AKTIN NÖVÜ
Ədliyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
15.07.2019
QEYDİYYAT NÖMRƏSİ
17-N
ADI
“Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.07.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201907150017
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.07.2019
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

15.07.2019

Qeydiyyat nömrəsi

17-N

Adı

“Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

16.07.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201907150017

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

15.07.2019

 

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1436-VQD nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 28 dekabr tarixli 455 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə razılaşdırılmaqla Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

 

QƏRARA ALIR:

 

1. “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

3. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

4. Qərar aidiyyəti ədliyyə orqanlarına və məhkəmələrə göndərilsin (E.Qasımov).

 

Azərbaycan Respublikasının

Ədliyyə naziri

I dərəcəli dövlət ədliyyə

müşaviri

Fikrət Məmmədov

 


 

 

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyinin Kollegiyasının “ 15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

“Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) ilə müəyyən olunmuş “Elektron məhkəmə” informasiya sisteminin (bundan sonra – İnformasiya Sistemi) iştirakçıları və istifadəçiləri tərəfindən İnformasiya Sistemindən istifadə qaydalarını müəyyən edir. [1]

1.2. İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən ərizə, şikayət və digər sənədlərin (bundan sonra – sənəd) elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi bu Qaydalara uyğun olaraq həyata keçirilir. [2]

1.3. İnformasiya Sistemi Əsasnamənin 4-cü hissəsində nəzərdə tutulmuş texniki-texnoloji infrastrukturdan ibarətdir. [3]

1.4. İnformasiya Sisteminin 7 gün 24 saat fəaliyyəti təmin olunur.

 

2. İnformasiya Sistemindən istifadə qaydası [4]

 

2.1. İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri (işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) müvafiq olaraq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər. [5]

2.2. İnformasiya Sisteminin iştirakçılarının İnformasiya Sistemindən istifadə etməsi (məhkəmə sənədlərinin elektron formada hazırlanması, analitik təhlil və statistikanın aparılması və s.) üçün onlara istifadəçi adı və şifrə verilir. İnformasiya Sistemində elektron sənədlərin (bildiriş, məktub, məhkəmə aktı və s.) təsdiqi və göndərilməsi, habelə məhkəmə işinə baxılması üzrə nəticələrin İnformasiya Sisteminə daxil edilməsi üçün hakimə, həmçinin gücləndirilmiş elektron imza verilir. [6]

2.3. Hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. [7]

2.3-1. Hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkəmə qərarları (qətnamələr, əmrlər, qərardadlar və qərarlar) qəbul olunduğu gündən 1 aydan gec olmayaraq avtomatlaşdırılmış qaydada anonimləşdirilməklə elektron qaydada yayılır. [8]

2.3-2. Videokonfrans altsistemi vasitəsilə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanı təmin olunur.

2.3-3. Məhkəmə fəaliyyəti ilə bağlı tələb olunan məlumatlar İnformasiya Sistemi vasitəsilə yoxlanılır, sənəd və arayışlara dair məlumatlar bu Qaydaların 2.3-4-cü bəndində müəyyən olunmuş qaydada əldə edilir.

2.3-4. İnformasiya Sisteminin iştirakçıları qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə icraatı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə müvafiq olaraq hakimin sorğusu və ya hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq olunmuş və qanuni qüvvəyə minmiş qərarı əsasında Əsasnamənin 11.2-ci bəndində nəzərdə tutulmuş məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə elektron qaydada əldə edirlər.

2.4. İnformasiya Sisteminin istifadəçiləri İnformasiya Sistemindən aşağıdakı üsullarla istifadə edirlər: [9]

2.4.1. “Vahid məhkəmə portalı” vasitəsilə; [10]

2.4.1-1. “Elektron kabinet” vasitəsilə;

2.4.2. dövlət və digər qurumlarla inteqrasiya edilmiş informasiya sistemi vasitəsilə.

