Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Son illərdə təhsil müəssisələrinin inkişafı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası üçün mühüm işlər görülmüşdür.
Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 40.0 (qırx) milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2019-cu il
№ 1228
|
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il “
Əlavə
|
Bakı şəhərində və onun qəsəbələrində tikintisi, əsaslı təmiri və bərpası nəzərdə tutulmuş təhsil müəssisələrinin
siyahısı
Sıra
№-si
|
Tədbirin adı
|
Ayrılan
vəsait
|
İstifadəyə
verilən
güc
|
|
Binəqədi rayonu
|
|
|
1.
|
Biləcəri qəsəbəsində 300 nömrəli orta məktəb üçün 960 şagird yerlik yeni tədris korpuslarının, idman və akt zallarının tikintisi
|
6 303 000
|
Obyekt
|
2.
|
Binəqədi qəsəbəsində 205 nömrəli orta məktəbin sökülərək yerində 960 şagird yerlik məktəb binasının tikintisi
|
4 465 000
|
|
3.
|
Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsində 179 nömrəli orta məktəb üçün 1416 şagird yerlik yeni məktəb binasının tikintisi məqsədilə keyfiyyət zəmanəti kimi ödənişi saxlanılmış vəsaitin ayrılması
|
448 110
|
|
|
Nərimanov rayonu
|
|
|
4.
|
39 nömrəli orta məktəbin əsaslı təmiri
|
2 600 000
|
Obyekt
|
|
Nizami rayonu
|
|
|
5.
|
129 nömrəli tam orta məktəbin əsaslı təmiri
|
4 156 000
|
Obyekt
|
6.
|
251 nömrəli tam orta məktəb üçün 840 şagird yerlik əlavə korpusun tikintisi
|
1 840 900
|
|
|
Sabunçu rayonu
|
|
|
7.
|
Ramana qəsəbəsində 90 nömrəli orta məktəbin iki korpusunun sökülərək 960 şagird yerlik yeni korpusların tikintisi
|
4 456 000
|
|
|
Suraxanı rayonu
|
|
|
8.
|
Yeni Suraxanı qəsəbəsində 101 nömrəli orta məktəbin mövcud 20 sinifli korpusunun və idman zalının əsaslı təmiri, əsas və köməkçi binasının sökülərək yerində 360 şagird yerlik əlavə korpusun, yeməkxana və akt zalının tikintisi
|
3 774 100
|
Obyekt
|
9.
|
Əmircan qəsəbəsində 154 nömrəli orta məktəbin sökülərək yerində 960 şagird yerlik məktəb binasının tikintisi
|
4 585 000
|
|
10.
|
Bülbülə qəsəbəsində 208 nömrəli orta məktəbin mövcud binasının sökülərək yerində 360 şagird yerlik məktəb binasının tikintisi
|
5 153 000
|
Obyekt
|
11.
|
Əmircan qəsəbəsində 97 nömrəli orta məktəbin köhnə binasının və emalatxananın sökülərək yerində 264 şagird yerlik korpusun, yeməkxana, idman və akt zalının tikintisi
|
2 218 890
|
|
|
Cəmi:
|
40 000 000
|
|