəsi ilə əlaqədar markşeyder işlərinin aparılması ilə əlaqədar xüsusi razılıq verilməsi hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilmiş yerin təkindən istifadənin başqa növlərinə görə xüsusi və ya icazə razılıq verən digər uyğun icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.23. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin birinci hissəsinin on üçüncü abzasına nəzərdə tutulmuş “xüsusi razılıq və ya icazə verən orqan”ın səlahiyyətlərini yerin təkinin geoloji cəhətdən öyrənilməsi, yeraltı suların kəşfiyyatı və çıxarılması, qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılması ilə əlaqədar xüsusi razılıq və ya icazə verilməsi hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerin təkinin istifadəsi ilə əlaqədar markşeyder işlərinin aparılması ilə əlaqədar xüsusi razılıq verilməsi hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilmiş yerin təkindən istifadənin başqa növlərinə görə xüsusi razılıq və ya icazə verən digər uyğun icra hakimiyyəti orqanları həyata keçirirlər.