2.5. İnformasiya Sistemində “Elektron kabinet” Vahid Giriş Sistemi (“ASAN login”) ilə qeydiyyatdan keçməklə yaradılır. [11]

2.5.1. Şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək; [12]

2.5.2. “ASAN imza” ilə qeydiyyatdan keçmək;

2.5.3. “Elektron imza” ilə qeydiyyatdan keçmək;

2.5.4. “Vahid Giriş Sistemi” (“ASAN login”) ilə qeydiyyatdan keçmək.

2.5-1. İnformasiya Sisteminin istifadəçiləri “Vahid məhkəmə portalı” vasitəsilə açıq sənədlərlə, məhkəmələr, hakimlər, məhkəmə işləri, məhkəmə iclasları, habelə məhkəmə aktları və dövlət rüsumları barədə məlumatlarla tanış ola, habelə elektron kabinetləri vasitəsilə isə özlərinə aid sənədləri (məlumatları) əldə edə, onları çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər. [13]

2.5-2. İnformasiya Sisteminin istifadəçiləri, həmçinin elektron kabinetləri vasitəsilə özləri haqqında toplanan məlumatlarda dəyişiklik edilməsi üçün müraciət edə, həmin məlumatlardan istifadə olunması barədə informasiyanı əldə edə (onlarla tanış ola) bilərlər.

2.6. Şəxsiyyət vəsiqəsi ilə İnformasiya Sistemindən istifadə etmək üçün istifadəçi vəsiqənin seriya və nömrəsini, eləcə də fərdi identifikasiya nömrəsini, istifadəçi adını, şifrəni və elektron poçt ünvanını tələb edilən xanalara daxil edərək təsdiqləyir və istifadəçinin elektron poçt ünvanına “Elektron kabinet”in aktivləşdirilməsi üçün ərizə forması göndərilir. Həmin ərizə doldurularaq şəxsiyyət vəsiqəsinin skan edilmiş surəti ilə birlikdə info@courts.gov.az elektron poçt ünvanına göndərilir və həmin ərizənin təsdiq olunması barədə məlumat şəxsin elektron poçt ünvanında yerləşdirilir. Bundan sonra avtomatik olaraq istifadəçi adına “Elektron kabinet” formalaşdırılır.

2.7. “ASAN imza” vasitəsilə istifadəçi İnformasiya Sistemində mobil nömrəni və ASAN istifadəçi kodunu daxil edərək telefona gələn “ASAN PİN 1” kodunu, istifadəçi adını, elektron poçt ünvanını və şifrəni qeyd edərək qeydiyyatdan keçir və avtomatik qaydada istifadəçi adına “Elektron kabinet” formalaşdırılır.

2.8. “Elektron imza” vasitəsilə istifadəçi İnformasiya Sistemində qeydiyyat zamanı istifadəçi adını, elektron poçt ünvanını və şifrəni daxil edərək təsdiqləyir və avtomatik qaydada istifadəçi adına “Elektron kabinet” formalaşdırılır.

2.9. “ASAN login” (https://asanlogin.my.gov.az) vasitəsilə İnformasiya Sisteminin istifadəçisi “Elektron hökumət” portalında qeydiyyatdan keçməklə əldə etdiyi vahid istifadəçi adı və şifrə ilə, həmçinin “ASAN login” üzərindən “Elektron imza” və “ASAN imza” vasitəsilə İnformasiya Sistemində qeydiyyatdan keçir və avtomatik qaydada istifadəçi adına “Elektron kabinet” formalaşdırılır. [14]

2.10. “Elektron kabinet”ə ilk dəfə daxil olan İnformasiya Sisteminin istifadəçisi tələb olunan məlumatları bölməyə daxil etmək və istifadəçi şifrəsini dəyişmək imkanına malikdir. [15]

2.11. İnformasiya Sisteminin istifadəçiləri “Elektron kabinet”də özlərinə aid məlumatları, sənədləri əldə edə, habelə əməliyyatlar həyata keçirə bilərlər. [16]

2.12. Dövlət və digər qurumlar tərəfindən sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi və qəbulu, həm “Elektron kabinet” üzərindən, həm də qurumlarla razılaşdırılmış qaydada informasiya sistemləri arasında məlumat mübadiləsi əsasında həyata keçirilir. [17]

2.13. İnformasiya Sistemində qeydiyyatdan keçmədən məhkəmələr, hakimlər, məhkəmə işləri, məhkəmə iclasları, habelə məhkəmə aktları və dövlət rüsumları barədə məlumatlarla tanış olmaq imkanı yaradılır.

2.14. İnformasiya Sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə, eləcə də Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə İnformasiya Sisteminin sahibi tərəfindən İnformasiya Sisteminin istifadəçisinin İnformasiya Sistemindəki məlumatlarına (elektron kabinetə) giriş hüququ məhdudlaşdırıla bilər. [18]

 

3. Sənədlərin elektron təqdim edilməsi [19]

 

3.1. İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. [20]

3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

3.3. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər.

3.4. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır.

3.5. Sənədin qəbul edilməsi və qeydiyyatı İnformasiya Sisteminin istifadəçisinə İnformasiya Sistemi tərəfindən aşağıdakıları özündə əks etdirən elektron bildirişin göndərilməsi ilə təsdiq olunur:

3.5.1. bildirişi göndərən haqqında məlumatlar;

3.5.2. sənədin qəbul edilməsi tarixi və vaxtı;

3.5.3. sənədin qeydiyyatı tarixi və nömrəsi.

3.6. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir.

3.7. Sənəd geri qaytarıldıqda bunun səbəbi barədə məlumat İnformasiya Sisteminin istifadəçisinin “Elektron kabineti”ndə avtomatik olaraq yerləşdirilir.

3.8. İnformasiya Sisteminin istifadəçisinin “Elektron kabinet”ində dövlət rüsumlarını ödəmək imkanı yaradılır. Ödənişlərin aparılması “ASAN ödəniş” və digər ödəniş sistemləri vasitəsilə (elektron kabinetdə “ASAN ödəniş” və digər ödəniş sistemlərinə keçid verilməklə) həyata keçirilir. [21]

 

4. Sənədlərin elektron qeydiyyatı

 

4.1. Sənədlərin elektron qeydiyyatı İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

4.2. Sənədlərə təkrarlanmayan nömrə verilməklə elektron qeydiyyatı aparılır.

4.3. İnformasiya Sistemi vasitəsilə iş günü ərzində göndərilmiş sənədlər həmin iş gününün sonunadək, iş günü başa çatdıqdan sonra, habelə qeyri-iş günləri göndərilmiş sənədlər isə növbəti iş günü qeydiyyata alınır.

 

5. Sənədlərin elektron dövriyyəsi

 

5.1. Məhkəmələrdə sənədlərin şaquli (yuxarı instansiya məhkəmələri ilə) və üfüqi (fiziki və hüquqi şəxslərlə, habelə digər qurumlarla) xətt üzrə elektron dövriyyəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 451-ci bəndinin tələbləri nəzərə alınmaqla İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. [22]

 

6. Sənədlərin mühafizəsi

 

6.1. İnformasiya Sisteminin proqram və texniki vasitələrindən istifadə olunmaqla sənədlərin mühafizəsi həyata keçirilir.

6.2. İnformasiya Sisteminin mühafizə tədbirlərinin lazımi səviyyəsi bu Sistemin sahibi tərəfindən təmin edilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 1.1-ci bəndində “məhkəmə və proses iştirakçıları tərəfindən “Elektron məhkəmə” informasiya sistemindən (bundan sonra – İnformasiya Sistemi)” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) ilə müəyyən olunmuş “Elektron məhkəmə” informasiya sisteminin (bundan sonra – İnformasiya Sistemi) iştirakçıları və istifadəçiləri tərəfindən İnformasiya Sistemindən” sözləri ilə əvəz edilmişdir.

 

[2] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 1.2-ci bəndində “Məhkəmə və proses iştirakçıları” sözləri, 2.1-ci bəndində “Hakimlər və proses iştirakçıları” sözləri “İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri” sözləri ilə əvəz edilmişdir.

 

[3] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 1.3-cü bəndində “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və “Elektron Sənədlərin Dövriyyəsi Sistemi”ndən (“DMS”)” sözləri “Əsasnamənin 4-cü hissəsində nəzərdə tutulmuş texniki-texnoloji infrastrukturdan” sözləri ilə əvəz edilmişdir.

 

[4] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 2-ci hissənin adı yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2. İnformasiya Sisteminə daxil olma qaydası

 

[5] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 2.1-ci bəndində “ vəkillər” sözləri “, vəkillər və s.” sözləri ilə əvəz edilmişdir.

 

[6] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 2.2-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.2. Hakim tərəfindən məhkəmə sənədlərinin elektron formada tərtibi və göndərilməsi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Hakimə İnformasiya Sistemindən istifadə etmək üçün istifadəçi adı, şifrə verilir və hakimin elektron imzası təqdim edilir.

 

[7] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 2.3-cü bənddə “Hakimin” sözündən sonra “gücləndirilmiş” sözü, “Elektron kabinet”ində” sözlərindən sonra “avtomatlaşdırılmış qaydada” sözləri əlavə edilmişdir, həmin bənddən “və s.” sözü çıxarılmışdır.

 

[8] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”na yeni məzmunda 2.3-1, 2.3-2, 2.3-3 və 2.3-4-cü bəndlər əlavə edilmişdir.

 

[9] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 2.4-cü bəndində “Proses iştirakçıları (bundan sonra – istifadəçilər)” sözləri “İnformasiya Sisteminin istifadəçiləri” sözləri ilə əvəz edilmişdir.

 

[10] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 2.4.1-ci yarımbəndi yeni redaksiyada verilmişdir və yeni məzmunda 2.4.1-1-ci yarımbənd əlavə edilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.4.1. İnformasiya Sistemində qeydiyyatdan keçərək “Elektron kabinet” yaratmaqla;

 

[11] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 2.5-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.5. Aşağıdakı vasitələrdən istifadə etməklə İnformasiya Sistemində “Elektron kabinet” yaradılır:

 

[12] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 2.5.1-2.5.4-cü yarımbəndləri, 2.6-2.8 və 2.13-cü bəndləri ləğv edilmişdir.

 

[13] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”na yeni məzmunda 2.5-1 və 2.5-2-ci bəndlər əlavə edilmişdir.

 

[14] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 2.9-cu bəndində “şifrə ilə” sözlərindən sonra “, həmçinin “ASAN login” üzərindən “Elektron imza” və “ASAN imza” vasitəsilə İnformasiya Sistemində” sözləri əlavə edilmişdir.

 

[15] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 2.9 (birinci halda), 2.10, 3.4, 3.5, 3.6 və 3.7-ci bəndlərdə ismin müvafiq hallarında “istifadəçi” sözü ismin müvafiq hallarında “İnformasiya Sisteminin istifadəçisi” sözləri ilə əvəz edilmişdir.

 

[16] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 2.11 və 3.2-ci bəndlərində “İstifadəçilər” sözü “İnformasiya Sisteminin istifadəçiləri” sözləri ilə əvəz edilmişdir.

 

[17] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 2.12-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.12. Dövlət və digər qurumlar tərəfindən sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi və qəbulu həmin qurumların informasiya sistemi ilə razılaşdırılmış qaydada həyata keçirilir.

 

[18] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”na yeni məzmunda 2.14-cü bənd əlavə edilmişdir.

 

[19] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 3-cü hissənin adı yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3. İnformasiya Sistemindən istifadə qaydası

 

[20] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 3.1-ci bənddə “Hakimlər və istifadəçilər” sözləri “İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri” sözləri ilə əvəz edilmişdir.

 

[21] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 3.8-ci bəndində “İstifadəçinin” sözü “İnformasiya Sisteminin istifadəçisinin” sözləri ilə əvəz edilmişdir və həmin bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[22] 5 oktyabr 2020-ci il tarixli 17-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il) ilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 5.2-ci bəndində “sənədlərin” sözündən sonra “gücləndirilmiş” sözü əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status